Mus.I.9. Şagird öyrəndiyi musiqi alətlərini tanıyır.
Nəticə göz önündədir, əgər şagird:
-
tanış musiqi alətlərini sadalaya bilirsə;
-
onları formalarına görə tanıya bilirsə;
-
alətlərin səslənməsini fərqləndirə bilirsə.
Mus.I.10. Şagird ətraf mühitdə eşitdiyi səsləri fərqləndirə bilir.
Nəticə göz önündədir, əgər şagird:
-
səsin haradan gəldiyi mənbəni (telefon zəngi, maşın əyləci..., quş civiltisi, yarpaqların xışıltısı...) aydınlaşdıra və onlara oxşada bilirsə;
-
səsin əks olunmasının davamlığını (uzun müddətli, qısa müddətli) müəyyənləşdirir və onu təkrar edə bilirsə;
-
səslə əlaqədar münasibətlərini (xoşlayır, xoşlamır ) bildirirsə.
Dostları ilə paylaş: |