Xəbər bülleteni №27


Dövlət başçısı xüsusi iqtisadi zonanın yaradılmasına sərəncam verdi



Yüklə 2,57 Mb.
səhifə3/77
tarix02.01.2022
ölçüsü2,57 Mb.
#2195
1   2   3   4   5   6   7   8   9   ...   77

MDB ölkələrinə ixrac 47,91% artıb, idxal 49,02% azalıb


17.03.2016

Bu ilin yanvar və fevral aylarında MDB ölkələri üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,91% artıb. Avropa İttifaqı üzrə ixracda 48,25%, digər ölkələr üzrə ixracda 53,19% azalma olub.

2016-cı ilin ilk iki ayında MDB ölkələrindən idxal 2015-ci ilin müvafiq ayları ilə müqayisədə 49,02% azalıb. Avropa İttifaqı ölkələri üzrə idxalda 15,49% azalma var. Digər ölkələrdən idxal isə ötən ilin ilk iki ayı ilə müqayisədə 50,51% aşağı düşüb.

Bu il Azərbaycanın xarici ticarətdə əsas tərəfdaşı İtaliyadır. İtaliya ilə ticarət dövriyyəsinin həcmi ümumi dövriyyənin 14,81%-dir.

Transparency.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, bu göstərici üzrə ikinci yerdə 8,79%-lə Almaniya gəlir.

Rusiya 7,08%-lə üçüncü, Fransa 6,76%-lə dördüncü, Türkiyə 6,40%-lə beşincidir.

İlin ilk iki ayında Azərbaycanın ixracında ən böyük pay İtaliyaya düşür. Bu ölkəyə ixrac ümumi ixracın 22,29%-dir.

İdxalda əsas ölkələrin siyahısına Rusiya başçılıq edir (12,66%).

MDB-yə Azərbaycanla bərabər Moldova, Belarus, Ukrayna, Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan üzvdür, Avropa İttifaqına isə 28 ölkə daxildir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin