Xəbər bülleteni №27


Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqlənib



Yüklə 2,57 Mb.
səhifə10/77
tarix02.01.2022
ölçüsü2,57 Mb.
#2195
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

Yanvar-fevral ayları üzrə makroiqtisadi göstəricilər


17.03.2016


Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-fevral ayları üzrə makroiqtisadi göstəriciləri açıqlayıb. Transparency.az xəbər verir ki, hesabata görə, yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 7 milyard 888,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz az ümumi daxili məhsul istehsal (ÜDM) edib.

ÜDM-in 38,1 faizi sənayedə, 13 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi tikinti, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi informasiya və rabitə, 13,6 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizinə bərabər, əhalinin hər nəfərinə düşən ÜDM 822,3 manat olub.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2016-cı ilin yanvar-fevral aylarında 4 milyard 308,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz az sənaye məhsulu istehsal edib. Enişə xam neft hasilatının 1,4 faiz, qaz hasilatının 8,3 faiz, elektrik enerjisi istehsalının 6,4 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması səbəb  olub.

Mədən sektorunda məhsul istehsalı 0,8 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 2 faiz, tütün məmulatlarının istehsalı 80,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,1 dəfə, geyim istehsalı 23,5 faiz, metallurgiya məhsullarının istehsalı 50,8 faiz, hazır metal məmulatlarının istehsalı 93,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 67,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 19,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,5 dəfə artıb.

İçkilərin istehsalı 18,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 15,1 faiz, poliqrafiya məhsullarının istehsalı 2,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 50,5 faiz, tikinti materiallarının istehsalı 48,5 faiz, elektrik avadanlıqlarının istehsalı 44,3 faiz, maşın və avadanlıqların istehsalı 31,7 faiz, mebel istehsalı isə 3,9 faiz aşağı düşüb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,5 faiz azalıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,5 faiz artıb, neft sektorunda isə 0,7 faiz enib.

Kənd təsərrüfatına gəlincə, 2016-cı ilin yanvar-fevral aylarında diri çəkidə 73,4 min ton ət, 290,1 min ton süd, 270,9 milyon ədəd yumurta, 4,2 min ton tərəvəz istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 3,8 faiz, yumurta istehsalı 4,7 faiz, tərəvəz istehsalı isə 6,1 faiz artıb.

Kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 4,5 faiz, heyvandarlıq məhsulları istehsalı 2,6 faiz çoxalıb.

2016-cı ilin yanvar-fevral aylarında iqtisadiyyata 1 milyard 834,9 milyon manat məbləğində vəsait yönəldilib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 593,8 milyon manatını və ya 32,4 faizini daxili vəsaitlər təşkil edib.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 5,3 faiz azalıb, sərnişin daşınması isə 1,4 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar ayında xarici ticarət dövriyyəsi 1 milyard 99,9 milyon ABŞ dolları olub. Ticarət dövriyyəsinin 657,1 milyon dollarını və ya 59,7 faizini ölkədən ixrac olunmuş məhsullar, 442,8 milyon dollarını (40,3 faizini) isə idxal məhsulları təşkil edib. İxracın idxalı üstələməsi nəticəsində 214,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 25,3 faiz, o cümlədən ixrac 26,3 faiz, idxal isə 23,3 faiz azalıb.

2016-cı ilin yanvar-fevral aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4 faiz yüksəlib.

2016-cı ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2015-ci ilin yanvar ayı ilə müqayisədə 8 faiz artaraq 480,1 manat olub.

İlin ilk iki ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 10,2 faiz artaraq 6 milyard 459,3 milyon manata çatıb.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar ayında dövlət büdcəsinə 1 milyard 349,6 milyon manat vəsait daxil olub, büdcədən 516,4 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 833,2 milyon manatlıq profisit ümumi daxili məhsulun 20,8 faizi səviyyəsində olub.

Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin fevral ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 21 milyard 186,2 milyon manat təşkil edib. Kredit portfeli 2015-ci il fevral ayının 1-i ilə müqayisədə 14 faiz artıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,2 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il fevral ayının 1-nə 8 milyard 643,3 milyon manat olub.

2016-ci ilin yanvar ayında əhalinin sayı 7,9 min nəfər və ya 0,1 faiz artaraq fevral ayının 1-nə 9 milyard 713 min 500 nəfərə çatıb.



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin