Xiv mövzu: Ailədaxili münasibətlərin şəxsiyyətin formalaşmasinda rolu plan


Uşaqların yaş, cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması prinsipi



Yüklə 31,68 Kb.
səhifə2/6
tarix02.01.2022
ölçüsü31,68 Kb.
#42256
1   2   3   4   5   6
mövzu 14. Ailədaxili münasibətlərin şəxsiyyətin formalaşmasinda rolu

Uşaqların yaş, cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması prinsipi. Bəzi valideynlər uşağın hansı yaşda olduğuna fikir vermir, kiçiyə də, böyüyə də eyni tələbkarlıqla yanaşırlar. Əgər uşaqlar evdə səs salır, heç cür sakitləşmirlərsə, ata, yaxud ana mübahisəni kəsmək üçün onların hər birinə eyni tərzdə acıqlanır. Bu ciddilik uşaqların hər birinə müxtəlif cür təsir göstərir.Böyük yaşlı uşaqlar bu münasibəti yüngül qarşılayır, kiçik yaşlılar özlərini yığışdırır, balacalar isə ağlamsınıb dururlar. Lakin əslində belə olmamalıdır. Uşaqla aparılan tərbiyə işləri müvəffəqiyyətli olsun deyə biz onun yaş, cinsi və psixoloji xüsusiyyətlərini nəzərə almalıyıq. Kiçik yaşlı uşaqlar daha oynaq və mütəhərrikdirlər, atılıb-düşməyi, səs salmağı, hay-küylə oynamağı, nadinclik etməyi xoşlayırlar. Bu onların yaş xüsusiyyətlərini səciyyələndirən cəhətlərdəndir. Ailə tərbiyəsində temperament tipləri də nəzərə alınmalıdır. Bu temperament tipindən asılı olaraq, hər bir oğlan və qıza necə yanaşmaq, onun hisslərini düzgün qiymətləndirmək asanlaşır. Psixoloqlar temperamentin tiplərini belə səciyyələndirmişlər: 1. Sanqvinik - qüvvətli və müvazinətli, yəni canlı, diribaş, zirək insan tipi. 2. Fleqmatik - ədalətli, sakit, ağır davranışlı insan tipi. 3. Xolerik – qüvvətli və müvazinətsiz, yəni hövsələsiz, coşğun təbiətli insan tipi. 4. Melanxolik – olduqca fağır, sakit, zəif, lakin həssas insan tipi. Valideyn ailədə öz övladları ilə tərbiyə işi apararkən həmin temperament tiplərinə uyğun şəkildə hərəkət etməlidir. Belə ki, əgər uşaq melanxolikdirsə, diqqətsizlik edib onun üstünə qışqırmaq olmaz. Əks təqdirdə o çaşa bilər və əlindəki balta ayağının üstünə düşər. 

Yüklə 31,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin