Xəbər bülleteni №27


Rusiyada minimum əməkhaqqı 21% artır



Yüklə 2,57 Mb.
səhifə15/77
tarix02.01.2022
ölçüsü2,57 Mb.
#2195
1   ...   11   12   13   14   15   16   17   18   ...   77

Azərbaycan nefti 42 dollardan baha satılır


18.03.2016

Dünya birjalarında neftin bahalaşması davam edir. Martın 18-də Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 40,24 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 41,63 dollara qalxıb.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,53 dollar bahalaşaraq 42,63 dollara satılır.


Ekoloji pozuntular: hüquq mühafizə orqanlarına 23, məhkəmələrə isə 6 iş göndərilib


18.03.2016


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 1-15 mart arası ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Rəsmi məlumata əsasən, müxtəlif qanun pozuntularına görə 130 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 31 müddətli göstəriş verilib.

Ümumilikdə 14 iş üzrə 11420 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 8 iş üzrə 921,61 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 179 iş üzrə 36704,16 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 23, icra qurumlarına 4, məhkəmələrə isə 6 iş göndərilib.


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin