Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında
13
“Azərbaycan”, “İstiqlal” qəzetlərində bu məqsədlə yazılmış mə-
qalələrində İran müəlliflərinin qərəzli yazılarına tutarlı cavablar
verilmişdi.
1
Azərbaycan Xalq Cümhuriyyətinin
süqutundan sonra təq-
ribən XX əsrin 40-cı illərinin ortalarına qədər (Cənubi Azərbay-
canda “21 Azər” hərəkatına qədər) İran tarixşünaslığının tənqi-
dinə həsr edilmiş əsərlərə demək olar ki, rast gəlinmir. Bunun
əsas səbəblərindən biri, zənnimizcə, Sovet tarixşünaslarının qar-
şısında əsas vəzifə kimi mühacir siyasi
xadimlərin fəaliyyətinin,
onların əsərlərinin “antisovet mahiyyətinin” ifşa edilməsi vəzifə-
sinin qoyulması idi. Bu baxımdan Azərbaycan da istisna təşkil
etmirdi. Bununla yanaşı, 20-ci illərdə SSRİ-də Cənubi Azərbay-
canda inqilabi hərəkata dair ilk məqalələr çıxmağa başlayırdı.
2
II Dünya müharibəsi illərində Azərbaycan mətbuatında
Cənubi Azərbaycanla bağlı ilk məqalələr işıq üzü görməyə baş-
layır. Xüsusən Seyid Cəfər Pişəvərinin başçılığı ilə demokratik
hərəkatın qələbəsi Şimali Azərbaycanda Azərbaycanın cənubun-
da
yaşayan həmvətənlərin tarixinə, mədəniyyətinə, siyasi və iq-
tisadi vəziyyətinə marağın artmasına səbəb oldu. Lakin bu ma-
raq ilk vaxtlar yalnız müxtəlif qəzet səhifələrində çıxan məqalə-
lərlə məhdudlaşırdı. 40-cı illərdən
başlayaraq Şimali Azərbay-
canda Cənubi Azərbaycanın tarixi və müasir vəziyyəti haqqında
ilk kiçik həcmli əsərlər yazılmağa başlandı ki, bu əsərlərin
müəllifləri İranda Azərbaycanın tarixinin saxtalaşdırılması ilə
bağlı öz tənqidi fikirlərini də bildirirdilər. Bu sırada ilk növbədə
Azərbaycan yazıçısı M. İbrahimovun Cənubi Azərbaycanda mil-
1
Rəsulzadə M.Ə. Azərbaycan paytaxtı, “İstiqlal”
məcmuəsi, 1919, 28 may,
№1; Rəsulzadə M.Ə. Əsərləri. V cild, Bakı, Qanun nəşriyyatı, 2014, s. 214-
232, 280-281,296, 298-299, 307-308, 312-323, 388-395, 456-457; Rəsulza-
də M.Ə. İran və biz, “Azərbaycan”, 1919, 8 nisan, aprel, № 152; “İstiqlal”
məcmuəsi, 1919, 28 may, №1.
2
Вишнеградова А. Революционное движение в Иранском Азербай-
джане // «Новый мир», 1922, № 2; Ильинский Г. «Шейх Мухаммед
Хиябани// Революционный Восток», № 6( 28), 1934