Xliii informasiya və Kommunikasiya Texnologiyalarında fənn proqramı Ümumi hissə. a Giriş



Yüklə 177,73 Kb.
səhifə2/3
tarix03.12.2016
ölçüsü177,73 Kb.
#713
1   2   3

İnformasiya və kommunikasiya texnologiyalarının fənn proqramı kompetensiyanın səviyyələrinə əsasən tərtib olunmuşdur. İnformasiya və kommunikasiya texnologiyalarına yiyələnmək 3 səviyyəyə ayrılır:

  • I Səviyyə. Yenicə başlayan istifadəçi üçün zəruri bilik və qabiliyyətlər: əsas qurğular biliyi, əməliyyat sistemi, mətni və multimedia göstəriciləri ilə işləmək (yaratmaq, redaktə etmək), fayllar, internet və e-mail, ofis proqramları paketi üzərində əməliyyat və s. ibarətdir.

  • II Səviyyə. Mahir istifadəçi üçün zəruri bilik və qabiliyyətlər: I səviyyənin tədris materialı daha dərinliklə təkrar olunduğundan savayı, ona başqa daha mürəkkəb komponentlər də əlavə edilir. Əməliyyat sistemləri (daha dərin) və əməliyyat sistemləri arasında fərqlənmə, elektron cədvəllərdən problemlərin həllində istifadə etmək, stol mətbəəsinin elementləri, veb-dizayn elementləri.

  • III Səviyyə. İki kurs nəzərdə tutulmuşdur. Məktəbin onlar arasında seçim etmək imkanı olacaqdır:

Birinci kurs: informatikanı və proqramlaşdırma elementlərini əhatə edən kompüter elmi: göstəricilərin strukturları (göstəricilərin saxlanılması, işlənilməsi, ötürülmə üsulları), alqoritmlər (alqoritm anlayışı, alqoritmin növləri, xüsusiyyətləri, yazılma üsulları), alqoritmlərin qiymətləndirilmə üsulları, alqoritmin proqram realizasiyası.

İkinci kurs- veb-dizaynın, qrafik dizaynın və multimedianın elementlərini əhatə edən multimedia və dizayn.



ç) İstiqamətlərin təsviri

İnformasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə əlaqədar kompetensiyalar bir neçə istiqamətə ayrılır. Bunlar aşağıdakılardır:

Əsas anlayışlar və əməliyyatlar

  1. İKT-dən istifadə etməklə informasiyanın axtarılması və tədqiqi,

  2. İKT-dən istifadə etməklə informasiyanın təşkili və saxlanılması.

İKT resurslarının yaradılması

  1. İKT-dən istifadə etməklə rəqəmsal materialın yaradılması.

  2. İKT-dən istifadə etməklə kommunikasiya.

Tədqiqat və kommunikasiya

  1. İKT-dən istifadə etmə sahələrinin biliyi, onun üstünlüyünün dərk edilməsi. İKT-dən istifadə zamanı etika normalarına əməl etmək.

  2. Rəqəmsal imkanları idarə etmək (texniki kompetensiyalar).

Təqdim olunmuş sənədə əsasən, bu kompetensiyaların formalaşdırılması kursun elə birinci pilləsindən başlanır. Bəzi (bazis) kompetensiyasının formalaşdırılması kursun birinci pilləsindəcə başa çatdırılmalıdır, lakin onlar kursun ikinci pilləsində dərinləşdirilir ki, bunda da İKT ilə əlaqədar kompetensiyaların başqa tədris fənlərinə inteqrasiyası mühüm rol oynayır. İkinci pillədə kursun birinci pilləsində başlanan kompetensiyanın formalaşması hissəsi genişləndirilir.

Qabiliyyət-vərdişlərlə əlaqəli kompetensiyalardan başqa, sənəddə tədris materialının məzmunu təqdim edilmişdir ki, bu da tematik məsələlərin formalaşdırılması şəklində verilmişdir.



d) İnformasiya və kommunikasiya texnologiyalarında qiymətləndirmə

Qiymətləndirmə meyarları və onlara nail olmaq səviyyələri

İnformasiya və kommunikasiya texnologiyalarının fənn proqramı şagirdin nailiyyətlərinin qiymətləndirilməsi zamanı kriterilərə nail olma səviyyələrinin təsvirinə əsaslanır. Cəmi nailiyyətin 4 səviyyəsi vardır. Bu səviyyələr nail olunası məqsədlərlə əlaqədar səviyyələrin təsvirində verilmiş elə bir əsas biliyi və qabiliyyət-davranışları verilmişdir, hansılar ki, nail olmaq informasiya və kommunikasiya texnologiyalarının ümumtəhsil məktəblərində tədrisinə kömək edir. Doğrudur, qiymətləndirmə metodunu, əsasən, müəllim müəyyənləşdirir, lakin səviyyələrin təsviri buna imkan verir ki, qiymətləndirmə daha səmərəli planlaşdırılsın, hər bir konkret hal üçün qiymətləndirmə rubrikası formalaşdırılsın.



I. Səviyyə

  1. Şagird müxtəlif mənbədən rəqəmsal material əldə edir və onu dərk edir ki, rəqəmsal materialın müxtəlif formaları mövcuddur.

  2. Şagird İKT-ni mətnlərlə, təsvirlərlə və audio material ilə işləyən zaman öz ideyalarını vermək üçün istifadə edir.

  3. Şagird rəqəmsal cihazın idarə olunmasının əsas üsullarını dərk edir və arzuolunan nəticəyə çatmaq üçün müvafiq avadanlıq seçir.

  4. Şagird rəqəmsal cihazlardan istifadə etmə prosesini öz sözləri ilə təsvir edir.

II. Səviyyə

  1. Şagird rəqəmsal materialın təsnifatı, təşkili və axtarılıb-tapılmış materialın təqdimatı üçün qurğulardan istifadə edir.

  2. Şagird İKT-dən istifadə etməklə müstəqil surətdə başlaya, saxlaya və davam etdirə bilər.

  3. Şagird İKT-dən rəqəmsal materialın yaradılması, saxlanılması və öz ideyalarının qəbul olunması üçün müxtəlif formada (mətn, cədvəl, təsvir və səsli) istifadə edir.

  4. Şagird nəticəyə nail olmaq məqsədi ilə işi planlaşdırır və göstərişlər verir, gözlənilən effektləri təsvir edir.

  5. Şagird İKT-dən onu tədqiq etmək üçün istifadə edir ki, real və ya xəyali şəraitdə nə baş verə bilər.

III. Səviyyə

  1. Şagird informasiya əldə etmək strategiyasını müəyyənləşdirir, müvafiq rəqəmsal vasitələr seçir və onlardan bu strategiyanın həyata keçirilməsində istifadə edir.

  2. Şagird İKT-dən onun tərəfindən yerinə yetiriləcək işin nəticələrinin təşkilində və təqdim olunmasında istifadə edir.

  3. Şagird İKT-dən ideyaların və düşüncələrin qəbul edilməsi və qarşılıqlı mübadiləsi məqsədi ilə istifadə edir.

  4. Şagird tədqiqat və problemlərin həlli zamanı adekvat rəqəmsal model və ya simulyasiya seçir.

  5. Şagird İKT-dən istifadə etmənin öz təcrübəsini təsvir edir.

IV. Səviyyə

  1. Şagird axtarılıb-tapılmış rəqəmsal materialın özünün qarşısına qoyduğu məqsədə müvafiqliyini qiymətləndirir və axtarış zamanı istifadə olunmuş strategiya ilə lazım gəldiyi halda axtarış strategiyasına düzəlişlər edir.

  2. Şagird rəqəmsal materialın keyfiyyətini və informasiyanın etibarlılığını qiymətləndirir. Keyfiyyətin və etibarlılığın yaxşılaşdırılması məqsədi ilə müxtəlif mənbələrdən alınmış materialı tutuşdurur.

  3. Şagird rəqəmsal materialın müxtəlif formada təqdimatı zamanı İKT-dan istifadə edir; təqdim olunası materialın keyfiyyət və auditoriyanın tələbi ilə uyğunluğunu dərk edir.

  4. Şagird İKT-yə əsaslanan modellərdən və simulyasiyalardan qanunauyğunluqların və əlaqələrin tədqiqi zamanı istifadə edir, proqnoz verir, hipotezaları yoxlayır/əsaslandırır.

  5. Şagird İKT-dən istifadə etmənin özünün və başqalarının təcrübələrini bir-biri ilə tutuşdurur və qiymətləndirir.

Yuxarıda verilmiş səviyyələri və onlarda təsvir olunmuş kompetensiyaları həm ev və sinif tapşırıqlarının, eləcə də yekun tapşırıqlarının komponentində istifadə edə bilərsiniz.

Bu kompetensiyalar müxtəlif rəqəmsal vasitələrdən istifadə etmək zamanı, müxtəlif şəraitdə və müxtəlif növ rəqəmsal materialın yaradılması zamanı aşkara çıxa bilər. Məsələn, bu belə ola bilər:



  1. Layihə - informasiyanın axtarılması, təşkili, təhlili və alınmış nəticələrin təqdimatı kimi pillələri əhatə edir. Layihənin məzmunu və nəticəsi istənilən tədris fənni ilə əlaqədar ola bilər;

  2. Elektron cədvəldən istifadə etmək kəmiyyət göstəricilərinin statistik hazırlanması zamanı mümkündür və o, aşağıdakı pillələri əhatə edir: göstəricilərin yerləşdirilməsi üçün zəruri cədvəlin dizaynının düşünülməsi, göstəricilərin cədvəldə yerləşdirilməsi, lazımi funksiyaların, makrosların və analizin vasitələrindən istifadə etmək göstəricilərinin işlənib-hazırlanmasını, alınmış nəticələrin və rəylərin diaqramlar vasitəsi ilə vizuallığını;

  3. Aşağıdakı pillələri əhatə edən rəqəmsal materialın internetdə və yaxud yerli şəbəkədə dərc olunması: müxtəlif formalara malik kompetensiyaların axtarılması və ya müstəqil şəkildə yaradılması (mətn, təsvir, audio material, video material), son məhsulun strukturunun dərk edilməsi və formalaşdırılması, ilkin hazırlıq komponentlərinin elan olunası materialın yaradılması üçün cəmləşdirilməsi, alınmış nəticənin (məsələn: veb-səhifənin, oyunun, sorğunun formasının) yerləşdirilməsi, əks göstəricilərinin toplanması və təhlili, məhsulun yaxşılaşdırılması;

  4. İKT ilə əlaqədar aşağıdakı mərhələləri əhatə edən ədəbi və tədqiqat xarakterli işlərin hazırlanması: məsələn mətnin yığılması və dərc olunası materialın məzmununa hamısından daha çox uyğun gələn şəkildə formalaşdırılması; illüstrasiyaların (diaqramların, qrafiklərin, cədvəllərin, həndəsi fiqurların) yaradılması üçün lazımi vasitələrin seçilməsi, illüstrasiyaların yaradılması və mətn materialına adekvat inteqrasiya; sənədin struktur baxımından dərk olunması və müvafiq funksiyaların ilkin müəyyənedici strukturunun yaradılması üçün texniki redaktordan istifadə edilməsi; alınmış nəticənin (əsərin) sınaq təqdimatı və əks alınması; işin tamamlanması; işin dərc olunması üçün zəruri servisin axtarılıb tapılması və işin nəşr olunması (məsələn, blokda, sənədlərin çoxaldılması və düşünülməsinin hər hansı bir pulsuz servisindən istifadə etməklə yerli şəbəkədə, kağızda dərc olunmuş şəkildə, məktəb qəzetində);

  5. Aşağıdakı mərhələləri nəzərdə tutan riyazi və ya təbiətşünaslıq məzmunlu problemin İKT-nin köməyi ilə həlli: vəzifə göstəricilərinin yığılması və təşkili; adekvat rəqəmsal vasitənin seçilməsi (məsələn, simulyasiya – təbiətşünaslıqda, hər hansı bir pulsuz yayılmış riyazi zərf, elektron cədvəl, kalkulyator); tapşırığın göstəricilərinin seçilmiş kompüter proqramına daxil edilməsi (bu mərhələ öz-özlüyündə onu nəzərdə tutur ki, şagird seçilmiş proqramla interaksiyanı öyrənməlidir; göstəricinin daxil edilib-çıxarılması, müvafiq əmrlərin verilməsi və saxlanma); göstəricilərin işlənib-hazırlanması və nəticənin əldə edilməsi; alınmış nəticənin interpretasiyası və qarşıya qoyulmuş məsələnin kontekstdə təqdimatı; nəticənin danışıq dilinə tərcümə olunması və onun tərtib edilməsi.

Yuxarıda sadalanan hallar bir-birindən dəqiq ayrılmamışdır və konkret aktivlik onlardan kombinasiyalı istifadə etmənin müxtəlif mərhələlərdə istifadə olunmasını tələb edə bilər. Buna müvafiq olaraq istifadə olunmuş aktivlər və onun nəticəsi komponentlər halında elə bölünməlidir ki, qiymətləndirmə sxemi (qiymətləndirmə rubrikası) aydın olsun. Burası da nəzərə alınmalıdır ki, informasiya və kommunikasiya texnologiyalarından istifadə edərkən şagirdin kompetensiyasının yalnız əldə edilmiş məhsulun məzmununa əsasən yoxlanılması hər zaman mümkün olmur. Məsələn, bədii işin qiymətləndirilməsindən fərqli olaraq İKT-dən istifadə etməklə tərtib olunmuş analoji əsərin qiymətləndirilməsi zamanı nəinki əsərin məzmunu və doğru yazılması, həm də şagirdin onu tərtib edən zaman hansı texniki vasitələrdən və funksiyalardan istifadə etdiyi qiymətləndirilməlidir . Bu isə daha çox işin rəqəmsal strukturunda, məsələn, qeydlər, bağlılıq və əsərdə yerdəyişmənin müxtəlif vasitələrində, mətnin arzuolunan formada yerləşdirərkən görünməz cədvəllərdən, mətni sahələrin istifadəsində, nömrələnməsində və sadalanmışların həyata keçirilməsinin avtomatlaşdırılmasında özünü göstərir.

Yekun tapşırığını ödəyə biləcək tələblər

  1. Tapşırığın hər bir tipinə qiymətləndirmənin ümumi rubrikası əlavə olunmalıdır;

  2. Ümumi rubrika konkret tapşırığın şərti və keçilmiş materialın nəzərə alınması ilə dəqiqləşdirilməlidir;

  3. 10 bal rubrikaya daxil olan kriterilərə və komponentlərə bölünməlidir;

  4. Standartların o nəticələri göstərilməlidir, hansıların ki, qiymətləndirilməsi yekun tapşırığına xidmət edir.

Konkret rubrikanın nümunəsi

Kompleks mətn redaktəsindən istifadə etməklə (maksimum qiymətləndirmə - 10 bal) sənədin hazırlanması.



Qiymətləndirmə

kriteriləri













Fon

Səhifələrin fonu

mətnin və qrafik elementlərin dərkini çətinləşdirir.



(0 bal)

Səhifələrin fonu mətnin və qrafik elementlərin dərkini çətinləşdirmir.

(0,5 bal)

Səhifənin fonu mətnin və qrafik elementlərin dərkinə kömək göstərir.

(1 bal)

Səhifənin fonu materialın dərkinə

və mövzu ilə uyğunlaşmasına kömək göstərir.



(1,5 bal)

Mətnin formatı

Mətnin formatı

materialın dərkini mürəkkəbləşdirir.



(0 bal)

Mətnin formatı düşünülmüşdür, lakin materialın dərkinə kömək göstərmir.

(1 bal)

Mətnin formatı

yaxşı düşünülmüşdür və materialın dərkinə kömək göstərir.



(1,5 bal)

Mətnin formatı rəngarəngdir, materialın dərkinə kömək göstərir və məzmuna uyğundur.

(2 bal)

Qrafiki elementlər

Qrafiki elementlərin böyük hissəsi cəlbedici deyildir və məzmunun dərkinə mane olur.

(0 bal)

Qrafiki elementlər cəlbedicidir, lakin onlardan bəziləri müvafiq məzmunun dərkinə kömək göstərmir.

Qrafiki elementlərin.



(1 bal)

Qrafiki elementlər cəlbedicidir və müvafiq məzmunun dərkinə kömək göstərir.

(1,5 bal)

Qrafiki elementlər yaxşı seçilmişdi, materialın dərkinə və onun məzmuna uyğunluğuna kömək göstərir.

(2 bal)

Orijinallıq

Material orijinal deyildir və qeyri-

adekvat seçilmişdi.



(0 bal)

Material orijinal deyildir, lakin adekvat seçilmişdi.

(1 bal)

Materialın böyük hissəsi orijinaldır

və mövzuya uyğun gəlir.



(1,5 bal)

Material əsasən orijinaldır, onda müəllifin yaradıcılığı büruzə verilir. Məzmun maraqlı və nadir üsulla verilmişdir.

(2,5 bal )

Materialın

təşkil

Material təşkil olunmuşdur və onda struktur görünmür ki, bu da məzmunun dərkinə mane olur.

(0 bal)

Materialın bir hissəsi məntiqi ardıcıllıqla yerləşdirilmişdir, lakin struktur məzmunun daha yaxşı dərkinə kömək göstərmir.

(1 bal)

Material məntiqə uyğun təşkil edilmişdir və məzmunun dərkinə kömək göstərir.

(1,5 bal)

Sənədin strukturu yaxşı düşünülmüşdür, strukturu yaradarkən redaktorun müxtəlif funksional imkanlarından istifadə olunmuşdur. Təşkil onun dərkinə kömək göstərir və bütünlüklə məzmuna uyğun gəlir.

(2 bal)














































Şagird tərəfindən hazırlanmış sənəd ayrı-ayrı meyarlara əsasən qiymətləndirilir. Məsələn, bu halda, mətnin formatı, qrafika elementləri və onların yerləşdirilməsi, işin orijinallığı (burada əsərin məzmunu deyil, həm də istifadə olunmuş rəqəmsal material və struktur orijinallığı nəzərdə tutulur), materialın təşkili (həm tərkib komponentinin yerləşdirilməsi, həm də struktur elementləri) verilir. Hər bir kriteridə əldə edilmiş bal toplanır və işin qiymətləndirilməsinin son balı alınır.

Fəsil XLIV

İbtidai pillədə fənn kompetensiyaları

I sinif

İnformasiyalı və kommunikasiya texnologiyaları

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr

Əsas anlayışlar və əməliyyatlar

İKT resurslarının yaradılması

Tədqiqat və kommunikasiya

İK tex.I.1. Şagird informasiya və kommunikasiya texnologiyası ilə əlaqədar əsas anlayışlara və əməliyyatlara yiyələnmişdir.

İK tex.I.2. Şagird sosial, etik, ətraf mühitin mühafizəsi və insan amili ilə əlaqədar problemləri dərk edə bilir.


İK tex.I.3. Şagird İKT məhsulunu yaradan vasitələrdən istifadə edə bilər.


İK tex.I.4. Şagird kommunikasiyanın texnoloji vasitələrindən istifadə edə bilər.

İK tex.I.5. Şagird tədqiqatın texnoloji vasitələrindən istifadə edə bilər.

İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: əsas anlayışlar və əməliyyatlar

İK tex.I.1. Şagird informasiya və kommunikasiya texnologiyaları ilə əlaqədar əsas anlayışlara və əməliyyatlara yiyələnmişdir.

