Xəbər bülleteni №27


kiloqrama qədər qızılın ölkədən çıxarılmasının qarşısı alınıb



Yüklə 2,57 Mb.
səhifə9/77
tarix02.01.2022
ölçüsü2,57 Mb.
#2195
1   ...   5   6   7   8   9   10   11   12   ...   77

Hansı ölkədə neçə partiya var?


17.03.2016

Azərbaycanın Ədliyyə Nazirliyi 1992-ci ildən bəri 55 siyasi partiyanı dövlət qeydiyyatına alıb. Sonuncu qeydiyyat 2011-ci ilə təsadüf edir. Həmin il mayın 31-də Milli Dirçəliş Hərəkatı Partiyası qeydiyyata götürülüb.

Transparency.az qonşu ölkələrin göstəricilərinə də nəzər salıb. Ermənistan Ədliyyə Nazirliyinin bu ilin fevralında açıqladığı statistikaya görə, 79 partiya dövlət qeydiyyatından keçib.

Türkiyədə dövlət qeydiyyatındakı partiyaların sayı 97-dir.

Rusiya Ədliyyə Nazirliyinin saytında dövlət qeydiyyatına alınmış 77 siyasi partiyanın adı var. Sonuncu qeydiyyat 2015-ci il sentyabrın 7-də olub. Ötən il ümumən 4 partiya qeydiyyata götürülüb.

Gürcüstan Ədliyyə Nazirliyinin qeydə aldığı partiya və siyasi hərəkatların sayı 200-dən çoxdur.

2015-ci ilin noyabrına olan statistikaya əsasən, Qazaxıstanın Ədliyyə Nazirliyi 9 siyasi partiyanı qeydiyyata alıb. Qırğızıstanda isə dövlət 199 partiyanı qeydiyyata götürüb.

Özbəkistanda qeydiyyatdan keçmiş 4 partiya var.

Ukrayna Seçicilər Komitəsinin məlumatına görə, 2015-ci ilin aprelində ölkədə 262 rəsmi partiya olub. Ötən il Ukraynada 27 siyasi partiya dövlət qeydiyyatından keçib.

Belarusda 15 qeydiyyatlı partiya fəaliyyət göstərir.

Ayrı-ayrı qaynaqların bilgilərinə görə, Moldovada 42, Latviyada 57, Litvada 41 rəsmi siyasi partiya fəaliyyət göstərir.



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin