Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə14/22
tarix03.12.2016
ölçüsü3,14 Kb.
#735
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
156 
Ədibin  bütün  yaradıcılığı  boyu  vaxtaşırı  müraciət  etdiyi 
və  gözəl  nümunələrini  yaratdığı  hekayələri,  povestləri, 
romanları,  peyslərindən  ―Atayevler  ailəsi‖,  ―Sən  həmişə 
mənimləsən‖,  ―Məhv  olmuş  gündəliklər‖  kimi  hər  biri 
səhnə  sənətimizin  tarixində  hadisəyə  çevrilən  pyesleri, 
―Xurşidbanu Natəvan‖ kimi tarixi dramı , ―Söyüdlü arx‖, 
―Geriyə  baxma,  qoca‖,  ―Sarıköynəklə  Valehin  nağılı‖ 
təkin  çox  populyar  romanları  həmişə  ədəbi  tənqidin 
M.Arif, Məmməd Cəfər, Bəkir Nəbiyev, Yaşar Qarayev, 
İnqilab  Kərimov,  Məriyəm  Əlizadə,  Akif  Hüseynov, 
İlham  Rəhimli,  Nizaməddin  Şəmsizadə,  Vaqif  Yusifli, 
Şirindil  Alışanlı  kimi  tənqidçilərin,  ədəbiyyatşünasların 
diqqət mərkəzində olmuş, onlar bu əsərlərin bədii-estetik 
məziyyətlərini 
yüksək 
dərəcədə 
açmış 
və 
qiymətləndirmişlər.  
Qeyd  etdiyimiz  kimi,  İ.Əfəndiyevin  yaradıcılığı 
Azərbaycan  ədəbi  tənqidinin  və  sənətşünaslarının  daim 
diqqət  mərkəzində  olmuşdur.  Onun  həyat  və  yaradıcılığı 
haqqında  az  yazılmamışdır.  Ədəbi  tənqid  heç  vaxt 
İ.Əfəndiyev  yaradıcılığına  qarşı  laqeyd  olmamış  və 
susmamışdır. Ədibin nəşr olunan hər bir yeni kitabı, dərc 
edilən  təzə  əsəri,  tamaşaya  qoyulan  hər  bir  pyesi  ədəbi 
tənqid  və  ictimaiyyət  tərəfindən  maraqla  qarşılanmış  və 
yüksək qiymətləndirilmişdir. 
Dediyimiz  kimi,  Əkbər  Ağayevin  ədibin  «Kənddən 
məktublar»  kitabına  yazdığı  resenziyası  ilə  başlanan  bu 
proses  sonralar  müvəffəqiyyətlə  davam  etmiş,  İ.Əfən-
diyev  haqqında  çoxlu  məqalələr,  teatr  tamaşalarına  külli 
miqdarda 
resenziyalar, 
kitablar, 
namizədlik 
dissertasiyaları yazılmışdır.  

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
157 
Bunları  ümumi  şəkildə  təqdim  edəsi  olsaq  filologiya 
elmləri  doktoru  Yəhya  Seyidovun  İ.Əfəndiyevin  həyatı 
və  yaradıcılığı  haqqında  müxtəsər  oçerki  bu  sahədə  - 
monoqrafik  tədqiqat  ölçüsündə  atılan  ilk  addımdır. 
Bununla  belə  obyektiv  səbəblər  üzündən  həmin  kitabda 
ədibin  son  20-25  ildəki  yaradıcılığı  öz  əksini 
tapmamışdır. 
Filologiya  elmləri  namizədi  Yaqub  İsmayılovun  «İl-
yas Əfəndiyevin yaradıcılıq yolu» monoqrafiyası isə daha 
geniş tədqiqatın nəticəsidir. Kitabın müəllifi özündən əv-
vəlki  tədqiqatçıların  yazıçı  haqqındakı  fikirlərini  təkrar 
etməmiş,  İ.Əfəndiyevin  bədii  nəsri  yüksək  qiymətlən-
dirilərək  həyat  və  qəhrəman,  konflikt  və  xarakter  kimi 
nəzəri  problemlərdən  söhbət  açmış,  dramaturqun  lirik-
psixoloji  pyeslərinin  təhlilinə  daha  çox  üstünlük  vermiş, 
ədəbi-tənqidi  görüşləri  və  sənətkarlıq  xüsusiyyətlərini 
araşdırmışdır.  Təbii  ki,  1991-ci  ildə  çap  edilmiş  bu  ki-
tabda  İ.Əfəndiyevin  son  illərdə  yazılmış  əsərləri  təd-
qiqatdan kənarda qalmışdır.  
Filologiya  elmləri  namizədi  Aida  Salahova  isə  öz 
əsərində  yazıçının  yalnız  romanlarının  dil  və  üslub 
xüsusiyyətlərindən söhbət açmışdır.  
Ədibin 
yaradıcılığı 
haqqında 
ilk 
namizədlik 
dissertasiyası  olan  H.Nəsirovun  1965-ci  ildə  yekunlaş-
dırdığı  «İlyas  Əfəndiyevin  yaradıcılıq  yolu»  əsərində 
yazıçının yalnız 60-cı illərə qədər qələmə aldığı bir neçə 
əsərindən  bəhs  edilmiş,  B.Məmmədovun  «İ.Əfəndiyevin 
dramaturgiyası»  adlı  tədqiqatı  isə  1973-cü  ilə  qədər 
yazılmış pyeslərinin təhlili ilə məhdudlaşmışdır. 
Belə  ki,  ədibin  yaradıcılığı  haqqında  müxtəlif  səpgili 
kitablar,  monoqrafiyalar  çap  edilmiş,  dissertasiyalar: 
«İlyas  Əfəndiyevin  yaradıcılıq  yolu»  (Ə.T.Əfəndiyev) 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
158 
kimi  doktorluq,  «Dramaturgiyamızda  psixologizm 
problemi» (İlyas Əfəndiyevin yaradıcılığı əsasında (X.T. 
Fərziyev),  «İlyas  Əfəndiyev  və  xalq  ədəbiyyatı» 
(G.V.Şükürova),  «İlyas  Əfəndiyevin  dram  əsərlərində 
qəhrəmanların  tipologiyası»  (M.Y.Məmmədova),  «İlyas 
Əfəndiyevin  dramaturgiyası»  (B.Məmmədov),  «İlyas 
Əfəndiyevin  dramaturji  irsi  və  müasirlik  problemi» 
(S.V.Abbasova),  «İlyas  Əfəndiyevin  dramaturgiyasında 
tarixi mövzu və müasirlik» (İ.A.Ağayev), «İlyas Əfəndi-
yevin  nəsrində  psixologizm»  (T.K.Məmmədova),  «İlyas 
Əfəndiyevin  publisistikası»  (Y.N.Qasımova),  «İlyas 
Əfəndiyevin  tarixi  dramları»  (S.H.Məcidova)  və  s. 
müdafiə  edilmiş,  sistemli  ədəbiyyatşünaslıq  sahəsi 
yaranmışdır... 
Biz  tədiqat  boyu  bu  adlarını  çəkdiyimiz  əsər  və 
monoqrafiyalara  yeri  gəldikcə  münasibət  bildirmiş, 
istinad 
etmiş, 
xüsusən 
G.V.Şükürovanın 
―İlyas 
Əfəndiyev və xalq ədəbiyyatı‖ tədqiqatından daha ətraflı 
danışmışıq.  İndi  isə  böyük  yazıçı  barəsində  hələlik  son 
monumental  monoqrafiya  olan,  onun  yaradıcılığını  illər 
boyu ardıcıl öyrənən, tanınmış ədəbiyyatşünas, filologiya 
elmlər  namizədi  Əmin  Əfəndiyevin  ―İlyas  Əfəndiyevin 
yaradıcılığı.‖  (-Bakı.  -  Elm  -  2000.  -  310  c.)  əsərini 
oxucularımıza  müəyyən  dərəcədə  daha  ətraflı  təqdim 
etmək istərdik. 
Bu  kitabda  tədqiqatçı  İ.Əfəndiyevin  çoxsahəli 
yaradıcılıq  yolunu  bir  küll  halında  yenidən  nəzərdən 
keçirmiş,  dərc  olunmuş  ilk  mətbu  əsərlərindən,  birinci 
məqalə,  oçerk  və  hekayəsindən  tutmuş,  tamaşaya 
qoyulmuş  son  pyesinə  qədərki  sənət  aləmini  müasir 
dövrün  elmi  konteksti  baxımından  yenidən  araşdırmış, 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
159 
yazıçının  qələmindən  çıxmış  hekayə,  povest,  roman, 
oçerk, məqalə və s. nümunələri ayrı-ayrı bölmə və fəsillər 
daxilində  təhlil  edərək  qiymətləndirmiş,  Azərbaycan 
dram  teatrı  səhnəsində  tamaşaya  qoyulmuş  iyirmi  pyesi 
müasir  Azərbaycan  dramaturgiyası  və  teatr  sənətinin 
ümumi inkişafı ilə paralel bir formada, ədəbi mühitlə və 
zamanla  əlaqəli  bir  şəkildə  tədqiqata  cəlb  etməyə 
çalışmışdır.  Monoqrafiya  üzərində  işləyərkən,  bu  vaxta 
qədər  toxunulmamış,  yaxud  az  araşdırılmış  məsələlər 
üzərində daha çox dayanmağa cəhd göstərilmişdir. 
Yazıçının  yaradıcılığı  haqqında  daha  geniş  və  tam 
təsəvvür yaratmaq məqsədilə, tədqiqatçı ədibin təkcə çap 
olunmuş  və  tamaşaya  qoyulmuş  əsərlərini  deyil,  eyni 
zamanda arxiv sənədlərini, bu günə qədər nəşr edilməmiş 
bir  çox  əlyazmalarını  da  nəzərdən  keçirmiş,  onun 
tərcümeyi-halının və həyat yolunun müxtəlif səbəblərdən 
indiyənə  qədər  gizlində  qalan  faktları  aşkarlmış, 
dəqiqləşdirmişdir. 
Özü  də,  bir  cəhət  xüsusən 
əhəmiyyətlidir  ki,  tədqiqatçı  ilə  yazıçı  arasında  demək 
olar  ki,  dostluq  əlaqələri  olmuş,  bir  sıra  prinsipial 
məsələlər  müzakirədən  keçirilmiş,  qarşılıqlı  anlaşma  və 
razılaşma  şəklində  qəbul  edilmişdir  ki,  bu  da  hər 
tədqiqatçıya müəssər olmur... 
Əmin  Əfəndiyevin  "İlyas  Əfəndiyevin  yaradıcılığı" 
adlı  elmi  monoqrafiyasının  elmi  redaktoru  akademik 
Bəkir Nəbiyevdir. 
Kitab  "Giriş"dən,  dörd  fəsildən  və  "Nəticə"dən 
ibarətdir. 
"Giriş"də  müəllif  İlyas  Əfəndiyevin  yaradıcılığından, 
onun  Azərbaycan  ədəbiyyatı  tarixində  tutduğu  yerdən, 
əsərin  yazılma  səbəblərindən  bəhs  edir.  "Həyat  yolu. 
Ədəbi  qaynaqlar"  adlanan  I  fəsildə  "Uşaqlıq  və  gənclik 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
160 
illəri",  "30-cu  illərin  ictimai-siyasi  həyatı  və  yazıçı 
taleyi",  "Bakı  ədəbi  mühitində"  mövzuları  qələmə 
alınmışdır. 
"Bədii  nəsrin  uğurları"  adlı  II  fəsil  "Nəsrdə  ilk 
addımlar. Hekayələrdə epik və lirik səhnələr", "Povest və 
romanlarında  müasir  həyatın  inikası",  "Yazıçı  və  tarix" 
yarımfəsillərindən ibarətdir. 
III 
fəsil 
"İlyas 
Əfəndiyev  dramaturgiyasının 
özünəməxsusluğu" adlanır və burada "İntizar"la başlanan 
yol",  "Mənəvi  gözəlliyin  lirik-psixoloji  təsviri",  "Tarixi 
simaların səhnə həyatı" mövzuları öz əksini tapmışdır. 
Nəhayət,  "Bədii-estetik  görüşləri"  adlı  IV  fəsildə 
müəllif "Ədəbiyyat haqqında düşüncələr‖, "Teatr və səh-
nə  problemləri",  "Elm,  mədəniyyət  və  incəsənət  mə-
sələləri" mövzuları üzərində tədqiqat işi aparmışdır. 
"Nəticə"də  İlyas  Əfəndiyevi  "müasir  ədəbiyyatımızın 
canlı  klassiki"  adlandıran  müəllif  yazır:  "Azərbaycan 
xalqı  öz  tarixi  inkişafının  ayrı-ayrı  mərhələlərində 
ədəbiyyat  və  mədəniyyətimizə  bir  sıra  görkəmli 
şəxsiyyətlər bəxş etmişdir. İlyas Əfəndiyev də xalqımızın 
XX  əsrdə  yetişdirdiyi  ən  işıqlı  və  istedadlı  şəxslərindən 
biridir.‖ 
Müəllif,  dünya  şöhrətli  bəstəkar,  xalq  artisti 
A.Məlikovun  fikrini  burada  yerində  təkrarlayaraq  yazır: 
―Xalqımız  Nizami  və  Füzuli,  M.F.Axundov  və 
C.Məmmədquluzadə,  S.Vurğun  və  R.Rza,  Ü.Hacıbəyov 
və  Y.Məmmədəliyev,  Q.Qarayev  və  F.Əmirovla  fəxr 
etdiyi  kimi,  İlyas  Əfəndiyevin  yaradıcılığı  ilə  fərəhlənir 
və qürur hissi keçirir." 
Kitabın  sonunda  "İstifadə  olunmuş  ədəbiyyatın 
siyahısı" verilmişdir. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
161 
Əmin  Əfəndiyevin  ―İlyas  Əfəndiyevin  yaradıcılığı‖ 
(Bakı,  "Elm",  2000.)  ədəbi-tənqid  tərəfindən  də 
qiymətləndirilmişdir.  (Bax:  Şamil  Salmanov.  Dəyərli 
tədqiqat. "Ədəbiyyat qəzeti", 29 sentyabr 2000; Cabbarov 
S.  Ədibin  xatirəsi  yad  edildi.  (Ə.Əfəndiyevin  «İlyas 
Əfəndiyevin  yaradıcılığı»  kitabının  təqdimatı  haqqında) 
//Azərbaycan. - 2000.  - 4 oktyabr və  s.) Bu  barədə digər 
faktlara diqqət yetirək: 
"Monoqrafiyada  çoxsahəli  yaradıcılıq  yolu  keçmiş 
yazıçının hekayə və oçerkləri, povest və romanları, dram 
əsərləri  və  ədəbi-tənqidi  məqalələri  təhlil  olunmuş,  eyni 
zamanda onun həyat və  yaradıcılığı ilə əlaqədar bu günə 
qədər  qaranlıq  qalmış  bir  sıra  məqamlar  ilk  dəfə  ətraflı 
şəkildə 
işıqlandırılmışdır." 
(Bax: 
Rüstəmli 
N. 
"Respublika" qəzeti, 8 oktyabr 2000.) 
"Əmin  Əfəndiyevin  "İlyas  Əfəndiyevin  yaradıcılığı" 
kitabının  bir  əhəmiyyəti  də  ondadır  ki,  burada  qoyulan 
problemlər və  konkret  məsələlər  təqiqatçılar  üçün böyük 
mövzudur."  (Bax:  Zümrüd  Bayramova."Səs"  qəzeti,  22 
oktyabr 2000.) 
Əmin Əfəndiyev doğru olaraq söyləyir ki, ―elmdə son 
hədd,  axırıncı  zirvə  anlayışı  yoxdur  və  ola  da  bilməz. 
Dünən üçün qaranlıq qalmış fikirlər bu gün açıqlanır, bu 
gün  üçün  dərk  olunmamış  hadisələr  sabah  mütləq 
aydınlaşdırılacaqdır.  Heç  şübhəsiz  ki,  İ.Əfəndiyev 
haqqında  dediklərimiz  də  son  söz  deyildir.  Yazıçının 
yaradıcılığında  bizim  tərəfimizdən  az  işıqlandırılmış 
problemlər 
və 
konkret 
məsələlər 
özünün  yeni 
tədqiqatçılarını  gözləyir.‖  (Müəllifin  göstərilən  əsəri, 
s.287.) 
Ölməz  sənət  nümunələri  kimi  Azərbaycan  nəsr  və 
dramaturgiyası 
xəzinəsini 
zənginləşdirən, 
yüksək 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
162 
vətəndaşlıq  pafosu,  incə  lirizm  və  dərin  psixoloji 
tapıntılarla  zəngin  olan  İlyas  Əfəndiyev  yaradıcılığı 
ədəbiyyat  tariximizdə  yeni  bir  mərhələ  açdığından, 
əlbəttə  ki,  zaman-zaman  həmişə  tədqiq  ediləcək,  öy-
rəniləcək, ədəbi-estetik fikrin diqqətində olacaqdır...  
 
**** 
 
 İlyas  Əfəndiyev  yaradıcılığı  və  şəxsiyyəti  barəsində 
müxtəlif 
dövlət 
tədbirlərində, 
kitablarının 
təqdimatlarında,  xatirə  və  yubiley  günlərində  ədəbi 
simaların, 
alimlərin, 
sənət 
adamlarının, 
dövlət 
xadimlərinin  çox  maraqlı  fikirləri,  mülahizələri  ilə  də 
qarşılaşırıq.  Təssüf  ki,  həmişə,  bir  qayda  olaraq  bu 
mülahizələr  diqqətdən  və  tədqiqatdan  kənarda  qalır.  Biz 
bu  tədbirlərdə  söylənən  fikirlərə  xüsusi  önəm  verərək, 
onlardan  ən  səciyyəvi  olanlara  diqqəti  cəlb  etmək 
istərdik.  
Məsələn,  2009-cu  ilin  iyulun  06-da  Miniatür  Kitab 
Muzeyində 
xalq 
yazıçısı 
İlyas 
Əfəndiyevin 
hekayələrindən ibarət kitabın təqdimatı olub. Rus dilində 
150  nüsxə  tirajla  çap  olunan  miniatür  kitabda  görkəmli 
yazıçının  5  hekayəsi  yer  alıb.  Bu  tədbirdə  respublikanın 
cox  tanınmış,  görkəmli  ziyalıları  İlyas  Əfəndiyev 
barəsində  qiymətli  fikirlər  söyləyiblər.  Xronikanı  olduğu 
kimi burada veririk: 
 ―Tədbiri  giriş  sözü  ilə  muzeyin  direktoru  Zərifə 
Salahova  açaraq,  İ.Əfəndiyevin  yaradıcılığının  Azər-
baycan  ədəbiyyatında  özünəməxsus  yer  tutduğunu  önə 
çəkib. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
163 
Yazıçılar  Birliyinin  sədri,  xalq  yazıçısı  Anar  İlyas 
Əfəndiyevin 
əsərlərinin 
Azərbaycan 
nəsri 
və 
dramaturgiyasının  çox  qiymətli  səhifələri  olduğunu 
vurğulayıb.  Anar  bildirib  ki,  çap  olunan  miniatür  kitab 
İ.Əfəndiyev irsinin, Azərbaycan ədəbiyyatının rus dilində 
nəşri baxımından dəyərli nümunədir. 
Professor Bəkir Nəbiyev milli dramaturgiyamızda və 
nəsrimizdə 
lirik-psixoloji 
üslubun 
inkişafında 
İ.Əfəndiyev  yaradıcılığının  xüsusi  əhəmiyyətini  qeyd 
edib. 
İ.Əfəndiyev  yaradıcılığının  hər  zaman  rəğbətlə 
qarşılandığını,  sevildiyini  deyən  xalq  artisti  Amaliya 
Pənahova  yeni  kitabın  gənc  və  gələcək  nəsillər  üçün 
böyük töhfə olduğunu diqqətə çatdırıb. 
Mədəniyyət  və  turizm  naziri  Əbülfəs  Qarayev 
miniatür  kitabın  nəşrini  yüksək  dəyərləndirərək,  ədibin 
adının  ədəbiyyatımız  və  mədəniyyətimiz  tarixində  əbədi 
yaşayacağını söyləyib. 
Yazıçı  Gülrux  Əlibəyli  İ.Əfəndiyevin  ədəbiyyatı-
mıza,  milli  dramaturgiyamıza  yeni  məzmun  və  forma 
gətirərək, önəmli mərhələ yaratdığını qeyd edib. 
Görkəmli dramaturqun milli teatrın inkişafında xüsusi 
rolu olduğunu vurğulayan aktyor Əli Nur İ.Əfəndiyevin 
əsərlərində cəmiyyət problemlərinin yüksək sənətkarlıqla 
əks etdirildiyini dilə gətirib. 
Qazaxıstanın  Azərbaycandakı  səfiri  S.Primbetov 
İ.Əfəndiyevin 
pyeslərinin 
onun 
ölkəsində 
də 
səhnələşdirildiyini və maraqla qarşılandığını bildirib. 
Mərhum  sənətkarın  oğlu,  xalq  yazıçısı  Elçin  İ.Əfən-
diyev irsinə göstərilən diqqətə görə minnətdarlığını ifadə 
edərək, miniatür kitabın nəşrini ədibin biblioqrafiyasında 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
164 
nadir  hadisələrdən  biri  kimi  qiymətləndirib.‖  (Bax: 
AzərTac-ın xronikası.)  
Bu  cür  informasiyalarda  müxtəlif  sənət  adamlarının 
olduqca  maraqlı  fikir  və  mülahizələri  var  ki,  bunu 
nəzərdən qaçırmaq mümkünsüzdür...  
İlyas  Əfəndiyevin  yaradıcılıq  diapozonunu  və 
şəxsiyyətinin  monumentallığını  göstərən,  onun  haqqında 
tərtib edilən digər əsərlərdən biri də, yazıçının vəfatından 
sonra  nəşr  edilən  ―Sən  həmişə  bizimləsən‖  (Bakı, 
"Gənclik",  1999.  –  392  səh.)  xatirələr  kitabıdır.
  Kitabı 
Dilsuz  və  Abid  Tahirli  tərtib  etmişlər,  redaktoru  Dilsuz, 
nəşriyyat rekdaktou Tahirə Muxtarovadır. 
Bu  kitab  da  ədəbi-mədəni  ictimaiyyət  tərəfindən 
böyük maraqla qarşılanıb, təqdimat mərasimi keçirilibdir. 
Bu mərasimlər haqqında məlumatlarda oxuyuruq: 
"1999-cu  il,  oktyabrın  6-da  Azərbaycan  Elmlər  Aka-
demiyasının 
Nizami 
Gəncəvi 
adına 
Ədəbiyyat 
Muzeyində  sənət  adamlarının,  ədəbiyyatşünas  və  yazı-
çıların,  rejissor  və  aktyorların  unudulmaz  xalq  yazıçısı 
İlyas  Əfəndiyevin  ömür  yolundan,  yaradıcılığından, 
müasir 
Azərbaycan 
ədəbiyyatının 
inkişa-fında 
xidmətlərindən  bəhs  edən  məqalələrinin,  xatirələrinin 
toplandığı  "Sən  həmişə  bizimləsən"  kitabının  təqdimat 
mərasimi keçirilmişdir. 
"Bəstəkar  Süleyman  Ələsgərov  öz  çıxışında  ("Sən 
həmişə  bizimləsən"  kitabının  təqdimat  mərasimində  - 
tərt.)  bildirdi  ki,  İlyas  Əfəndiyev  mədəniyyətimizin, 
ədəbiyyatımızın  üfüqündə  sönməz  ulduz  kimi  əbədi 
olaraq  parlayacaqdır.  O,  xalqın  məhəbbətini  qazanan, 
mənalı ömür yaşamış dramaturq-yazıçı, vətəndaş kimi öz 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
165 
missiyasını  yerinə  yetirib  dünyadan  köçmüşdür."  (Bax: 
Pərvanə Sultanova. "Xalq qəzeti", 7 oktyabr 1999.) 
"Sən  həmişə  bizimləsən"  kitabı  haqqında  məqalə 
yazmış  müəlliflər  görkəmli  sənət  adamlarının  İlyas 
Əfəndiyev haqqında fikirlərini nümunə gətirir və yazırlar: 
"Bunlar gəlişigözəl ifadələr yox, 20 əsəri səhnədə uğurla 
tamaşaya  qoyulmuş,  istedadlı  aktyor  və  rejissorlar 
nəslinin  yetişdirilməsində  misilsiz  xidmətlər  göstərmiş, 
Azərbaycan  ədəbiyyatı  kimi  zəngin  bir  xəzinədə  "İlyas 
Əfəndiyev  məktəbi"  yaratmış  bir  yazıçının  əməyinin 
tutarınca  qiymətləndirilməsi  üçün  diqqətlə,  məsuliyyətlə 
seçilən  sözlərdir."  (Bax:  Ramiz  Bilalov,  Mirəvəz 
Rəhimov. ("Ad günü" qəzeti, noyabr 1999.) 
Başqa bir məlumatda bildirilir: 
 ―  İlyas  Əfəndiyevin  vəfatının  dördüncü  ildönümü 
münasibətilə  görkəmli  ziyalılar,  mədləniyyət,  elm, 
incəsənət  xadimləri  Fəxri  Xiyabanda  böyük  sənətkarın 
məzarını  ziyarət  etmiş  və  mitinq  keçirmişlər.  Mitinqdə 
Yazıçılar Birliyinin sədri Anar, Mədəniyyət  naziri Polad 
Bülbüloğlu,  xalq  artistləri  Bəsti  Cəfərova,  Ramiz 
Məlikov,  xalq  şairi  Qabil,  əməkdar  incəsənət  xadimi 
Azərpaşa  Nemətov,  "Ədəbiyyat  qəzeti"nin  baş  redaktoru 
Ayaz  Vəfalı  və  sonda  yazıçının  oğlu,  xalq  yazıçısı, 
Azərbaycan  Respublikası  Baş  nazirinin  müavini  Elçin 
çıxış etmişlər.  
Mərasim  Milli  Akademik  Dram  Teatrında  davam 
etmişdir. 
Hollda 
İlyas 
Əfəndiyevin 
həyat 
və 
yaradıcılığından  bəhs  edən sərgi açılmışdır.  Sonra Əmin 
Əfəndiyevin  "İlyas  Əfəndiyevin  yaradıcılığı"  kitabının 
təqdimatı  olmuşdur.  Təqdimat  məclisini  akademik  Bəkir 
Nəbiyev  aparmışdır.  Ədəbiyyatşünas  Vaqif  Arzumanlı, 
teatrşünas  İlham  Rəhimli,  Bəstəkarlar  İttifaqının  birinci 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
166 
katibi Vasif Adıgözəlov, rejissor Ağakişi Kazımov, xalq 
yazıçısı  Hüseyn  Abbaszadə,  artistlərdən  Firəngiz 
Əhmədova,  Zemfira  Nərimanova,  Əlibala  Nur,  Yaşar 
Nuri  və  son  olaraq  Elçin  çıxış  etmişlər.  Qabil  İlyas 
Əfəndiyevə həsr etdiyi şeri oxumuşdur." ( Bax: AzərTAc. 
"Xalq qəzeti", 4 oktyabr 2000.) 
Qeyd  edək  ki,  ―Sən  həmişə  bizimləsən‖  kitabındakı 
bütün  xatirələr,  esse  və  məqalələr  böyük  ədibin 
vəfatından  sonra  yazılmış,  ayrı-ayrı  rəsmi  xəbərlərlə 
bərabər,  məxəzləri  göstərilərək  nəşrə  daxil  edilmişdir. 
Eyni zamanda bir çox xatirə və esselər məxsusi olaraq bu 
kitab üçün yazılmışdır. 
Kitab  xalq  yazıçısı  Elçinin  "Özümüzdən  sonranın 
ilkini" adlı "Ön söz əvəzi" ilə başlayır.  
"Böyük  itgi"  adlı  bölmə  İlyas  Əfəndiyevin  vəfatı  ilə 
əlaqədar  rəsmi  materiallar,  eləcə  də,  Əsəd  Cahangirin 
("Unuda bilmərik"), Gülcahan Məmmədovanın ("Həmişə 
bizimlə  qalacaq  dramaturq"),  Atabala  İsmayıloğlunun 
("Əbədiyyətə  aparan  yol"),  Hüseyn  Abbaszadənin  ("Bu 
inamla  bizdən  ayrıldı"),  Anarın  ("Yeri  görünəcək"), 
Amalya  Pənahovanın  ("Siz  həmişə  bizimləsiz"),  Polad 
Bülbüloğlunun  ("Siz  həmişə  bizimləsiz"),  Səyavuş 
Məmmədzadənin  ("Ustadın  xatirəsinə"  --  rus  dilində), 
Maarif  Soltanın  ("Vida  sözü  əvəzi")  müxtəlif  mətbuat 
orqanlarında  çap  olunmuş  vida  sözləri,  Ramiz  Heydərin 
("Canlı  bir  heykəldin"),  Ramiz  Məmmədzadənin 
("Məhəmməd oğlu İlyas"-- Azərbaycan və rus dillərində), 
Əjdər  Qiyaslının  ("İftixarısan"),  Bəşir  Kəsərlinin  ("Xoş 
gələcəkdi")  şerləri,  başsağlığı  teleqramları  haqqında 
məlumat  ("Dərin  hüznlə"),  Azərbaycan  Yazıçılar 
Birliyinin 
Moskvada 
nəşr 
olunan  "Literaturnaya 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
167 
qazeta"da  çap  etdirdikləri  "Vida  sözü"  və  İlyas 
Əfəndiyevin ailəsinin məktubu daxil edilmişdir. 
"Çox dəyərli, xalqımız üçün lazımlı əsər" bölməsində 
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin 
Milli  Dram  Teatrında  İlyas  Əfəndiyevin  "Hökmdar  və 
qızı"  tamaşasına  baxması  haqqında  AzərTAc-  ın  geniş 
rəsmi  məlumatı,  eləcə  də  Svetlana  Mirzəyevanın  bu 
münasibətlə  rus  dilində  yazdığı  məqalə  öz  əksini 
tapmışdır. 
Üçüncü  bölmə  "Mətbuatdan  sətirlər"  adlanır  və  sal-
namə  xarakterli  bu  bölmədə  vəfatından  sonra  mətbuatda 
İlyas  Əfəndiyev  haqqında  gedən  yazılardan  seçmələr 
verilir. 
"İlyas  Əfəndiyev  yaşayır"  adlı  dördüncü  bölmədə 
Mirvarid  Dilbazinin  ("Unudulmaz  sənətkar"),  Tofiq 
Quliyevin  ("Hər  şeyin  təzəsi,  dostun  köhnəsi"),  Qılman 
İlkinin  ("Kövrək  xatirələr"),  Kamal  Talıbzadənin 
("Məhəbbətin 
tərənnümü"), 
Əziz 
Mirəhmədovun 
("Sənətlə  sehrlənmiş  ədib"),  Əzizə  Cəfərzadənin  ("Uzaq 
xatirə";  "Dost  düşüncələri"),  Bəxtiyar  Vahabzadənin 
("İlyas 
Əfəndiyevi 
xatırlayarkən"), 
Ələviyyə 
Babayevanın  ("Geriyə  baxmaya  bilərəmmi?"),  Leyla 
Bədirbəylinin 
("Mənalı 
ömür"),  Tahir  Salahovun 
("Düşündürən  dramaturq"),  Nəbi  Xəzrinin  ("Əziz, 
mehriban  dostum"),  Hüseyn  Abbaszadənin  ("Qartal 
yüksəklərə  uçur"),  Qabilin  ("Sən  ey  qadir  məhəbbət"), 
Süleyman  Ələsgərovun  ("Görkəmli  yazıçı,  dahi 
dramaturq"), Kamran Hüseynovun ("Mahir söz zərgəri"), 
Bəkir  Nəbiyevin  ("Ruhunuz  şad  olsun,  patriarx!"),  Sofa 
Bəsirzadənin 
("Unudulmaz 
xatirələr"), 
Fərəməz 
Maqsudovun  ("Gələcəkdən  gəlmiş  adam"),  Cabir 
Novruzun 
("İlyas 
Əfəndiyev 
itgisi"), 
Polad 

Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin