Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Gir. T. T. İ. - 4
Kommunikasiya qabiliyyəti
5.
İncəsənətin öyrənilməsi zamanı kommunikasiya bacarığının inkişafına dəstək göstərir: a)
özünün və başqalarının işləri haqqında müzakirə və
mübahisə etmək, mövqeyi əsaslandırmaq; b)
başqa-başqa vasitələrlə (şəkil çəkmək, yazmaq, müzakirə etmək) öz fikir və duyğularını ifadə etmək;
c) qrup işi zamanı başqaları ilə ünsiyyət qurmaq, əməkdaşlıq etmək və problematik məsələləri
razılaşdırmaq; ç) tənqidi nəzəri bildirmək və əsaslandırmaq.
Araşdırmaq qabiliyyəti
6.
İncəsənətin öyrənilməsi zamanı informasiya əldə etmək və təhlil etmək bacarığının inkişafına
dəstək göstərir: a) çoxsaylı informasiya mənbələrindən istifadə etmək; b) informasiyanı müqayisə
etmək, tənqidi qiymətləndirmək və effektiv şəkildə təşkil etmək; c) yaradıcılıq, araşdırmaq, müstəqil
fikri formalaşdırmaq və fəaliyyət planını müəyyən etmək üçün informasiyadan istifadə etmək.
Özünü qiymətləndirmək və öz təhsil fəaliyyətini təşkil etmək qabiliyyəti
7.
İncəsənətin öyrənilməsi zamanı özünü qiymətləndirmək və öz təhsl fəaliyyətini təşkil etmək
qabiliyyətinin inkişafına dəstək göstərir: a) öz imkanlarını və nailiyyətlərini düzgün qiymətləndirmək;
b) emosiyalarını anlamaq və onları idarə etmək; c) ardıcıl (ömrü boyunca) təhsil almaq vərdişini
hasil etmək; ç) fəaliyyətini düzgün və effektiv şəkildə planlaşdırmaq bacarığı; təhsil və peşəkar
inkişaf üçün münasib şərtlərdən istifadə etmək.
Dostları ilə paylaş: