TəSVİRİ VƏ TƏTBİQİ


Təsviri və tətbiqi incəsənət, əmək təlimi



Yüklə 377,29 Kb.
Pdf görüntüsü
səhifə2/69
tarix29.10.2022
ölçüsü377,29 Kb.
#66707
1   2   3   4   5   6   7   8   9   ...   69
saxviti da gamoyenebiti xelovneba azer

Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Gir. T. T. İ. - 2
Təsviri və tətbiqi incəsənətin/əmək tədrisinin məsələləridir:
müvafiq dəyər və yanaşmaları formalaşdırmaq, incəsənət və əmək fəaliyyəti ilə əlaqədar vərdiş-
bacarıqları inkişaf etdirmək və şagirdlərə lazımi bilik vermək; xüsusilə də:
Dəyərlər və yanaşmalar 
Vərdiş-bacarıqlar 
Bilik 
Milli və ümumbəşər 
mədəniyyətinə, insan əməyinə 
qarşı hörmət duyğularını 
inkişaf etdirmək; hiss və şəfqət 
bacarığını inkişaf etdirmək; 
digər insanlara, fərqli fikirlərə 
və dünyagörüşlərə tolerant 
yanaşmaları formalaşdırmaq; 
Yaradıcı düşüncə və anlayış 
bacarığını inkişaf etdirmək; 
emosional sahəni inkişaf 
etdirmək; təsəvvür, zövq və 
tənqidi düşüncəni inkişaf 
etdirmək; baxış, məkan 
təsvirlərinin, müşahidə etmək 
bacarığının, görmə yaddaşı 
və əl motorikasının inkişafı;
əmək vərdiş-bacarıqlarını 
formalaşdırmaq; təsviri və 
tətbiqi incəsənətdə praktiki 
vərdiş-bacarıqları əldə etmək
Dünya haqqında 
təsəvvürləri 
formalaşdırmaq; özünün 
və digərlərinin mədəni 
irsləri ilə tanış olmaq; 
təsviri incəsənət dilini 
öyrənmək
İbitdai pillədə incəsənətin tədris-tərbiyəvi sahəsinin pedaqoji potensialını onun əyani növ 
təbiəti müəyyən edir. Yaş xüsusiyytələrindən irəli gələrək, aşağı sinif şagirdlərində əyani praktiki 
düşüncə və aləmin emosional dərk edilməsi üstünlük təşkil edir, buna görə də onlar üçün oyuna 
əsaslanan fəallıqlar vacibdir, bu isə, incəsənətin müxtəlif sahələrinin (musiqi, rəsm) öyrənilməsi 
xüsusiyyətinə çox yaxşı uyğun olur. Ibtidai pillədə incəsənətin tədrisi əsasən, uşaqların emosional 
əqli aləminə, əmək və kommunikasiya bacarıqlarının inkişafına xidmət edir. 
Baza pilləsində incəsənət sahələrində əldə edilən praktiki vərdiş-bacarıqlar özünü tapmaq və 
özünü təsdiq etmək prosesini asanlaşdırır. Eyni zamanda, bu yaş dövrü üçün əlamətdar olan dünyaya 
qarşı kəskinləşdirilmiş yanaşmanı əhəmiyyətli şəkildə yumşaldır, çünki incəsənət əsərlərini anlamaq 
bacarığı düşüncə və dünyagörüşə qarşı tolerantlığı nəzərdə tutur. 
İbtidai pillə şərti olaraq iki mərhələyə bölünür: keçid X və XI-XII siniflə, bu zaman şagird 
düşünülmüş seçimə hazırdır. Bu vaxt ona imkan verilir ki, öz maraqlarına əsasən müxtəlif fənn 
qrupları ilə əlaqədar olan fəndən birini seçsin. X sinifdə praktiki vərdiş-bacarıqların mənimsənilməsi-
inkişafı incəsənət nümunələrinin təhlilində istifadə etdiyi bədii üslublara, müəllifin fikrinin daha 
yaxşı anlanılmasına xidmət edir. Eləcə də şagirdlər müxtəlif növ layihələr həyata keçirirlər. Bütün 
bunlar estetik fənlər qrupundan (məktəbin təklif etdiyi imkanlar hüdudlarında) seçim etməkdə 
şagirdə yardım edir ki, XI və XII siniflərdə əldə edilən vərdiş-bacarıqlar və bilik dərinləşdirilsin 
və peşəkar əsaslar qoyulsun. Qeyd etmək lazımdır ki, 2009-2010-cu ildən VIII, IX və X siniflərdə 
estetik fənlər (1. Təsviri və təbiqi incəsənət/əmək təlimi; 2. Musiqi) trimestr prinsipinə əsasən 
tədris edilir. VIII-IX siniflərdə məktəb özü qərara alır ki, bu iki fənn arasındakı saatları necə bölsün. 
Ola bilsin ki: 
musiqi 1 trimestrdə tədris edilsin, təsviri və tətbiqi incəsənət/əmək təlimi – 2 trimestrdə 

musiqi 2 trimestrdə tədris edilsin, təsviri və tətbiqi incəsənət/əmək təlimi – 1 trimestrdə 

Saatlar bu fənlər arasında eyni bölünür, yəni hər fənn bir trimestr yarım tədris edilir.




Yüklə 377,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin