Xiv mövzu: Ailədaxili münasibətlərin şəxsiyyətin formalaşmasinda rolu plan


Tərbiyəçinin şəxsi nümunəsi metodu



Yüklə 31,68 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü31,68 Kb.
#42256
1   2   3   4   5   6
mövzu 14. Ailədaxili münasibətlərin şəxsiyyətin formalaşmasinda rolu

Tərbiyəçinin şəxsi nümunəsi metodu. Tərbiyəçi özü təqlid olunmağa layiqdirsə, təbii ki, onun sözü eşidiləcək, uşaqlar ona rəğbət bəsləyəcəklər. Əgər ata ailəyə qayğı göstərirsə, həyat yoldaşının, uşaqlarının rifahına, rahatlığına, istirahətinə biganə deyilsə, üstəlik özünü cəmiyyətdə, iş yerində, məhəllədə, qohumlar arasında etiketin tələblərinə uyğun aparsa, oğluna, qızına müsbət nümunə göstərməyə qadirdir. Eyni sözləri anaya da aid etmək olar.



4. Ailə münasibətlərinin pozulması nəticələri . Nikah günü hamı vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının qarşısında yığışmışdı. Küçədə gəlin kimi bəzənmiş neçə maşın dayanmışdı. Həmin maşınlarda oğlanla qızın adamları gəlmişdi. Hamı da gül-çiçəklə. Bu gün nikah kəsdirəcək gəncləri təbrik etmək, onlara xeyir-dua verməkdən ötrü. İki ailənin üzvləri bir-birinə qarışmışdı. Tanımaq olmurdu oğlan evinin adamları kimdir, qız evininki hansı. Deyib-gülür, zarafatlaşır, bir-biri ilə daha yaxından tanış olur, bir-birini qonaq çağırırdılar. Oğlan anası qızı əzizləyir, öpür; qız anası da öz növbəsində kürəkənini məhəbbətlə süzür, xoş dillə dindirirdi. Toy məclisi də biləcə təmtaraqla, xeyir-dua ilə qurtardı. Günlər keçdi, aylar dolandı, il tamam olmamış gənc ailədə bir mərəkə qopdu ki, səsə bütün qohum-əqrəba yığışdı. Aləm bir-birinə dəydi, hamı bir-birinin kölgəsini qılınclamağa başladı, vaxtilə xeyir-dua edənlər indi bir-birlərini hədələyirdilər. Dünən qız haqqında “Gəlinimin tayı-bərabəri yoxdur” deyən oğlan anası indi ona qarğış edirdi. Oğlan barəsində “İki qızım vardı, indi bir oğlum da var” deyən qız anası da kürəkənini lənətləyirdi. Söz-söhbətə, dava-dalaşa səbəb nə idi? Səbəb çoxdur. Hər il ölkəmizdə neçə-neçə nikah bağlanır. Bu, yaxşı haldır. Lakin hər il eyni zamanda neçə-neçə boşanma hadisəsi qeydə alınır. Bu isə pis haldır. Cəmiyyətimizin, dövlətimizin mənəvi sağlamlığı, möhkəm və qudrətli olması bilavasitə ailələrin uğurlu olmasından asılıdır. Lakin danılmaz faktdır ki, ölkəmizdə xoşbəxt, uğurlu ailələrlə yanaşı həm də uğursuz, bir növ bədbəxt ailələr də vardır. Belə ailələr çox vaxt elə qonşuluğumuzda yaşayır, onların söz-söhbətlərinin, dava-dalaşlarının hər gün şahidi oluruq. Həmin ailələrin üzvlərindən bəziləri elə öz qohumlarımızdır. Ölkəmizdə nikaha girmək üçün başlıca səbəb, həqiqətən məhəbbətdir. Lakin bəzi tədqiqatçılar nikahın sabitliyinin nikaha girmə səbəbinin xarakterindən asılılığını öyrənmiş və səbəblərinin üç əsas qrupunu müəyyənləşdirmişlər: a) məhəbbətə görə nikah; b) stereotipə görə nikah; c) niyyətə görə nikah. Boşanma mürəkkəb sosial hadisədir. O öz mənbəyini ailə ixtilaflarından alır. Ailə ixtilafları isə ər-arvad münasibətlərinin düzgün qurulmaması nəticəsində baş verir. Ona görə də boşanmanın səbəblərini aydınlaşdırmaq üçün, hər şeydən əvvəl ər-arvad münasibətlərində özünü büruzə verən nöqsanları aşkara çıxarmaq lazımdır. Əvvəlcə gəlin belə bir sadə həqiqətdən başlayaq. Ailədə söz-söhbət var. Bunu hökmən qonum-qonşular bilməlidirlər? Yaxşı olmazmı ki, bu mabahisəni həmin şəxslərin özləri ikilikdə həll etsinlər. Axı bir sıra hallarda üçüncü, dördüncü və s. nəfərin müdaxilə etməsi əslində “qaş düzəltmək yerinə vurub gözü də tökür”. Lap adicə, son dərəcə əhəmiyyətsiz və xırda məsələ üstündə ər-arvadın mübahisəsi günlərlə davam edə bilər və nəhayət, ciddi şəkil ala bilər. İxtilaflar ər-arvad həyatının dramını ifadə edir, lakin o, ailə faciəsinə çevrilməməlidir. Bunun üçün ailə mədəniyyətinin tələbləri gözlənilməlidir. Onlardan ən sadələri aşağıdakılardır: vuruşub barışmaqdansa, artıq-əskik danışıb bir-birini təhqir etməkdənsə münaqişəyə başlamamaq daha asandır. Boşanma əsl faciədir. Çox maraqlıdır ki, boşanmanın nəticələrini təkcə mütəxəssislər – sosioloqlar və demoqraflar, psixoloq və pedaqoqlar, həkimlər və başqaları belə qiynətləndirmir, boşananların özləri də sonralar onun həm ər və arvad, həm də uşaqlar üçün faciə olduğunu anlayır, övladlarının sual dolu baxışlarına cavab verə bilmir, səhv addım atdıqlarını, öz əlləri ilə evlərini, isti yuvalarını dağıtdıqlarını, uşaqları çətin vəziyyətə saldıqlarını çox zaman etiraf edirlər. Lakin bir də görürsən ahəngdarlıq nə işdə, nə də evdə alınır. Xoşumuza gəlmədikdə iş yerini dəyişirik, mebeli bəyənmədikdə başqasını alırıq. Mənzili də dəyişmək mümkündür. Lakin atanın yersiz ciddiliyi, sərtliyi, kobudluğu, vasvasılığı; ananın hövsələsizliyi, deyingənliyi nə qədər həddini aşsa da, öz valideynlərini dəyişmək heç kimin ağlına gəlmir. Çünki dünyaya göz açmağımız üçün başqa heç kimə yox, məhz onlara – bu iki nəfərə borcluyuq. Onları dəyişə bilmərik və bu iki nəfər bir-biri ilə yola getməsələr də, bizə qarşı münasibətdə nə qədər sərt (hətta bəzən ədalətsiz) olsalar da, onları SEVİRİK.



Yüklə 31,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin