Vestfaliya sulhu



Yüklə 19,42 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü19,42 Kb.
#41203
1   2   3   4   5
Almaniya-Avstriya

III Fidrix

Ondan sonra hakimiyyətə gələn III Fridrix (1688-1713) 1699-cu ildə heç bir səbəb olmadan kəndlilər öz torpaqlarından qovulmalarını qadağan etmişdi. III Fridrix Avstriya ilə ittifaqda XIV Lüdovikə qarşı bütün müharibələrdə iştirak etmişdi. Şvibusun verilməsini tələb edirdi. Ordu 39 min nəfərə çatmışdı. 1687-1697-ci illərdə Auqsburq liqasının müharibəsində, əslində Pfalts iris uğrunda müharibədə III Fridrix Vilhelmin görkəmli sərkərdəlik məharətini ortaya çıxdı. Heyat yoldasi Sofiya Şarlottanın və görkəmli filosof Leybnitsin təsiri ilə 1694-cü ildə Hall universiteti, 1696-cı ildə Rəssamlıq Akademiyası, 1700-cü ildə Elmlər Akademiyası açıldı. Berlində geniş abadlıq işləri aparıldı. O da dini təqiblərə məruz qalan katoliklərin və protestantların ölkəyə gəlmələrinə şərait yaradır, kolonistlərin hesabına ölkə ərazisinin məskunlaşdırılmasına çalışırdı.III Fridrix yaranmış əlverişli vəziyyətdən istifadə edərək, Almaniya kralı I Leopolddan ona kral titulu verilməsini xahiş etdi. Ətrafındakıların etirazına baxmayaraq, imperator onun xahişini təmin etdi. 1701-ci ildə Brandenburq özünü Prusiya adlandırır və III Fridrix isə I Fridrix adı altında Prusiyanın ilk kralı elan edilir. Beləliklə Brandenburq kürfürüstlüyü Prusiya krallığına çevrilir.

1713-1740-cı illərdə hakimiyyətdə olan digər kral I Fridrix Vilhelm intizamın və manevrin yeni metodlarının icad etmişdi, yunkerlərin oğlanlarına təlim keçmək üçün kadet korpusu yaratmışdı. Həmçinin əsgərlərin yığılması və yerləşdirilməsinin yeni sistemini icad etmişdi. Bu Avropada ən effektiv sayılan kanton sistemi idi. Bu sistemə görə hər bir alay xüsusi dairəyə və ya kantona malik idi ki, o da onun üçün əsgər mənbəyi rolunu oynayırdı. O, ordunun tərkibini özü hakimiyyətə gələrkən 40.000 nəfərdən, ölümü ərəfəsində 83.000 nəfərə çatdırmışdı. Onun hakimiyyəti illərində Berlin böyüyərək 100.000 nəfərlik şəhərə çevrilmişdi. Bunun 20 min nəfəri əsgərlər idi. O, həmçinin öz varisinə, praktiki olaraq heç bir müharibədə vuruşmadığından, 7 milyon talerlik hərbi büdcə qoyub getmişdi.


Yüklə 19,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin