XəBƏRLƏr foto qalereya haqqimizda


Azərbaycan nəqliyyat sistemi



Yüklə 14,75 Kb.
səhifə4/4
tarix01.01.2022
ölçüsü14,75 Kb.
#50433
1   2   3   4
nəqliyyatın-iqtisadiyyatı

Azərbaycan nəqliyyat sistemi.
 
Bildiyimiz kimi, nəqliyyat insanın, cəmiyyətin zəruri bir tələbatını ödəyir. Məhsul və sərnişin daşımaları ilə məşğul olur.
Ölkəmizdə nəqliyyatın əsas növləri aşağıdakılardır;
1.     Dəmiryolu
2.     Su (dəniz və çay nəqliyyatı)
3.     Atomobil
4.     Hava
5.     boru kəməri
Nəqliyyat növləri bir – birilə qarşılıqlı əlaqədə daşıma işini yerinə yetirir və inkişaf edir. Göstərilən nəqliyyat sistemini təşkil edir. Vahid nəqliyyat sistemi ahəngdar və ritmik işini təmin etmək məqsədilə nəqliyyat növlərinin işinin düzgün əlaqələndirilməsi və tənzimlənməsi zərurəti yaradır. {Nəqliyyat sistemi dedikdə – nəqliyyat növlərinin və nəqliyyat prosesinin bütün sahələrinin qarşılıqlı fəaliyyəti nəzərdə tutulur.}
Nəqliyyatın əsas növlərindən biri olan avtomobil nəqliyyatı xalq təsərrüfatının mühüm sahələrindən birinə çevirilmişdir.
{Nəqliyyat vasitələri istifadə formalarına görə; Ümumi istifadə və məxsusi təsərrüffatlara bölünür ki, bu da daşımaların xarakteri ilə bağlıdır. Bu nöqteyi nəzərdən daşımalar 2 yerə ayrılır.
1.     Texnoloji daşımalar
2.     Tədavül sferasındakı daşımalar}
{Bu bölgüyə müvafiq olaraq nəqliyyat müəssisələri 2 yerə bölünür}
1.     Ayrı – ayrı nazirliklərin və idarələrin tabeliyidə olan nəqliyyat vasitələr. Bu tip müəssələr bilavasitə istehsal prosesindəki daşımaları yerinə yetirir.
2.     Ümumi istifadə nəqliyyat müəssisələri. Bu tip müəssisələr isə hazır məhsul istehsalçısından istehlakçıya çatdırmaqla əlaqədar daşımaları yerinə yetirir.
{Nəqliyyat müəssisələri yerinə yetirdiyi funksiyalara görə 2 qrupa bölünür.
1.     Kompleks (universal) nəqliyyt müəssisələri
2.     İxtisaslaşdırılmış nəqliyyt müəssisələri }
1.     Kompleks nəqliyyat müəssisələrinin əsas tipi nəqliyyat istismar təsərrüffatlarıdır. Bu müəssisələr yük və sərnişin daşımaları ilə yanaşı, nəqliyyat vasitələrinin texniki qulluq və cari təmiri, 
2.     həmçinin onların yanacaq və sürtkü materialları ilə müxtəlif köməkçi materiallarla təmin etmək, nəqliyyat vasitələrinin saxlanması və digər müxtəlif xarakterli işlərlə məşğul olur.
3.     İxtisaslaşdırılmış nəqliyyt müəssisələri isə təsərrüffatın yerinə yetirdikləri işlərin hər hansı biri ilə ixtisaslaşır. İxtisaslaşmış nəqliyyat müəssisələrinə yük və sərnişin stansiyaları, avtonəqliyyat qarajları, dayanacaqlar, texniki qulluq stansiyaları, təmir emalatxana və zavodları, yanacaq doldurma stansiyaları aid edilir.
Hazırda Ermənistan təcavüzü və onun düşmənçilik siyasəti ilə əlaqədar olaraq nəqliyyat komminikasiyasının fəaliyyəti məhdudlaşmışdır.Azərbaycan dəmiryolunun Ermənistan ərazisindən keçən 44 km hissəsində qatarların hərəkəti 1992–ci il aprel ayının 24–dən etibarən kəsilmişdir. Bu vəziyyət Naxçıvan Muxdar Respublikasının mühasirə şəraitinə düşməsinə, İranın Azərbaycanla, dəmiryolu vasitəsi ilə Avropa ölkələri ilə nəqliyyatla iqtisadi əlaqələrinin kəsilməsinə gətirib çıxarmışdır. Daşınmalar texnoloji cəhətdən çətinləşmişdir. Vəziyyəti düzəltmək məqsədilə İran İslam Respublikasının ərazisi ilə uzunluğu 70 km olan Naxçıva Muxtar Respublikasına Horadiz – Culfa dəmir yolunun tikintisinə başlanılır. Azərbaycan – İran nəqliyyat əlaqələrini genişləndirmək, İran nəqliyyat şəbəkəsindən istifadə yolu ilə Naxçıva Muxtar Respublikası ilə əlaqə imkanlarını təkminləşdirmək sahəsində məqsədə uyğun tədbirlərdən biri də Xəzər dənizi üzrə Azərbaycan – İran bərə xəttinin salınmasıdır. Bunun üçün İranın Bonder – Türkmən limanında üzunluğu təqribən 6 – 8 km olan bərə qəbulu, bərədən sahilə keçid qurğusu salınmışdır. Əsrin görkəmli hadisələrindən biri də Böyük İpək yolu üzrə dəmir yolu əlaqəsinin salınmasıdır. Bu yol vasitəsilə yaxın və orta şərq dpvlətləri, Çin, Türkiyyə, Avropa ölkələri arasında dəmir yolu əlaqəsi yaratmaq və beləliklə məqsədə uyğun iqtisadi – ticarət, mədəni əlaqələr və daşımalar üçün şərait əldə edilmişdir. Bu yol Qərbi Avropa, yaxın şərq ölkələri ilə Rusiya, Orta Asiya, Qazaxıstan və digər Asiya ölkələri arasında nəqliyyat iqtisadi əlaqələri təmin etməyə və genişləndirməyə imkan yaratmaq üçün əsasə şəraitdir. Türkmənistanla İran dəmiryollarını birləşdirmək üçün ümumi uzunluğu 325 km olan yol salınmışdır. Azərbaycan iqtisadiyyatında neft istehsalı və daşımaları əsas yer tutur. Bunun üçün ümumi uzunluğu 1068 km olan Bakı – Tibilisi – Ceyhan neft kəməri salınmışdır.
Beləliklə, nəqliyyat komminikasiyalarının təkminləşdirilməsi Respublikamız üçün həm iqtisadi, həm də mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Xalq təssərrüfatının artması bütün nəqliyyat növlərinin sürətlə inkişaf etdirilməsini tələb edir. Nəqliyyat sahəsində ən mühüm vəzifələr aşğıdakılardır;
1)    Nəqliyyat yol quruculuğu işlərini genşləndirmək
2)    Xalq təssərüffatının və əhalinin bütün nəqliyyat növlərinə olan tələbatının tamamilə ödənilməsini təmin etmək.
3)    Dəmiryolu və başqa nəqliyyat növlərini texnika ilə daha da artıq dərəcədə təmin etmək
4)    Dəmiryolu, dəniz və çay yollarında hərəkət sürətini xeyli artırmaq
5)    Bütün nəqliyyat növlərini əlaqədar şəkildə inkişaf etdirmək
Respublikamızda nəqliyyat sistemi – vahid nəqliyyat şəbəkəsinin təşkili, istehsal qüvvələrinin inkişafı, yerləşdirilməsi, başqa respublika və rayonlarla iqtisadi əlaqələr Respublikamızın ərazisindən keçən yük axınının həcmindən və istiqamətindən asılıdır.
 
  
 
   

 
 










Copyright © 2013, Mingəçevir Turizm Kolleci
Yüklə 14,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin