Üzüm bağlarının genişləndirilməsi. Qeyd olunduğu kimi, respublikamızda üzüm
bağlarının sahəsi 2011-ci ildə 267,8 min ha, ondan bar verən yaşda 218,8 min ha olmuşdur.
Hal-hazırda mövcud üzüm bağlarının əksəriyyətinin hələ sovet illərində salındığını nəzərə
alsaq, onda yeni üzüm bağlarının salınması vacib məsələlərdəndir. Bu məsələnin vacibliyini
ümumi üzüm bağlarının sahəsində bar verən yaşda olan üzüm bağlarının xüsusi çəkisindən də
görmək olar (Cədvəl 3.15).
Cədvəl 3.15
Ümumi üzüm bağlarının tərkibində bar verən yaşda olanların xüsusi çəkisi, faizlə
İllər
Əkmələrin
sahəsi, min ha
Ondan bar verən
yaşda, min ha
bar verən yaşda olanların
xüsusi, faizlə
1985
267.8
218.8
81.7
1990
181.4
156.1
86.1
1995
97.7
94.7
96.9
1996
83.3
79.1
95.0
1997
66.3
65.4
98.6
1998
35.1
34.5
98.3
1999
20.5
20.3
99.0
2000
14.2
13.9
97.9
2001
11.5
11.4
99.1
2002
8.9
8.9
100.0
2003
7.7
7.4
96.1
2004
8.0
7.3
91.3
2005
9.6
7.2
75.0
2006
10.0
7.5
75.0
2007
12.4
7.8
62.9
2008
13.3
8.9
66.9
2009
15.0
10.1
67.3
2010
15.4
11.2
72.7
2011
15.9
12.0
75.5
Mənbə: Azərbaycanın kənd təsərrüfatı statistikası 2012
Cədvəldən də göründüyü kimi, 1985-2011-ci illərdə üzüm bağlarının tərkibində bar verən
yaşda olanların xüsusi çəkisi müxtəlif vaxtlarda dəyişir. Belə ki, bu pay 1985-ci ildə 81,7%
idisə, bu 1995-ci ildə 96,9% və 2002-ci ildə hətta 100% həcmində olmuşdur. Bu da yeni üzüm
bağlarının əkilməməsi ilə bağlıdır. Son nəticədə isə üzüm bağlarının təzələnməsi baş
verməmişdir ki, bu da üzümün məhsuldarlığına və onun keyfiyyətinə birbaşa təsir edir. Lakin
son dövrlərdə bu sahədə irəliləyişlər müşahidə olunur. Belə ki, 2005-ci ildən sonra yeni üzüm
bağlarının salınması hesabına bu göstərici aşağı düşmüş və bar verən yaşda olanların xüsusi
2011-ci ildə 75,5% səviyyəsində olmuşdur.
Üzümün bar verən yaşda olanların xüsusi çəkisinə görə Yuxarı Qarabağ iqtisadi rayonu
ən aşağı göstəriciyə malikdir (18%). Bu isə son illərdə yeni üzüm bağlarının salınması
hesabınadır. Bakı şəhərində isə yeni üzüm bağlarının salınmaması ilə əlaqədar bu göstərici
100% olmuşdur.
Cədvəl 3.16
İqtisadi rayonlar üzrə üzüm bağlarının tərkibində bar verən yaşda olanların xüsusi çəkisi, faizlə
2000 2005
2007
2008
2009
2010 2011
Respublika üzrə cəmi
98
75
63
67
68
72
76
Bakı şəhəri
100
100
93
94
94
100
100
Abşeron iqtisadi rayonu
73
100
42
42
41
40
40
Gəncə-Qazax iqtisadi rayonu
100
58
46
58
60
67
80
Şəki-Zaqatala iqtisadi rayonu
91
98
81
81
70
89
88
Lənkəran iqtisadi rayonu
100
16
24
33
59
59
62
Quba-Xaçmaz iqtisadi rayonu
100
97
84
72
61
64
55
Aran iqtisadi rayonu
85
91
81
86
81
82
77
Yuxarı Qarabağ iqtisadi rayonu
100
7
5
14
5
11
18
Dağlıq Şirvan iqtisadi rayonu
100
46
46
45
49
53
61
Naxçıvan iqtisadi rayonu
100
98
97
97
97
94
94
Mənbə: DSK-nın məlumatları əsasında müəllif tərəfindən hesablanmışdır.
Ayrı-ayrı iqtisadi rayonlar üzrə bu göstəricinin dəyişməsi də müxtəlifdir. Üzüm
bağlarının 28,2%-ni əhatə edən Gəncə-Qazax iqtisadi rayonunda bu göstəricinin 2000-ci ildəki
100%-dən 2011-ci ildə 80%-ə, 15,1% paya malik Aran iqtisadi rayonunda bunun müvafiq
olaraq 85%-dən 77%-ə, 12,9% paya malik Dağlıq Şirvan iqtisadi rayonunda bunun müvafiq
olaraq 100%-dən 61%-ə düşməsi son dövrdə yeni üzüm bağlarının salınması hesabına baş
vermişdir.
İqtisadi rayonlar üzrə yenilənmə faizinin böyük olması ümumi üzüm bağlarında bar verən
yaşda olanların payının aşağı düşməsi ilə nəticələnir.
Beləliklə, üzüm istehsalının artırılmasının əsas yolları kimi aşağıdakıları həyata keçirmək
zəruridir:
Yeni üzüm bağlarının salınması məqsədilə daha məhsuldar və regionun təbii iqlim
şəraitinə uyğun üzüm tinglərindən istifadə olunması;
Üzüm bağlarının sahəsində bar verən yaşda olanların xüsusi çəkisinin artırılması
məqsədilə yenilənmənin daim və artan dinamika ilə aparılması;
Üzüm bağları çoxillik əkmələrə aid olduğundan və onların bar verməsi üçün müəyyən
müddət lazım olduğundan, bu sahədə çalışan fermerlərə uzun müddət üçün güzəştli
kreditlərin verilməsi.
3.3.
Üzümçülük sahəsində sığortanın vəziyyəti
Azərbaycanda sığorta əsasən öz inkişafını 3 mərhələdə keçmişdir: 1917-ci il oktyabr
inqilabından əvvəlki, inqilabdan sonrakı (1917-90) və 1990-cı ildən başlayaraq müasir dövr.
Azərbaycanda sığorta işinin inkişafı XIX əsrin ortalarında vüsət almışdır. Аzərbаycаndа
sığorta işi kаpitаlist istеhsаl münаsibətlərinin inkişаfı, nеft sənаyеsinin mеydаnа gəlməsi və
sаhibkаr-lığın fəallaşması ilə sıх əlаqədаrdır. Bu dövrdə Azərbaycanda xarici ölkələrdən olan
şirkətlərin filialları fəaliyyət göstərirdilər. Аzərbаycаndа əsаsən dəniz gəmilərinin sığorta
еdilməsi üzrə iхtisаslаşmış ingilis şirkəti “Llоyd”un filiаllаrı, hаbеlə “Rus Llоyd”un və
Аlmаniyаdаn оlаn ingilis şirkətinin iki nümаyəndəliyi, Rusiyа və İrаnin sərhəd limаnlаrınа
qədər dаşınаn yüklərin sığortası ilə məşğul оlаn “Rеpmаn və Rust” ticаrət еvi ilə təqdim еdilən
“Şimаli Аlmаn Llоyd”u, həmçinin gəmilərin və yüklərin sığortasını аpаrаn “Аlmаn, Livаntiyа
хətti” cəmiyyəti fəаliyyət göstərməyə bаşlаmışdır.
1910-cu ildə Bakıda 18 sığorta cəmiyyəti fəaliyyət göstərmişdir. Ən böyük sığorta
təşkilatı “Rus siğorta cəmiyyəti” olmuşdur. Bakıda sığorta işinin əsasını Xəzər dənizində üzən
gəmilərin sığortası təşkil edirdi.
Kеçmiş SSRİ-nin bаşqа rеspublikаlаrındа оlduğu kimi, Sоvеt hаkimiyyəti illərində
Аzərbаycаndа dа dövlət sığorta sistеmi təşkil еdilmişdir. Rеspublikаdа sığorta işinin
inkişаfındа müəyyən rоl оynаmış Аzərbаycаn SSR Dövlət Sığortası Bаş İdаrəsi və SSRİ
“İnqоsstrах”nın Bаkı şöbəsi fəаliyyət göstərirdi.
Ölkədə kooperativ sığorta Sentrsoyuzun istehlak kooperasiyası vasitəsilə həyata
keçirilirdi ki, onun da fəaliyyəti 1931-ci ildə dayandırıldı. Bundan sonra isə sığorta
əməliyyatları Dövlət Sığortasında cəmlənməyə başladı. 80-ci illərin ахırınаdək rеspublikаdа
sığorta işi iki sığorta təşkilаtının Аzərbаycаn Rеspublikаsının Dövlət Sığorta Şirkətinin və
SSRİ-nin хаrici dövlət sığorta təşkilаtının Bаkı şəhərindəki şöbəsinin inhisаrı аltındа
olmuşdur.
Azərbaycanda sığorta işi 1990-cı ildən sonra müstəqil inkişaf etməyə başladı. 1991-ci
ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradıldı.
Bu təşkilatı vəzifəsi ölkəmizdə sığorta xidmətləri bazarının inkişafının tənzimlənməsi,
sığortaçıların, sığortalıların və dövlət mənafeyinin müdafiəsi, metodiki rəhbərliyin həyata
keçirilməsi, müvafiq normativ hüquqi sənədlərin hazırlanması və s. olmuşdur.
Milli sığorta bаzаrı Аzərbаycаndа 1992-ci ilin əvvəlindən fоrmаlаşmаğа bаşlаmışdır.
Аzərbаycаn Rеspublikаsının Milli Məclisi Аzərbаycаnın tаriхində ilk dəfə оlаrаq 1993-cü ilin
yanvar ayında «Sığorta hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununu qəbul еdilmişdir.
Hazırda sığorta bazarı Azərbaycanda özünün inkişaf mərhələsindədir. Sığorta şirkətləri
40-dan çox icbari və könüllü sığorta növlərini təklif edirlər. Lakin bu hələ də kifayət deyil.
Müqayisə üçün deyək ki, inkişaf etmiş ölkələrdə 300-dən çox müxtəlif sığorta xidməti
göstərilir.
1991-ci ildə Azərbaycanda 62 sığorta təşkilatı, o cümlədən 53 milli, 9 birgə sığortaçı
fəaliyyət göstərirdi. Yaradılmış bir çox kommersiya sığortatəşkilatları sığorta olunanların
etimadını qazana bilmədiklərinə görə, onların 33-ü müflisləşərək öz fəliyyətini dayandırmışdır.
2006-cı ilin əvvələrində Azərbaycanda qeydiyyatdan keçmiş 29 sığorta təşkilatı fəaliyyət
göstərmişdir ki, onlardan 22 özəl, 6 qarışıq mülkiyyət formalı dövlət kommersiya şirkətidir.
2010-cu ildə şirkətlərin yığımlarının ümumi həcmi 155,59 milyon manat təşkil etmişdir.
2011-ci ilin yanvar-aprelində ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin mükafatlarının
ümumi həcmi 66,342 milyon manat, ödənişlər isə 17,673 (artım 21,71 faiz) milyon manat
olmuşdur.
Azərbaycanda könüllü şəkildə hər hansı sığorta məhsulundan istifadə edən adama nadir
halda rast gəlmək olar. Könüllü məhsullar üzrə Sığorta şirkətlərinin müştəri bazasını əsasən
banklar təmin edir. Belə ki, banka girov qoyulan əmlak bankın xeyrinə sığortalanır. Belə
hallarda banklar, adətən, təsisçisi olduqları və ya təsisçiləri eyni olan sığorta şirkətlərini seçir
(AİF xətti ilə ipoteka kreditlərinin verilməsi istisnadır. Bu zaman əmlak, fərdi qəza və xəstəlik
sığortası üçün müəyyən olunmuş 16 sığorta şirkətindən biri seçilməlidir). Bir-biri ilə əlaqəli
bank və sığorta şirkətləri aşağıdakılardır:
-
Amrahbank – Amrah Sığorta
-
ASB – Sənaye Sığorta
-
Ata Bank – Ata Sığorta
-
Bank VTB – Ata Sığorta (Ata Holdinq Bank VTB -Azərbaycanın səhmdarıdır)
-
Bank Respublika – Bakı Sığorta (Bank Respublika və onun təsisçiləri Bakı Sığorta
şirkətinin səhmdarlarıdır)
-
Bank Standard- Standard İnsurance
-
Bank of Azerbaijan – Qarant Sığorta
-
Beynəlxalq Bank – Beynəlxalq Sığorta
-
Xalq Bank – Xalq Sığorta
-
Kapital Bank – Paşa Sığorta
-
Paşa Bank – Paşa Sığorta
-
Unibank – Mbask Sığorta Şirkəti
-
SW Bank - Azal Sığorta
-
NBC Bank – Rəvan Sığorta (eyni şirkətlər qrupuna daxildir)
-
Aztürk Bank - Başak İnam Sığorta Şirkəti (səhmdarıdır)
-
Turan Bank – Başak İnam Sığorta Şirkəti (səhmdarıdır)
Əvvəlki illərdə olduğu kimi, ən ciddi problemlərdən biri yenə kənd təsərrüfatı sektorunda
sığortanın payının az olması ilə bağlıdır. Belə ki, 2011-ci ilin 10 ayında ümumi sığorta
portfelində kənd təsərrüfatının payı 0,2%-dən də aşağıdır. Son illər dövlət tərəfindən kənd
təsərrüfatı məhsullarının sığortalanması ilə bağlı təşviqedici tədbirlərin görülməsinə
baxmayaraq, bu sahədə hələ də ciddi dəyişiklik müşahidə olunmur. Cari ilin ilk 10 ayı ərzində
kənd təsərrüfatı bitkiləri məhsullarının və heyvanların sığortası üzrə cəmi 515 min manat
sığorta haqqı yığılıb və 180 min manat sığorta ödənişi edilib.
Halbuki, dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının sığortalanması ilə bağlı
təşviqedici tədbirlər görülməkdədir. Xatırladaq ki, 2002-ci ildə “Kənd təsərrüfatında sığortanın
stimullaşdırılması haqqında” qanun qəbul olunub. Qanunun qəbul edilməsində əsas məqsəd
kənd təsərrüfatı istehsalçılarının əmlakının təbii fəlakətdən sığortalanmasında dövlətin
iştirakını təmin etməklə aqrar sahədə sığortanın inkişafını stimullaşdırmaqdır. Daha sonra,
2007-ci ildə Nazirlər Kabineti tərəfindən sığorta haqqının büdcə vəsaiti hesabına ödənilməsi
haqqında qərar qəbul olunub. Həmin qərarda göstərilir ki, hər hansı bir sığorta hadisəsi
(yanğın, dolu, sel, daşqın və s.) zamanı hesablanmış sığorta haqqının 50%-i dövlət büdcəsi
vəsaiti hesabına ödənilməlidir. Lakin bu sahədəki təşviqedici tədbirlərə baxmayaraq, sığorta
sistemi aqrar sahədə hələ də çox zəif inkişaf etməkdədir.
Hesablamalardan aydın olur ki, hazırda Azərbaycanda suvarılan torpaq sahələri 1 milyon
400 min hektar ərazini əhatə edir. Ölkə ərazisində 862 min ailə təsərrüfatı olsa da, onların cüzi
hissəsi öz təsərrüfat sahələrini sığortalayıb. Çünki fermer təsərrüfatlarının rəhbər kollektivləri
arasında əvvəllər maariflənmə işinin aparılmaması və ya təbliğatın aşağı səviyyədə olması
sözügedən təsərrüfat sahələrinin sığortalanma prosesinin tam başa çatdırılmasına maneçiliklər
törədir. Maddi imkansızlıq və vəsait çatışmazlığı da sığortalanmaya meyli azaldıb. Bundan
başqa, əvvəllər yalnız buğda bitkisi becərilən sahələrin sığortalanması yönümündə işlər
görülürdü. Sonradan isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sözügedən prosesin kənd
təsərrüfatı sahələrinin digər bölmələri üzrə, yəni arpa, kartof, soğan, tərəvəz, bostan məhsulları
və digər bitkilər əkilən sahələrə də şamil edilməsi üçün müvafiq addımlar atıldı. Lakin hələ də
istənilən nəticə yoxdur.Ekspertlər isə həm torpaqların sığortaya cəlb edilməsi sahəsində
savadsızlığın hökm sürməsinin, həm də sığortaya marağın olmamasının məhsuldarlığa ciddi
zərbə vurduğunu deyir. Onların fikrincə, elə bir mexanizm yaradılmalıdır ki, onun köməyi ilə
bu qanunu fermerə tətbiq etmək mümkünləşsin.
Sığorta məsələsi məhsuldarlığa da təsir göstərir. Belə fikirlər də səslənir ki, qonşu
dövlətlərlə müqayisədə bizdə məhsuldarlıq çox aşağıdır. Hətta ölkədə potensialımızdan 3 dəfə
az məhsul istehsal olunur. Bu da fermerlərə verilən subsidiyaların hələ istənilən nəticəni əldə
etməyə imkan vermədiyini üzə çıxarır və bu sahədə potensialdan tam istifadəyə imkan vermir.
Məlumdur ki, Avropa ölkələrində məşğulluqda aqrar sektorun payı 15 - 20 faizdən çox
olmur. Aqrar ölkələrdə isə bu, 40 faizə qədər yüksəlir. Məsələn, ABŞ-da əmək qabiliyyətli
əhalinin 2.5 faizi aqrar sahədə çalışır. Onlar həm özlərini kənd təsərrüfatı məhsulları ilə təmin
edir, həm də ixrac edirlər. Azərbaycanda isə əmək qabiliyyətli əhalinin 40 faizi aqrar sahə ilə
məşğuldur. Lakin qalan 60 faizi bu məhsullarla təmin edə bilmir. Bununla yanaşı, hətta
xaricdən də ixrac edir. Əslində, işçi qüvvəsinin paylanması coğrafiyasını, istehsal olunan
məhsulun miqdarını nəzərə alsaq, burada kifayət qədər ziddiyyət var. Bu, o deməkdir ki, aqrar
sektor digər sektorlardan geri qalır. Həm də nəzərə alaq ki, il ərzində istehsal olunan
məhsulların 26 faizi həcmində dövlət subsidiya yönəldir. Qalan 74 faizi isə aqrar sektorun özü
tərəfindən qarşılanır. Əslində isə subsidiyaların həcmi çox olduğu üçün aqrar sektor daha çox
inkişaf etməli idi. Məsələn, Ümumdünya Ticarət Təşkilatının şərtlərində aqrar sektora verilən
subsidiyaların maksimum limiti 10 faizdir. İnkişaf etmiş ölkələr üçün isə bu rəqəm 5 faizdir.
Azərbaycan həmin limitlərdən təqribən 3 dəfə artıq subsidiya ayırır. Amma bu, aqrar sektorda
yeni dəyərin formalaşmasında özünü göstərmir. Ekspertlər sığortanın tətbiqi halında bunun
aradan qaldırılacağını güman edir.
«Az Sığorta» Şirkəti kənd təsərrüfatı ilə məşğul olan şəxslər və müəssisələr üçün «Kənd
təsərrüfatı bitkiləri məhsullarının doludan sığortası və Heyvanların sığortası qaydaları»na
əsasən sığorta təminatını təklif edir:
-
Kənd təsərrüfatı bitkilərinin əsas və köməkçi məhsulları təbii fəlakət və həmin ərazi
üçün qeyri-adi olan digər meteoroloji və təbiət hadisələri, yanğın nəticəsində
zədələnməsi və məhv olması hallarına qarşı sığorta olunur.
-
İri və xırda buynuzlu mal-qara (inəklər, öküzlər, camışlar, qoyunlar, keçilər) və s.
heyvanlar: Bütün növ adi və yoluxucu (bir heyvandan digər heyvana keçə bilən)
xəstəliklər, boğaz olma, doğum, axtalama və ya cərrahiyyə əməliyyatının aparılması;
-
Hər növ qəzalar, vəhşi heyvanların hücumu, kənar şəxslərin qəsdən zəhərləməsi,
yaralaması və ya şikəst etməsi;
-
Şaxtadan donma, məftil, mismar, daş və digər bu kimi bərk və iti cisimlər udması və ya
dərmanlanmış sahədə otlaması;
-
Qasırğa, ildırım, zəlzələ, su basqını, torpaq çökməsi və ya yer sürüşməsi;
-
Yanğın və ya partlayış nəticəsində, heyvanların məcburi kəsdirilməsi də daxil olmaqla,
tələf olmasına qarşı sığorta olunur.
Azərbaycanda fəaliyyət göstərən və kənd təsərrüfatı məhsullarının istehsalı və ya
heyvandarlıq ilə məşğul olan fiziki və hüquqi şəxslər (fermer və d. təsərrüfatlar) əkdikləri
məhsulları və sahib olduqları heyvanları (mal-qara və s.) sığorta etdirməklə gələcəkdə baş verə
biləcək hadisələr zamanı onlara dəyən itki və ziyanlara qarşı təminat əldə edə bilərlər.
Azərbaycan Respublikasında kənd təsərrüfatında sığortanın stimullaşdırılması ilə
əlaqədar “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan
Respublikasının Qanunu, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanunundan və onlara uyğun qəbul edilmiş normativ hüquqi aktlar qəbul edilmişdir.
“Kənd
təsərrüfatında
sığortanın
stimullaşdırılması
haqqında”
Azərbaycan
Respublikasının Qanununda kənd təsərrüfatında əmlakın sığortasının obyektləri kimi kənd
təsərrüfatı bitkilərinin məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili
vəhşi heyvanlar, arı ailələri, habelə kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular,
avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digərləri ilə bağlı əmlak mənafeləri (azqiymətli
və tez köhnələn əşyalar və təbii biçənəklərin məhsulları istisna olmaqla) müəyyən olunmuşdur.
Bu sığorta obyektləri bir qayda olaraq yanğın, dolu, sel, daşqın, tufan, şaxta və ildırım vurması,
zəlzələ, torpaq sürüşməsi, dəmyə torpaqlarında quraqlıq kimi təbii fəlakətlərdən, habelə kənd
təsərrüfatı bitkilərinin məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili
vəhşi heyvanlar, arı ailələri müvafiq olaraq xüsusi təhlükəli ziyanvericilərin yayılmasından və
hücumundan, yoluxucu xəstəliklərdən, kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular,
avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri isə qəza hadisələrindən sığortalanır və kənd
təsərrüfatında əmlakın sığortası könüllü formada həyata keçirilir.
Adı çəkilən qanunda irəli gələrək sığortalanmasına maliyyə yardımı göstərilən kənd
təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti
hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 22 №-li qərarı təsdiq olunmuş və burada kənd təsərrüfatı əmlakının – buğda, arpa,
qarğıdalı, günəbaxan-dən üçün, kartof, şəkər çuğunduru, tərəvəz (göyərti istisna olmaqla)
meyvə, sitrus və üzüm bağlarının məhsulları sahələrinin (məhsul) yanğın, dolu, sel, daşqın,
şaxta vurması kimi sığorta hadisələrindən sığortalanmasına dövlət tərəfindən maliyyə
yardımının göstərilməsi nəzərdə tutulmuşdur. Belə ki, bu yardım müqavilə üzrə hesablanmış
sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi sığorta haqqının 50 faizi
həcmindədir.
Sığorta müqaviləsi üzrə sığorta məbləği kənd təsərrüfatı bitkiləri üzrə məhsulun
dəyərinin azı 70%-i, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi
heyvanlar, arı ailələri üzrə hüquqi şəxslərdə - onların balans dəyərinin, fiziki şəxslərdə isə
bazar qiymətinin azı 80%-i, kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar,
maşınlar, nəqliyyat vasitələri və digər əmlak üzrə isə əmlakın bazar qiymətinin tam məbləği
miqdarında müəyyən edilir.
Eyni zamanda, qanunda bir sıra digər güzəştlər nəzərdə tutulmuşdur. belə ki, əmlakını üç
ildən az olmayaraq ardıcıl sığorta etdirmiş, lakin həmin müddətdə sığorta ödənişi almamış
sığortalıya sonrakı illər üçün hesablanmış sığorta haqqından dördüncü il üçün 10 faiz, beşinci
il üçün 20 faiz, beş ildən artıq müddətə isə 30 faiz həcmində güzəşt edilir.
Üzümçülük sahəsində sığortanın vəziyyətinə dair məlumatlara əsasən 50% büdcədən
ödənilməklə 2010-cu ildə İsmailli rayonunda (Nikitin kolxozu) 296 ha, 29053 manat, 2011-ci
ildə İsmailli rayonunda (Nikitin kolxozu) 24652 manat, Şamaxı rayonu 1 nəfər fiziki şəxs 2,5
ha, 525 manat, Qazax rayonu 1 nəfər fiziki şəxs 1 ha, 350 manat və 1 nəfər fiziki şəxs 3 ha,
1050 manat məbləğində kənd təsərrüfatı əmlakı sığortalanmışdır. 2012-ci ilin məlumatlarına
əsasən İsmailli rayonunda (Nikitin kolxozu) 296 ha, 21072 manat məbləğində kənd təsərrüfatı
əmlakı sığortalanıb. Göründüyü kimi, sığorta müqavilələrinin sayı çox aşağı səviyyədədir və
hələ ki, üzümçülüklə bağlı əmlakını sığortalayan olmamışdır.
“Azərsığorta”-nın yerlərdə 87 filialın olmasına baxmayaraq kənd təsərrüfatı istehsalçıları
bu güzəştdən istifadə etməyə meyilli deillər. Bunun isə həm obyektiv, həm də subyektiv
səbəbləri var. Belə ki, İİETİ-nin “2012-2020-ci illərdə üzümçülüyün inkişafına dair Dövlət
Proqramı”ndan irəli gələn tədbirlərin üzümçülük sahəsində çalışanlara çatdırılmasına dair
səfərlərdə keçirilən görüşlərin nəticəsində məlum olmuşdur ki, fermerlərin dövlətin bu sahəyə
göstərdiyi güzəştlər və yardımlardan, o cümlədən sığorta ilə əlaqədar edilən maliyyə
yardımından məlumatları yox dərəcəsindədir.
3.4.
Üzümçülük sahəsində lizinqin vəziyyəti.
Azərbaycan müstəqillik qazandıqdan sonra iqtisadiyyatın bütün sahələrində olduğu kimi
kənd təsərrüfatı sahəsində də tənəzzül özünü göstərmişdir və bu sahədə mövcud kolxoz və
sovxozlar fəaliyyətini dayandırmışlar. Azərbaycan Respublikasında 1996-cı ildən başlanmış
aqrar islahatlar siyasəti çərçivəsində torpaq sahəsi kənd əhalisinin xüsusi mülkiyyətinə
verilmiş, aparılmış islahatlar nəticəsində regionda əksər kənd təsərrüfatı məhsullarının
istehsalında dinamik artımın baş verməsi müəyyən edilmişdir. Lakin kənd təsərrüfatında
çoxillik əkmələrdə tənəzzülün qarşısını almaq çətin idi. Çünki meyvə və giləmeyvələr,
üzümlüklərin bərpası uzun müddət və xeyli vəsait tələb etdiyindən və bu sahədə emal
müəssisələrinin fəaliyyəti dayandığından fermerlərin bu sahələrə marağı aşağı idi.
Statistik məlumatlardan da göründüyü kimi, ölkədə üzüm sahələrinin azalması 2003-cü
ilədək davam etmiş və yalnız 2004-cü ildən etibarən yeni üzümlüklərin salınması ilə əlaqədar
əkin sahələri artmışdır. Qeyd etdiyimiz kimi bu sahənin inkişafı üçün xeyli vəsait lazımdır.
Bununla yanaşı üzüm əkin sahələrinin becərilməsi üçün aqrotexniki qaydalara əməl etmək
lazım gəlir ki, bunun üçün müxtəlif təyinatlı texniki vasitələrə ehtiyac yaranır.
Azərbaycanda “Lizinq haqqında qanun” 29 noyabr 1994-cü ildə qəbul edilmişdir. Qeyd
edim ki, Azərbaycan MDB ölkələri arasında lizinq haqqında qanunu qəbul edən ilk ölkədir.
Qanunun qəbul olunduğu illərdə ölkədə lizinq münasibətləri haqqında hələ tam təsəvvür yox
idi. Bu Qanun lizinq münasibətlərini tənzimləyə bilmədiyi üçün 2003-cü ilin avqustunda
qüvvədən düşmüşdür. Ona görə də lizinq münasibətləri Mülki Məcəllə (XXXVIII fəsil), Vergi
Məcəlləsi (140-cı maddə) və digər qanunverici aktlar ilə tənzimlənir. Bundan başqa Mülki
Məcəlllənin 747-751-ci maddələri lizinq münasibətlərinin spesifik xüsusiyyətlərini tam
tənzimləyə bilmədikdə, elə 751-ci maddəyə əsasən lizinq münasibətlərinə əmlak kirayəsi
müqaviləsinin qaydaları tədbiq olunur.
Lizinq münasibətlərində tərəflərin hüquq və vəzifələri isə xüsusi hallarda Mülki
Məcəllənin XXXIII fəsli (Əmlak kirayəsi) ilə nizamlanır. Azərbaycan qanunvericiliyinə əsasən
bizim icarə və lizinq terminləri müvafiq olaraq “operativ lizinq” və “maliyyə lizinqi” (lizinqin
əsas iki növləri) beynəlxalq anlayışlarına uyğun gəlir. Lizinqin maliyyə lizinqi kimi
qiymətləndirilməsi ölkədə operativ lizinqin inkişafına mane olur. Lakin buna baxmayaraq, son
zamanlar xüsusilə, avtolizinq bazarında avtomobillərin daha çox 5 illik lizinq yolu ilə əldə
edilməsi, avtomobilə lizinq şirkətləri tərəfindən xidmətlərinin (sığorta, texniki servis və s.)
göstərilməsi operativ lizinqin az da olsa fəaliyyətini sübut edir.
Mülki Məcəllədə lizinq 747-1.2-ci maddəsində qeyd olunur: Lizinq verən lizinq
müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və
mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə
və şərtlərlə (mülkiyyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil
olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Mülki
Məcəlləyə (152.3, 159-cu maddələri) əsasən sahiblik hüququ əşyaya faktik sahib olmağı
nəzərdə tutur və buna görə də istifadə hüququndan təcrid olumuş halda lizinq obyektinin lizinq
alanın yalnız sahibliyinə verilməsi lizinq müqaviləsinin mahiyyətini əks etdirmir. Bu
anlaşılmazlığın aradan qaldırılması üçün bir sıra xarici ölkələrin mülki qanunvericiliyində,
məsələn, Rusiya Federasiyasının Mülki Məcəlləsinin 576-cı maddəsində olduğu kimi
“sahibliyə və ya istifadəyə” sözləri “sahibliyə və istifadayə” sözləri ilə əvəz olunsa daha yaxşı
olar. Mülki Məcəllənin 747-1.3 müddəasında lizinq obyektinin lizinq müqaviləsinə uyğun
olaraq müəyyən müddətə, müəyyən haqla lizinq alana müvəqqəti sahibliyə və istifadəyə
verilməsinin qeyd olunması da lizinq verənin hüquqi vəziyyətinin Mülki Məcəllədə düzgün
göstərilmədiyini təsdiq edir.
Bundan başqa Mülki Məcəllədə lizinq verənin əsas vəzfilərindən biri təkcə lizinq
obyektini əldə etmək deyil, həm də onu hazırlamaqdır. Düzdür, bəzi ölkələrdə bunu “birbaşa
lizinq” adı altında həyata keçirirlər, bele olan halda özlərinin broker şirkətlərini yaradırlar.
Lakin, Mülki Məcəllədə lizinq verən lizinq obyektini özü hazırladığı halda o, satıcı olacaqdır
ki, bu da lizinq münasibətlərinə ziddir. Çünki, lizinq verən sadəcə əmlakın əldə edilməsini
maliyyələşdirən şəxsdir. Lizinq verənin üzərinə lizinq obyektini əldə etmək vəzifəsinin
qoyulması 747-5.1 maddəsinə əsasən lizinq münasibətlərinin hüquqi formasını pozur. Ona
görə ki, lizinq üçtərəfli münasibətdir (747-1.1, 747-5.1 maddələrinə uyğun olaraq) və lizinq
subyektlərindən birinin olmadığı halda onu lizinq münasibətləri adlandırmaq olmaz. Buradan
ümumi şəkildə sual yarana bilər ki, bes onda nəyə görə “qaytarılan lizinq”də ikitərəfli
münasibət mövcud olduğu halda onu lizinq münasibətlərinə daxil edirik? Çünki qaytarılan
lizinq növündə lizinq alan həm də satıcı qismində çıxış edir və sanki üçüncü tərəf olur.
Ölkədə lizinq münasibətlərinin növbəti problemi lizinqin mühasibat uçotu ilə bağlıdır.
Milli mühasibat uçotu standartlarında lizinq üçün xüsusi standart yoxdur və lizinq
uzunmüddətli icarə kimi qeydə alınaraq lizinq alanın alanın balansında əks olunur. Bu isə
Mülki Məcəllə ilə uyğunlaşmır. Çünki, Mülki Məcəllədə lizinq obyekti əsas vəsait kimi
tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında qeydə
alınmalıdır.
Əvvəllər tətbiq olunan sürətli amortizasiyanın (əvvəllər bu, 2 əmsalla hesablanırdı) ləğv
edilməsi lizinq sektorunda əsas vəsaitlərin yenilənməsinin qarşısını alır. Qeyd edək ki,
Rusiyada lizinq münasibətlərində sürətləndirilmiş amortizasiya (bu, Rusiyada 3 əmsalla
hesablanır) tətbiq olunur və onlar xərclər kimi çıxılır, bu da vergi bəyənnaməsi zamanı nəzərə
alınmır.
Lizinq obyektinə vergi qanunvericiliyinə əsasən qoyulan ƏDV (18%) əmlakın qiymətinə
daxil edilir, nəticədə əmlakın maya dəyəri artır. Belə olan halda müştəri lizinq şirkətlərinin
rəqibi olan banklara kredit götürməyə üz tutur.
Əsas etibarilə operativ lizinq şirkətlərinin gəlirləri tam şəkildə lizinq müqaviləsinin
müddəti bitdikdən sonra geri qaytarılan əmlakın ikinci dəfə lizinqə verilməsi və satılması
zamanı formalaşır və bu zaman ƏDV-nin tətbiqi operativ lizinq sövdələşməsinin qiymətini
bahalaşdırır. Ona görə də Azərbaycanda operativ lizinq inkişaf edə bilmir.
Belə səbəblərə görə Azərbaycan malik olduğu lizinq potensialından tam istifadə edə
bilmir. Məsələn, qərbdə şirkətlər əsas vəsaitlərin yenilənməsini demək olar ki, 80 %-ni,
Avstraliya sənaye kapital qoyuluşunun 33%-ni, Qazaxıstan isə 6%-ni lizinq yolu ilə həyata
keçirdiyi halda, Azərbaycanda bu göstərici 1%-dən bir qədər çoxdur.
2003-2008-ci illərdə ölkədə lizinq portfelinin həcmi ilbəil artmışdır. Lakin, 2008-ci ildən
sonra lizinq bazarında azalma müşahidə olunur ki, bunun da əsas səbəbi həmin ildən etibarən
vergi qanunvericiliyinə əsasən lizinq obyektlərinə ƏDV-nin qoyulmasıdır.
Azalma anoloji olaraq ümumi investisiya qoyuluşunun tərkibində də əks olunur. 2010-cu
ildə ölkəyə 17,6 mlrd. ABŞ dolları ümumi investisiya qoyuluşu olub ki, onun tərkibində lizinq
yolu ilə investisiya qoyuluşu 0,17 mlrd. ABŞ dollarına bərabər olmuşdur. 2011-ci ildə isə
ümumi investisiya qoyuluşunun həcmi artaraq 21,66 mlrd. ABŞ dolları olub, lakin belə artımın
tərkibində lizinq yolu ilə investisiya qoyuluşunun həcmi 2010-cu ilə nisbətən azalaraq 0,15
mlrd. ABŞ dolları olmuşdur.
Lizinq münasibətlərini tənzimləyən xüsusi orqanın yoxluğu bu sektorun zəif inkişaf
etməsinin səbəblərindən biri kimi qiymətləndirilir. Hətta BMK (İFC) Azərbaycanın lizinq
bazarının inkişafı üçün belə bir orqana ehtiyacı olduğunu müəyyən etmişdir. Çünki, ölkənin
lizinq bazarı hələ də tam formalaşmadığından inkişaf üçün dövlət tərəfindən gələn dəstək və
tənzimləyici tədbirlər geniş imkanlar aça bilər. Məhz tənzimləyici orqanın olmaması nəticəsi
idi ki, 2009-cu ildən tətbiq edilən kapitallaşmaya yönəldilmiş gəlirə edilən vergi güzəştləri
yalnız banklara və sığorta şirkətlərinə aid edilmiş və lizinq şirkətləri burada nəzərə
alınmamışdır. Lizinq bazarları üçün tənzimləyici orqan kimi ideal seçim müxtəlif qurumlar ola
bilər.
Ölkəmizdə fəaliyyət göstərən bir çox lizinq şirkətlərinin təsisçiləri həm yerli banklar,
həm də xarici şirkətlərdir. Bu onu göstərir ki, ölkənin lizinq bazarında problemli məsələlərdən
biri də maliyyələşdirmə mənbələridir. Hazırda lizinq şirkətlərinin güclü maliyyələşdirmə
mənbələrinə ehtiyacı vardır. Belə ki, son maliyyə böhranı ilə əlaqədar olaraq xarici kapitalın
yerli lizinq bazarına cəlb edilməsi çətin məsələdir. Yerli bankların maliyyələşdirmə mənbəyi
kimi çıxış etməsinin əsas səbəbi isə onların pul kapitalına malik olması və lizinq xidmətinin bu
pul kapitalına olan tələbatı ilə bağlıdır.
Bəzi yerli bankların lizinq xidməti göstərməsi lizinq şirkətlərinin inkişafına mane olur.
Bankların daha çox pul kapitalına malik olması onları bazarda lizinq şirkətlərinin güclü
rəqiblərinə çevirir. Zəif inkişaf edən lizinq şirkətləri isə bu rəqabət mühitində tab gətirə
bilmirlər. Nəticədə ölkədə lizinq portfelinin həcmi aşağı olur.
Bugün kənd təsərrüfatı sektorunda rəqibsiz lider lizinq şirkəti “Aqrolizinq ASC”dir.
Kənd təssərrüfatının inkişafı ilə bağlı olan dövlət sifarişləri yalnız bu şirkətə verilməkdədir.
Aqrolizinq ASC-yə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi üçün 2005-2012-ci illər üzrə
dövlət büdcəsindən və digər mənbələrdən 370,63 milyon manat maliyyə vəsaiti ayrılmışdır
Dostları ilə paylaş: |