Neofreydizm
Hələ Freyd sağ ikən onun tələbələrindən bəziləri insan seksuallığının həlledici əhəmiyyət
daşıdığını iddia edən müəllimlərinə qarşı çıxış edirdilər. Söhbət ilk növbədə Karl Qustav
Yunqdan (1875-1961) gedir.psixoanaliz nəzəriyyəsi ilə tanış olmazdan əvvəl Yunq kəşf etdiyi
assosiativ testi ilə məşhurlaşmışdı. Freydlə işləyən müddətdə Yunq psixoanaliz metodlarını psixi
xəstəliklər klinikasında tətbiq etməyə başladı. Onun yuxuların izahı haqqında yazmış olduğu
əsərləri böyük əks-səda doğurdu. Lakin cinsi meylin şəxsiyyətin əsası və nevrolik konfliktin
mənbəyi kimi qiymətləndirilməsi məsələsində Freydlə razılığa gələ bilməməsi bu iki alimin bir-
birindən uzaqlaşmasına səbəb oldu. Gələcəkdə Yunq “Analitik psixologiya” adlandırdığı yeni
cərəyanın əsasını qoyur. Yunqun baxışlarına əsasən libidonu enerjiyə aid olan bir anlayış kimi
başa düşmək lazımdır. Buna müvafiq olaraq, libido təkcə seksual deyil, istənilən digər
tələbatların da ödənilməsinə yönələ bilər.
Şəxsiyyətin strukturunu müəyyən edən bir neçə arxetip daha mühüm əhəmiyyət kəsb edir.
Bunlara “persona” –sosial mühitin tələbləri ilə fərdi tələbatı uzaqlaşdırmağı çalışan zahiri imic;
Dostları ilə paylaş: |