Nəticə göz önündədir, əgər şagird:



  • Rəqəmsal qurğuların təyinatı və onların fəaliyyətinin əsas prinsiplərinin anlaşılmasını nümayiş etdirə bilirsə (kompüterin işə salınması, yüklənməsi, söndürülməsi);

  • Rəqəmsal qurğularla qarşılıqlı fəaliyyət və daxil etmə-çıxarma vasitələrindən, bu avadanlıqların səmərəli işləməsi məqsədi ilə düzgün istifadə edirsə (siçan, touch-pad, klaviatura, monitor);

  • Saxlanma qurğusundan düzgün istifadə edirsə (məsələn, bərk diskdə, kənar diskdə faylın saxlanması; flash-yaddaşdan istifadə etmə);

  • Müxtəlif rəqəmsal vasitələr və onlar barədə söhbət zamanı, yaşa müvafiq olaraq terminologiyadan düzgün istifadə edirsə.

İK tex.I.2. Şagird sosial, etik, ətraf mühitin mühafizəsi və insan amili ilə əlaqədar problemləri dərk edə bilir.

Nəticə göz önündədir, əgər şagird:



  • Dərk edir ki, İKT-dan istifadə edən zaman yalnız onun yaş qrupuna uyğun gələn virtual məkandan istifadə etmək lazımdır (məsələn, sosial veb-səhifəsində qeydə alınmaq, müxtəlif xarakterli proqramlardan istifadə etmək yolverilməzdir);

  • Əməkdaşlıq, öz biliyini dərinləşdirmək, maraqlarını və cəhdlərini həyata keçirmək, məhsuldar əməyin əhəmiyyətli alətinə münasibətdə İKT-yə müsbət münasibət əks etdirirsə;

  • İKT-dən gündəlik uzun müddət ərzində istifadə etməyin insan sağlamlığına mənfi təsir göstərdiyini, xüsusilə: göz, nəbz və əl-ayaq nahiyəsində gərginlik yaratdığını; boyunda və arxa nahiyədə, ağrı, stress və s. yaratdığını dərk edirsə;

  • Kompüterdən istifadə zamanı onun sağlamlığını mühafizə etmək məqsədi ilə həm məktəbdə, həm də məktəbdənkənar məhdudluğunu dərk edirsə.

İstiqamət: İKT resurslarının yaradılması

İK tex.I.3. Şagird İKT məhsulunu yaradan vasitələrdən istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Şəkil və mətn redaktorlarından müəllim tərəfindən keçirilmiş tədris fəallıqlarından istifadə edirsə;

  • Elektron formatlı orijinal əl işini hazırlayır və nəşr edirsə (məsələn, tablo yaradırsa)

  • İKT-dan nəşriyyat və başqa yaradıcılıq işlərində istifadə edirsə (məsələn, mətn redaktorunda doğum günü üçün təbrik məktubu yaradır);

  • Öz yaş qrupuna uyğun gələn rəqəmsal formatlı məhsulu həm fərdi şəkildə, həm də sinif yoldaşları ilə birlikdə yaradırsa; eləcə də müəllimin və ya valideynin köməyi ilə düzəldirsə (məsələn, ətraf mühitin mühafizəsinə dair layihənin köməkçisi, əyani vəsait).



O tex.I.4. Şagird kommunikasiyanın texnoloji vasitələrindən istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Müəllim tərəfindən keçirilən fəallıqlar zamanı kommunikasiya vasitələrindən istifadə edirsə;

  • İKT-dən sinif yoldaşları ilə müəllimlə və valideynləri ilə birlikdə kommunikasiya üçün istifadə edirsə (qısa məlumatları göndərmək üçün);

  • Kommunikasiya vasitələrindən istifadə etməklə, o cümlədən sinif yoldaşlarının, müəllimin və ya valideynin köməyi ilə (elektron poçt), informasiya axtarıb-tapır və sonra onu başqaları ilə bölüşür/mübadilə edirsə.

İK tex.I.5. Şagird tədqiqatın texnoloji vasitələrindən istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Müxtəlif informasiya mənbəyindən informasiya əldə etmək üçün axtarış sistemindən istifadə edirsə; (məsələn, şeirin mətnini, cizgi filmindən və ya uşaq filmindən parçaların audio və ya video faylını axtarıb-tapırsa);

  • Vebdə təsis olunmuş tərcümə sistemini xarici dildən müxtəlif sözlərin, söz birləşmələrin tərcüməsi üçün istifadə edirsə (məsələn, google translate istifadə edirsə);

  • Rəqəmsal təhsil resurslarından vəzifələrin həllində, anlayışların, ideyaların və tarixi hadisələrin daha parlaq əks olunması məqsədi ilə istifadə edirsə (məsələn: vizual material, təhsil oyunları və s.);

  • Tədrisin yaxşılaşdırılmasında yaradıcılıq prosesinin həvəsləndirilməsində İKT-dan istifadə edirsə.

Tövsiyə olunan məzmun (tədris resursları)

  • Kompüter proqramları, hansıların ki, təyinatı əyani vəsaitlərin yaradılmasından və müxtəlif tədris fənlərində istifadə olunmasından ibarətdir.



  • Təyinatı şagird tərəfindən yeni məzmunun mənimsənilməsi və ya/müvafiq vərdişlərin oyun ətrafında inkişaf etdirilməsi olan (məsələn: yeni sözlərin öyrənilməsi; virtual mağazada hesab əməliyyatlarının öyrənilməsi; həndəsi fiqurların düşünülməsi, müxtəlif coğrafi məkanlara səyahətdir ki, bu zaman da bir neçə tədris fənninin inteqrasiyası mümkündür) oyun tipli kompüter proqramları .



  • Təyinatı şagird tərəfindən öz biliyini qiymətləndirmək olan (dildə, riyaziyyatda, təbiətşünaslıqda, sadə test tapşırıqları; oyun mühiti, bu zaman, oyundan sonrakı mərhələyə keçid bir neçə tapşırığın yerinə yetirilməsi ilə əlaqədardır) proqramlar. Bir qayda olaraq, ibtidai pillə şagirdi qiymətləndirmə prosesinə həvəslə qoşulur və yaxşı olardı ki, öz biliyini və kompetensiyalarını adekvat çətinliyə malik tapşırığı özü seçsin və özünü inkişafa diqqət yetirsin. Bu zaman o nəinki öz biliyini qiymətləndirir, eləcə də sonrakı addımları da tanış olmadan planlaşdıra bilir.



  • Dərsliklərə əlavə olunmuş elektron resurslar. Bu növ materialın əsas təyinatı konkret dərslikdə mövcud olan materialın dərk edilməsindən və onun mənimsənilməsi üçün imkan yaratmaqdan ibarətdir. O, cari mövzu ilə əyaniliklərlə və simulyasiyalarla əlaqədar interaktiv tapşırıqlardan ibarət ola bilər .

  • Təyinatı şagird üçün əsas İKT ilə əlaqədar kompetensiyaları formalaşdırmaqdan ibarət olan kompüter proqramları. Məsələn: klaviaturadan istifadə zamanı məşğələ proqramları, şəkil çəkmə proqramları, siçandan istifadə etməklə məşğələ proqramları. Doğrudur, bu kompetensiyaların formalaşmasına İKT-dən istifadə etmək başqa tədris fənlərində kömək göstərir, lakin ayrı-ayrı prosedur qabiliyyətinin inkişafına yönəldilmiş, ixtisaslaşdırılmış proqram təminatı şagirdin bu istiqamətdə inkişafını daha intensiv edir. Məsələn, təcrübənin göstərdiyi kimi, mətnin redaktoru ilə iş zamanı klaviaturadan istifadə qabiliyyətinin inkişafı yalnız müəyyən pilləyədək baş verir; istifadəçi mətnin yığılmasını onun üçün arzuedilən vaxtda yerinə yetirə bildiyinə görə daha tez yığmaq və hər bir barmağından klaviatura üzərində işləyən zaman səmərəli istifadə etmək barəsində düşünmür.

Yüklə 177,73 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin