Xolinergik sinapslarda oyanmanin ötürülməsinə təsir göstərən dərman maddələri



Yüklə 32,48 Kb.
səhifə2/4
tarix14.12.2023
ölçüsü32,48 Kb.
#176687
1   2   3   4
farma 5.1.tb4

Pilokarpin-hidroxlorid (Pilocarpini hydrochloridum). A siyahısına daxildir.Poroşok halında, 1 və 2 %%-li məhlul (5 və 10 ml-lik flakonlarda) və göz məlhəmi şəklində buraxalir. Pilokarpin orqanizmə yeridildikdə ürək fəaliyyətinə tormozlayıcı təsir göstərir, arterial təzyiqi aşağı salır, bronxların tonusunu, ağız suyunu və tər vəzilərinin şirə ifrazını artırır, bağırsağın peristaltik hərəkətini gücləndirir.
Çox güclü toksiki təsirə malik olduğu üçün tibbi təcrübədə pilokarpinin yalnız yerli təsirindən istifadə olunur.
Əsasən göz təcrübəsində qlaukomanın müalicəsi üçün istifadə edilir. Qlaukoma zamanı gözün daxili təzyiqi kəskin yüksəlir. Bu isə görmənin pisləşməsinə və hətta korluğa səbəb ola bilər. Pilokarpinin təsirindən göz bəbəkləri daralır və gözün daxili təzyiqi aşağı düşür.
N-xolinomimetik dərman maddələri
Bunlar n-xolinoreseptorlara qıcıqlandırıcı təsir göstərir. N-Xolinoreseptorlar simpatik və parasimpatik qanqlionlarda, böyrəküstü vəzilərin beyin maddəsi hüceyrələrində, sinokarotid kələflərdə və skelet əzələlərində yerləşir. Ona görə də n-xolinomimetik dərman maddələrinin təsiri özünü orqanizmin bu hissələrinin fəaliyyətində daha çox göstərir .
Sinokarotid kələflərin (ümumi yuxu arteriyalarının şaxələndiyi yerdə yerləşir) n-xolinoreseptorlarının qıcıqlanması nəticəsində reflektor yolla uzunzov beyində yerləşən tənəffüs və damar — hərəkət mərkəzləri oyanır.
N-xolinomimetik dərman maddələrinə sititon və lobelin aiddir.
Sititon (Cytitonum). 1 ml-lik ampullarda buraxılır. Sitizin alkaloidinin (termopsis otunda olur) 0,15%-li məhluludur.
Sititonun təsirindən reflektor yolla tənəffüs və damar-hərəkət mərkəzləri oyanır, tənəffüs dərinləşir və tezləşir. Damar-hərəkət mərkəzinin oyanması və damardaraldıcı təsirə malik adrenalin ifrazının güclənməsi nəticəsində arterial təzyiq yüksəlir.
Sititondan reflektor yolla tənəffüs mərkəzini oyatmaq üçün istifadə edilir (yenidoğulmuşların asfiksiyasında, boğulmalarda, dəm qazı ilə zəhərlənmə zamanı, cərrahi əməliyyat, yaxud zədələnmə nəticəsində tənəffüs dayandıqda və s.)
0,5 ml miqdarında venaya təyin edilir (12 aylığa qədər olan uşaqlara 0,1 ml).
Nikotin. Güclü toksiki təsirə malik olduğu üçün tibbi təcrübədə istifadə olunmur . Siqaret çəkərkən tüstü ilə orqanizmə daxil olur. Kiçik dozalarda mərkəzi sinir sisteminə oyadıcı, böyük dozalarda isə tormozlayıcı təsir göstərir.
Sinokarotid kələflərdə və böyrəküstü vəzilərin beyin maddəsi hüceyrələrində olan qıcıqlandırıcı təsir göstərdiyindən damar-hərəkət mərkəzinin oyanması və
Adrenalin ifraznın güclənməsi nəticəsində hipertoniya xəstəliyinin və aterosklerozun inkişafına səbəb olur.
Aşağı ətraf damarlarının daralması endarteritin inkişaf etməsinə və aşağı ətrafların qanqrenasına (qidalanmanın pozulması nəticəsində) səbəb ola bilər.
Nikotin ürək damarlarına daraldıcı təsir göstərməklə ürəyin işemik xəstəliklərinin (stenokardiya və miokard infarktı) inkişaf etməsi üçün əlverişli şərait yaradır.
Müəyyən edilmişdir ki, tütünün tərkibində nikotinlə yanaşı 300-ə qədər zəhərli maddə, o cümlədən kanserogen təsirli maddələr (benzpiren törəmələri, radioaktiv polonium-210) vardır. Bunlar siqaret tüstüsü ilə orqanizmə daxil olaraq yuxarı tənəffüs yollarını və agciyərləri qıcıqlandırır, nəticədə bronxitlərin, ağciyər emfizemasının, pnevmosklerozun inkişafına səbəb olur.
(Nikotinizmlə mübarizə üçün sitizin və lobelin alkaloidlərindən istifadə edilir. Bu məqsədlə sitizin -«Tabeks», lobelin isə «Lobesil» tabletlərinin tərkibində istifadə olunur. Onlar orqanizmə nikotinəbənzər təsir göstərdiyindən orqanizmin nikotinə olan tələbatını ödəyir. Digər tərəfdən bu tabletlərlə müalicə olunan müddətdə xəstə siqaret çəkərsə onda xoşagəlməz duyğular baş verdiyindən siqaretə qarşı ikrah hissi yaranır.
Mədə və onikibarmaq bağırsaq xoralaranda (Tabekis və «Lobesil» tabletlərinin təyin olunması əks göstərişdir.

Yüklə 32,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin