Xiii əsrin sonu, XIV əsrin əvvəllərində oğuz türkləri tərəfindən yaradılan Osmanlı dövlətinin (1299-1923) özünəməxsus yeri vardır



Yüklə 74,54 Kb.
tarix03.02.2017
ölçüsü74,54 Kb.
#7375
GİRİŞ

XIII əsrin sonu, XIV əsrin əvvəllərində oğuz türkləri tərəfindən yaradılan Osmanlı dövlətinin (1299-1923) özünəməxsus yeri vardır.Osmanlı dövləti tarixdə mövcud olan digər türk dövlətlərindən fərqli olaraq, qısa bir dövrü əhatə etməmişdir.Bu dövlət təxminən 7 əsrə yaxın ömür sürmüşdür.Bu isə Osmanlı dövlətinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi deməkdir.XIV, XV, XVI əsrlərdə özünün çiçəklənmə dövrünü yaşayan Osmanlı imperatorluğu ərazisinə görə dünyada I yeri tuturdu.Onun tarixinin tədqiqi təkcə bu dövlətin deyil, eyni zamanda bu gün Avropa, Asiya, Afrikanın 38 dövlət və federal respublikasının tarixinin, mədəniyyətinin tədqiqinin bir hissəsidir.Bu mənada Osmanlı imperiyasının tarixinin tədqiqi aktual elmi əhəmiyyət kəsb etməkdədir.Osmanlı imperiyasının ümumdünya tarixində layiqli yer tuta bilməməsinin başlıca olaraq səbəbini göstərirlər.Bunlardan birincisi, Osmanlılarla Avropalılar arasında olan siyasi münasibətlərdir.Avropalıların təsəvvüründə XIII əsrədək türklərin təcavüzü və onlara qarşı daim xaç yürüşlərinin təşkili üçün səbəb və imkan axtarışının tədricən hörmətə, XVI əsrdə isə, hətta onların Osmanlılara heyran olmalarına XVII-XVIII əsrlərdə isə Osmanlı imperiyasının artıq Avropa inkişafından geri qalması özünü açıq şəkildə büruzə verdiyi vaxt etinasızlığı, hərdən də nifrətə çevrilməsi ilə əlaqədardır.1. XVII əsrin II yarısına kimi olan dövrdə türklərin Avropadakı hakim mövqeyi ilə barışmayıb daim mücadilə edən qitə dövlətləri təbii ki, bütün bu dövr ərzində türklərə qarşı düşmən obrazı yaratmaya bilməzdilər.Ona görə də türklərə olan münasibətdəki soyuqluğun səbəbləri öz kökünü məhz buradan götürür və çox təəssüf ki, bu artıq XXI əsrdə də davam etməkdədir.Osmanlı imperiyasının yuxarıda qeyd olunan əsrlərdə sosial-iqtisadi cəhətdən geri qalmasının başlıca səbəbi kimi Avropa ölkələrində kapitalizmin formalaşıb inkişaf etdiyi bir dönəmdə burada feodal münasibətlərinin hökm sürməsi idisə də, ikinci səbəb kimi Avropaya yaxın olan kapitalizmin formalaşdığı Balkan ölkələrindəki xalqların Osmanlı imperiyasında olan mövcud rejimlə barışmayaraq ona qarşı üsyanlar etməsi idi.



Yaxın və Orta Şərq ölkələrinin tarixi Gülxanım Qarayeva Bakı 2010

Belə bir vəziyyətdən istifadə etməyə səy göstərən Avropa ölkələri Rusiya Osmanlı imperiyası ilə mübarizə aparmış ,beş əsrdən çox Avropaya, Asiyaya ağalıq etmiş imperiyaya qarşı sərt,ona layiq olmayan müqavilələr imzalatdırmış, torpaqlarını öz aralarında bölüşdürmüşlər.Xüsusən də 1768-1774-cü illərdə Rusiya ilə müharibə nəticəsində Osmanlı imperiyası məğlub olmuş və ölkələr arasında imzalanmış Kiçik Qaynarca sülh müqaviləsi ilə həmin dövr Osmanlı tarixinin ən faciəli səhifələrindən biri hesab olunur.Belə ki, sülh müqaviləsinin şərtlərinə əsasən Krım müstəqil elan edildi. Dnepr və Buq arasındakı torpaqlar, Kerç,Yeniqala, həmçinin Azov əbədi olaraq Rusiyaya verildi,Qara dəniz və boğazlar rus gəmiləri üçün açıq elan edildi.Bundan əlavə Rusiya Qara dənizdə ticarət gəmiləri saxlamaq, eləcədə kapitulyasiya hüquqları aldı.Belə bir hal təbii idi, çünki kapitalist münasibətlərinin inkişaf etdiyi bir vaxtda Rusiyanın Osmanlı tabeçiliyində olan dənizlərə, boğazlara, Avropanın isə müstəmləkə gözü kimi baxdığı və xammal bazası kimi faydalanmağa çalışdığı Asiyanın və Afrikanın Ərəb ölkələrinə olan marağı bundan irəli gəlirdi.Türklərin Avropada hakim olduğu bir dövrdə burjua inqilabi baş verməsi ilə yeni ictimai-iqtisadi formasiyanın təkamül etməyə başladığı mərhələ yeni dövrü adlanırdı.Bu dövrdə isə Osmanlı dövləti artıq özünün tənəzzül mərhələsinə qədəm qoymuşdu.XVII əsrin ortalarında, XVIII əsrin əvvəllərində Osmanlı imperiyası artıq dərin daxili böhran içərisində idi.Hərbi-len torpaq sahibliyinin xarakterində baş verən dəyişiklər kəndlilərin istismarının güclənməsi,nəticə etibarilə ölkədə durğunluq və tənəzzülə eləcə də məhsuldar qüvvələrin inkişafının böhranına səbəb oldu.Kəndlilərin vəziyyəti o qədər ağırlaşmışdı ki,onlar hətta öz təlabatlarını belə ödəmək imkanlarından məhrum olmuşdular.Ona görə də kəndlilər kütləvi surətdə yaşadıqları yerləri tərk edir, yaxud şəhərlərə üz tutur bir çox hallarda isə ümumiyyətlə heç bir işlə məşğul olmurdular. Nəticədə ölkədə siyasi gərginlik artırdı.Bütün bunların məntiqi nəticəsi kimi əkin sahələri ölü torpaqlara çevrildi.XVII əsrin sonunda isə belə torpaqlar əkin sahələrinin yarısını təşkil edirdi. Osmanlı imperiyası yeni dövrə geridə qalmış hərbi-feodal sistemlə qədəm qoydu ki, bu dövr artıq imperiyanın tənəzzül dövrünün başlanğıcı idi.Bununla belə İstanbul işğalçılıq planlarını da həyata keçirməkdən geri qalmaq istəmirdi.Əslində bu dağılmaqda olan imperiyanın yenidən dirçəlməsi üçün edilən uğursuz addımlar idi, çünki əvvəl onun himayəsində olan xalqlar belə öz inkişafının ləngiməsində İstanbulu səbəbkar kimi görür ona, qarşı mübarizə aparırdılar.Lakin əvvəlki dövrlərdən fərqli olaraq işğalçı müharibələr feodallara əlavə torpaqlar verilməsi və vergi verən təbəqənin müəyyən edilməsi ilə bitmirdi.Nəhayət,müharibənin nəticələri istər sadə xalq, istərsə də yuxarı təbəqənin vəziyyətinin ağırlşmasına səbəb olurdu ki, bu da imperiyanın dağılmasını sürətləndirirdi. Artıq müharibələr feodallara istənilən gəliri gətirmirdi.Buna görə də onlar da dövlətin aparmaq istədiyi müharibələrdə maraqlı olmur və ondan müxtəlif yollarla yayınırdılar. XVII əsrin rəsmi sənədlərində göstərilir ki, timorçular və zaimlər sultan müharibələri üçün 120-150 min döyüşçü çıxarırdısa indi bu rəqəm 10 mindən artıq deyildir.Bu isə sultan hakimiyyəti ilə feodallar arasındakı mülk bölgüsü uğrunda aparılan mübarizələr uçurumu daha da dərinləşdirirdi.Təsadüfü deyildir ki,XVIII əsrdə Osmanlı dövlətinin tənəzzülünə həsr edilən bir sıra əsərlərdə bu məsəslələr öz əksini tapmışdır. Onların arasında Səlahəddin Faninin ''Məsləhətlər kitabı'', ''Özdəm Gürsəlin'' ''Nizamsızlığın aradan qaldırılması üçün nümunəvi fəaliyyətə dair göstəricilər'' adlı əsərləri xüsusi qeyd edilir.Tarix səhnəsində dövrünün bir sıra güclü dövlətləri ilə mübarizə aparan bu dövlət Avropa dövlətlərinin yürütdüyü məkrli siyasət nəticəsində çoxlu ''qan'' itirmiş XX əsrin əvvəllərində və süquta uğramışdır.Süquta uğramasına baxmayaraq, dünyanın sayılıb-seçilən imperatorluğlarından biri olan Osmanlı imperiyasının tarixi hələ də dünya tarixçiləri tərəfindən diqqətlə öyrənilməkdədir.

I Fəsil

Osmanlılar haqqında ümumi məlumat

1.1.Osmanlıların etnogenezi Etnogenez yunan sözü olub iki söz birləşməsindən ibarətdir.Etnos-tayfa, xalq genezis-mənşə.Bu termin bütövlükdə bu və ya digər etnik birliyin tayfanın əvvəl mövcud olan etnik komponentlər bazasında təşəkkülü prosesini izah edir.Etnik komponentlər qəbilələr, tayfalar, xalqlar və millətlər bir sözlə, etnoslardır.Konsolidasiya (etnik mənsubiyyətcə qohum etnosların qaynayıb-qarışması prosesi) və assimilasiya (etnik mənsubiyyətcə müxtəlif etnosların arasında gedən prosesdə onlardan birinin digərini dilindən məhrum etməsi) prosesləri nəticəsində bir ad altında məlum etnos müəyyən tarixi mərhələdən sonra tarix səhnəsindən çıxır, biri əriyib gedir, digəri hakim mövqeyə malik olur.Hər bir xalqın mənşəyini aydınlaşdırmaq üçün onun təşəkkülünə gətirib çıxarmış və enik prosesin bütün mərhələlərində iştirak etmiş komponentləri müəyyən etmək lazımdır.Etnogenez zaman və məkanca lokallaşdırılmış tarixi prosesdir.Buradan da etnogenezin dövrləri və etnogenezin təşəkkül tapdığı ərazi anlayışı öz əksini tapır.Dünyanın bir çox xalqları aborigenlərin və gəlmə soyların qovuşması nəticəsində təşəkkül tapmışdır.Kiçik Asiya ərazisi ən qədim yaşayış məskənlərindən biridir.Burada yaşayan xalqların ən qədim yaşayış məskəni hazırki, dövrdə Çatal hüyük mədəniyyəti kimi tanınan yaşayış yurdu olmuşdur.Paleolit, Mezolit, Neolit, Eneolit, Erkən tunc və Dəmir dövrlərinə aid məlumatlar insanlıq tarixinə çıraq tutmaqdadır.Yörədə tapılan və arxeoloji araşdırmaların aparıldığı böyüklü-kiçikli hüyüklərin (arxeoloji ərazi) hər biri tarixi məlumatları saxlamaqdadır. Çumranın şimalının 11 km-də məşhur arxeoloji qazıntı sahəsi ''Çatalhüyük'' ərazisində çox zəngin qiymətli tarixi məlumatlar vardır.Anadolunun ən qədim yaşayış mərkəzlərinin əvvəlində dayanır.Hatıp Çuxurkənddə arxeoloji qazıntılar nəticəsində tapılan heykəllər Anadolu xalqının dini və mədəniyyəti haqqında geniş məlumat verir.Beyşəhər yaxınlığında Errbada bişmiş torpaqdan emal edilmiş çanaqlar, təsərrüfat alətləri, etnoqrafik salnamə və yazılı sənədlər və.s bu ərazisinin tarixinin çox qədim olduğunu sübut edir. Arxeoloji qazıntılar nəticəsində məlum olub ki, burada yaşayan insanlar heyvanları əhilləşdirərək gündəlik işlərində istifadə ediblər.Bu bölgələrdə o dövrə görə memarlıqda yüksək nailiyyətlər əldə olunmuşdur.Divarlar sal daşlardan tikilmişdir.Yonutma daş texniki ilə düzəldilmiş ev əşyaları bijüteriyaları,savaş və tarım alətləri gözəlliyi ilə diqqəti cəlb edir.Bütün bu tapıntılar Konyanın Erba bölgəsinin b.e.ə 5700 ilə qədər gedib çıxan bir tarixə sahib olduğunu göstərir.Bundan sonrakı dövrdə Kiçik Asiya ərazisi bir neçə tarixə bölünür.Bunlar aşağıdakılardır: 1.Hett dövrü 2. Friq dövrü 3. Bizans dövrü 4. Səlcuq dövrü 5. Osmanlı dövrü 6. Cümhuriyyət dövrü I.E.ə . XVIII-XII əsrlərdə Kiçik Asiyada Hett adlı qədim dövlət mövcud olmuşdur. B.e.ə 1400-1200 illər arasında bu torpaqlara sahib olmuş Hettlər böyük mədəniyyətə sahib idilər.Konya və onun ətrafında bu mədəniyyətlərə dair məlumat verən yaşayış mərkəzləri tapılmışdır.11 km. qərbdə Karahüyük ətrafı yüksək divarlarla əhatə olunmuş koloniya mərkəzi idi. Xatınsaray, Əlibəy, Çorca, Çarıqlar və Akörən hüyükləri bizlərə mövzu ilə bağlı bir çox məlumat və sənəd təqdim etməkdədir.Bölgədə tapılan 4 abidə, Hettlərin mədəniyyət, sənəd və kültürü haqqında sağlam məlumat verməkdədir.Bunlardan ikisi, Beyşəhər yaxınlığındakı Eflatun Pınar ilə fəsillər abidəsidir.Üçüncüsü, İlıqın Heroqlif kitabəli məbədi dördüncüsü də, Ereğlidəki İvriz Tarım məbədidir.Bu e.ə. XX-XlX əsrlərdə hettlər, hattilər və etnik qrupların təmsil olunduğu şəhər dövlətlərinin (Kanes,Hattuşinaş və.s) birləşməsi nəticəsində yaranmışdır.E.ə. təqribən XVIII əsrdə Kussar padşahı Anittas Anadolunun bəzi vilayətlərini birləşdirmiş e.ə. XVII əsrin əvvəllərində isə digər Hett sülaləsinin əsasını qoyan Labarna Hett dövlətinin ərazisini daha da genişləndirmişdir.E.ə. XVII əsrin ortalarında I Hattuşilis Kiçik Asiyanın cənub-şərq vilayətlərinin işğalını sona çatdıraraq paytaxtı Hattuşilis şəhərinə köçürmüşdü.I Mursilis dövründə (e.ə XVII əsrin sonunda) Hett dövlətinin hərbi qüdrətini ən yüksək səviyyəyə çatmışdır.Arxeoloji qazıntılar zamanı əldə edilmiş bəzi maddi-mədəniyyət nümunələri Boğazgöydə (Hattuşa) tapılmış Hett hökmdarlarına məxsus yazılı sənədlər Hett mədəniyyətinə dair fikir söyləməyə imkan yaradır.Bu mədəniyyətin təşəkkülündə bəzi etnik qrupların təsirinin izləri də hiss olunur.Lakin Hett mədəniyyətində əsasən Hatt ənənələri üstünlük təşkil edir.Akkad hökmdarları Sarqon və Naram-Suenlə bağlı rəvayətlər Hett ədəbiyyatında öz əksini tapmışdır.Şumer-Akkad ədəbiyyatının təsiri Hett ədəbiyyatının digər sahələrində də özünü göstərir.Eyni zamandaonların mixi yazı sistemindən Hetlər də istifadə etmiş hətta ''Gilqameş haqqında dastan'' Hett dilinə tərcümə olunmuşdur.Hetlər Şumer-Akkad-Hett lüğəti də tərtib etmişdilər Hett hökmdarlarının kitabələri və salnamələri də ilkin ədəbiyyat nümunələrindən hesab olunur.Buraya ''Anitanın kitabəsi'', I Hattuşilin, I Suppiluliumun ''Salnamələri'' və.s daxildir.Bütün qədim xalqların ictimai həyatında olduğu kimi hetlərin də məişətində və ideologiyasında din və dini təsəvvürlər mühüm əhəmiyyət daşımışdır.Hetlərdə çoxallahlılıq mövcud olmuş və allahların da əksər hissəsi Hatt mənşəli hesab edilmişdir.Arinna şəhərinin Günəş ilahəsi Vurusem Səma tufan allahı və onun qadını Hett panteonunda baş allahlardan hesab olunur.Hett dövlətinin hər bir vilayət və icmasında yerli ibadətgahlar olmuşdur.Hetlərə qədərki memarlıq saxsı-gil qablar və əşyalar istehsalından ibarət olmuşdur.Hetlər maraqlı möhürlər də hazırlayırdılar.Hetlərin mədəniyyəti digər Şərq xalqlarının da mədəniyyətinə öz təsirini göstərmişdir. II.Friqlər Polatlıdakı Gordionu bölgəsində yaşamışlar.Konyanı işğal edən Friqlərburada da orijinal izlər buraxmışlar.Ələddin təpəsində aparılan arxeoloji qazıntılar nəticəsində Friqlərə aid bol miqdarda çanaq, bijüteriya və gündəlik məişət əşyaları aşkar olunmuşdur. Böyük İsgəndərin b.e.ə 330-cu illərində Anadoluya səfəri Yörə xalqının taleyini dəyişdirən hadisələrdəndir.Berqama kralı III Attalosun ölümündən sonra Konya Roma imperiyasına keçmişdir.O dövrdə ''ikonium'' adıyla tanınmışdır.260-cı illərində cənubda yaşayan Palmiralılar Qotlara qarşı Romalılara ittifaqa girdilər.İki müttəfiq ordu 267-ci ildə Anadolu ərazisində birləşərək Qotlara doğru hərəkətə keçdilər.Baş verən hadisələr Kiçik Asiya ərazisini iqtisadi cəhətdən tənəzzülə uğratdı.Roma imperiyasının ikiyə bölünməsi (395) Anadolu, Şərqi Roma imperiyasının ərazisinə qatıldı. III.Bizans dövründə xalq son dərəcə mürəkkəb bir həyat yaşamışlar.Vergilərin ağırlığı Konyada təsərrüfata ciddi ziyan vurmuşdur.Dövlət idarəçiliyində mərkəzləşmənin zəifləməsi nəticəsində baş verən daxili çəkişmələr xalqa böyük itkilər vermişdir.Qalalar bu qala içindəki əsrarəngiz tikililər dağıdılmış, xalq yoxullaşmışdır.Bizans strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bu şəhəri ələ keçirməyi qarşısına məqsəd qoyan Xəlifə Əbdülməlik Konyanı təkrar ələ keçirir (704).Konstantinopolun fəthi üçün Konyanın böyük əhəmiyyətini bilən Bizanslılar çox keçmədən Konyanı təkrar ələ keçirtsələr də Xəlifə I Vəlid şəhəri təkrar ələ keçirərək müsəlmanların şəhərlərinə daxil edilir.Abbasilər üzərinə ağır basqınlar həyata keçirilmişdir.Bununla da Bizans Kraliçası İrən (797-802) Konya torpaqlarının gəlirlərini Abbasilərə vermək məcburiyyətində qalır. IV.XI əsrdə Diyari Rum üzərinə Səlcuq axınları başlayır.1064-cü ildə Səlcuq hökmdarı Alp Arslanın dövründə Türkmənlər Antakya tərəfə hərəkətə keçdilər 1068-ci ildə Konyanı ələ keçirtsədə bir qədər sonra geri çəkildi.Anadolunun qapıları 1071-ci ildə Malazgird zəfəri ilə Türklərin üzərinə açıldı.Qutalmışoğlu Süleyman şah 1074-cü ildə Konya fəth etdi və müstəqilliyini elan etdi.Abbasi Xəlifəsinin də özünə sultan ləqəbi verməsiylə Anadoluda ''Anadolu səlcuq dövləti'' yaratmış oldu(1076).I Kiliçarsalan imperator İ.Aleksios Kommenosun Papa Urbenin yardımı və dəstəyi ilə hazırladığı I Xaç yürüşü ilə cəhd etsə də geri çəkilmək məcburiyyətində qalır.Əvvəl İzmit sonra Konya Xaçlıların əlinə keçir Danışmendillər də Malatya yaxınlığında Xaçlıları məğlub edirlər.İkinci Xaçlı yürüşü I Kiliçarslan tərəfindən Akşəhər yaxınlığında məğlub edilir.Məlik şah 1189-cu ildə Konyanı ələ keçirtdi.Bunu fürsət bilən Xaçlılar Anadolu üzərinə ''üçüncü səfərlərini'' həyata keçirtdilər.Anadolu Səlcuqlu dövlətinin parçalanmasından sonra meydana gələn 'bəyliklər' hər vasitə ilə Konyaya sahib olmağı məqsəd bilmişlər.Qaramanoğulları dövründə Toxtamışın, Ələddin Əli Bəyin cəhdləri bunlardandır. V.Osmanlı türklərinin soy kökü və təşəkkülünün öyrənilməsi həm elmi,həmdə siyasi baxımdan əhəmiyyətlidir. Osmanlı dövlətinin beşiyi sayılan Kiçik Asiya fransızların Minor Asiya sözündən götürülüb, türkiyəlilər isə Anadolu deyirlər Osmanlı türklərinin təşəkkülü 3 mərhələyə bölünür: I mərhələ: qədim dövr-e.ə VII əsrdə kimmer, iskit, sak tayfalarının axını etnik dəyişiklərin başladığı dövr.II mərhələ erkən orta əsrlər dövründən oğuzların axınına kimi dövrü əhatə edir.III mərhələ oğuzların axını və osmanlı türklərinin təşəkkülünün başa çatdığı dövr. Birinci mərhələ: Antik müəlliflərin verdiyi məlumata görə e.ə III minillikdən I minilliyə kimi burada etnik arasıkəsilməzliyin olduğunu və etnik vərəsəliyin davam etdiyini yazmışlar.E.ə VIII əsrdən yeni etnosların şimaldan Cənubi Qafqaza Kiçik Asiyaya köçləri başlayır.Bu etnoslar tarixşunaslıqda kimmer skif sak adları ilə məlumdur.Kimmerlər: Herodotun yazdığına görə e.ə vııı əsrdə şərqdən Qara dənizin şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişlər.Bu məlumatda skif dedikdə konkret hansısa bir etnos nəzərdə tutulmur.Kimmerlərin əsil adı Kəmər və ya Qəmər kimi çəkilir. Tədqiqatçılar kimmerləri İrandilli etnoslar hesab edir.İ.M Dyakonovun fikrincə kimmer adı bu etnosa kənardan verilmiş ''həmişə hərəkətdə olan'' deməkdir.Digər araşdırmalar isə kimmerlərin türkdilli olmasını göstərir Məsələn Kəmər adı türkcə Kamaşan və bir sıra türk tayfa adları (avar,bulqar xəzər) üçün səciyyəvi olan ''ər''-kişi, igid, döyüşçü mənasını verir.Bu fikri ilk dəfə F.Cəlilov tərəfindən irəli sürülmüşdür.Skiflər: Qara dənizin şimalda və Orta Asiyada e.ə I minillikdə yaşayan əhali ümumi olaraq skif (yunanca) və ya skut (latınca) adlanırdı, başqa sözlə bu adlar altında konkret etnos nəzərdə tutulmur. Kimmerləri təqib edərək bu ərazilərə gələn skiflərin antropolji quruluşu haqqında Heradot yazır ki, Skiflər yastıburun və enli qulaqdırlar Antik müəllif İssedor isə Skiflərin gözləri və ağızlarından başqa üzləri hamardır kimi məlumat vermişdir.Bu məlumatlara əsasən skiflər monqoloid irqindən olması sübut olunur.Saklar: E.ə I minillkdə Orta Asiya və Qazaxıstan çöllərində yaşayan əhalinin əsas hissəsi Saklar idi.Arxeoloji qazıntılar sakların yalnız 20%-nin monqoloid irqi nişanələrinin olmasını göstərmişlər deməli onlar əsasən avropoid tipli olmuşlar.Saklarda mənşə etibarı ilə türk və ya iran mənşəli olması fikri vardır onların türk mənşəli olması noqay xakas yakut dil elementlərində söz oxşarlığı ilə özünü tam biruzə verir.Saklara məxsus Şəki adının Azərbaycan, İran, Tatarıstanla yanaşı Türkiyə ərazisində də çəkilməsi (burada Şəki adlı yaşayış məntəqəsinin olması) saksena toponiminin Alban-Atropateniya ilə birgə Kiçik Asiyada (Qarsda) olması bu ərazilərdə sakların axının olduğu və etnogenizə təsir etdiyini göstərir.Nəzərdə tutulmalıdır ki, oda sitayiş üçün məbəd tikilməsi İran dilli xalqlar üçün səciyyəvi deyildi onlar atəşpərəst olmamışlar.Bu ibtidai din forması Kiçik Asiya ərazisinə saklardan gətirilmişdi. İkinci mərhələ: Bu dövrdə axını başlamışdı.375-ci ildən Kiçik Asiya, Balkan ətrafı ərazilərinə gəlməyə başladılar.Qərbi fəth etməyə başlayan hunların başçısı alman əfsanələrində Etsel türk xalqlarında isə Altı xan adı ilə məşhur Atilla idi.443 və 447-448-ci illərdə Bizansa hərbi yürüşlər nəticəsində onu özü ilə hesablaşmağa məcbur etmişdi. 445-ci ildə Frakiya və İlliriyanı tutaraq Konstantinopola yaxınlaşmışdı.558-583-ci illərdə öz dövlətini yaratmış avarlar Kiçik Asiya ilə yanaşı hətta 626-cı ildə İstanbulu da mühasirə etmişlər.Böyük tayfa olmasına baxamyaraq Avarlar 796 -cı ildə qüdrətinin zəiflədiyini görsədir.Xristianlığı qəbul etdikdən sonra yarım əsr ərzində slavyanlaşmışdılar.Avarlardan sonra Balkanlarda və orta Avropada möhkəmlənən növbəti tayfalar Macar və Bolqarlar oldu.584-1018-ci illər ərzində Qara dəniz, Serbiya və Egey dənizi arasında böyük bir ərazidə hökm sürdülər.755-ci cənubi Anadolu ərazisinə gəldilər. Bizans imperiyasının güclü xristianlıq təbliğatı qarşısında aciz qalan bolqarlarda 865-ci ildə xristianlığı qəbul etdilər.Müasir türk dilində bulqar izlərinə rast gəlinir.VII əsrdən Kiçik Asiyaya xəzərlərin axını başladı.Bizans imperatoru II Yustinyan da Xəzərlərlə yaxşı münasibətdə deyildi.1020-ci ildən etibarən Balkanlarda Bizans imperatorluğu ilə mübarizə aparan digər türk qövmü isə peçeneqlər Salonik və Moreyaya qədər olan böyük bir ərazini öz hakimiyyətləri altında almışdılar. Peçeneqlərin ardınca Avropaya 1048-ci ildə gələn digər türk qövmü uzlardır.Bizans Bolqarların güclü müqavimətini qıran uzlar Frakiya və Mokedoniyada daxil olmaqla Moreyaya qədər olan geniş bir əraziyə yayıldılar.Beləcə 375-ci ildən yəni IV əsrdən 1190-cı illərin sonunadək, yəni XIII kimi olan türk tayfa axınları Osmanlı dövlətinin yaranığı ərazidə aparıcı rola malik oldular.Bunlar: hun, avar, bulqar, peçenik, kuman (qıpçaq) türk tayfalarıdır.Ancaq bu türk tayfaları xristianlığı qəbul edərək slavyanlaşmışdılar. Üçüncü mərhələ: Osmanlı türklərinin bu mərhələsi türk zolağı və Anadolu üzərindən olmuşdur.Bu dövr XI əsrdə səlcuqların yürüşü ilə başladı,Osmanlı dövlətinin təşəkkülü ilə sona çatdı.Qayı boyunun rəmzi iki ox və bir yaydan ibarət idi.Qayını mənası: 'Möhkəm qüvvət və qüdrət sahibi' demək idi.Səlcuqların ordusunun tərkibində türkmən boylarıda vardı.Türkmən boyları içərisində Qayıxanlılarda vardı.Qayıxanlılar Monqollara və Bizansa qarşı Səlcuqlara mühüm xidmətlər göstərmiş olduğu üçün Qayı nəslindən olanlara mükafat olaraq Ucda yəni Bizans sərhəddində ''Söyüd qışlağı'' və ''Dolmancı yaylasını'' iqta olaraq vermişdir.Malazgird döyüşündən sonra Bizans artıq Anadolunu itirməyə başladı. XIII əsrin ortalarında isə Kiçik Asiya ərazisində artıq monqol yürüşləri başlandı.I Əlaəddin Keybudaqdan (1219-1236) Koni sultanlığı ( Kiçik Asiya səlcuqlu dövləti) zəiflədi.Qiyasəddin Keyxosrov 1236 -1243 vaxtında monqol yürüşləri intensiv xarakter almışdır.1245-ci ildə Qiyasəddinin ölümü ilə səlcuqlu sultanlığı monqol canişinliyi tərəfindən idarə edilməyə başlandı.A.A.Rosloyakov yazır ki, Kiçik Asiya türkləri üç etnonimə bölünür: türklər, türkmənlər, oğuzlar.Antopoloji quruluş: Sovet antropoloqlarından V.V.Bunakın nəzəriyyəsinə görə türklərin fiziki görkəmi ən azı 4 əsas və seçilmiş komponentlərdən ibarətdir.Bu antropoloji tiplər coxorski ponto-zaqorski balkan-dunayski qədim yerli quruluş Kiçik Asiya və balkan elementləri.Cənubi xəzəryanı zakaspi tipi VII-IX əsrlərdə yerli İmayan gəlmə törəmələrdən ibarətdir.Coroxorski yaxud pontay tipi: Əhatə olunduğu ərazi indiki Türkiyə ərazisindən kənardı.Türkiyədə o yalnız çox olmayan rayonlarda Şimali-Şərqi Anadoluda məskunlaşmışdılar.Onu yerli türklərin tərkibinə lakların axını ilə bağlayırlar.Qədim kiçik Asiya millətlərindən xet, ledisiya, kareitlər, laz və gürcüləri tərkibinə qataraq bu tipə uyğunlaşıblar.Pont zakaspi tipi: və ya onları ön Asiyalı da adlandırırlar.Daha çox olduqları yer Şərqi Anadolu idi.Oda qədim kiçik Asiya tiplərinə aid idi.Urartu dövlətinin milləti ilə buna asuriyya abidələrindəki fiziki görünüşlü heykəlləraid idi.Bu tip ermənistan ərazisində çox əhatəli yayılıb buna görə də bu tipə bəzən ermanoid deyirlər.Balkan-Dunay tipi: Qərbi Anadolu və Şərqi Friqiya türkləri üçün xarakterik tipdir.Balkanlardan yunan bolqarların gəlməsi ilə yayılmışdı. Zakaspi tipi Lokallığı ilə fərqlənir Türkiyə ərazisində itmiş tip kimi görsənir. Ancaq bəzi cizgilər başqaları ilə qarışıb.Anadoluda bu tipin geniş yayılması daha çox Səlcuq türklərinin axını ilə bağlıdır.Müasir türkmənlər bu tipə uyğundur.Buna sübutlar etnogeniz türklərin yerli Anadolu milləti ilə qarışması antopoloji tipə iki cür təsir edib. Birinci Səlcuq və Osmanlılardan əvvəlki yerli əhalinin antropoloji tipi, ikincisi isə Orta Asiyadan oğuz türkmənlərinin əsas axını ilə element dəyişimi.Bu tarixi faktlarda üst-üstə düşür.Osmanlı türklərinin dilinin formalaşması: Barmatov A.İ. yazdığı qrafikə görə qədim türk yazısı indiki türk yazısı ilə fərqlənir.Bu qədimlilik Orxan-Yenisey əlifbasına qədər gedib çıxır.Boldu (oldu) yox (kişi), Türk dilinin leksikası və türk dili əsas kökünü oğuz sözlərindən götürüb.Necə ki, Mahmud Qaşqari bu sözlərin siyahısını verib: ağ, ov, bən, canak, evet yağ, üzərlik, keçə, koç, kurd, utanmak və.s

1.2.Osmanlı bəylikləri Məngüçlü bəyliyi: Məngüçlü bəyliyi ya da Məngücəklilər (1080-1228) Malazgird döyüşündən sonra Anadoluda, Ərzincan, Kəmah, Divriyi, Şəbinqarahisar bölgəsində qurulmuş bir bəylikdir.Qurucusu Malazgird döyüşündə sərəkrdə olaraq qatılmış Məngücək Qazidir.1080-ci ildə qurulduğu qəbul edilməkdədir.Gürcülərə və Rumlara qarşı müvəffəqiyyətlləri olmuşdur.1142-ci ildə Məngücək Qazinin oğlunun iqtidara gəlməsiylə Ərzincan qolu və Divriyi qolu olmaq üzrə ikiyə bölündülər.Ərzincan qolunun 1228-ci ildə Erzincanı alan I Əlaəddin Keyqubad bitirmişdir.Divriyi qolu isə 1252-ci ildə Səlcuqların rəhbərliyi altına girmişdir.Məngücəklilər incəsənətdə də irəliləmişdilər. Divriydiə tapılan bəzi abidələr zamanımıza qədər gəlib çatmışdır.Divriyidəki Qala Məscidi bunlardandır və 1180-ci ildə Şahin-şah Süleyman tərəfindən tikdirilmişdir.Yenə Divriyidəki Ulu Məscidi də Məngücüklərdən Əhməd Şah tərəfindən 1228-89 ilində tikdirilmişdir.Bu məscidin qapıları sənət tarixi baxımından olduqca qiymətli qəbul edilir. Ulu Məscidin minarəsini və hisarın qapılarından birini də Əhməd şah tikdirmişdir. Bəhram Şahın qızı Turan Mələk tərəfindən Ulu Məscidiyə bitişik olaraq tikilən Darüşşəfa da əhəmiyyətli Məngücəkli abidələrindəndir.Məngüçlü bəyləri siyahısı: Məngücək Qazi (1071-?), Əmir İshak Bəy (?-1142), Məlik Davud (1142-1168), Məlik Fəxrəddin Bəhramşah (1168-1225), Məlik Əlaüddin Davud (1225-1228) Divriyi qolu: Məlik Süleyman (1142-1170), Məlik Seyfüddin Ebi'l-Müzəffər Şahənşah (1170-1205), Məlik II Süleyman (1205-1220), Məlik Hüsamüddin Ebi'l-Müzəffər Əhməd Şah (1220-1245), Məlik Müəyyəd Saleh (1245-1252) Çaxa bəyliyi: Çaxa Bəy Dövləti 1081-ci ildə İzmirdə qurulmuşdur.Qurucusu Çaxa Bəydir.1093-cü ildə Bizanslılar tərəfindən süquta uğradıldılar.Beləcə Qərbi Anadoludakı ilk Türk suverenliyi sona çatmış oldu.Çaxa Bəyliyi İzmirdə qurulduğu üçün bir çox dəniz fəaliyyəti reallaşdırmış, dəniz döyüşlərində əhəmiyyətli rol oynamışdır.Ayrıca ilk Türk dənizçi dövlətdir.Çaxa Bəyin Çanaqqala bölgəsində ələ keçirməsindən sonra, öz suverenliyi naminə narahat olan kürəkəni Birinci Qılınc Aslan öz ölkəsinə hücum edəcək deyə qorxaraq Çaxa Bəyi öldürtmüş və bu bəyliyə son qoymuşdur.Çaxa Bəy Dövləti Qərbi Anadoluda İslamla tanış olduqdan sonra inkişaf edən Türk hökmdarlıqları dövründə olması baxımından əhəmiyyətlidir.Çünki, Avropanın şərqində və bu bölgələrdə daha əvvəllər, Roma Dövləti və ayrılmadan sonra, Şərqi Roma Dövləti (Bizans) sərhədləri içində yaşayan Müsəlman olmayan Türk boyları mövcud idi.Çaxa Bəy Dövləti kimi dövlət quruluşlarının əhəmiyyəti, sonraki Türk axınlarıyla inkişaf edən Türk əhalisiylə dövlət halını ala bilmələri idi.Amma bunun kimi çox dövlət olsa da çaxa bəy dövləti türk dənizçiliyinə olan qatqılarıyla xatırlanmağa dəyər bir türk dövlətidir. Danişməndlilər bəyliyi: Danişməndlilər (1080-1178) illəri arasında Sivas mərkəz olmaq üzrə Çorum, Tokat, Niksa, Amasya, Malatya, Kayseri şəhərləri ətrafında qurulmuş bir Anadolu bəyliyidir.Danişmənd sözünün mənası Farscada ''təlimçi adam'' deməkdir. Danişmədlilərin ilk olan Danişmənd Əhməd Qazi 1063-cü ildən etibarən Səlcuqlu sultanı Alp Aslanın xidmətinə girmiş bir 'seyid' sərkərdə idi.Malazgird döyüşünə də qatılan Danişmənd Qazi zəfərin qazanılmasında əhəmiyyətli rol oynadı.1080-ci ildə Bizanslılardan Sivası aldı və Danişməndli Xanədanını qurdu.Danişmədlilər 1100-cü ildə Bizans dövlətindən aslılığı olmayaraq hökm sürən Malatyanı mühasirəyə aldılar. Antakyanı ələ keçirərək Antakya Şəhzadəliyini qurmuş olan Xaçlı hökmdarı Tarantolu Boemondo Malatyanın köməyinə gəldi.Ancaq məğlub olaraq Danişməndlilərin əlinə məhbus düşdü. Malatya 1103-cü ildə Danişməndlilər əlinə keçdi.1072-1178 illəri arasında əvvəl Malatya 1095-ci ildən sonra da Niksar mərkəz olmaqla Çorum,Tokat, Niksar Amasya, Malatya, Kaysəri şəhərləri ətrafında qurulmuş bu Anadolu bəyliyini idarə edən bəylər hökmdar olduqları illər etibariylə bu şəkildədir: Danişmənd Qazi (1085-1104 ) Məlik Qazi ibn Danişmənd (1104-1134) Məlik Nizaməddi Yağıbasan ibn Qazi (1142-1164) Məlik Şəmsəddin İsmayıl (1164-1171) Məlik İmadəddin Zünnun ( 1171-1174\1178) Malatyada bəylik edənlər Məlik Aynüddövlə ibn Qazi Məlik Alaüddin Zülqərneyn (1152-1162) Məlik Naırüddin Məmməd ( 1162-1170) Məlik Fahrüddin Qasım ( 1170-1171) Məlik Əfridun (1171-1175). Saltuklu Bəyliyi Saltuklu Bəyliyi Malazgird Döyüşündən sonra Böyük Səlcuqlu dövləti sərkərdələrindən eyni zamandaadı 'seyid' olan Əbulqasım Saldıq Bəyin 1071-ci ildə qurduğu Anadolu Türk Bəyliyidir.Mərkəzi Ərzurumdur.Ərzurumda 1179-cu ildə tikilən Ulu Məscidi Nəsrəddin Məhəmməd tikdirmişdir.Üç günbəzlər bilinən türbələrdən biri İzzəddin Saldığa aiddir.Butürbənin yanında bir də zaviyə vardır.Tərcanda Mama Xatun tərəfindən tikdirilən Micingərd Qalası Saltuklulara aid əhəmiyyətli abidələrdəndir və bu abidələrin çoxu zamanımıza qədər gəlib çatmışdır. 1.3.Osmanlı bəyliyinin digər türk bəylikləri ilə münasibətləri Anadolu bəylikləri Malazgirt döyüşündən sonra burada yaranmış kiçik dövlətlərdir. Osmanlı bəylilyi hələ yarandığı dövrdən Səlcuq dövlətinin tərkibindəki digər türk bəylikləri ilə yaxşı münasibətdə idi.Bu bəyliklər hamısı bir vaxtda yaranmışdı və Səlcuq dövlətinin gətirib burada yerləşdirdiyi tayfaların yaratdığı qrumlar idi.Bu bəylilklər iki dövrə bölünürdü: I dövr Anadolu bəylikləri Məngüçlü, Çaxa Dilmaçoğlulları, Çubukoğulları, Danişməndlilər, Saltuklu, İnanoğulları, Ahlatşahlar Ərdəbil.II dövr Anadolu bəylikləri, Qaramanoğulları, İnancoğulları,Sahibataoğulları Pəhləvanoğulları, Dobruca, Candaroğulları, qaresi Germiyanoğulları, Həmitoğulları Əşrəfoğulları, Ramazanoğulları, Aydınoğulları, Canikoğulları.Osmanlı bəyliyini idarə edənlər XIV əsrə kimi Anadolu türkmən bəylikləri ilə münasibətlərində bir-iki çatışmanı nəzərə almasaq bilərəkdən uzaq durmuşdular.Bu dövrdə Osmanlı bəyliyi əsgəri və siyasi gücü böyük ölçüdə Bizans torpaqlarını tutmağa sərf etmişdi.Osmanlı bəyliyi Orxan bəy dövründə qonşu Türkmən bəyliklərinin torpaqlarında da genişlənməyə başladı.O bu dövrdə zəifləmiş Balıqəsr, Çannakqala Bergame, cığırlarına sahib olan Qarase bəyliyi torpaqlarında 1345-ci ildə çox asanlıqla Osmanlı suverenliyi təsisi altına almışdı.Beləliklə Osmanlı bəyliyi həm Qaresi bəyliyinin donanmasına həm Rumeliyə keçiş üçün əhəmiyyətli bir dəstəyə həm də Avropa torpaqlarını yaxşı tanıyan Qarase komandirlərinə sahib oldular.Bundan əlavə isə Orxan bəy dövründə digər bir bəyliklə ciddi qarşıdurma yaşanmamışdı.Osmanlılar Kiçik Asiya bəyiklərinin torpaqlarını ələ keçirməyi ciddi olaraq ancaq I Muradın dövründə düşünmüş Balkanlarda yaxşı yerləşdikdən sonra tətbiq etməyə başlamışdılar.I Muradın hakimiyyəti illərində diplomatik siyasət yürüdüldü.Germiyanoğlu Süleyman şahın qızı I Muradın oğlu şəhzadə Bəyazitlə evlənmələri Kütahya Dovşanlı Əmət Simav və Gediz ətraflarını cehiz olaraq Osmanlıların əlinə keçməsinə səbəb oldu.Bu dövrdə Osmanlı bəyliyi Hamidoğulları bəyliyindən Ağsəhər Yalvac Bəyşəhər Qaraağac və Seydişəhəri 1374-cü ildə 80.000 qızıl qarşılığından satın alaraq Anadolu Səluq dövlətinin varisi sayılan Qaramanoğulları bəyliyiilə sərhəd qonşusu etdi və vəziyyət Osmanlı-Qaramanoğulları mücadiləsi XV əsrin sonlarında Qaramanoğulları bəyliyinin qaldırılmasına qədər sürdü.

II Fəsil

Osmanlı dövlətinin yaranması və xarici siyasəti

2.1.Kiçik Asiyada Osmanlı dövlətinin yaradılması və xv əsrdə Balkanlarda yeritdiyi xarici siyasət Böyük Səlcuq imperatorluğunun dağılmasından (1157) xeyli müddət sonra Kiçik Asiyada yeni bir qüdrətli türk-müsəlmandövləti -Osmanlı imperatorluğu meydana gəldi.Bu dövlətin qurucusu Oğuzların Qayı boyundan olan Osman bəy idi.Osman Qazi Əskişəhər-İraq yolunu ələ keçirdərək Konya sultanlığının varlığına son qoydu və bununla da türklər 1299-cu ildə öz dövlətlərini yaratdılar.Bu dövlət qurucusu Osman bəyin adı ilə Osman dövləti adlandırıldı.Osman Qazinin əsas planlarından biri Bursa şəhərini ələ keçirmək idi.Türk qoşunları 1314-cü ildə Bursanı mühasirəyə aldılar.Osmanın oğlu Orxan Qazinin başçılıq etdiyi türk ordusu 12 illik mühasirədən sonra 1326-cı ildə şəhəri tutdu. Bursanın fəthi Osmanlı dövləti üçün böyük əhəmiyyəti oldu.Bursa şəhəri 1329-cu ildə gənc Osmanlı dövlətinin paytaxtına çevrildi.Bununla da Osmanlı Osmanlı türkləri Mərmərə dənizinin Anadolu hissəsinə həmişəlik olaraq yiyələndilər.Osman Qazinin vəfatından sonra hakimiyyətə gələn Orxan Qazi 1326-1362 dövlətin hakimiyyət orqanlarını və vəzifələrini müəyyənləşdirdi.O ölkəni vilayətlərə və dairələrə böldü.Orxan Qazinin məqsədi iqtisadi və strateji əhəmiyyətə malik olan Konstantinopolu ələ keçirtmək idi. Bunun üçün ilk növbədə Nikeya şəhərini tutmaq lazım idi.Türklər 1329-cu ildə Nikeya şəhərini mühasirəyə alması Bizans cəbhəsində ciddi narahatçılığa səbəb oldu.1329-cu ildə Osmanlı və Bizans qoşunları arasında Maltəpə adlandırılan yerdə baş vermiş döyüşdə Osmanlılar Bizans qoşunlarını darmadağın etdi.Bu qələbədən sonra Nikeya şəhəritəslim oldu.Şəhərin adı dəyişdirilərək İznik adlandırıldı.Nikeyanın itirilməsi ilə Bizans anadoludakı dayaqlarından birini itirdi.1337-ci ildə Nikomediya şəhəri də Osmanlı dövlətinin tərkibinə qatıldı.Orxan Qazi oraya çoxlu türk ailələri köçürtdü.Bu şəhərin adı isə İzmit adlandırıldı.Nikomediyanın tutulması ilə Osmanlı dövlətinin sərhədləri Konstantinopola qədər genişləndi və Egey dənizi sahillərinə qədər ərazi Osmanlıların nəzarəti altına keçdi.XIV əsrin 30-cu illərində Bizans imeriyasında güclü çəkişmələr baş verirdi.Əlverişli şəraitdən istifadə edən Süleyman Paşa 1354-cü ildə Gelibolunu və ətrafındakı Bizans qalalarını ələ keçirdi.Süleyman Paşanın bu qələbəsi nəticəsində türklər Balkanlarda əlverişli strateji mövqe qazandı. Sultan I Muradın (1359-1389) hakimiyyətə gəlməsindən sonra da Balkanlarla bağlı həyata keçirilən xarici siyasət davam etdirilirdi.Qisa zaman kəsiyində yəni 1361-ci ildə Ədirnə, Plovdiv, Sofiya, Şərqi Frakiyanın qonşu rayonları, Şumen, Nis və digər şəhərlər ələ keçirildi.Ədirnə (Adrianopol) Osmanlı dövlətinin paytaxtına çevrildi.Osmanlıların yeritdiyi xarici siyasət nəticəsində 1370-ci ildə Bizans, sonra isə Bolqarıstan ondan asılılığı qəbul etməyə məcbur oldular.Həmin dövrdə Balkan yarımadasında türklərə müqavimət göstərə biləcək yeganə güclü dövlət Serbiya idi.Lakin 1371-ci il sentyabrın 26-da Osmanlılar Çirmən döyüşündə serbləri ağır məğlubiyyətə uğratdılar.Serbiya osmanlılardan asılılığı qəbul etməyə, hər il müəyyən miqdarda əsgər və vergi verməyə məcbur oldu.Serb çarı Lazarın başçılığı ilə toplanan 200 minlik serb ordusu 1389-cu iyunun 25-də Kosova çölündə Osmanlılarla qarşılaşdılar.Osmanlılar burada misli-bərabəri olmayan qələbə qazandılar.I İldırım Bəyazid (1389-1402) Serbiyanın müstəqilliyinə son qoydu və nəticədə Osmanlı dövlətinin sərhədləri qərbdən Dunay çayının sahillərinə qədər genişləndirildi.1393-cü ildə türklər Bolqarıstanın paytaxtı Tırnovo şəhərini ələ keçirdilər.XVI əsrin sonuna yaxın Bosniyanın çox hissəsi də türklərin hakimiyyəti altına düşdü.Türklər Albaniyaya da daxil oldular.Macar kralı Sigizmund fransız, ingilis, alman və çex cəngavərlərinin iştirakı ilə türklərə qarşı səlib yürüşü təşkil etsə də, 1396-cı il sentyabrın 25-də bolqarıstan ərazisində, Niqbolu (Nikopol) şəhəri yaxınlığında məğlubiyyətə düçar oldu.Niqbolu döyüşü ilə bütün Bolqarıstanın işğalı başa çatdırıldı. İldırım Bəyazid 1399-1400-cü illərdə əvəllər Səlcuq imperatorluğunun tərkibinə daxil olan əraziləri - Qaraman, bəylərbəyliyini, Sivası, Malatyanı da ələ keçirdi.Türklərin hakimiyyəti Şərqi Avropaya qədər yayıldı və qüdrətli Osmanlı imperatorluğu yaranmağa başladı. Türklər Bizansın Balkanlardakı sonuncu dayağı olan Konstantinopolu fəth etmək məqsədilə Asiya sahillərində Anadoluhisar qalasını tikdilər.XV əsrin əvvələrində Osmanlı imperatorluğunun başı üzərini təhlükə aldı.Didər qüdrətli türk cahangiri Əmir Teymur Kiçik Asiyaya yürüş etməklə bir sıra bəyliklərdə öz müstəqilliklərini bərpa etmək istəyi yaratdı.Əmir Teymur Sivası və Malatyanı tutması və Dəməşqə qədər irəliləməsi İldırım Bəyazidin Konstantinopolun mühasirəsini dayandırmasına və Şərqi Anadoluya doğru irəliləməsinə təkan verdi.Sivas, Ərzincan, Kemah və Malatya Osmanlılar tərəfindən geri alındı.Bu hadisələr iki qüdrətli türk cahangirini qarşısı alınmaz döyüşə sürüklədi.İldırım Bəyazidin ordusunun bir hissəsi Konstantinapolun mühasirəsini, bir hissəsi isə Anadolu qalalarının müdafiəsi ilə məşğul olduğundan Teymura qarşı sayca xeyli az qüvvə toplanmışdı.Teymurun ordusunda isə döyüş filləri də var idi.1402-ci il iyulun 28-də Ankara düzənliyində Orta əsrlərin bəlkə də ən böyük döyüşü baş verdi.Teymur qələbə çaldı.Teymurun qələbəsində öz müstəqilliklərini bərpa etmək istəyən anadolu bəyliklərinin xəyanəti də mühüm rol oynamışdı.Ankara döyüşü bütün türk dünyasının faciəsi idi.Teymur özü də bilmədən Avropanı Osmanlı imperatorluğundan xilas etdi və bütün türk dünyasının gələcək faciəsi üçün zəmin hazırladı.Təsadüfi deyil ki, bu xəbəri eşidən Roma papası Avropa ölkələrinin kilsələrində üç gün aramsız kilsə zənglərinin sədaları altında şükranlıq düası oxutmuşdur. Tarixində ''səltənət fasiləsi'' adlandırılan dövrdən sonra Osmanlı dövləti Sultan II Muradın (1421-1451) hakimiyyəti dövründə əvvəlki qüdrətini bərpa etdi.II Murad 1430-cu ildə Saloniki 1431-ci ildə isə Varna şəhərlərini tutdu.1444-cü ildə Varna döyüşündə türklər macar və çex səlibçilərini darmadağın etdilər.1448-ci ildə isə II Kosova döyüşündə Yanos Hunyadinin başçılıq etdiyi səlibçi qoşunları məğlub oldu. 1451-ci ildə II Murad öldükdən sonra hakimiyyətə oğlu II Mehmet 1451-1481 keçdi.II Mehmet 1453-cü ilin yazında Konstantinopolu qurudan və sudan mühasirəyə aldı və 53 günlük mühasirədən sonra 1453-cü il mayın 29-da Konstantinopol fəth edildi.BeləlikləBizans imperiyasının varlığına son qoyuldu.Türklərin İstanbul adlabdırdıqları Konstantinopol şəhəri Osmanlı imperatorluğunun paytaxtına çevrildi.Sultan II Mehmete ''FATEH'' təxəllüsü verildi.II Mehmet zəifləmiş Trabzon dövlətini və Kiçik Asiya əmirliklərini də tabe etdi.Onun ordusu Krımdakı Genuya koloniyası olan Kəfəni ələ keçirtdi.1475-ci ildə Krım xanlığı Osmanlı dövlətindən vassal asılılığını qəbul etdi.Fateh II Mehmet Moreya yunan knyazlığını Afina hersoqluğunu da imperiyanın tərkibinə qatdı.Dunay knyazlıqları olan Moldova və Valaxiya da Osmanlılardan asılı vəziyyətə düşdülər.Eyni zamanda Osmanlı imperatorluğu Venesiya ilə də uzun sürən müharibə aparmalı oldu.Nəticədə Venesiya ilə sülh müqaviləsi bağlandı.Venesiya Egey dənizindəki bütün adalarını türklərə verməli oldu və hər il 1000 dukat məbləğində bac verməyi öhdəsinə götürdü.

2.2.XV əsrdə Osmanlı-Ağqoyunlu münasibətləri Ağqoyunlu tayfa ittifaqının başçısı Qara Osmanın vəfatından sonra (1435) hakimiyyət onun oğlu Əli bəyin əlinə keçdi.O da öz atasının siyasətini davam etdirir, Osmanlı sarayına vaxtaşırı məktublar yollayırdı.Amma Əli bəy də atası Qara Osman kimi tez-tez siyasi hiyləgərlik edir, Osmanlı dövləti ilə olduğu kimi Teymurilərlə də əlaqə saxlayırdı. Atası Əli bəydən sonra (1444) Ağqoyunlu tayfa ittifaqının başçısı olan Cahangir də II Sultan Muradla əlaqə saxlayırdı.Atası kimi o da, özünü türk sultanının ''mülazimi'' olduğunu bildirir, ''bizim məmləkətimiz də elə sizindir və bu ev ilə o ev birdir'' kimi cümlələr yazmaqla ona öz səmimi münasibətini bidirir.Çox keçmədən onunla qardaşı Uzun Həsən arasında nifaq yaradılırdı, nəticədə Diyarbəkir qalası və Mardin Cahangirin əlindən çıxdı.Uzun Həsən Ağqoyunlu dövlətini varisi olduqdan sonra daim öz torpaqlarını genişləndirmək Kiçik Asiya Ön Asiya və Avropa dövlətləri ilə ticarət əlaqələrinə vüsətvermək istəyirdi.Ohərbi-siyasi qüdrət baxımından böyük Osmanlı imperiyasının şəxsində özünün qüdrətli rəqibini görürdü.Osmanlı sultanlarının xüsusilə də II Sultan Mehmetin ağır gömrük siyasəti Ağqoyunlu dövlətini onun əsas gəlir mənəbyi olan ticarətdən məhrum etmək idi.Bu da Ağqoyunlu-Osmanlı ziddiyyətlərini olduqca kəskinkləşdirdi.Nəticədə Osmanlı sultanı kiçik feodal dövləti olan Trabzona 1461-ci ildə həyata keçirdiyi hərbi yürüşü ərəfəsində Uzun həsənlə II Mehmetin ilk döyüşü baş verdi.Uzun Həsənin Şərqdə qüvvətlənməsi onun Venesiya Trabzon Roma papalığı və başqa dövlətlərlə artmaqda olan əlaqələri onun həmin dövlətlərin məkrli siyasəti nəticəsində Osmanlı dövlətinə qarşı qızışdırılması Osmanlıların Anadoludakı geniş fəaliyyətinə bir maneə idi.Uzun Həsən Trabzonda itirdiklərinin əvəzini Qaraman bəyliyini öz tərəfinə çəkməklə çıxmaq fikrinə düşdü.O bu niyyətlə Osmanlı sarayı ilə nifaqda olan Qaraman oğulları müdafiəyə başladı.Venesiya dövləti də Qaraamanla əlaqə yarada bilmiş, hətta 1453-cü ildə onlar arasında bir sıra ticarət sazişləri və əfvnamələr imzalanmışdır. Qaramanoğlunun Venesiyalılara göndərdiyi bir məktubda Osmanlılar ''müştərək düşmən'' adlandırılmışdırlar.1463-cü ildə isə İbrahim bəy ''Ağqoyunlu-Venesiya'' ittifaqına qoşularaq onlarla birlikdə sənəd imzaladı.1464-cü ildə Qaraman əmiri İbrahim bəyin vəfatı ilə əlaqədar Qaraman böhranı daha da genişləndi və Uzun Həsən öz rəqibi Fatehi qabaqlamaq məqsədilə Qaramana yürüş edərək İbrahim bəyin oğlu İshaqı taxtda əyləşdirdi.Lakin onun hakimiyyəti uzun sürmədi.1468-ci ildə türklər Qaramana hücum edərək bu bəyliyin də varlığına son qoydu.Qaramanın Osmanlılara birləşməsi nəticəsində Uzun Həsən özünün bir müttəfiqindən və aralıq dənizinə çıxmaqdan məhrum oldu.Uzun Həsən və onun əmiləri ilə daim münaqişədə olan Cahan şah müntəzəm olaraq Osmanlı sultanları II Murad və II Mehmetlə əlaqə saxlayır və zərurət olan kimi onlardan hərbi kömək və havadarlıq xahiş edirdi.O, II Mehmetə yazdığı məktubunda Osmanlı sultanını Uzun Həsənə hücum etməyə çağırır.Fateh isə bir növ gözləmə mövqeyində dayanmış, öz Ağqoyunlu rəqibi Uzun Həsəni Qaraqoyunlu Cahanşahın əli ilə məhv etmək istəyirdi. 1467-ci ilin mayında Cahanşah Osmanlı sultanı tərəfindən şirnikləndirilərək öz silahlı qüvvələri ilə Diyarbəkirə tərəf yollandı.Sultan II Mehmetin oğlu şahzadə Bəyazid razılaşmaya görə, gərək Cahanşaha köməyə gələydi. Lakin kömək gəlib çatmadı. Cahanşah məcbur olub geriyə çəkildi, Uzun Həsən isə ona doğru irəlilədi.1467-ci ildə Cahanşah Uzun Həsən tərəfindən məğlubiyyətə uğradıldı.Bu hadisədən sonra, Ağqoyunlu dövləti ilə Osmanlılar arasında əlaqələr nisbətən gücləndi və ''zahiri dostluq'' xarakterində davam etməyə başlandı. XV əsrin II yarısındakı Osmanlı-Azərbaycan münasibətlərində əsas hadisələrdən biri Otluqbeli (1473) döyüşü olmuşdur.Otluqbeli döyüşü Ağqoyunluların məğlubiyyəti ilə nəticələndi.İki üzlü siyasət yeridən Venesiya Respublikası Ağqoyunluların hərbi uğurlarından istifadə etməklə Osmanlıları boğmağa ümid edirdi.Lakin bunun əksi oldu, Ağqoyunluların son vaxtlar əldə etdikləri bütün yerlər yenidən Osmanlı nüfuzu altına düşdü. Yeni Ağqoyunlu hökmdarı Sultan Yaqubun (1478-1490) 12 illik hakimiyyəti dövründə Osmanlılarla açıq-aşkar düşmənçilik etmək, onlara pis münasibət nümayiş etdirmək meyli aradan çıxmış, Sultan Yaqub və II Mehmet arasında yazışmalar və elçi get-gəli normal vəziyyətə düşmüşdü.Yaqubun vəfatı və onun yerinə azyaşlı Baysunqur Mirzənin şah olması Ağqoyunlu-Osmanlı münasibətlərinin davam etməsinə heç bir mənfi təsir etmədi. Lakin, Ağqoyunlu dövlətinin tabeliyində olan geniş əraziləri Osmanlı imperiyasına qatmaq üçün edilən diplomatik cəhd baş tutmadı və Ağqoyunluları Səfəvilər əvəz etdi. XVI əsrin əvvələrində Osmanlı imperatorluğu Yaxın Şərqdə böyük ərazilər tutaraq, dünyanın bu geniş regionunda ən böyük dövlətə çevrildi.Osmanlılar ilə Səfəvilər arasında ərəb ölkələrini ələ keçirmək uğrunda mübarizə başlandı. 1514-cü ildə Sultan I Səlim (1512-1520) Çaldıran düzündəki döyüşdə Şah İsmayılın qoşunlarını məğlub edərək, Səfəvi dövlətinin paytaxtı Təbrizi tutdu.Çaldıran qələbəsi ilə Osmanlı imperatorluğu Səfəvi dövlətinə ağır zərbə vurdu.Cənub-Şərqi Anadolu və Gürcüstan türklərin əlinə keçdi.I Şah İsmayılın Diyarbəkir də daxil olmaqla, Ağqoyunlu dövlətinin tarixi ərazisini ələ keçirmək planı iflasa uğradı.Çaldıranda türk dünyası, bütövlükdə islam aləmi növbəti dəfə uduzdu.Bu qardaş qırğını bütün əvvəlki fəlakətlərdə fərqli olaraq, Qərb müstəmləkəçilərinin Şərqdə möhkəmlənməkdə olduğu dövrə təsadüf edirdi.Bu mənada Çaldıran döyüşü türk-islam dünyasının məğlubiyyəti, Qərb diplomatiyasının isə qələbəsi demək idi.XVI əsrin birinci yarısında baş vermiş Osmanlı-Səfəvi müharibəsi dövrü Osmanlı imperatorluğunun ən qüdrətli vaxtları idi.Qərb diplomatiyası Osmanlı imperatorluğunun hərbi gücünü Səfəvi dövlətinə qarşı yönəltməklə, Avropada Osmanlı işğallarının sultanı Süleyman Qanuni öz hakimiyyəti dövründə 13 dəfə hərbi səfər çıxmışdısa, bunun üçü yalnız Səfəvi dövlətinə qarşı yönəlmişdi.Həm də bu üç əməliyyat qalan bütün on müharibədən daha uzun çəkmişdi. Digər tərəfdən, Osmanlı-Səfəvi imperatorluqları kimi iki qüdrətli türk dövlətinin daim müharibələr apararaq, bir-birini zəif salması Qərbi Avropanın Şərqə dair işğal planlarının yaranmasına əlverişli yaratmışdır. Qərb dövlətləri 1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsi dövründə də Osmanlı imperatorluğuna bütün hərbi qüvvələrini Səfəvi dövlətinə qarşı yönəltmək imkanı verdilər.Nəticədə kəskin daxili ictimai-iqtisadi və siyasi tənəzzül keçirən Səfəvi dövləti Osmanlı qoşunlarına qarşı dura blmədi.İki dövlət arasında bağlanmış İstanbul müqaviləsinə (1590) əsasən, Gürcüstan, Kirmanşah, Luristan, Xuzistan və başqa ərazilərlə yanaşı, Azərbaycan (Ərdəbil və Talış mahalları istisna olmaqla) da Osmanlı imperatorluğuna qatıldı. XVI əsrin ortalarından başlayaraq, Cənubi Qafqaz ərazisini tamamilə öz hakimiyyəti altına salmağa çalışan Osmanlı imperatorluğu, nəhayət, Azərbaycanla əlaqədar xarici siyasət planlarını keçirə bildi.Amma bu, müvəqqəti bir uğur idi.İki türk dövlətini iki, qardaş xalqı hələ irəlidə yeni qanlı toqquşmalar və tarixin ən acı səhifələri gözləyirdi.Qərb diplomatiyası öz işini görməkdə idi. 2.3.Səfəvi-Osmanlı münasibətləri XVI əsrdə Şərqdə mərkəzləşmiş Azərbaycan Səfəvilər dövləti yarandı.II Bəyazid Şah İsmayılın şəxsində təhlükəli rəqibin meydana çıxdığını görürdü.Osmanlı sarayında hakimiyyət dəyişikliyi olduqdan sonra vəziyyət dəyişdi.Atasının əksinə olaraq Səlim daha qəti hərəkət edərək əvvəllər Ağqoyunlulara, indisə Səfəvilərə illik xərac ödəyən Gürcüstana yürüş etdi (1508). Səlimin bu hərəkəti Şah İsmayılın hiddətinə səbəb oldu. Beləliklə münasibətlər daha da kəskinləşdi.Şah İsmayıl Çaldıran döyüşü ərəfəsində Osmanlıya qarşı Portuqaliya ilə hərbi ittifaq bağlamağa İran körfəzi vasitəsilə odlu silah artilleriya mütəxəssisləri almağa can atırdı.Lakin bu plan baş tutmadı.Çünki Hörmüz 1507-ci ildə tutuldu.Hörmüzün tutulması Azərbaycanın xarici ticarət əlaqələrini zəiflətdi. Səfəvi dövlətinin hərbi siyasi tarixində 1514-cü ilin 23 avqustunda baş vermiş Çaldıran döyüşü mühüm mərhələ olmuşdur.Döyüşdə Səfəvilər məğlub oldu.Döyüş Səfəvilərin hərbi-siyasi nüfuzuna ciddi zərbə vurdu və nəticədə onun Kürdüstanda geniş əraziləri itirməsinə gətirib çıxardı.1524-cü ildə mayın 23-də Şah İsmayıl vəfat etdi.Sultan Səlimin yerinə də Sultan Süleyman gəldi.O taxta çıxdığı ildən ''Şərq diyarı''-Azərbaycana hücum etmək fikrində idi.Nəhayət 1534-cü ildə Azərbaycana hərəkət etdi.Lakin payızın sonunda şiddətli soyuqlar və azuqə çatışmazlığı üzündən Osmanlı ordusu böyük itkilər verdi.Qışı Bağdadda keçirən Sultan Süleyman 1535-ci ildə Təbrizə gəldi.Şəhər sakinləri Təbrizdən İraqa köçürçlmüş taxıl və əkinlər yandırılmış Şah Sultaniyəyə çəkilmişdi.Aclıq və taun xəstəliyi Sultanın qüvvələrinə tələfat verdi və onlar geri çəkilməyə başladı.1548-ci ildə Sultan Süleyman böyük ordu ilə yenidən Azərbaycana girdi.Ordusunun hərəkətini çətinləşdirmək üçün sərhəddən paytaxtadək yollar viran edildi yandırıldı.Sultan Təbrizə daxil olur,4 gün orda qalır ancaq 1548-ci il 2 iyunda tərk etməyə məcbur olur.1554-cü ildə IV yürüşə başlayan Süleyman bu dəfədə heçnə əldə etməyib geri qayıtdı.Bir müddət danışıqlar nəticəsində 1555-ci il mayın 29-da Amasya sülhü bağlandı.Qərbi Gürcüsatan (İmeretiya, Meqreliya, Quriya), qərbi ermənistan Osmanlının təsir dairəsinə keçdi.Şərqi Gürcüstan (Mesxiya, Kartli, Kaxetiya),şərqi ermənistan isə Səfəvilərin hakimiyyəti altında qaldı.1559-cu ilədək hər iki ölkə arasında dinclik və əmin amanlıq oldu.1555-1578-ci illər Səfəvi -Osmanlı münasibətlərinin ən dinc dövrü idi.1566-cı ildə Sultan Süleyman Belqradda vəfat etdi.1578-ci ildə Osmanlı-Səfəvi müharibəsi yenidən başlandı.Amasya sülhü Osmanlılar tərəfindən pozuldu və onlar Gürcüstan və Şirvan üzərinə yürüş etdilər.Çıldır döyüşündə Qızılbaşlar məğlub oldular. 1587-ci ildə rəsmi şəkildə Qəzvin taxtına əyləşən I Şah Abbas dövləti böhranlı vəziyyətdən qurtarmaq üçün Türkiyə ilə sülh danışıqlarına başladı.Səfəvilər özlərinin qalan mülklərini saxlamaq üçün Sultanın sülh şərtlərini qəbul etməyə məcbur oldular.1590-cı il İstanbul sülhünə görə Azərbaycandan əlavə Ermənistan Gürcüstan İranın qərb vilayətləri Nəhavənd Suristan Şəhrizur Osmanlıya verildi.Azərbaycan Səfəvi və Osmanlı feodalları tərəfindən idarə olunmağa başladı.Osmanlı hakimiyyət orqanları zəbt olunmuş ərazilərdə yeni inzibati vahidlər yaratdılar vilayətlərə hakimlər təyin etdilər. 1555-ci il sülhünün şərtləri bərpa edildi.1612-ci il oktyabrın 17-də Osmanlı-Səfəvi arasında Mərənd sülhü imzalandı.Lakin Osmanlı tərəfi bir sıra yeni şərtlər sürdü.Səfəvi sarayı Osmanlılara ildə 200 tay ipək verməyi öhdəsinə götürdü.Osmanlıların şərtlərindən biri də rusların yürüşlərinin qarşısını almaq üçün Terek qalasının dağıdılması idi.Həm də Osmanlı dövləti Səfəvilərlə Rusiya arasında ittifaqın yaranmasına mane olmağa çalışırdı.I Sultan Əhməd 1612-ci il müqaviləsinin şərtlərini pozaraq vəzir Qara Mehmed paçanı 1616-cı ilin yazında qızılbaşlara qarşı yeni müharibəyə başlamasına əmr verdi.Həlledici döyüş 1618-ci il sentyabrın 10-da Sərab vilayətinin Əraştaban və Səkəmsaray qəsəbələri arasındakı düzənlikdə Sınıq körpü adlı yerdə baş verdi.Osmanlı məğlub oldu.1618-ci il sentyabrın 26-da Mərəndə sülh imzalandı.Bu sülhün 1612-ci il sülhündən əsas fərqi Səfəvilərin ildə verəcəyi ipəyin 200 taydan 100 taya endirilməsi idi.Osmanlı sultanı II Osman 1619-cu il sentyabrın 29-da Səfəvi Osmanlı sülhünü təsdiq edərək Avropa səfərinə çıxdı.1618-ci il sülhünə görə osmanlılarda qalan Axalsık qalası tutuldu.1624-1626-cı illər Bağdad uğrunda Səfəvi-Osmanlı müharibəsi I Şah Abbasın qələbəsi ilə başa çatdı.1629-cu ildə Şah Abbas öldü.I Səfi hakimiyyətə sahib oldu.1634-1635-ci il hərbi əməliyyatları Səfəvilərin qələbəsi ilə bitdi.1639-cu ildə mayın 17-də Qəsri-Şirində Səfəvi elçisi Sarı xan Osmanlı Qara Mustafa paşa sülh sazişi imzaladı müharibəyə son qoyuldu. İraqi-Ərəb Osmanlılarda Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərdə qaldı. Müqaviləyə görə Səfəvilər Van və Qars qalalarına həmçinin Axaksıka hücum etməyəcəklərinə dair söz verdilər. XVIII əsrdə Səfəvi dövlətində dərin iqtisadi və siyasi böhran dövrü idi.Rusiya və Osmanlı fürsətdən istifadə edərək Azərbaycana tez-tez yürüş edirdilər.1732-ci ildə Osmanlı ilə Səfəvi arasında uğursuz barışıq imzalandı.Heratdan qayıdan Nadir bu müqaviləni tanımadı.1732-ci ildə Nadir xan II Təhmasibi taxtdan saldı.Onu Məşhədə sürgün etdi və 8 aylıq oğlunu şah elan etdi.1733-cü ildə Nadir Bağdad döyüşündə məğlub oldu.Onlar arasında sülh müqaviləsi bağlandı. Müqaviləyə görə Osmanlı dövləti son 10 ildə Səfəvilərin aldığı torpaqları qaytarmağı öz öhdəsinə götürdü.1736-cı ildə Nadir özünü şah elan etdi.Beləliklə, 235 il sonra Azərbaycan tarixində, hətta o dövrki dünya dövlətlərinin tarixində mühüm rol oynayan qüdrətli Səfəvilər dövləti süquta uğradı.Səfəvi dövləti süqut etdikdən sonra da Osmanlı dövləti Avropa dövlətləri tərəfində tarix səhnəsində sıxışdırılmış və təklənmişdi. 2.4.Osmanlı imperatorluğunun Ərəb fütuhatları Ərəb ölkələrinin Osmanlı imperatorluğunun tərkibinə daxil edilməsi sözün klassik mənasında işğal demək deyildi.Bu, əslində sosial yeniləşmə cəhdi ilə bağlı hakimiyyət dəyişikliyi idi.Burada iqtisadi tənəzzül və ərəb ölkələrinin dünya birliyində çəkisinin azalması kimi amillər böyük rol oynamışdır.Şübhəsiz, daxili ziddiyyətlər, intellektual durğunluq və sosial süstləşmə ərəbləri xarici aləmin qarşısında zəiflətdi.Bununla belə, XVI əsrin əvvələrində ərəb ölkələri hələ də kifayət qədər imkan və inkişaf etmiş bir bölgəni təmsil edir, dünya siyasətində, beynəlxalq ticarət və mədəniyyət mübadiləsində nəzərə çarpan rol oynayırdılar.Onların hələ də kifayət qədər insan və material ehtiyatları, inkişaf etmiş sənətkarlıq və kənd təsərrüfatı məhsulları istehsalı var idi.Bəs necə oldu ki, 19.5 milyon əhalisi olan bu varlı və inkişaf etmiş region Osmanlıların hakimiyyəti altına düşdü? Necə oldu ki, dini cəhətdən rəngarəng olan və müxtəlif tayfaları birləşdirən dövlətin başında duran Osmanlı sultanları cəmi beş il ərzində onları əraziyə və əhalinin sayına görə qat-qat qabaqlayan geniş bir bölgədə öz hakimiyyətlərini möhkəmlədə bildilər?.Axı ərəb dünyasının taleyi artıq 1516-1520-ci illərdə həll olunmuşdur.Bu zaman türklər məmlüklərin imperiyasını devirmiş və digər ərəb ölkələrində elə möhkəm mövqe əldə etmişdilər ki, onların osmanlılaşdırılması yalnız vaxt tələb edirdi.Həm də bu, ərəb ölkələrinin özlərindən daha çox Osmanlıların uzun müddətli və gərgin mübarizə apardıqları üçüncü ölkələrlə-İspaniya, Portuqaliya və Səfəvilərlə qarşıdurmadan asılı idi.Tarixdən məlum olmuşdur ki, iki Osmanlı-Məmlük müharibəsindən sonra 1516-cı ilin avqustunda Suriya Osmanlılardan vassal asılılığına düşdü.Bu zaman I Sultan Səlim müstəsna hüquqlu ümümdünya xəlifəliyi ilə islam sultanı və hər iki müqəddəs şəhərin xadimi titullarını qəbul etdi. 1517-ci ilin yanvarında Misir, iyulunda Hicaz, eləcə də həmin il Şərqi Sudan və 1518-ci ildə Əlcəzair Osmanlı imperatorluğunun vassalına çevrildi.1521-ci ilin fevralında Suriya, 1522-ci ildə Misir, 1533-cü ildə isə Əlcəzairin Osmanlı imperiyasına rəsmi birləşməsi həyata keçirildi.1534-cü ilin avqustunda Xeyrəddin Barbarossa Tunisə daxil oldu və tezliklə burada Osmanlı hakimiyyəti elan olundu.1534-cü il dekabrın 2-də Sultan I Süleyman Qanuni (1520-1565) Bağdada daxil oldu, Şimali və Mərkəzi İraq rəsmi sürətdə Osmanlı imperatorluğuna birləşdirildi.1538-ci ildə Hadramut, Bəsrə və Fars körfəzi əmirlikləri Osmanlılardan vassal asılılığını qəbul etdilər.1546-cı ilin dekabrında isə Cənubi İraq rəsmi olaraq Osmanlı imperiyasına birləşdirildi.Bir neçə dəfə əldən ələ keçəndən sonra 1574-cü ildə Tunis son olaraq türklərin hakimiyyəti altına keçdi.Bəs Osmanlıların bu cür sürətlə uğur qazanmalarını nə ilə izah etmək olar? Türk ordusu XV-XVI əsrlərdə dünyanın qabaqcıl orduları səviyyəsinə yüksəlmişdi. Türklərin güclü donanması, artilleriyası yaxşı təşkil edilmiş arxa xidməti və kəşfiyyatı var idi.Lakin bununla belə, türk ordusu bütün göstəricilər üzrə digər dövlətlərin ordularından üstün deyildi.Nə I Sultan Səlim, nə də I Səlim Süleyman Qanuni süvarilərinini, nəinki nümünəvi Avropa, heç Məmlük süvarilərinin səviyyəsinə də yüksəldə bilməmişdilər. Türklərin yeganə üstünlüyü onların artilleriyası idi.Onların texniki cəhətdən kamil, müxtəlif kalibrli və təyinatlı topları, ümumi rəyə görə dünyada ən yaxşılarından sayılırdı. Ərəb ölkələrinin işğalı zamanı ərəb ordularının mübarizədə mətinliyinin və iradəsinin türklərlə döyüşə girmək istəyinin olması amili diqqəti özünü cəlb edir.Hər bir ərəb ölkəsində, hər bir şəhər və kənddə xəyanət özünü göstərirdi.Orduda və əhali arasında əlində silah türklər tərəfə keçən, onlara öz komandanlıqlarının planlarını xəbər verən, şəhərin və qalaların qapılarını onların üzünə açan adamlar da az deyildi. Tamamilə aydın görünürdü ki, ərəb ölkələrinin xalqları Osmanlılarla döyüşmək istəmirdilər.Bəs bunun səbəbi nə idi? - Ərəb tədqiqatçısı Mahmud Bualinin sözlırinə görə, ərəblər ''beyinləri dini və siyasi cəhətdən dolduran şüarlarla'' işğal olunmuşdular.Bu şüarlar həqiqətən də yoxsul kəndlilərin rəğbətini qazanmaq osmanlıpərəst meyllərin əsasında durur və ümumi bərabərlik və qardaşlıq, sosial ədalət və harmoniya, əməyin insanın maddi tələblərinin ödənilməsində yeganə mənbə olması, dəbdəbəli və varlı həyatın pislənməsi, istismara yol vermədən, sadə, qənaətcil yaşamağın vacibliyi kimi fundamental islami prinsiplərə əsaslanan sosial-iqtisadi və siyasi doktrinanı əks etdirirdi. Öz xüsusiyyətinə görə bu doktrina cəmiyyətin sosial yeniləşdirilməsinə istiqamətləndirilmişdi, lakin o, tam sxolastik nəzəriyyə deyildi, təcrübə üçün əsas idi.Onun kökləri uzaq keçmişə, Anadolu kəndlərinin və şəhər yoxsullarının qazi və əxz hərəkatları dövrünə gedib çıxırdı.XII-XIII əsrlərdə qazi əxi hərəkatlarının sosial-teokratik ideyaları şiəliyin dini təbəqələşmələrindən təmizləndi və dərvişliyin təsiri altında ortodoksal sünni dini təlimi ilə bir araya sığan şəkil aldı.Osmanlı sosial doktrinasının təşəkkülünə məşhur Əndəlus sufi mütəfəkkiri İbn əl-Ərəbi və onun anadolu davamçılarının təlimi həlledici təsir göstərdi.Bu davamçıların sırasında qazi və əxi hərəkatını ilk dəfə öz rəhbərliyi altında birləşdirən gənc I Osmanın (1281-1326) mürşidi Mövlana Cəmaləddin Rumi xüsusi yer tutur.Hərəkatın qələbəsindən sonra Osmanlı dövlətinin təşəkkülü dövründə köhnə qazi və əxi idealları rəasmi ideologiyaya çevrildi. Kontantinapolun alınmasından bir qədər sonra II Mehmet rəsmi doktrinanın dini dünyəvi əsaslarının dəqiqləşdirilməsi və şəraitin yeniləşdirilmiş Osmanlı ''redaksiyasının'' tərtibinə başlanması əmrini verdi.Bu Mehmet ibn Fira Mirzə və İbrahim əl-Hələbi kimi görkəmli ilahiyyatçıların işlərində öz əksini tapdı.Daha da praktik olaraq, şəriətin yeni şərhi II Sultan Bəyazid və I Sultan Süleyman Qanuninin qanunlarında möhkəmləndi.Məhz cəmiyyətin yenidənqurulmasına çağırış, istiqamət və Osmanlı utopiyasının sosial idealları sayəsində ərəb ölkələri fəth edildi.Osmanlı imperiyasının tərkibinə daxil olan ərəblər özlərini hüquqsuz və məzlum xalq kimi hiss etmirdilər.Ta XIX əsrin ikinci yarısına qədər onlar Osmanlı işğalını xarici qüvvələrin əsarət ikimi qəbul etmirdilər.Görkəmli Suriya tarixçisi, müasir ərəb millətçiliyinin ideoloqlarından biri Sati əl-Hüsri qeyd edir ki, ərəblər Osmanlı sultanlarının hakimiyyəti islam xilafətinin birbaşa davamçısı kimi baxır və özlərini işğal olunmuş, xarici hakimiyyətə tabe xalq kimi hesab etmirdilər. Ərəb ölkələr imperiyasının həyatında böyük rol oynayırdı.XVI əsrin sonunda imperiyanın 34 əyalətindən 14-nü ərəb ölkələri təşkil edirdi.Bu əyalətlərdəbütün imperiya əhalisinin 60%-i yaşayırdı.Osmanlı istilası nəticəsində orta əsrlər ərəb cəmiyyətinin feodal hakim sinfi ləğv edildi.Məmlüklər Yəmən abidləri, şeyxləri, bədəvi əmirləri, yerli hakimlər hakimiyyətdən uzaqlaşdırılaraq, mülkiyyətdən məhrum və sürgün edildilər.Türklər dövlət siyasəti şəklində istismar olunmuş təbəqələrin etirazlarını ifadə edirdilər.Yuxarıda sadalanan tədbirlərin nəticəsində ərəb cəmiyyətində iqtisadi inkişaf hiss olunmağa başladı. Ərəb kəndi canladı, kənd təsərrüfatının və kənd əhalisinin inkişafı baş verdi.XII əsrdən sonra dərin durğunluq dövrü keçirmiş ərəb mədəniyyəti Osmanlı istilasından sonra canlanmağa başladı.Müvəffəqiyyətli işğallar dövləti və ayrılıqda hər bir feodalı zənginləşdirməklə mərkəzi hakimiyyətin, xüsusilə də Sultan I Süleyman Qanuninin həm ölkə daxilində, həm də xaricdə nüfuzunu hədsiz şəkildə artırdı.Hazırda, ABŞ konqresinin nümayəndələr palatasında qanun və qanunçuluq yaradan dövlət başçılarından biri kimi Süleyman Qanuninin portreti asılmışdır.Avstriya ilə mübarizədə mənafe ümümiliyi sultan ilə fransız kralı I Fransisko arasında 1535-ci ildə ''Sülh dostluq və ticarət müqaviləsi'' bağlanmasına səbəb oldu.Bu müqavilə tarixə ''Kapitulyasiya'' adı altında daxil oldu. 2.5.Osmanlı imperiyasının Avstriya ilə müharibələri Avstriya Macarıstanda təkbaşına ağalığa nail olmaq cəhdi 1664-cü ildə Türkiyə ilə müharibəyə səbəb oldu.Avstriyalıların möhkəmləndirmiş olduqları və alınmaz saydıqları Uyyar qalası alındı.Avstriya imperatoru təkbaşına türklərlə vuruşa bilməyəcəyini anlayaraq Vatikandan və Avropa dövlətlərindən yardım istədi.Lakin türklər bəzi qalaları aldıqdan sonra Avstriya ordusunu darmadağın etdi.Nəticədə Avstriya imperatoru sülh təklif etdi.Osmanlı dövləti ilə Avstriya arasında bağlanmış sülh müqaviləsinə görə Avstriyanın ələ keçirilmiş Uyyar və başqa qalaları geri qaytardılar.Avstriya ilə sülh bağlandıqdan bir neçə il sonra Osmanlı dövləti Ukraynada nüfuz dairəsi üstündə Polşa ilə müharibəyə başladı.Beş il davam edən bu müharibədə türklər qələbə qazandılar. Polyaklar osmanlıların Ukrayna üzərində hakimiyyətini qəbul etdilər. 1681-ci ildə Avstriya ilə münasibətlər yenidən pisləşdi.Türklər Vyanaya yürüş təşkil etsələr də heç bir nəticə hasil olmadı.Vyana ətrafında türk ordusunun məğlubiyyəti Avropada böyük sevincə səbəb oldu.Bir sıra xristian dövlətləri bu fürsətdən istifadə edərək, türkləri avropadan qovub çıxarmaq planını həyata keçirməyə başladılar.Papa təkidlə bu dövlətləri Osmanlı imperiyasına qarşı birləşməyə çağırdı.1684-cü ildə Avstriya, Polşa, Venesiya və Malta ''Müqəddəs birlik'' adlanan ittifaq təşkil etdilər.1686-сı ildə ittifaq ordusu şiddətli müqavimətdən sonra Budapeşti tutdu.Bu şəhərin itirilməsi osmanlılar arasında böyük çaxnaşmaya səbəb oldu.Nəticədə, düşmənlər Macarıstanın çox hissəsini Belqradı, Dalmasiya və Bosniyanın da bəzi hissələrini ələ keçirdilər.Ağır məğlubiyyətlərdən sonra Osmanlı höküməti bir neçə cəhbədə vuruşmağın mümkünsüzlüyünü anladı.1699-cu ildə Belqradın Karlovitsa qəsəbəsində Osmanlı hökümətinin və müttəfiq dövlətlərin nümayəndələri toplandılar.4 aylıq müzakirələrdən sonra Avstriya, Polşa və Venesiya ilə ayrı-ayrılıqda 25 il müddətinə müqvilələr imzalandı.Rusiya ilə də 3 il müddətinə saziş imzalandı. Avstriya ilə bağlanmış müqaviləyə əsasən bütün Macarıstan, habelə Xorvatiyanın bir hissəsi Avstriyaya keçdi. Polşa ilə bağlanmış müqaviləyə görə Podolya əyaləti və Ukrayna Polşaya verildi. Polyakların krım xanlarına ödədikləri illik xərac ləğv olundu. Venesiya ilə bağlanan müqaviləyə görə Moreya yarımadası və Dalmasiya sahilləri venesiyaya keçdi. Karlovitsa müqavilələri ilə Osmanlı imperiyası tarixdə ilk dəfə olaraq xeyli ərazi itirdi. Qısa bir müddətdən sonra baş vermiş Osmanlı-Avstriya müharibəsi (1716) isə İngiltərə və Fransanın vasitəçiliyi ilə 1718-ci ildə Pojarevatsk müqaviləsi ilə nəticələndi.Bu müqaviləyə görə Serbiyanın və Bosniyanın şimal hissəsi Avstriyaya verildi.Moreya yarımadası Osmanlı dövlətində qaldı.Əldə etdiyi ərazilərə kifayətlənməyib,1735-ci ildə hərbi əmliyyatlara yenidən başlayan Avstriya bütün Serbiya ərazisini, habelə Bosniya və Hersoqovinanı ələ keçirməyə can atırdı.Düşmən qoşunları türklərin bir sıra yaşayış məntəqələrini ələ keçirdilər.1739-cu ildə Avstriya ilə Belqrad müqaviləsi bağlandı. Müqavilənin şərtlərinə görə, Avstriya Belqrad şəhərini, Serbiya və Bosniyanın şimal hissəsini geri qaytarmağa məcbur oldu.Beləliklə, XVIII əsrin ortalarında Osmanlı dövləti Avstriya ilə apardığı uğurlu döyüşlərdən sonra şərəfli bir müqavilə imzalanmasına nail oldu.Fransa bu müharibədə öz iqtisadi maraqları naminə Türkiyəni müdafiə edirdi.Buna əvəzində 1740-cı ildə Fransaya əvvələr verilmiş kapitulyasiya imtiyazları genişləndirildi. 2.6.Osmanlı imperiyasının Rusiya ilə müharibələri XVIII əsrin ikinci yarısında Avropa dövlətlərinin xarici siyasətində güclənən təcavüzkarlıq meylləri yeni hərbi münaqişələr olacağından xəbər verirdi.Avstriya və Fransanın təhriki ilə Türkiyə 1768-ci ildə Rusiyaya müharibə elan edir.Hərbi əməliyyatlar üç cəhbədə: Dunay, Krım və Cənubi Qafqazda aparıldı.1774-cü ildə Bolqarıstanın Kiçik Qaynarca kəndində Rusiya ilə Osmanlı imperiyası arasında sülh müqaviləsi imzalandı. Nuq ilə Dnepr çayları arasındakı ərazilər, Krımdakı Kerç və Yeniqala qalaları, həmçinin Kubana qədərki torpaqlar Rusiyaya keçdi.Rusiya Azov qalasını möhkəmləndirmək imkanı əldə etdi.Kiçik Qaynarça sülhü Türkiyə və Qara dəniz ətrafı türk xalqları üçün faciəvi oldu.Rusiya Qara dəniz dövlətinə çevrildiyindən Krım xanlığının taleyi ciddi təhlükə altına düşdü.Nəticədə, Krım xanlığı 1783-cü ildə Rusiyanın tərkibinə qatıldı.1787-ci ildə Türkiyə Rusiyaya 7 tələbdən ibarət ultimatum göndərdi. Ultimatuma Türkiyə nümayəndəsinin Krıma gəlib boğazlardan keçəcək ticarət gəmilərini yoxlaması rus qoşunlarının Tiflisdən çıxarılması və.s məsələlər daxil edilmişdi.İstədiyi cavabı almayan Türkiyə höküməti 1787-ci ildə Rusiyaya müharibə elan etdi.4 il davam edən bu müharibə 1791-ci il Yassı sülh müqaviləsi ilə başa çatdı.Cənubi Buq ilə Dnestr arasındakı torpaqlar Oçakov daxil olmaqla Rusiyanın əlinə keçdi.Dnestr Rusiya ilə Türkiyə arasında sərhəd oldu.Türkiyə Krımla bağlı iddealarından əl çəkdi və Krımın Rusiyaya mənsub olduğun təsdiq etdi.Rusiya Qara dənizdə möhkəmləndi.Yaxın və Orta Şərqdə İngiltərənin mövqeyini zəiflətməyə çalışan I Napoleon 1798-ci ildə Misirə hərbi yürüş təşkil etdi.Ona görə də Türkiyə Fransaya müharibə elan etdi.Napoleonun Türkiyə qarşı işğalçılıq siyasəti Türkiyəni Rusiya ilə yaxınlaşmağa vadar etdi.Nəticədə, 1800-cü ildə İstanbulda Rusiya ilə Türkiyə arasında Fransaya qarşı müttəfiqlik barədə müqavilə imzalandı.1805-ci ildə imzalanmış digər bir müqavilədə rus hərbi gəmilərinin Bosfor və Dardanel boğazlarından keçmək hüququ təsdiq edilirdi.Lakin Rusiya ilə Türkiyə arasındakı müttəfiqlik əlaqələri uzun sürmədi. Rusiyanın Moldaviya və Valaxiyada ağalıq etməsi Türkiyədə qəzəb oyatdı. Misirdə və Suriyada isə İngiltərənin buna oxşar siyasəti də narazılıq yaratmışdı.Yaranmış bu vəziyyətdən istifadə edən Napoleon Sultan III Səlimi öz tərəfinə çəkmək qərarına gəldi və o bu məqsədinə də nail oldu.1805-ci ildə baş vermiş Austerlits döyüşündən sonra III Səlim Rusiyanın darmadağın edildiyini güman edərək, özünün Napoleona qarşı əvvəlki düşmən münasibətini dəyişdi.Türkiyə ilə Fransa arasında dostluq əlaqələrinin yaranması ilə bərabər Rusiya-Türkiyə münasibətləri pisləşməyə başladı və bu, onların arasında müharibə ilə nəticələndi.1806-cı ildə rus qoşunlarının Moldaviya və Valaxiyanı tutması səbəbindən Türkiyə 1806-cı il dekabrın 27-də Rusiyaya müharibə elan etdi.Müharibə təxminən 6 il davam etdi.Buxarestdə aparılan sülh danışıqları 1812-ci il mayın 16-da tərəflərin sülh müqaviləsi imzalaması ilə qurtardı. Sülhün şərtlərinə görə Bessarabiya Rusiyaya keçdi və Dunay çayında rus gəmilərinin gediş-gəliş hüququ təsdiq edildi. Moldaviya və Valaxiya Türkiyəyə qatıldı.Serbiyaya isə özünüidarə hüququ verildi. Rusiya ilə Türkiyənin münasibətləri XX əsrin əvvələrində yenidən pisləşdi.Rus qoşunları Dunayı keçib Osmanlı torpaqlarına soxuldular.1828-ci ildə Rusiya ilə yeni müharibə başladı.Osmanlı ordusu müharibəyə hazır olmadığından ruslar Ədirnə şəhərini ələ keçirdilər.1829-cu ilkdə Ədirnə sülhü imzalandı.Sülhün şərtlərinə görə Yunanıstan müstəqillik əldə etdi.Dunay mənsəbindəki adalar Rusiyanın əlinə keçdi.Valaxiya, Moldaviya və Serbiyaya daxili muxtariyyət verildi.Şərqi Anadoluda bəzi qalalar Rusiyaya çatdı.Rus ticarət gəmilərinin boğazlardan sərbəst keçmələri təmin olundu.Ədirnə müqaviləsi osmanlıların Kiçik Qaynarça müqaviləsindən sonra imzaladıqları ən ağır müqavilə idi.Sonrakı bir neçə on ildə Osmanlı dövlətinin Avropa dövlətlərindən siyasi cəhətdən asılı vəziyyətə düşməsi daha da sürətləndi.Buna 1840-cı ildə Londonda bir tərəfdən Türkiyə, o biri tərəfdəndə İngiltərə, Rusiya, Avstriya və Prussiya arasında saziş imzalanmasını və bu sazişə əsasən, ''Osmanlı imperiyasının bütövlüyü və istiqlaliyyətini təmin etməyə nəzarət'' pərdəsi altında həmin dövlətlərin Türkiyə üzərində qəyyumluğunu təsbit etməsini göstərmək olar.XIX əsrin II yarısında Balkanlarda vəziyyət daha da gərginləşmişdi.Bolqarıstanda üsyan baş vermiş, Serbiya və Çernoqoriya Türkiyəyə qarşı müharibəyə başlamışdı.Böyük dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlər kəskinləşmişdi.1877-1878-ci illərdəki Rusiya-Türkiyə müharibəsi Türkiyənin onsuz da ağır olan iqtisadi vəziyyətini bir az da ağırlaşdırdı və onun beynəlxalq nüfuzuna ciddi zərbə endirdi.1878-ci ildə keçirilmiş Berlin konqresində sülh şərtlərinə yenidən baxıldı. Bolqarıstan üç hissəyə parçalandı yalnız Şimali Bolqarıstan müstəqillik əldə etdi.Cənubi Bolqarıstan - Şərqi Rumeliyaya isə sultanın hakimiyyəti altında muxtariyyət verildi. Sebiya, Çernoqoriya və Rumıniya tam müstəqil oldu.Qars, Ərdahan, Batum Rusiyaya keçdi.Makedoniya və Şərqi Bəyazid osmanlılara qaytarıldı.Bosniya və Hersoqovinanın idarəsi Avstriyaya həvalə edildi.Berlin konqresindən sonta İngiltərə, Fransa, Avstriya, Rusiya və Almaniyanın Türkiyədə hökmranlıq etmək uğrunda apardıqları kəskin mübarizə şəraitində Türkiyə ayrıca bir dövlətdən asılı vəziyyətə düşməsə də, yuxarıda göstərilən dövlətlər qrupunun yarımmüstəmləkəsinə çevrildi.XX əsrin əvvəllərində Osmanlı imperiyasının iqtisadi vəziyyəti olduqca pisləşmişdi. Kapitulyasiyadan istifadə edən Avropa tacirlər türk bazarlarından ağalıq edirdilər. 2.7.İtaliya-Türkiyə müharibəsi ''Şərq məsələsi''ndə Qərb dövlətləri və Rusiyanın mənafelərinin toqquşması ''Gənc türklər''in xarici siyasətini əngəlləyirdi.O dövrün ən böyük uğursuzluğu Trablis müharibəsi ilə bağlı olmuşdur.Hələ 1909-cu ildə Türkiyə əleyhinə Rusiya və İtaliya arasında Rakkoniki razılaşması imzalanmışdı. 1911-ci ildə İtaliya Türkiyədən Trablisi ona verməyi tələb etdi və cavabın nə olacağını gözləmədən Türkiyəyə müharibə elan etdi.Sayca çoz az olan türk qoşunları bir-birinin ardınca məğlubiyyətlərə düçar oldu.Ancaq gənc zabitlərdən Ənvər Paşanın və Mustafa Kamal Paşanın topladıqları könüllü qüvvələr italyanları geri oturtdu.Buna baxmayaraq Osmanlı dövləti sülh müqaviləsi bağlamağa məcbur oldu.Nəticədə 1912-ci il oktyabrın 18-də Lozannada bağlanmış sülh müqaviləsinə görə, Liviya İtaliyanın müstəmləkəsinə çevrildi. 2.8.Balkan müharibələri 1912-ci il oktyabrın 18-də bağlanmış Lozanna müqaviləsi Türkiyənin beynəlxalq aləmdə onsuz da aşağı düşmüş nüfuzu üçün ciddi zərbə oldu.1912-ci ilin oktyabr ayında Bolqarıstan, Serbiya, Yunanıstan və Çernoqoriyadan ibarət ''Balkan ittifaqı''na daxil olan ölkələr Osmanlı imperiyasına müharibə elan etdilər.Beləliklə, tarixdə I Balkan müharibəsi 1912-1913 adlandırılan müharibə başlandı.Amma elə də uzun sürmədi.Mayın 30-da Londonda sülh müqaviləsi bağlandı.Bu müqavilənin şərtlərinə görə Osmanlı imperiyası Balkanlarda, Egey dənizində olan torpaqlarının çoxundan əl çəkmək məcburiyyətində qaldı.Albaniya müstəqil knyazlıq elan edildi. 1913-cü ildə iyunun 30-da başlanan II Balkan müharibəsi həmin il avqustun 10-da kimi davam etdi.Bolqarıstan ağır məğlubiyyətə uğradıldı.Yaranmış fürsətdən ''Gənc türklər'' istifadə edərək, Ədirnə və ətrafındakı yerləri Türkiyəyə qaytardılar.Osmanlı dövləti Avropa torpaqlarının bir hissəsini itirmiş oldu.

III Fəsil

3.1.Birinci Dünya müharibəsinin Osmanlı imperiyası üçün nəticələri və Osmanlı imperiyasının süqutu 1914-cü ildə başlayan Birinci Dünya müharibəsinin gedişi göstərdi ki, ''Dördlər ittifaqı'' bu müharibədə qalib gələ bilməyəcəkdir.Özünün iqtisadi, hərbi və siyasi cəhətdən tənəzzül dövrünü keçirən Osmanlı imperiyası daha müharibəni davam etdirmək iqtidarında deyildi.1918-ci ilin oktyabrında Türkiyə məğlub olduğunu bildirdi.Həmin ayın 30-da Türkiyə höküməti müttəfiqlər adından isə ingilis admiralı Kampori Türkiyenin müharibədə məğlub olması haqqında Mudros sülh müqaviləsi imzaladılar.Sazişin şərtlərinə görə Türkiyə boğazları açaraq müttəfiqlərin hərbi qüvvələrinin Qara dənizə daxil olmasına icazə verməyi özünün bütün hərbi donanmasını, gəmi təmiri zavodlarını, hərbi sursat və hərbi ləvazimatını müttəfiqlərin sərəncamına verməyi, öz ordusunu Cənubi Qafqazdan çıxarmağı və bura müttəfiqlərin qoşunlarınındaxil olmasına şərait yaratmağı öz boynuna götürürdü.Ədalətsiz olan Mudros sazişi nəinki Osmanlı imperiyasının varlığına son qoyur, eyni zamanda Türkiyənin müstəail bir dövlət kimi yaşaya bilməsini təhlükə altına alırdı. 1920-ci il aprelin 23-də ölkənin hər yerindən gələn millət təmsilçilərinin iştirakı ilə türkiyə Böyük Millət Məclisi (TBMM) açıldı.Məclis Mustafa Kamal paşa başda olmaqla hökümət təşkil etdi.1920-ci il iyunun 22-də müttəfiqlər azadlıq hərəkatına qarşı yunan nizami ordusunu yeritdilər.Qərbi Anadolunun xeyli hissəsi və Rumeli, Türkiyənin Avropa hissəsi işğal altına düşdü.Müttəfiqlər 1920-ci il avqustun 10-da sultan hökümətini Sevr müqaviləsini imzalamağa məcbur etdilər.Müqavilənin şərtlərini görə Osmanlı imperiyasının ərazisi İngiltərə, Fransa, İtaliya və Yunanıstan arasında bölüşdürüldü.Əslində, bu müqavilə Türkiyəni faktiki olaraq müstəqil dövlət hüququndan məhrum edildi.TBMM Sevr müqaviləsini tanımaqdan imtina etdi.Xalqın və vətənin mənafeyini satmış sultan höküməti qanundankənar elan olundu.Belə olan halda sultan Sevr müqaviləsini təsdiqləməyə cəsarət etmədi.Müəyyən bir müddətdən sonra Anadolunu yunan qoşunundan təmizləyən türk ordusu sentyabrın 9-da İzmiri azad etdi.Oktyabrın 11-də ''Antanta'' dövlətləri və Yunanıstan Mudanya sülh müqaviləsini imzaladılar.Noyabrın 1-də TBMM sultan səltənətini ləğv etdi.Sultan Malatyaya qaçdı. ''Antanta'' ilə Türkiyə arasında uzun sürən danışıqlardan sonra 1923-cü il iyulun 24-də Lozanna sülh müqaviləsi imzalandı.Təmsilçilik rejimi, Mudros və Sevr müqavilələri ləğv edildi və Türkiyənin müstəqilliyi tanındı.Lozanna müqaviləsinin Türkiyə üçün əhəmiyyəti böyük idi.Türk milli dövləti öz varlığını beynəlxalq aləmdə hüquqi cəhətdən təsdiq etməyə nail oldu.1923-cü il oktyabrın 29-da TBMM Türkiyəni respublika elan etdi.Bununla da, 624 il yaşayan qüdrətli Osmanlı imperatorluğu tarix səhifəsindən silinmiş oldu.

Nəticə

Osmanlı dövlətinin əsasını 1299-cu ildə müasir Türkiyənin Biləcik əyalətinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Dövlətin qurucusu və Osmanlı sülaləsinin banisi Osman bəy olmuşdur.Osmanlı xanədanı Oğuzların Qayı boyuna mənsub idi.Bir uc bəyliyi olaraq tarix səhnəsinə çıxışından etibarən lazım olan dini, ictimai və iqtisadi dəyişiklikləri etməkdən çəkinməyən Osmanlı Bəyliyi qısa bir müddət içərisində köklü bir dövlət halına gəldi.Dövrünün şərtlərinə görə çox qısa deyilə biləcək zamanda tarixin əksini dəyişdirəcək qədər böyüyən bu dövlətin inkişafını sadə və əsaslı təsadüflərlə izah etməyə çalışmaq mümkün deyildir.Həqiqətən, çox geniş torpaqlar üzərində hakimiyyətini təsis edən Osmanlı dövləti müxtəlif din, dil, irq, adət və ənənələrə sahib olan birlikləri əsrlər boyu ədalətli bir şəkildə darə etmişdir.Səlcuqlu-Bizans hüdudlarında təşəkkül edən bir uc bəyliyinin yeni bir din və mədəniyətin daşıyıcısı olaraq köhnə Bizans imperatorluğunun dağıntıları üzərində qurulan bu yeni dövlətə bir Türk və İslam möhürü vurması hadisəsi çağdaş tarixçilər arasında hələ tam mənasıyla izah edilə bilməyən bir məsələ olaraq mübahisə etməkdədir.Hələ Osmanlı dövləti yaranmazdan çox-çox əvvəllər müxtəlif tayfaların başçılığı ilə bir sıra türk dövlətləri yaranmışdır.Təbii ki, bu dövlətlər hər biri öz növbəsində yaranış, yüksəliş və süqut dövrlərini yaşamışlar.Amma bu dövlətlərdən heç biri Osmanlı dövləti kimi öz ərazilərini genişləndirərək belə uzun bir tarixi dövr yaşamamışlar. Öz dövrünün digər dövlətlərindən fərqli olaraq Osmanlılar hələ ilk vaxtlardan dövlətin təməlini möhkəm qoymağa səy göstərmişlər və çox güman ki, bu möhkəmlilik öz nəticəsini göstərmişdir.Belə ki, Osmanlı dövləti öz türkçülüyü ilə bərabər İslam dinini də əsas götürərək hər bir fəaliyyəti müəyyən edilmiş qaydalar əsasında yerinə yetirirdilər.Məhz bunun nəticəsi idi ki, Osmanlılar kiçik bir ərazidə təşəkkül tapmalarına baxmayaraq, az bir zaman çərçivəsində öz ərazilərini xeyli genişləndirə bilmişlər.Ağıllı hökmdarların ciddi səyləri nəticəsində tədricən qonşu ölkələr gələcəkdə böyük bir imperatorluğa çevriləcək bu dövlətdən ehtiyat etməyə başlayırdılar.Öz dövrünə görə çox güclü olan Bizans imperatorluğunu belə süquta uğradan Osmanlılar zaman keçdikcə öz qələbələrinə daha çox imza atırdılar.Lakin müəyyən vaxtlarda daxili çəkişmələr və saray əyanlarının özbaşnalıqları Osmanlı dövlətini zəiflədirdi.Belə hallardan isə bəzi qonşu dövlətlər çox böyük məharətlə istifadə edirdilər.Uzun sürən daxili çəkişmələr və xarici müdaxilələrə baxmayaraq Osmanlı imperatorluğu adı tarix səhnəsindən nisbətən gec getmişdir.Lakin bu böyük Türk dövləti özünə önəmli yerlərdən birini tuta bilmişdir. Osmanlı türk imperiyası türklərin tarixdə qurduğu 16 müstəqil dövlətdən ən uzun ömürlü və Qara dənizi əhatə edən Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb. Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər quruluş Roma imperiyasıdır.Osmanlı imperiyasında 36 sultan hökmranlıq etmişdir və XVI əsrin əvvələrindən etibarən xəlifəlik adı ilə İslam dini hökmranlığını öz üzərinə götürmüşdür.

İstifadə edilən ədəbiyyatların siyahısı:

1.Meric Erdoğan: Müsliman türk devletlerinin tarihi Ankara 1991 2.Özdamarlar, Metin (2009).''Kuruluş'' İlk Adımlar (Türk dilinde), 12, 13, Timaş Yayıncılık 3.Osmanlı Devleti Tarihi I Abdurrahman Şeref Efendi / Kaynak Yayınları 4.Türkiyede kurulan ilk devletler 5.Dərgah Qüdrətov:Türk xalqları tarixi Bakı 2004 6.Ziya Demirer:Türk devletleri tarihi. Ankara 2008 7.Axundova Telli - Osmanlı dövlət xadimi Əhməd Rəsmi Əfəndi və onun ''Xülasətül- etibar'' əsəri, Bakı - 2006 8.Orta əsrlər tarixi. Y.M. Mahmudlu, Ə.Ə. Qocayev. Ümumtəhsil məktəbləri üçün dərslik. Bakı, ''Maarif'' nəşriyyatı, 2001 9.Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər). Ş.F. Fərzəlibəyli. Bakı, ''Azərnəşr'' nəşriyyatı, 1994 10.Öztuna Yılmaz: Dövletler və Hanedanlar II Cild Ankara 1996 11.Ак-коюнлу - Османская война. Агаев Ю.Ш., Аxмедов С.А., Баку, ''Элм'', 2006 12.Müxtəlif internet resursları 13.Osmanlı devleti ve medeniyyeti tarihi - I,II cilt. Nuri Yüce,Günay Kut,Nimetullah Hafiz ... (ve öte); editör ve ön söz:Ekmelettin İhsanoğlu.İstanbul:İslam Tarihi,Sanat ve Kültür Araştırma Merkezi (İRCİCA) 1998 14.Yaxın və Orta Şərq ölkələrinin tarixi. Gülxanım Qarayeva Bakı 2010 15.1787-1792 Osmanlı Rus savaşı Vikipedi.Hasan paşa.Dz.K.K.lığı 16.1774 Osmanlı Rus savaşları Oğuz Aydemir və Ali Rza işipek







Mündəricat

GİRİŞ..................................................................................................................................1 I Fəsil.Osmanlılar haqqında ümumi məlumat 1.1.Osmanlıların etnogenezi.................................................................................................4 1.2.Osmanlı bəylikləri.........................................................................................................11 1.3.Osmanlı bəyliyinin digər türk bəylikləri ilə münasibətləri...........................................13 II Fəsil.Osmanlı dövlətinin yaranması və xarici siyasəti 2.1.Kiçik Asiyada Osmanlı dövlətinin yaradılması və XV əsrdə Balkanlarda yeritdiyi xarici siyasət.......................................................................................................................14 2.2.XV əsrdə Osmanlı-Ağqoyunlu münasibətləri...............................................................17 2.3.Osmanlı-Səfəvi münasibətləri.......................................................................................20 2.4.Osmanlı imperatorluğunun Ərəb fütuhatları.................................................................22 2.5.Osmanlı imperiyasının Avstriya ilə müharibələri.........................................................25 2.6.Osmanlı imperiyasının Rusiya ilə müharibələri...........................................................27 2.7.İtaliya-Türkiyə müharibəsi............................................................................................29 2.8.Balkan müharibələri......................................................................................................29 III Fəsil.Osmanlı imperatorluğunun sonu 3.1.Birinci Dünya müharibəsinin Osmanlı imperiyası üçün nəticələri və Osmanlı imperiyasının süqutu...........................................................................................................30 NƏTİCƏ.............................................................................................................................32 ƏDƏBİYYAT SİYAHISI...................................................................................................34 OSMANLI İMPERİYASINA AİD TESTLƏR...................................................35 MÜNDƏRİCAT.................................................................................................................40








Yüklə 74,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin