Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə8/22
tarix03.12.2016
ölçüsü3,14 Kb.
#735
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
86 
böyük qayəsi, bu qayə uğrunda mübarizədə təzahür edən 
ehtirası, xarakterinin bütövlüyü, yaşadığı hisslərin, daxili 
təlatümün  təbiiliyi  ilə  yaddaşlara  həkk  olunmuşlar.‖ 
(Bax:  Nəbiyev  B.  ―O  həmişə  müasirdir‖  məqaləsinə  - 
İlyas  Əfəndiyevin  3  cildlik  ―Seçilmiş  əsərləri‖nin  I 
cildinə yazılmış ön söz. Bakı, ―Avraasiya Press‖, 2005.) 
Müəllif  fikrini  davam  etdirərək  yazır:  ―Bu  da 
maraqlıdır  ki,  sovet  dövrü  bədii  nəsrində  60-cı  illərin 
əvvəllərində  ilk  bahar  qaranquşu  kimi  təravətli  təsir 
bağışlayan,  həm  də  о  dövrün  ədəbi  mühitində  heç  də 
birmənalı  qarşılanmayan  ―Кörpüsalanlar‖  povestinin  ilk 
oxucusu makinaçı Sona xanımdan və Elçindən sonra mən 
olmuşam. 
1960-cı  ilin  ortaları  idi.  ―Kommunist‖  qəzetinin 
redaktoru,  qocaman  jurnalist  İsrafil  Nəzərova  dedim  ki, 
İlyas  Əfəndiyev  qəzetdə  bədii  əsər  çap  etdirməyə  həvəs 
göstərən  müəlliflərdən  deyil.  Ondan  xahiş  edib  boynuna 
bir  yazı  (məsələn,  müxtəsər  hekayə)  qoysanız  çox  yaxşı 
olar. Bir neçə gündən sonra redaktor məni yanına çağırıb 
―Körpüsalanlar‖ povestindən bir parçanı verdi və oxuyub 
çapa  hazırlamağı  məsləhət  gördü.  Mən  səhəri  gün 
redaktora dedim ki, bu çox maraqlı bir parçadır, obrazlar 
arasında  əsasən  onların  düşüncə  və  dialoqunda  özünü 
büruzə verən təravətli münasibətlər, maraqlı hadisələr və 
rəvan  dil  elə  təsir  bağışlayır  ki,  həmin  parçanı  oxuyan 
oxucu  mütləq  əsərin  hamısını  mütaliə  etməyə  daxili 
ehtiyac  duyur.  İsrafil  müəllim  də  sözügedən  parçadan 
məhz  bu  cür  təsirləndiyini  söylədi  və  mənim  yanımdaca 
telefon  açıb  İlyas  müəllimə  dedi  ki,  oxuduğu  hissə  çox 
xoşuna gəlir və əsərin hamısını nəzərdən keçirmək üçün 
xahiş  edir  ki,  povesti  tam  halda  ona  göndərsin.  İlyas 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
87 
müəllim  əsəri  göndərdi.  Beləliklə  də,  ―Körpüsalanlar‖ı 
Əfəndiyevlər ailəsindən sonra ilk dəfə tam halda oxumaq
onun  haqqında  redaktorda  konkret  obyektiv  rəyin 
formalaşmasna  kömək  etmək  şərəfi  mənə  nəsib  oldu. 
Bunu xatırlayanda, üstündən 45 il keçdiyinə baxmayaraq 
bu gün də duyğulanıram...  
Həmin il sentyabrın 7-dən başlayaraq ―Körpüsalanlar" 
müntəzəm olaraq parçalar halında qəzetdə çap olunmağa 
başladı.‖ (Bax: Yenə orada, s.11.) 
Lakin  bu  əsər  də  ədəbi  tənqid  tərəfindən  bir  mənalı 
qarşılanmadı,  hətta  o  vaxtlar  Respublika  KP  MK-nın 
xüsusi  göstərişi  ilə  bu  əsərin  çapının  yarımçıq 
dayandırılması  haqda  göstəriş  verilmiş,  əsər  ətrafında 
ziddiyyətli diskusiyalar baş alıb getmişdi...  
Bu  barədə  prof.  Elçinin  də  xatırlamaları  bir  çox 
həqiqətləri ortaya çıxarır. Elçin müəllim yazır:  
 ―Yadıma  gəlir,  «Körpüsalanlar»  povestini  İlyas 
Əfəndiyev  1959-cu  ilin  sonunda  yazıb  bitirmişdi  və 
unudulmaz  Sona  xanımın  –  mən  gözümü  açandan 
Yazıçılar    İttifaqında  işləyən  və  İlyas  Əfəndiyevin  ərəb 
əlifbası ilə xəttini oxuyan yeganə makinaçının çap etdiyi 
əlyazmanın  ilk  oxucusu  mən  oldum.  O  zaman  10-cu 
sinifdə  oxuyurdum  və  «Körpüsalanlar»ın  romantikası,  o 
əsərdəki  lirika,  psixoloji  məqamlar  mənə  çox  təsir 
etmişdi,  hətta  o  qədər  təsir  etmişdi  ki,  bunu  atamdan 
gizlətməyə çalışırdım... 
İlyas  Əfəndiyev  «Körpüsalanlar»ı  da,  başqa  əsərləri 
kimi, əvvəlcə «Azərbaycan» jurnalına vermək istəyirdi. 
Ancaq hər şey başqa cür oldu. 
O  zaman  ən  nüfuzlu  qəzet  Azərbaycan  Kommunist 
Partiyasının  orqanı  olan  «Kommunist»  qəzeti  idi  və  o 
qəzetin  redaktoru  rəhmətlik  İsrafil  Nəzərov  həmin 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
88 
ərəfədə  İlyas  Əfəndiyevdən  qəzet  üçün  bir  yazı  istədi. 
İlyas  Əfəndiyev  isə  ayrıca  bir  yazı  yazmağa  vaxtı  və 
həvəsi  olmadığı  üçün,  «Körpüsalanlar»dan  kiçik  bir 
parça  seçib  ona  göndərdi  (orası  da  yadımdadı  ki,  həmin 
parçanı mən aparıb İsrafil Nəzərovun katibəsinə verdim). 
Bir  gündən  sonra,  İsrafil  Nəzərov  dedi  ki,  parça  çox 
xoşuna  gəlib  və  povestin  hamısını  oxumaq  istəyir.  İlyas 
Əfəndiyev  əsəri  ona  göndərdi  və  təxminən  on-on  beş 
gündən  sonra  İsrafil  Nəzərov  İlyas  Əfəndiyevə  telefon 
açdı, dedi ki, bütün redaksiya heyəti povesti oxuyub, çox 
xoşlarına  gəlib  və  qərara  alıblar  ki,  əsəri  nömrədən 
nömrəyə əvvəldən axıracan çap etsinlər. 
Bu, o zaman üçün çox əlamətdar bir hadisə idi, çünki 
«Kommunist» qəzeti o vaxta qədər belə böyük əsər dərc 
etməmişdi, belə bir ənənə yox idi. 
Beləliklə,  1960-ci  ilin  7  sentyabrından  başlayaraq, 
«Körpüsalanlar»  «Kommunist»  qəzetində  çap  olunmağa 
başladı  və  oxucular  arasında  geniş  əks-səda  doğurdu.‖ 
(Bax: Elçin. ―Seçilmiş əsərləri‖, 10 cilddə, c.5, s. 283.) 
Lakin  bütün  bunlara  baxmayaraq  ―Körpüsalanlar‖ 
əsəri,  xüsusən  onun  gənc,  ən  yeni  obrazı  olan  Səriyyə 
yuxarıların  və  bir  qrup  aşağıdakı  qaragüruhçular 
tərəfindən  xüsusi,  amansız  şiddətlə  qarşılanır.  Elçin 
müəllim  bu  barədə  də  fikrini  davam  etdirərək  yazır: 
―Ancaq  on  üç  nömrədən  sonra,  əsər  yarıya  çatmış, 
sentyabrın  21-də  qəzet  birdən-birə  elan  dərc  etdi  ki, 
povestin  çapını  dayandırır.  Bu  –  İlyas  Əfəndiyev  üçün 
həm  gözlənilməz  oldu,  həm  də  əsərin  beləcə  yarımçıq 
qalması, təbiidir ki, ona ağır təsir etdi. 
Sonra  məlum  oldu  ki,  povestin  çapı  Azərbaycan 
Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  Bürosunun 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
89 
tapşırığı  ilə  dayandırılıb  və  bu  hadisə  İsrafil  Nəzərovun 
özünü  də  çox  pərt  edib.  Orasını  da  deyim  ki,  İlyas 
Əfəndiyevlə    İsrafil  Nəzərovun  cavan  yaşlarından 
etibarən istiqanlı münasibətləri var idi. 
Yadıma  gəlir,  həmin  sentyabr  axşamlarından  birində  
İsrafil  Nəzərov,  İlyas  Əfəndiyevə  ürək-dirək  vermək 
üçün  bizə  gəldi,  oturub  bir  az  yeyib-içdilər  və  iş  elə 
gətirdi, söhbət elə  alındı ki, İlyas Əfəndiyev  özü   İsrafil 
Nəzərova ürək-dirək verməyə başladı... 
Bir müddət keçdikdən sonra, Azərbaycan mətbuatında 
«Körpüsalanlar»a  qarşı  Stalinin  ölümündən  sonra 
Azərbaycan  ədəbi  həyatında  misli  görünməmiş  bir 
cəhalət  hücumu  kompaniyası  və  həmin  kompaniyanın 
yaratdığı  ajiotaj  başladı:  əsərin  bədii-estetik  cəhətləri 
qaldı  bir  tərəfdə  və  Stalin  dövrünə  məxsus  bir  vulqar-
sosioloji cəbhədən, sovet cəmiyyətinin  mənəvi qələbələr 
əldə  etdiyi  bir  zamanda  bu  povestdə  «əxlaq  normaları 
pozulur»,  «müasir  əxlaq  normasından  kənara  çıxan 
sərbəst  hərəkətlərə»  yol  verilir,  «Səriyyə  Qəribcanla 
hadisələrin  əvvəlindən  sonuna  qədər  açıq-saçıq  bir 
şəkildə, təsəvvürə sığışmayan (!– E.) bir tərzdə davranır» 
(Səriyyə haqlıdırmı? «Ədəbiyyat və incəsənət» qəzeti, 17 
iyun 1961; «Sevil»dən «Saçlı»ya», «Azərbaycan» jurnalı, 
1962.  və  s.)  deyə,  povest  nadan  mülahizələrlə  «ifşa» 
edilirdi,  hətta  iş  o  yerə  gəlib  çıxmışdı  ki,  misal  üçün, 
«Azərbaycan  qadını»  jurnalı  «Körpüsalanlar»ı  «ifşa» 
edən xüsusi rubrika açmışdı və nömrədən-nömrəyə təşkil 
etdiyi «hiddətlənmiş oxucu məktubları» çap edirdi. (Bax: 
Yenə orada, s.284.) 
Elçin müəllim haqlı olaraq yazır: 
 ―Mən  «Körpüsalanlar»a  qarşı  həmin  qaragüruh 
hücumunun  təfərrüatına  varmaq  istəmirəm,  onsuz  da, 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
90 
aradan  keçən  bu  qırx  il  hər  şeyi  yerbəyer  etdi,  bu  gün 
oxucular  ən  müxtəlif  dillərdə  «Körpüsalanlar»ı  oxu-
yurlar,  onun  haqqında  o  vaxt  Azərbaycan  mətbuatını 
dolduran o cahil və nadan mülahizələr isə, indi yalnız acı 
təbəssüm doğurur,– bundan artıq deyil. 
Maraqlananlar  isə,  o  dövrün  mətbuatına  baxa  bilərlər 
və mən özüm də vaxtilə ədəbiyyatımız üçün bu prinsipial 
məsələ  ilə  bağlı  ətraflı  yazmışam.  (Ədəbi  tənqid  və 
xarakter  məsələsi,  ADU-nun  elmi  əsərləri,  Dil  və 
ədəbiyyat  seriyası,  1968,  2;  Tənqid  və  ədəbiyyatımızın 
problemləri.  Bakı,  1981,  səh.  174  –  189.)  –  (Bax:  Yenə 
orada. s.285.) 
Biz  də  maraqlandıq  və  həmin  illərin  ―Azərbaycan 
qadını‖ jurnalını vərəqləməli olduq və qəribə bir mənzərə 
ilə, qəribə imzalarla qarşılaşdıq. (Bax:  
1. Məsud Əlioğlu. Səriyyə haqlıdırmı?  
2. Rayihə Xəlilova. Biz belə düşünürük.   
3. Qəriqə Mikayılova. Mənim Səriyyəyə münasibətim.  
4.  Arifə  İsmayılova.  Mənim  fıkrim  belədir  // 
―Azərbaycan qadını‖ juranlı, 1961, №10.  
5.  Həcər Qasımova. О haqsızdır.  
6. Rəxşəndə Tağıyeva. Səriyyə bizə örnək ola bilməz.  
7.   Nəsibə Məlikova. Mənim fıkrimcə.  
8. Gülövşə Məmmədova. Kimin kimdən xoşu gəlsə.  
9.  Fenya  İbrahimova.  Bu  cür  yaramaz  //  Azərbaycan 
qadmı jurnalı, 1962, №12, s.18.  
10.  Babayeva  Kübra.  Səriyyəni  sevə  bilmədim. 
(«Körpüsalanlar»  əsəri  haqqında)  //Ədəbiyyat  və 
incəsənət. -1961. - 22 iyul. və s.) 
 Hətta  məlum  olur  ki,  bu  təşkil  olunmuş  məktub-mə-
qalələr arasında qondarma imzalarla da ―məktublar‖ dərc 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
91 
edilirmiş  ki,  bu  da  o  dövrdə  mənəvi  korluğun  bir 
nümunəsi  kimi  diqqəti  cəlb  edir.  Yenə  də  Elçin 
müəllimin xatirəsinə müraciət edək: 
―Bu  sətirləri  yazarkən,  kiçik  bir  hadisə  də  yadıma 
düşdü. O zaman mən gənc idim, universitetin ilk kursla-
rında  oxuyurdum  və  atamdan  fərqli  olaraq,  o  qaragüruh 
hücum  mənə  çox  təsir  edirdi.  «Azərbaycan  qadını» 
jurnalında  çap  olunan  və  Səriyyə  surətini  «ifşa»  edən 
məktublardan  birinin  müəllifinin  müəllimə  olduğu 
göstərilirdi.  Mən  soraqlaşıb  o  müəllimənin  dərs  dediyi 
məktəbə  telefonla  zəng  etdim  və  məlum  oldu  ki,  həmin 
məktəbdə o adda müəllimə işləmir. Bunu atama danışdım 
və  dedim  ki,  bu  məsələni  açmaq  lazımdı,  qoy  redaksiya 
cavab  versin  ki,  bu  müəlliməni  haradan  tapıb,  niyə  belə 
təxribatlarla məşğuldu? 
İlyas Əfəndiyev gülə-gülə: 
–  Əşşi,  sənin  də  işin  qurtarıb  də!..–  dedi  və  bununla 
elə  mən  özüm  də  sakitləşdim  (sonralar  da  onun  məni 
beləcə  «sakitləşdirmələri»  çox  olub...)‖.  (Bax:  Yenə 
orada, s.285.) 
Ədəbi  mühitdə,  əlbəttə  ki,  yuxarıların  göstərişi  ilə 
―Səriyyə‖ ajiotajı 17 iyun 1961 ―Ədəbiyyat və incəsənət‖ 
qəzetində dərc edilən ―Səriyyə haqlıdırmı?‖ məqaləsi ilə 
başlamışdı.  Məqaləni  həmin  dövrdə  olduqca  nüfuz 
qazanmış  tənqidçi  Məsud  Əlioğlu  (Əli  Vəliyevin  oğlu) 
qələmə  almışdı.  Bu  məqalədə  əsərin  bədii  məziyyətləri, 
mövzunun  orjinallığı,  yazıçının  həyatabaxışının  yeniliyi 
bir  tərəfə  qoyularaq  sırf  mühafizəkar  mövqedən 
yazılması  idi.  Güya  Səriyyə  obrazı  milli-mənəvi  əxlaqi 
dəyərlərə  olduqca  ciddi  zərbə  vurur.  Müəllif  yazırdı: 
―Səriyyə  kimi  gözüaçıq,  ağıllı  bir  qızın,  yeni  səciyyəli, 
ciddi  bir  qadının  ən  adi  əxlaq  normalarını  pozmasına 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
92 
oxucuların  qəzəblənməsi  yerindədir.‖  (Bax:  Əlioğlu  M. 
―Səriyyə  haqlıdırmı?‖,  ―Ədəbiyyat  və  incəsənət‖  qəzeti, 
17 iyun 1961-ci il.) 
İnsaf  xatirinə  demək  lazımdır  ki,  tənqidçi  Səriyyə 
obrazının  müsbət  cəhətlərini,  ―gözüaçıqlığını,  ağıllı  bir 
qız,  yeni  səciyyəli,  ciddi  bir  qadın‖  oldüğünü  görürdü, 
amma 
milli 
mentalitetə 
uyuşmayan 
açıq-saçıq 
hərəkətlərini,  əri  Adildən  uzaqlaşaraq  Qəribə  uymasını 
qəbul  etmir,  ənənəvi  əxlaq  normalarının  ―müdafiəçisi‖ 
rolunda çıxış edirdi. Əslində bu obraza birtərəfli yanaşma 
idi  və  Səriyyənin  xarakterindəki  mənəvi-psixoloji 
inkişafı, dinamikanı görməmək idi. 
Lakin  bu  məqalənin  özü  də,  ədəbi  tənqid  tərəfindən 
birmənalı qarşılanmadı. Azərbaycan ədəbi tənqidində bir-
birinin 
ardınca 
―Körpüsalanlar‖ın 
ədəbi-bədii 
məziyyətlərindən,  eləcə  də  qüsurlarından  obyektiv  mə-
qalələr  yazılır,  Səriyyə  obrazı  ədəbiyyatımızda  orijinal 
xarakter kimi qəbul edilirdi. (Bax: Məmməd Arif. Keçən 
ilin  nəsri  haqqında  qeydlər.  ―Ədəbiyyat  və  incəsənət‖ 
qəzeti,  25  mart  1961-ci  il  ;  Seyfulla  Asadullayev. 
―Stroiteli mosta‖. ―Bakinskiy raboçiy‖, 25 noyabr 1961-
ci  il  ;  Djalal  Mamedov.  Sariya,  eyo  druzya  i  neduriqi. 
―Literaturnaya qazeta‖, 26 may 1962-ci il və s.) 
 Lakin  mübahisələr  səngimək  bilmirdi.  Yuxarıda 
dediyimiz  kimi  inkarçı  oxucu  məktubları  dərc  edilir, 
bünlar  ictimaiyyətin,  cəmiyyətin  fikri  kimi  təqdim 
edilirdi.  Bu  məqalələrdə  Səriyyənin  ailə  quruluşunu 
pozmaqda,  vəfalı  həyat  yoldaşından  üz  döndərməkdə, 
fəhlələrlə  ova  getməsində,  azərbaycanlı  qadına  xas 
olmayan  bir  sıra  hərəkətlərində  günahlandırırdılar,  hətta 
ittiham edirdilər. (Bax: Mikayılova T. Mənim Səriyyəyə 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
93 
münasibətim.  Yenə  həmin  sayda;  Ramazanova  Z.  Siz 
necə  baxırsınız?  ―Azərbaycan  qadını‖  jurnalı,  1961, 
say.7,  s.22;  Xəlilova  R.  Biz  belə  düşünürük… 
―Azərbaycan qadını‖ jurnalı, say 8, s. 16; İsmayılova A. 
Mənim  fikrim  belədir.  ―Azərbaycan  qadını‖,  jurnalı, 
1961, say 10, s.18 və s.)  
Lakin bu oxucu məktubları içərisində (dərc olunanları 
nəzərdə  tuturuq,  amma  yazıçıya  yüzlərlə  Səriyyəni 
müdafiə xarakterli məktublar gəlirdi) Hacıyev O. adlı bir 
oxucunun 
―Səriyyənin 
məhəbbəti‖ 
(―Azərbaycan 
gəncləri‖  qəzeti,  19  aprel  1993-cü  il)  oxucu  məktubu 
buna misaldır.  
İş o  yerə  çatmışdır ki, akdemik Məmməd Cəfər  kimi 
nüfuzlu  bir  tənqidçi  bu  cür  oxucu  məktublarına  cavab 
olaraq  ―Bir  mübahisə  münasibətilə‖  (1962)  məqaləsində 
bu  cür  yanlış  münasibətlərə  ədəbi  arqumentlərlə  cavab 
verdi. (Bax: Məmməd Cəfər. Həyatın romantikası. Bakı, 
Azərnəşr, 1968, s.149.)  
Belə bir məqamda tənqidçi Məsud Əlioğlu onu tənqid 
edənlərə  cavab  yazaraq  ―Azərbaycan‖  jurnalında  dərc 
etdirdi.  (Bax:  Məsud  Əlioğlu.  ―Sevil‖dən  ―Saçlı‖ya‖. 
―Azərbaycan‖ jurnalı, 1962, say 3, səh. 228-240.) 
Tənqidçi  ədəbiyyatımızda  yaradılan  qadın  obrazları 
silsiləsini  təhlil  edərək,  yenə  də  Səriyyə  obrazı 
barəsindəki  əvvəlki  fikirlərini  bir  az  da  dərinləşdirərək 
yazırdı:  ―Səriyyənin  ailə-əxlaq  normalarının  saflığını 
pozan  sərbəst  hərəkətləri  bizi  narazı  salır.  Nuriyyədən 
fərqli olaraq (―Söyüdlü arx‖ romanının qəhrəmanı – J.Q.) 
Səriyyə,  nə  müasir  həyatla,  nə  də  milli  adət-ənənələrlə 
bağlanmayan  açıq-saçıq,  ipə-sapa  yatmayan,  hərcayi  bir 
qızdır.‖ (Bax: Yenə orada, s.238.)  

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
94 
Bu  məqalədən  sonra  ədəbi  mühitdə  yenidən  bir 
canlanma başladı və bir-birinin ardınca Mehdi Hüseynin, 
Seyfulla  Əsədullayevin,  Gülrux  Əlibəyovanın,  İsaq 
İbrahimovun, Cəlal Məmmədovun məqalələri dərc edildi 
və  görkəmli  tənqidçi  Cəfər  Cəfərov  yazıçıların  IV 
qurultayında  ―Ədəbi  tənqid  haqqında‖  məruzəsilə  bu 
məsələyə  bir  növ  yekun  vurmuş  oldu.  (Bax:  Elçin. 
Tənqid  və  ədəbiyyatımızın  problemləri.  Bakı,  Yazıçı, 
1981, s.187.) 
Cəfər  Cəfərov  konkret  olaraq  deyirdi:  «Körpüsa-
lanlar»  povesti  ilə  əlaqədar  olaraq  özünü  göstərən 
avamlıqlara  yol  verilməməli,  vaxtilə  Mustafa  Quliyevin 
dediyi  «müsəlman  tənqidinin»  qalıqları  ilə  mübarizə 
edilməlidir». (Bax: Cəfərov  C. Əsərləri.   İki cilddə,  2-ci 
cild,  Bakı,  1968,  səh.  388-389.)  Beləliklə  də 
―Körpüsalanlar‖ romanı ilə bağlı ―müsəlman tənqidinin‖ 
qalıqları‖na yekun vuruldu. 
Bu  məsələyə  münasibətdə  yekun  olaraq  bildirək  ki, 
60-cı illərdən başlayan və sonrakı dövr Azərbaycan ədəbi 
tənqidini və ümumiyyətlə, ictimai fikrini tədqiq edərkən, 
aşkar  görsənir  ki,  həmin  illərdə  ortaya  çıxmış  «Səriyyə 
məsələsi» xüsusi əhəmiyyət kəsb edir və ən başlıcası isə, 
bir  tərəfdən  vulqar  sosioloji  təfəkkür  tərzində,  digər 
tərəfdən isə, yalançı xəlqilik konsepsiyasının süqutu üçün 
dönüş mərhələsi təşkil edir. 
 Ədəbi  tənqid  sübut  etdi  ki,  «Körpüsalanlar»  və  bu 
povestin  qəhrəmanı  Səriyyə  obrazı  həm  bədii-estetik 
cəhətdən,  həm  də  mövzu  baxımından  Azərbaycan 
nəsrində  tamam  yeni  bir  hadisə  idi  və  özü  ilə  keyfiyyət 
dəyişikliyi  gətirdi,  ədəbi  mərhələyə  çevrildi,  eyni 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
95 
zamanda,  ədəbi  tənqiddə  qeyd  etdiyimiz  dönüş 
mərhələsinin yaranmasına səbəb oldu. 
İlyas  Əfəndiyev  yaradıcılığının  ən  səriştəli  təd-
qiqatçılarından  biri,  bizim  gözəl  tənqidçimiz  Yaşar 
Qarayev yazırdı: «Söyüdlü arx» (1958), «Körpüsalanlar» 
(1960), «Dağlar arxasında üç dost» (1963) – bu əsərlərdə 
ifadə olunan yenilik, hər şeydən əvvəl, müəllifin «müsbət 
qəhrəman»  və  «mənəvi  gözəllik»  anlayışını  o  illərin 
stereotip  ölçü,  qəlib  və  normalarından  fərqləndirən 
cəhətlərdən idi. Belə ki, müəllif bilavasitə mövcud ədəbi 
ənənədən  yox,  həyatdan,  ictimai  və  mənəvi-əxlaqi 
inkişafda yeni mərhələnin formalaşdırdığı nəslin üzərində 
müşahidələrdən  çıxış  edərək,  müasir  insan,  məişət  və 
əxlaq  haqqında  öz  anlayışlarını  irəli  sürürdü.»  (Bax: 
Qarayev Y. «Xarı bülbülün nağılı», Bakı, 1995, səh. 19.) 
Tənqidçilərimizin  bir  qismi  ―Körpüsalanlar‖  poves-
tinin  baş  qəhrəmanı  Səriyyə  obrazının  xarakterindəki 
yeniliyin,  novatorluğun,  qadın  düşüncə  və  rəftarındakı 
müstəqilliyin,  sərbəstliyin,  azadxahlığın  ziddiyyətli  hal, 
xasiyyət,  rəftar  kimi  yozulmasında,  əlbəttə  ki,  haqlı 
deyildilər... 
Amma  sonrakı  mərhələlərdə,  elə  indinin  özündə  də, 
xüsusən ədəbiyyatşünaslığımızda bu obraza artıq yenidən 
qayıdış,  yeni  təhlillərlə  yanaşma  mövcuddur  və  davam 
etməkdədir  ki,  bu  da  ―Körpüsalanlar‖  romanının  daimi 
mövcud  olan  müasirliyindən  və  yüksək  bədiilik  prinsipi 
ilə  yaradıldığından  xəbər  verir.  Bu  cəhətdən  ədəbi 
tənqidimizin 
Yaşar 
Qarayev, 
Akif 
Hüseynov, 
Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Şirindil Alışanov, 
Tehran  Əlişanoğlu  və  s.  bu  kimi  nümayəndələrinin 
əsərlərində müəyyən ədəbi faktlar mövcuddur...  
Bir neçə bariz misalla kifayətlənək: 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
96 
Akif  Hüseynov  əsərin  geniş  təhlilindən  sonra  yazır: 
―İlyas 
Əfəndiyevin 
―Körpüsalanlar‖ 
povestinin 
qəhrəmanı  Səriyyədə  şəxsi  sərbəstlik  hissi  çox  güclüdür. 
...Təhkiyyənin  emosionallığı,  lirizmi,  psixoloji  səhnələri 
ilə maraq doğuran bu əsərdə müəllif həmin xarakteri incə 
detallarla  nəzərə  çarpdırır,  fəhlə  surətlərini  məhəbbətlə, 
səmimiyyətlə  yaradır  və  Səriyyənin  hərəkələrini  məhz 
əks əxlaqi sifətlərin uyuşa bilməməsindən doğan təbii bir 
hal  kimi  təqdir  edir.  Bu  uyuşmazlıq  Səriyyənin  həssas 
təbiətində  və  müşahidələrində,  pak  mənəviyyatının  şüa-
sında öz qabarıq inikasını tapdığı kimi, onun intixabı ilə 
də  naqisliyin  mənəvi  cəzası,  inkarı,  nəcib  keyfiyyətlərin 
təsdiqi  kimi  səslənir.‖  (Bax:  Hüseynov  A.  Müxtəlifliyin 
birliyi, bakı, Yazıçı, 1983, s.199.) 
Filologiya  elmlər  doktoru,  tənqidçi-ədəbiyyatşünas 
Vaqif  Yusifli  isə  ədibin  yaradıcılığına  indiki  dövrdə  də 
dərin marağın olma səbəbini onun müasirliyində görərək 
yazır:  "...  Həmişə  müasir  İlyas  Əfəndiyev...  Onun 
haqqında  düşünəndə  hər  şeydən  öncə,  bu  müasirlik 
ifadəsi  yada  düşür.  Yəni  həmişə  təzə,  təravətli,  novator 
bir sənət." (Bax: "Azərbaycan" qəzeti, 3 oktyabr 2001.) 
Tənqidçi  Tehran  Əlişanoğlu  da  özünəməxsus  bir 
üslubda  yazır:  "Bizim  nəsrdə  bütün  XX  əsr  boyu  keçən 
bir  "qadın  mövzusu"  vardır.  Mən  onu  "qadın 
emansipasionu"  şəklində  qabardıram,  ...  cəmiyyət 
həyatında  qadın  oyanışı,  qadının  cəmiyyətdə  yerini 
axtarması.  Bizdə  bu  bir  xəttdir.  30-cu  illərdə  sosial 
plandadır. 50-60-cı illərdə nəsrdə güclü publisist aksentlə 
aktuallaşır.  Məsələn,  İlyas  Əfəndiyevin  qadın  obrazları. 
Siz  (Sema  Doqan)  deyən  başlanğıclar  lirik  məzmunda 
artıq  Nuriyyədə  var  –      "Söyüdlü  arx"  əsərində,  azadlıq 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
97 
hissini  içindən  keçirir.  "Körpüsalanlar"da  –  Səriyyədə 
hətta  "üsyan"  tiplidir,  milli  qadın  olaraq  qalmaqala, 
təzadlı  şəkildə,  buxovlara  ictimai  planda  etiraz  edir." 
(Bax:  Tehran  Alışanoğlu.  Sema  Doqanla  müsahibə, 
"Rezonans" qəzeti, 30 sentyabr - 2 oktyabr, 1998.) 
Tehran  Əlişanoğlu  başqa  bir  planda  –  ―müsbət 
qəhrəman‖  problematikası  bucağından  da  Səriyyə 
obrazına diqqət yetirir. O, bu məsələdə İlyas Əfəndiyevin 
oz sözlərindən çıxış edərək yazır: 
"Mən  heç  bir  zaman  səni  qəhrəman  hesab 
etməmişəm"  (İlyas  Əfəndiyev,  ―Seçilmiş  əsərləri‖,  altı 
cilddə,  ikinci  cild,  "Yazıçı",  Bakı,  1984,  səh.  122)  –  
Səriyyənin  Adilə  qarşı  üsyanı  təkcə  idealın  mövcud 
gerçəkliklərlə  təzadını  ifadə  etmir,  həm  də  artıq 
"qəhrəman"  anlayışının  etik  və  estetik  məzmunlarının 
bir-birini  tamamlamadığını  göstərirdi,  bununla  da  bir 
bədii  kateqoriya  kimi,  tərkibi  olduğu  sosrealizmlə  birgə 
estetik  əhəmiyyətini  itirmiş  olurdu.  Səriyyə  bu  sırada 
sonuncu  surətdir.  50-ci  illər  nəsrinin  "qəhrəman" 
ölçülərinə  sığmayıb  bir  tərəfdən  onun  apologiyasını, 
digər  baxımdan  isə  inkarını  ziddiyyətli  şəkildə  özündə 
birləşdirir.‖ (Bax:Tehran Əlişanoğlu. "Qobustan" jurnalı, 
1-2,  1998;  Tehran  Əlışanoğlu.  ―Azərbaycan  yeni  nəsri‖, 
Bakı, 1999, səh. 23; 25.) 
Yeni  mərhələ  tənqidçilər,  ədəbiyyatşünaslar  nəslinin 
digər  bir  nümayəndəsi  –  İsmayıl  Öməroğlu  İlyas 
Əfəndiyev  yaradıcılığını  belə  görür:  "İlyas  Əfəndiyevin 
bədii  nəsrində  şəxsiyyətin  fərdi  xüsusiyyətlərini 
göstərmək, 
xarakterlərin 
özünəməxsusluğunu 
müəyyənləşdirmək,  həyatın  gedişində  meydana  çıxan 
insani  və  ictimai  ziddiyyətlərin  mahiyyətinin  üzə 
çıxarılmasında 
fərdi 
münasibətlərin 
rolunu 

Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin