Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə3/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   2   3   4   5   6   7   8   9   ...   35
qabırğaları arasına sancdı. Atın baĢı yerə gəldi. 
 
– Ay oğul, Allah o heyvanları belə yaradıb, sənin nə günahın.  
Atın cəsədini sürüyüb apardılar. 
Mehtərlər ikinci bir köhləni çəkib gətirdilər. 
– Ərəb atıdır. 
Ağ  rəngli  bu  köhlənin  ağ  yalı,  ağ  quyruğu  vardı.  Uzun  Həsən  köhlənin  duruĢuna, 
gözəlliyinə baxıb heyran qaldı. Onun belinə qalxıb Ģikəst eləməyə heyfi gəldi. 
– Bunun da beli sınar, heyifdi.  
Əmiraxur güldü. 
–  Dünyanın  bütün  ilxıları  sənə  qurban  olsun.  Hökmdarımızın  atı  gərək  onun  adına 
layiq...Bütün  cinslərdən  gətirmiĢik.  Harada  bir  adlı-sanlı  at  varsa  onun  balalarını  tapmıĢıq, 
almıĢıq. 
Uzun Həsən nə qədər ucaboy, ağır olsa, bir o qədər də yüngül, cəld idi. Ayağını üzəngiyə 
keçirib,  yəhərə  qalxmağı  xoĢlamazdı.  Bir  dəfəyə  ayağını  yerə  vurmaqla  qalxırdı.  Ona  görə  də 
yəhərə ağırlıq birdən-birə düĢür, atların çoxusu dözmür, beli qırılırdı. 
O,  ərəb  atını  da  belə  mindi.  Yox,  bunun  beli  sınmadı.  Deyəsən  onu  yaxĢı 
əhliləĢdirməmiĢdilər.  Dəlilik  eləyirdi.  Yüyəni  dartanda  Ģahə  qalxır,  süvarini  belindən  salmağa 
çalıĢırdı.  Uzun  Həsən  atın  yüyənini  buraxdı.  KövĢənlə  ox  kimi  uçurdu.  DüĢərgədən  çox 
uzaqlaĢmadı. Aralıdan baĢını döndərdi, dövrə vurub gəldi. Amma birdən-birə köhlənin baĢı aĢağı 
getdi, ayağı horraya dönmüĢ palçıqda siçan yuvasınamı, nəyəsə keçmiĢdi. Həsən atın boynundan 
uçub  qabaqda  yerə  düĢdü.  Hələ  göydə  ikən özünü düzəltmiĢdi.  Ayaq üstündə düĢdü və topuğa 
qədər palçığa batdı. 
Ə‟yanlar ona tərəf qaçmaq istədilər, amma hökmdar qamətini düzəltdi, qırmızı məstlərinin 
topuqdan  yuxarı  palçığa  batmağına  fikir  verməyib  iri  addımlarla  onlara  tərəf  gəlməyə  baĢladı. 
Narın yağıĢ onun qara, gödək saqqalına qırov kimi qonmuĢdu. Börkü, libası da su içində idi. Bu 
yağıĢ birdən-birə deyil, yavaĢ-yavaĢ isladırdı, həm də sümüyə, iliyə qədər keçirdi.  
Amma nə hökmdar, nə də onun məiyyəti yağıĢa fikir vermirdilər. Köçərinin günü yağıĢda, 
qarda  keçər.  O,  əyilib  gözlərinin  bulağından  aĢağı  yaĢ  axan  ərəb  atının  baĢını  sığalladı,  üzünü 
döndərib yeridi. 
Atın  ki  ayağı  sındı,  qurtardı,  o  sağalmaz.  Belə  heyvan  ölməlidir.  Əzabdan,  əziyyətdən 
qurtarmaq üçün onu öldürürlər. 
Əmiraxur yetirib qılıncını çəkdi, onun ürəyinə sancdı. Hökmdar ərəb atına çox lütfkarlıqla 
yanaĢmıĢdı. Onu nizə ilə öldürmək istəmirdi. 
Uzun  Həsən  ə‟yanlarına,  məiyyətinə  özünün  gücünü,  ağırlığını  göstərmək  istəmirdi.  Onu 
hələ neçə-neçə döyüĢlər gözləyirdi. DöyüĢdə ki, at sahibi kimi cəld olmadı, onu tez tutarlar. Əsir 
eləyərlər. Əsir düĢən hökmdarın səltənəti dağılmasa da ömürlük ləkəli olur. Bir hökmdar həyatı 
üçün  yüzlərlə  ilxı  qurban  verirdilər,  heç  onu  müqayisəyə  də  gətirmək  olmaz.  Həm  də  igid 
döyüĢçünün,  sərkərdənin  altında  adına  layiq  atı  olmalıdır.  O,  bilirdi  ki,  Əbu  Səidlə  döyüĢsüz 
qurtara bilməyəcəklər, ona görə də özünə təzə atlar seçməyi tapĢırmıĢdı. 
– Bu nədir, Əmiraxur, sənin gətirdiyin atların hamısı loĢ çıxır. 
Əmiraxur qılıncını kətyan koluna silib qurtarandan sonra qınına salıb gəlirdi. 
– YaxĢı atlarımız var, hökmdar. 
 
– Gətirin görüm. 
Əmiraxur göydəmir bir atı hökmdarın qarĢısına çəkdi. 
– Əsil Qarabağ atıdı. Özü də üçyaĢar, cavandı. YaxĢı yorğası var. 
Yorğa at yüksək qiymətləndirilirdi. Çünki hökmdarlar at üstündə ölkənin bu baĢından o biri 
baĢına  dəfələrlə  gedir.  Təbrizdən  Bağdada,  Bağdaddan  Qahirəyə,  Qahirədən  ġama,  ġamnan 

14  www.sarigelin.net 
 
Təbrizə, oradan Xorasana. Onun atı yorğa yeriĢli olmasa yorub əldən salar. Onsuz da mehtərlərin 
yüyənindən tutub saxladıqları atların hamısı yorğa yeriĢli idi. 
Uzun Həsən əlini Qarabağ atının islaq yalına, sarğısına çəkib onun xasiyyətinə bələd olmaq 
istəyirdi. Bu vaxt onlara tərəf qızılı bir ayğır təĢəxxüslü bir qaçıĢla yaxınlaĢıb kiĢnəyir, ayaqlarını 
yerə döyürdü. 
– Əmiraxur, o ayğırı tutun. 
Bir  iĢarə  bəs  idi.  Hər  tərəfdən  ayğırı  dövrəyə  aldılar.  Ayğır  adamların  arasından  sıçrayıb 
çıxdı.  Bir  neçə  mehtəri  də  qabaq  ayaqları  ilə  əzdi,  təpiyi  də  birini  tutub  palçığın  içinə  uzatdı. 
Amma Uzun Həsən ona tərəf gələn ayğırı əldən buraxmadı. Alaçığın yanındakı atın yəhərindən 
kəməndi  götürmüĢdü.  Kəməndi  atmaqla  ayğırın  baĢına  keçməyi  bir  oldu.  Ancaq  ayğır  Ģahə 
qalxıb kəmənddən qurtarmaq istədi. Bir Ģey çıxmadı. Sağ ayağını irəli verən Uzun Həsəni də öz 
dalınca dartdı. O, sol dizini qatlamıĢ, sağ ayağını yerə vermiĢdi. Amma ayğırı saxlaya bilmirdi. 
Ayağı  palçıqda  sürüĢüb  gedir,  ayğır  onu  dartıb  aparırdı.  Haradansa  qabağına  bir  daĢ  çıxdı. 
Ayağını dirədi. Ayğır nə qədər güc verdisə, qurtula bilmədi. ġahə qalxdığı yerdə yanı üstə çökdü. 
– Boğun bu ayğırı! 
Mehtərlər  tökülüb  ayğırın  boğazına  daha  bir  kəndir  atdılar,  üçü  bir  tərəfdən,  üçü  də  bir 
tərəfdən kəndiri dartmağa baĢladılar. Ayğır qalxmıĢdı. Ona gücləri çatmırdı. 
– Nə olub sizə, çörək yeməmisiniz? – deyə Uzun Həsən hayqırdı. Ġpdən yapıĢan mehtərlər 
çoxaldı.  Kəndir  sıxıldı,  ayğır  boğulurdu.Bir  azdan  o  ayaq  üstə  dayana  bilmədi.  Gücü,  qüvvəsi 
tükəndi. Ayaqları boĢaldı, tir-tap yerə uzandı. Onun ağzından qan gəldi. 
– Tez olun, baĢına yüyən vurun, belinə yəhər qoyun. 
Hökmdarın  tapĢırıqlarını  bir  anda  yerinə  yetirdilər.  O,  tapqıra  baxdı.  Barmaqları  tapqırın 
altına keçdi. QayıĢı açıb bir ilgək də yuxarıdan bağladı. Yüyəni yalın üstünə keçirtdi. 
Ayğır nəfəs almağa baĢlayan kimi ayağa qalxdı, Uzun Həsən də onun yəhərində. Bayaqkı 
qənĢər, Ģux yeriĢindən əsər-əlamət qalmamıĢdı. Üstündə yük hiss eləyib Ģıllaqlamağa baĢladı. Bir 
Ģey çıxmadı. Artıq özünə gəlmiĢdi. Üstündəki yük onu elə bil ayıltmıĢdı. Ġndiyə qədər belə Ģey 
görməmiĢdi.  Heç  onun  üstünə  milçək  də  qona  bilmirdi.  Mozalan  diĢləyəndə  ağız  atırdı. 
Milçəkləri  quyruğu  ilə  qovurdu.  Amma  indi  belində  ağır  bir  yük  vardı.  Ağzını  atıb  diĢləmək 
istəyirdi, cəhənglərini dartan dəmir yüyən onu baĢını döndərməyə qoymurdu. Ayğır Ģahə qalxdı, 
amma üstündəki onu öz ağırlığı, hərəkətləri ilə qabaq ayaqlarını torpağa endirdi. Böyürlərinə iki 
ağır  Ģey  dəydi.  Ayğır  bu  vəziyyətdən  xilas  olmaq  üçün  baĢ  götürüb  qaçmaqdan  özgə  çarə 
görmədi. Götürüldü, yəhərdəki də elə bunu istəyirdi. YaĢ, sürüĢkən kövĢən yerində dəli bir qaçıĢ 
baĢladı. Ayğırın dırnaqlarından palçıq parça-parça göyə tullanır, amma onların üstünə düĢmürdü. 
Bu dəli sür‟ətə çata bilmirdi. 
Uzun Həsən qırğı  kimi  ayğırın yalına yatmıĢdı. Artıq onu ipə-sapa yatırırdı. Bir azdan o, 
sür‟əti bir az da artırdı. Həsənin ə‟yan-əĢrəfi də atlarına süvar olub ona çatmaq üçün çapır, amma 
yaxınlaĢmaq əvəzinə daha da uzaqlaĢırdılar. O, ayğırın baĢını buraxıb xeyli getmiĢ, ordugahdan 
uzaqlaĢmıĢdı.  Onun  üzünü  döndərib  əks  tərəfə  dönmək  üçün  böyük  bir  qövs  cızdı.  Yenidən 
sür‟ət  artdı.  Elə  bil  Uzun  Həsəni  ayğırla  bərabər  mancanaqdan  buraxmıĢdılar.  Ən  güclü 
pəhləvanın  atdığı  ox  kimi  süzürdülər.  Bu  sür‟ət  həm  Uzun  Həsənə,  həm  də  ayğırın  özünə  xoĢ 
gəlirdi.  Daha  yəhərdən,  yüyəndən  süvaridən  xilas  olmağı  da  bəlkə  istəmirdi.  Çünki  onu  bir  bu 
qədər yol qovan da olmamıĢdı. Ġndi var gücü ilə qaçırdı. 
Uzun Həsən baĢını qaldıranda qabaqda böyük bir dəstə gördü. Beynindən ildırım kimi bir 
fikir  keçdi.  “Əbu  Səidə  köməyə  gələn  qoĢun  olar”.  Belinə  əl  atdı,  amma  qılınc  bağlamamıĢdı. 
Əmudu,  təpəri,  təbərzini,  nizəsi  də  yox  idi.  Ayğır  isə  özünü  gələn  dəstənin  üstünə  atırdı.  O, 
yüyəni nə qədər dartdısa da, ayğırın sür‟ əti azalmırdı. 
Birdən bir səs eĢitdi: 
– Dayı!   
Bu  səs  ayğırı  da  diksindirdi.  O,  Ģahə  qalxdı.  Uzun  Həsən  yüyəni  yığıĢdırdı.  Ayğır  da 
sakitləĢdi. 
– Mənəm, dayı. 

15  www.sarigelin.net 
 
Bir atlı ona yanaĢdı. YağıĢdan qorunmaq üçün baĢına örtük salmıĢ ġeyx Heydər idi. 
– Gəldin? 
 
– Gəldim dayı. Özümlə də on min mürid gətirmiĢəm. 
– On min? 
–  Bəli.  Yolda  Əbu  Səidə  köməyə  gələnlərlə  də  vuruĢduq.  BeĢ  min  əsir  tutmuĢuq.  Bütün 
arabaları qənimət almıĢıq. 
– Bərəkallah, bacıoğlu. Səni ordugahda gözləyirəm. O, atın baĢını döndərdi ordugaha tərəf, 
yüyəni  buraxdı.  Ayğır  götürüldü.  Yolda  onun  dalınca  çapanların  yanından  keçib  öz  alaçığına 
çatdı,  ayğırı  saxladı.  At  bu  dəfə  də  Ģahə  qalxdı.  Amma  yorulub  sakitləĢmiĢdi.  Ayaqlarını  yerə 
qoydu, Həsən tullanıb yəhərdən düĢdü. Nökər-naiblər atın cilovundan yapıĢdılar. 
– Aparın gəzdirin, təri soyusun, – dedi. 
Alaçığın  qabağında  on  səkkiz,  on  doqquz  yaĢlı  oğlu,  boy-buxunda,  sir-sifətdə  atasına 
oxĢayan  Uğurlu  Məhəmməd  dayanmıĢdı.  O,  atasını  görüb  yaxın  gəldi,  əlini  sinəsinə  basıb  baĢ 
əydi. 
– Sənin iĢini mən görürəm də, oğlum, – deyə ona zarafat elədi. Amma zarafatı ciddi dedi. 
– Atayi mehriban, sənin iĢini görmək dərəcəsinə yetiĢməyimə hələ çox var. 
O əlini oğlunun çiyninə qoydu 
– Sən mənə oxĢayacaqsan. Buna gün kimi inanıram. Ora bax, deyə bir az yuxarı qalxmıĢ 
buludları  göstərdi,  –  görürsən,  buludlar  günəĢin  qabağını  kəsib.  Amma  bulud  nədi,  heç  nə.  O 
əriyib gedəcək. GünəĢ isə elə günəĢdi. 
Birdən onun gözünə bir dəstə qaz göründü. Buludların arasında qanad çala-çala ordugaha 
yaxınlaĢırdılar. 
– Tez, yay-oxu, alaçıqdan bura gətir. Özününkünü də götür. 
Uğurlu Məhəmməd alaçıqdan atasının və öz yay-oxlarını gətirdi. 
– Oğul, o qazları görürsən də.   
–  Hə,  üç  qazdı.  Qabaqdakını  mən  niĢan  alıram,  arxadakını  sən.  Xeyli  vaxtdı 
Bozağoğlundan dərs alırsan. Görüm necə atırsan. 
Atası oğlunu həvəsləndirdi. Hər ikisi oxlarını hazırladılar. Qazlar uçub onların baĢı üstünə 
gələndə arxasında lələk olan oxlar yaylardan ayrıldı. Vıyıltı ilə yuxarı uçdu. 
Ordugahdan heyrət nidaları qalxdı. Qazların ikisi də sinələrindəki oxlarla bərabər hərlənə-
hərlənə  gəlib  yerə  düĢdü.  Ata  oğlunun  qolundan  tutub  alaçığa  apardı.  Ata  keçib  taxtında 
oturmadı.  Alaçağın  ağzında  palçıqlı  məstlərini  çıxartdı,  naxıĢlı  yun  corabda  xalçanın  üstü  ilə 
keçib döĢəkçənin birinin üstündə bardaĢ qurdu. Oğlu da məstlərini çıxartdı. Ayaq üstündə qaldı. 
– Gəl görüm, otur yanımda. Səninlə məsləhətləĢmək istəyirəm. 
– EĢidirəm, atayi mehriban. 
– ġeyx Heydər on min müridlə bizim köməyimizə gəlir. Bizim qüvvəmiz artır. Əbu Səidin 
əli-ayağı  bağlanır.  Biz  indi  ona  rahatlıq  versək,  özümüzə  qəbir  qazarıq.  Səni  bir  minbaĢı  kimi 
səfərə  göndərmək  istəyirəm.  Gecəylə  hücuma  keçib  düĢmənə  ağır  zərbə  vurub  qayıdacaqsan. 
Görüm sərkərdəlik qabiliyyətin də ox atmağın kimi olacaqmı? 
– BaĢ üstə, atayi mehriban. Mən hazır. 
– YüzbaĢıları özün seç. 
Bununla da ata ilə oğulun söhbəti qurtardı. Uğurlu Məhəmməd qalxdı. Elə çıxdı ki, arxası 
atasına tərəf düĢmədi.  
Bir  aya  yaxın  çəkən  yağıĢlar  bir  gecə  qara  çevrildi.  Səhər  hər  tərəf  ağ  bir  örtüyə 
bürünmüĢdü.  Sultan  Əbu  Səid  qalxıb  soyuq  çadırda gərnəĢdi.  Yorğanı  üstündən atıb isti  paltar 
geyindi.  Yaxasına,  ətəyinə,  qollarına  samur  xəzi  tikilmiĢ  xorasan  kürkünə  bürünüb  çadırdan 
çıxdı.  Yanı  ilə  onu  kölgə  kimi  izləyən  adamlara  əhəmiyyət  vermədən  yeriyirdi.  Ordugahın 
arasında iri bir Ģeyin üstünə qar yatmıĢdı və nə olduğu bilinmirdi. 
– Bu nədi belə? 
– Fildi, Sultani əzəm. Ölüb. 
– Fil ölüb? 

16  www.sarigelin.net 
 
– Bəli. O isti yerin heyvanıdır. Qarabağın soyuğuna dözmədi. 
–  Soyuğuna  yox,  aclığa.  Bütün  günahlar  səndədir,  vəzir.  Məni  bu  tələyə  salan  sənsən. 
Qarabağı da vermirdik, babamın iyini almağa gəlirdim. Ġndi fil leĢinin iyini alarıq. Səltənəti sən 
məhv elədin. 
Sara  xatunu  Əbu  Səidin  çadırına  gətirən,  sonra  sultanın  qulağına  pıçıldayan  vəzirin  bu 
sözdən  sonra  diĢi-diĢinə  dəyirdi.  Soyuq  da  tə‟sirini  göstərirdi.  O  Xorasanda  belə  soyuq 
görməmiĢdi. Üç gün dalbadal əsən külək birdən-birə qar gətirmiĢdi.  
– Nə oldu elçilər?  
– Elçilər əliboĢ qayıdıb. 
– Necə? Qarabağı da, Azərbaycanı da, Ġraqi Əcəmi, Ġraqi Ərəbi, lap Reyi də veririk, Uzun 
Həsənin gözü doymur? O ki bizdən bir buranı istəyirdi. 
– “Yox” deyib durub. 
Ordugahdakı  çadırlardan  çıxan  yox  idi. Sultan  elə bildi  ki,  qoĢundan salamat  qalanlar da 
onu  tərk  edib.  Çadırlardan  birinə  girdi.  Səsini  çıxartmadı.  Silahlı-əbləsəli  oturub  yuxuya 
gedənlərdən heç biri yerindən qımıldanmadı. Vəzir qıĢqırdı: 
– Sultanı görmürsünüz? 
Heç  kimdən  səs  çıxmadı.  Vəzir  qapının  yanında  oturan  əsgəri  təpiyi  ilə  itələdi.  Əsgər 
yıxıldı, baĢından dəbilqə, düĢüb o biri əsgərin sinəsindəki qalxan Ģəkilli zirehə dəyib cingildədi. 
Amma nə yıxılan, nə onun toxunduğu qımıldanmadılar. 
– Sultani əzəm, çıxın buradan. Vəba...   
Sultan geri qayıtdı. 
– Ölənlər də, xəstələr də yandırılsın! 
– BaĢ üstə, – deyə əmirsipəhsalar dindi, amma sözünü dəyiĢdi. 
– Odun yoxdu, Sultani əzəm. 
Əbu Səid çadırına qayıtdı. Əmirsipəhsaları çağırıb qulağına nəsə pıçıldadı. O, çıxdı. Vəzir 
Sultanı danıĢdırmaq istədi, amma onun danıĢmağa həvəsi qalmamıĢdı. Bir azdan əmirsipəhsalar 
beĢ nəfər silahlı əsgərlə çadıra girdi. Vəzir deyəsən bütün bunların onun əleyhinə olduğunu görüb 
gah əmirsipəhsalara, gah da sultana baxdı. Özü qıc kimi olsa da, gözləri yerində oynayır, o tərəf 
bu tərəfə qaçırdı. Sultan üzünü əmirsipəhsalara çevirdi. 
– Deyəsən vəzirimiz məĢhur nəsildəndir. 
– Bəli, Sultani əzəm, Barmakilərdəndir. 
–  Yalan  desən  də  inanırıq.  Barmakilərin  kökü  çoxdan  kəsilib.  Bir  də  onlar  belə  ağılsız 
məsləhət verməzdilər. Hər halda əsilzadəsən –  Sultan bu sözdən sonra taxtının yanından asılmıĢ 
yayını götürüb baxdı. Ucları ceyran buynuzundan düzəldilmiĢdi. Tutacağı qızıldan idi. 
– Bu heyifdi. Bir yay gətirin, kiriĢi yoğun olsun. Vəzir Sultanın qabağında diz üstə çökdü, 
ona tərəf süründü. 
–  Sultani  Əzəm,  mən  bütün  Qaraqoyunlu  mülkünü  öz  mülklərimizə  qatmaq  üçün  belə 
məsləhət  vermiĢəm.  Mənə  rəhminiz  gəlsin.  Mən  sizə  həmiĢə  sədaqətlə  qulluq  eləmiĢəm. 
ġirvanĢaha göndərdiyim elçilər qayıtsın, hər Ģey yaxĢı olacaq. Ġnandırıram sizi. 
– ġirvanĢah?.. Nə vaxt göndərmisən?   
– Bir həftədir. Bu gün gələcək. 
Sultan çadırın açıq qapısından baxdı. Gördü ki, bir atlı çapa-çapa gəlir. Atdan buğ qalxır. 
Onun ata paxıllığı tutdu. Gör necə canı istidi ki, buğlanır. Mən bu qədər paltarın içində donuram. 
Atlı gəlib çadırın yanında yəhərdən aĢırıldı.   
– Gəldi, elçi, gəldi elçi. – Ġcazə verin içəri gəlsin. 
– Gəlsin. 
Elçini  çağırdılar.  O,  içəri  girib  əlini  döĢünə  qoyub  baĢ  əydi,  belindəki  əyri  qılınc  qalxıb 
çadıra toxundu. 
– De görək nə xəbərlə gəlmisən? 
– Bəd xəbərlə gəlmiĢəm, Sultani əzəm. ġirvanĢah... 
– Hanı məktubu? 

17  www.sarigelin.net 
 
–  Məktubu  yazmağı  da  lazım  bilmədi.  Dilcavabı  buyurdu.  Dedi  ki,  bəs  mən  Sultan  Əbu 
Səid  həzrətlərinə  həmiĢə  kömək  eləmək  istəyirdim.  Babam  da  onun  babasının  sayəsində hökm 
sürmüĢdü.  Amma  qorxuram.  Uzun  Həsən  məktub  yazıb.  Yazıb  ki,  baban  ġeyx  Ġbrahim 
Teymurləngə hədiyyənin hamısını doqquz dənə aparmıĢdı, qulu səkkiz. Əmir Teymur soruĢanda 
ki,  qul  niyə  səkkizdi,  demiĢdi,  mən  də  doqquzuncu.  Ġndi  nə  Əbu  Səid  Teymurləngdir,  nə  sən 
ġeyx Ġbrahim. Ona ərzaq göndərsən, qoĢun versən, kömək eləsən, ġirvanı yerlə-yeksan eləyəcəm. 
– Sən mürəxxəssən. 
Elçi getdi. Vəzirin rəngi çadırın parçası kimi ağarmıĢdı. Bu vaxt yay dalınca gedən əsgər 
qayıtdı. Sultan əmirsipəhsalara iĢarə etdi. 
–  Mənim  gözümün  qabağında.  Qədim  adətimizlə  yayın  kiriĢiylə.  Qoy  bu  satqın  mənim 
ölümümü  yox,  mən  onun  ölümünü  görüm.  Əmirsipəhsalar  əsgərlərə  iĢarə  elədi.  Ġkisi  vəzirin 
qollarını burdular. Əmirsipəhsalar arxa tərəfində dayanıb yayın kiriĢini onun hulğumuna söykədi, 
yayın  əyri  uclarından  tutub  var  gücü  ilə  özünə  tərəf  dartdı.  Vəzirin  gözləri  hədəqəsindən  çıxıb 
çevrildi, bir neçə andan sonra onun qolları boĢaldı, rəngi qaraldı. 
– Hazırdı, Sultani əzəm. 
– Görürəm. Sürüyün meyitini atın düzün ortasına. Canavarlar... 
– Sultani əzəm, axı o əsilzadə nəslindəndi, müsəlmandı. 
– YaxĢı, nə eləyirsiniz, eləyin. Qoy bu iĢi əsgərlərin görsün. Səni özgə yerə göndərəcəm.– 
Əsgərlərdən ikisi vəzirin meyitini büküb apardılar. O birilər də çıxdı. 
Sultan  gedib  taxta  oturdu,  sifətini  ovucları  arasına  aldı.  Xeyli  fikirləĢdi,  sonra  fikirlərinə 
qarĢı elə bil üsyan elədi. Ayağa qalxdı. 
–  Haradasan,  ulu  baba,  haradasan?  Ya  bizi  yaratmayaydın,  ya  da  öz  ağlından  bizə  də 
verəydin. Sən dünyanın ən böyük hökmdarlarını əlində oyuncağa döndərmiĢdin, indi mən, sənin 
nəvən bir tərəkəmə bəyinin əlində əsir-yesir qalmıĢam. Diril, baĢını qaldır, mənə bir yol göstər. 
Əmirsipəhsalar quruyub qalmıĢdı. Sultanın acizliyi onun bütün ümidlərini qırmıĢdı. Amma 
bu dar macalda ona kömək eləmək istədi. 
– Ya Sultani əzəm, bir çıxıĢ yolu var. 
– Hanı o çıxıĢ yolu! 
– Salamat qalan qoĢunu yığaq, Xudafərin körpüsündən keçək. 
 
–  Yox,  əmir.  Mən  bir  bəyin  qabağından  qaçmağı  qeyrətimə  sığıĢdıra  bilmirəm.  Məni  o 
ġeyx  Heydərin  cəddi  bu  kökə  saldı.  Babam  onlara  biət  eləmiĢdi.  Nəzir-niyaz  verirdi.  Mən  bu 
keçisaqqala uyub onun sözünü yerə saldım. Mənə bu da azdır. Anamı bura çağırın. 
Bir  azdan  sultanın  anası  onun  çadırında  idi.  Qollarını  qoynuna  qoymuĢdu.  O,  Sara 
xatundan  yaĢlı  olardı,  arıq,  ucaboy,  sifətində  qırıĢlar  yol  salmıĢ  qadın  idi.  Sadə  geyinmiĢdi, 
üstündə heç bir bəzək-düzək yox idi. 
– Anamdan baĢqa hamı çıxsın.  
Soyuq çadırda ana və oğul qaldı. 
–  Vəziyyətimizdən  xəbərin  var?  Heç  bir  çıxıĢ  yolu  yoxdu.  Uzun  Həsənin  gücü  mənim 
gücümdən xeyli çoxdur. Ġstəsə günü bu gün hamını qılıncdan keçirər. Bir heyfi yadından çıxarda 
bilmir. Mən onun anasını “yox” cavabı ilə yola salmıĢdım. Bilir ki, mənim də anam yanımdadır. 
Sən  hazırlaĢ,  Sara  xatunun  yanına  get.  De  ki,  mən  kiĢilərlə  yox,  Sara  xatunla  görüĢməyə 
gəlmiĢəm.  Ġkiniz  də  anasınız.  DanıĢın,  o  səni  baĢa  düĢər.  Alicənab  qadındır.  Sonra  da  Ərdəbil 
Ģeyxinin  nəzirini  apar.  De  ki,  Teymurdan  bəri  neçə  illərdi  biz  babanın  türbəsinə  nəzir 
verməmiĢik. GətirmiĢəm. O nəsillə oyun oynamaq olmaz, mən oynadım. Bu da axırı. 
 
Bizə yol  versinlər, keçək gedək yurdumuza. Cəhənnəm  olsun Qaraqoyunlu  mülkündən gələcək 
xeyir... Mən bir də üzümü bu tərəflərə tutmaram. Dilini Sara xatun kimi Ģirin elə. De ki, köhnə 
dostluğu  təzələyək.  Qohum  da  olarıq.  Uzun  Həsənin  gərək  ki,  qızı  olmamıĢ  olmaz...  Mən  lap 
ağlımı itirirəm. 
Anası oğlunun acizliyinə acıdı. 
– Oğul, Teymur nəslindən bir xatun, düĢmən qapısına gedib iltimas eləməyib. 

18  www.sarigelin.net 
 
– Ġndi ayrı zamandı, ana. Onlar göndərmiĢdi, mən də göndərirəm. Əvəz-əvəz. Uzun Həsən 
də daha bəy deyil. O sultanlıq qazandı. Sultan Uzun Həsən... Ġstəyirsən məktub da yazım.  
– Oğul, bir ölümdən ötəri səltənətimizin Ģərəfini ayaq altına atmaq bizə yaraĢmaz. Məktub 
yazma.  Mən  Sara  xatundan  özgə  heç  kimlə  görüĢən  deyiləm.Bu  sözləri  də  öz  bildiyim  kimi... 
Yenə sənin xətrinə... 
Uzun Həsənə deyəndə ki, bir qadın elçilərlə onun yanına gəlir, əlini göylərə qaldırdı: 
– ġükür sənə tanrı. Ulduzumuzun iĢığı varmıĢ, o hələ sönəsi deyilmiĢ. Məni xəcalətdən də, 
dar ayaqdan da qurtardı. 
Elçiləri  alaçığa  gətirdilər.  Parança  geymiĢ  qadın  ayaq  üstündə  qaldı.  Onunla  gələn 
əmirsipəhsalar tə‟zim edib Uzun Həsənə dedi: 
–  Sultan  Uzun  Həsənə,  Sultan  Əbu  Səiddən  salamlar  var.  Anası  möhtərəm  ananız  Sara 
xatunla görüĢməyə gəlib. 
Uzun Həsən artıq onun sultanlığını qəbul etmiĢ Əbu Səidin razılığını, təsdiqini bildirən bu 
xəbərdən  xeyli  məmnun  oldu.  Hələ,  Təbriz  taxtına  çıxmamıĢ,  özünü  sultan  e‟lan  eləməmiĢ, 
adından  sikkə  kəsdirməmiĢ,  xəlifənin  onun  adını  xütbəsində  yad  etməmiĢ  bu  adı  qazanmıĢdı. 
GöstəriĢ verdi. 
– Ananı anamın çadırına aparın. 
Sara xatun onu böyük ləyaqətlə qarĢıladı. Ġkisi yanaĢı oturdular. Söhbət qızıĢdı. 
Əbu Səidin anası dedi: 
–  YaxĢı  bilirsən  ki,  mən  Teymur  nəslindənəm.  Məni  öz  ayağınıza  gətirməyiniz  o  nəslə 
hörmətsizlikdən baĢqa bir Ģey deyil. 
Sara xatun ağ birçəyini çənəsinin altında birləĢən qızıl arpa zəncirin altına saldı. 
– Əvvəla çağırmamıĢıq. Özün gəlmisənsə, xoĢ gəlmisən, gözümüz üstündə yerin var. Bir 
də ki, ay bacı, fələyin nərdivanı yaman Ģeydi, qaldırdığı kimi endirməyi də var. Heç kimdə borc, 
heç  kimdə  qisas  qoymur.  Mən  keçən  dəfə  gələndə  Teymur  qapısına  ehtiyacdan  gəlməmiĢdim. 
Biz  onda  ölümə  də  hazır  idik.  Birdən-birə  hər  Ģey  döndü.  Oğlun  otu  qurumuĢ  Qarabağı  da bir 
qıĢlığa bizə qıymadı. 
–  O  vəzirin  fitvasıydı,  o  da  öz  cəzasına  çatdı.  Ġndi  Qaraqoyunluların  bütün  mülklərini, 
taxtı-tacı ilə bərabər oğluna verir oğlum. Ġndi nə istəyir? 
.–  Yox,  elə  deyil.  Teymurləng  rəhmətlik  sağ  deyil  ki,  onun  ağzıyla  danıĢalar.  O  səltənəti 
oğlum alıb. Sultan Əbu Səid vermir. Ġmkanı olsa verməzdi də. Hər ikimiz anayıq. Sənə öz oğlun, 
mənə  də  öz  oğlum  əzizdir.  Heç  vaxt  məsləhət  görməzdim  ki,  oğluma  səltənət  bağıĢladığınızı 
deyəsiniz.  Səltənəti  oğlum  qılınc  ilə  qazanıb.  Bu  torpaqlara  da  Xorasandan  gəlib  sahib 
çıxmaqdansa,  Təbrizdə  oturan  tərəfindən  idarə  olunmağı  daha  düzgün  yoldu.  Buna  mənim 
oğlumun haqqı, sənin oğlunun haqqından çoxdur. 
– Teymur sağ olanda belə danıĢmırdınız. ġahruxun vaxtında da səsiniz çıxmırdı. 
– Daha bəsdi də, nə qədər dözmək olar. 
– Sizin nəsil ki, Teymurun xidmətində olub. 
– Bəli, olub. Oğlun həmin dostluğu bizdən qabaq yaddan çıxarıb. 
– Ġndi nə deyirsən? Qonağı belə qarĢılayarlar. Mənim oğlum səni belə qarĢılamamıĢdı axı. 
–  Düzdü.  Ancaq  deyilən  sözün  cavabını  alırlar.  Sultan  Əbu  Səid  oğluma  qılınc 
bağıĢlamıĢdı. Qınından çıxmayan qılınc. Demək istəyirdi ki, sənin qılıncın qında pas atmalıdı. 
Anaların söhbəti baĢ tutmurdu. Sara xatun da yumĢalmaq, ona yaxĢı sözlər demək istəyirdi, 
amma heç nə alınmırdı. 
Əmirsipəhsalar  örtüyün  arasından  çıxardığı  tacı  aparıb  Uzun  Həsənə  uzatdı  və  tə‟zim 
edərək dedi: 
– Bu sultanlıq tacını Sultani əzəm, Əbu Səid sənə göndərib. 
Uzun Həsən tacı götürmədi: 
– Hədiyyəni geri qaytarmaq adətdən kənardı. Amma mən Sultan Əbu Səidin bəylərbəyisi 
deyiləm ki, baĢıma tacı o qoysun. Mən o tacın ağırlığından artıq qurtarmıĢam,– dedi. 

19  www.sarigelin.net 
 
Elçiləri  yola  salandan  sonra  Uzun  Həsən  ə‟yani-əĢrəfini  yığdı.  Anası  sağ  tərəfində,  ġeyx 
Heydər sol tərəfində oturmuĢdu. 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin