Xii mövzu: Uşaqların təlim-tərbiyəsində məktəb, ailə və ictimaiyyətin birgə işi Əhatə olunacaq məsələlər


Yeniyetmədə uşaq keyfiyyətlərinə üstünlük verilmə



Yüklə 192 Kb.
səhifə10/16
tarix03.06.2023
ölçüsü192 Kb.
#124654
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
12 Muhazire

Yeniyetmədə uşaq keyfiyyətlərinə üstünlük verilmə. Bun­lar tərbiyədə pozuculuğu şərtləndirən amillərdəndir. Bunlardan biri hiperhimayəçilikdir. Belə olduğu halda valideynlər tərəfindən uşaq­ların böyüməsi dərk edilmir, burada yalnız onların uşaq hisslərini stimullaşdırmaq əsas yer tutur. Belə valideynlər üçün yeniyetmə hələ də uşaq olaraq qalır. Bəzən onlar açıq şəkildə etiraf edirlər ki, kiçikləri tərbiyə etmək on­la­ra daha çox xoş gəlir. Yeniyetməni kiçik uşaq kimi nəzərdən ke­çi­rən valideynlər ona verilən tələblərin də səviyyəsini aşağı salırlar.
Valideyn və tərbiyə olunan arasında inamsızlıq. Bu da tər­bi­yədə pozulmanın şərtlərindəndir. Belə hallarda valideynlə ye­ni­yet­mə arasında hakimiyyət bölgüsü gedir. Bəzən də valideyn “ha­ki­miy­yəti əldən verir”, yeniyetmənin dediyi kimi hərəkət edir, onun tələblərini yerinə yetirir. Lakin pedaqoji baxımdan bu yanlış hərəkətdir. Bu ona görə belə olur ki, uşaq öz valideyninə istədiyi kimi yanaşır, onun zəif yerlərini bilir və onlardan istifadə etməklə daha böyük hüquqlara malik olur. Belə hallarda özünəinamlı yeniyetmə öz tələblərini qorxmadan valideynə bildirir. Burada sözsüz ki, valideyn tərbiyə işində zəiflik göstərmişdir. “Zəif yer” variantı valideynin psixoastenik xüsusiyyətləri ilə bağ­lıdır. Müəyyən şəraitdə tələbkarlıqla “eqosentrik” vali­deyn­lər­dən tərbiyə almış uşaqlar böyüdükdə öz uşaqlarında da eqosentrik tələblərin mövcudluğunu görmək istəyir, onlara qarşı eyni borcu qaytarmaq hissini nəzərdə tutur. Bununla da göstərmək istəyirlər ki, məhz onların özləri də vaxtilə elə olmuşlar. Belə valideynlərin çıxışlarının xarakterik cəhəti tərbiyədə yol verilmiş kütləvi səhvlərin etiraf edilməsidir. Bu tip valideynlər inadkarlıqdan qorxur, öz uşaqlarına müqavimət göstərmir, yaxud onlara daim güzəştə getmək üçün çoxlu sayda bəhanə tapırlar.
6. Ailə tərbiyəsi uşağa sevgidən başlayır. Pedaqoji nöqteyi-nə­zər­dən valideyn məhəbbəti uşağın gələcəyinə inamdan və mə­həb­bətdən yaranan sevgi olmalıdır. Bu sevgi valideyn hisslərindən, ar­zu­larından fərqli olan elə bir sevgidir ki, burada uşaqların hörmətini qazanmaq onların maddi cəhətdən arzu-istəklərinə əməl etməkdən daha vacibdir. “Kor” ağıla, düşüncəyə söykənmiş valideyn sevgisi uşaqlarda isteh­lakçılığa xidmət etməklə, əməyə münasibəti bəsitləşdirir, ha­be­lə valideynlərə sevgi və məhəbbət hissini azaldır. Pedaqoqlar qeyri-düzgün tərbiyənin bir neçə tipini müəyyənləşdirmişlər.

Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin