Özünə-Yardım Qrupunun reallaşması daha sürətli prosesdir.
Uşaqların təhsilinin valideynlər tərəfindən dərk edilməsində irəliləyişlərlə bağlı əldə edilən mənfəətlər səbəbindən Özünə-Yardım Qrupu ilə investisiyadan daha yüksək sosial gəlir əldə olunur.
İcmanın cəlb olunması və yerli hökumətin iştirakı səbəbindən Özünə-Yardım Qrupu ilə investisiyadan daha yüksək sosial gəlir əldə olunur.
Müşahidələrimizə əsaslanaraq dövlət tərəfindən fəaliyyət göstərən bağçalarla müqayisədə uşaqların daha yüksək müvəffəqiyyət qazanması ilə bağlı əldə edilən mənfəətlər səbəbindən Özünə-Yardım Qrupu ilə investisiyadan daha yüksək sosial gəlir əldə olunur.
Özünə-Yardım Qrupu modelinin davamlılığı Özünə-Yardım Qrupunun yaradılması və fəaliyyəti müqayisədə daha ucuz olduğuna görə modelin yayılmasını (inkişafını) maliyyələşdirmək məqsədilə davamlı yardım mənbələri olmalıdır. Bu mənbələrə Özünə-Yardım Qrupunun xidmətləri üçün kiçik yerli pul ianələri, yerli hökumət dəstəyi (məsələn fəaliyyətlərə məkan ayrılması), və valideyndən Özünə-Yardım Qrupunun xidmətləri üçün kiçik haqq alınmasını daxil edilə bilər.
İnanırıq ki, bağçaların fəaliyyət mərkəzi yaradıldıqdan və Özünə-Yardım Qrupunun ilkin pilotu qaydasına düşdükdən sonra onun mənfəəti barədə qonşu icmalar da xəbərdar olacaq və beləliklə də, onun şöhrəti artacaq və icma öz uşaqlarının mənfəəti naminə Özünə-Yardım Qrupunun yaradılmasını öz ərazisində görmək məqsədi ilə bu işə böyük istəklə yanaşacaqlar.
1 'Uşaqların Erkən İnkişafı, Tədqiqatdan Fəaliyyətə ' ed. Linda M. Richardson ilə birgə Mary Eming Young, Dünya Bankı
2Dövlət Statistika Komitəsi, 2012
3200-500/kv.m
4Metodistlərin əmək haqqı tam ştatlı heyət üzvü kimi Təhsil Nazirliyi tərəfindən ödənilir; bu modeldə biz tövsiyə edirik ki, ya onların iş həcmi və maaşı artırılsın, yaxud da hər region üzrə əlavə metodist işə götürülsün.