TəSDİq ediLMİŞDİr azərbaycan Respublikası


Xüsusi göstərişlər və ehtiyat tədbirləri



Yüklə 303,19 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix02.01.2022
ölçüsü303,19 Kb.
#44884
1   2   3   4   5   6   7   8   9   ...   12
eqlonil kaps

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri 

Bədxassəli neyroleptik sindrom 

Potensial letal fəsad olan və istənilən neyroleptikin qəbulu nəticəsində yarana bilən bədxassəli 

neyroleptik sindrom üçün səciyyəvi olan simptomlar: dəri örtüklərinin solğunluğu, hipertermiya, 

əzələlərin rigidliyi, vegetativ sinir sisteminin disfunksiyası, huşun pozulması. Vegetativ sinir sis-

teminin disfunksiyasının yüksək tərləmə və arterial təzyiqin və nəbzin dəyişkənliyi kimi əlamət-

ləri hipertermiyadan əvvəl inkişaf edib erkən xəbərdarlıq simptomları ola bilər. Bədən hərarəti-

nin izahedilməz yüksəlməsi zamanı sulpirid ilə müalicə dayandırılmalıdır. Bədxassəli neyrolep-

tik sindromun inkişafının səbəbi müəyyən edilməyib. Ehtimal edilir ki, həmin sindromun mex-

anizmində əsas rolu zolaqlı cisimdə və hipotalamusda yerləşən dofamin reseptorlarının blokadası 

oynayır, həmçinin, anadangəlmə meyllilik də (idiosinkraziya) istisna olunmur. sindromun inkişa-

fına interkurrent infeksiya, dehidratasiya və ya baş beyinin üzvi zədələnməsi də səbəb ola bilər. 

QT intervalının uzanması 

Sulpirid QT intervalının uzanmasına səbəb ola bilər. Məlumdur ki, həmin effekt “piruet” tipli 

mədəcik taxikardiyalar kimi ağır mədəcik aritmiyaların inkişafı riskini yüksəldir (“Əlavə təsir-

ləri” bölməsinə bax). Preparatın istifadəsindən əvvəl pasiyentin vəziyyəti buna imkan verdiyi 

halda qeyd olunan ağır ritm pozulmalarının (bradikardiya dəqiqədə 55 vurğudan az, 

hipokaliemiya, hipomaqneziemiya, mədəcikdaxili keçiriciliyin ləngiməsi və QT intervalının 

anadangəlmə uzanması, və ya QT intervalını uzadan preparatların qəbulu) (“Xüsusi göstərişlər 

və ehtiyat tədbirləri”, “Əlavə təsir” bölmələrinə bax). 




Yuxarıda qeyd olunan risk faktorları ilə pasiyentlərdə sulpiridin təyini zəruri olduğu halda 

ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Preparatı qəbul etməzdən əvvəl hipokaliemiya və 

hipomaqneziemiya tənzimlənməlidir; bundan başqa, qanda elektrolitlərin konsentrasiyası və 

EKQ göstəriciləri ciddi nəzarət altında saxlanılmalıdır. Təcili müdaxilələr halları istisna olmaqla, 

neyroleptiklər ilə müalicəyə ehtiyacı olan pasiyentlərə vəziyyətin qiymətləndirilməsinin və EKQ 

nəzarətinin aparılması tövsiyə olunur. 



Ekstrapiramid sindrom 

Neyroleptiklərin təsiri nəticəsində yaranan ekstrapiramid sindromu zamanı m-xolinoblokatorlar 

(dofamin reseptorlarının aqonistləri yox) təyin olunmalıdır (“Digər dərman vasitələri ilə qarşılıqlı 

təsiri). 



İnsult 

Demensiya ilə ahıl yaşlı pasiyentlər arasında bir sıra atipik neyroleptiklərin plasebo ilə 

müqayisəsinə dair aparılan randomizasiya olunmuş klinik tədqiqatlarda serebrovaskulyar 

fəsadların inkişafı riskinin 3 dəfə artması qeyd olunurdu. Həmin riskin mexanizmi məlum deyil. 

Digər neyroleptiklərin qəbulu zamanı və ya digər pasiyentlər populyasiyalarında həmin riskin 

artması istisna oluna bilməz, bu səbəbdən insult inkişafı riskinin faktorları ilə pasiyentlərdə 

sulpirid ehtiyatla təyin olunmalıdır. 

Demensiya ilə ahıl yaşlı pasiyentlər 

Demensiya ilə bağlı olan psixozlar ilə ahıl yaşlı pasiyentlərdə antipsixotik preparatlar ilə müalicə 

zamanı ölüm hallarının inkişafı riskinin yüksəlməsi qeyd olunurdu. 17 plasebo nəzarətli 

tədqiqatın (orta müddəti 10 həftədən artıq olmuşdur) təhlili onu göstərdi ki, atipik antipsixotik 

preparatlar qəbul edən əksər pasiyentlərdə plasebo qəbul edən pasiyentlər ilə müqayisədə ölüm 

hallarının inkişafı riski 1,6-1,7 dəfə daha yüksək olmuşdur. 10 həftə davam edən plasebo 

nəzarətli tədqiqat nəticəsində atipik neyroleptiklərin qəbulu zamanı ölümlə nəticələnən hallar 

4,5%, plasebo qəbulu zamanı isə 2,6% təşkil etmişdir. Atipik antipsixotik preparatların qəbulu ilə 

aparılan klinik tədqiqatlarda ölüm hallarının səbəbləri müxtəlif olmağına baxmayaraq, əksər 

səbəblər ürək-damar (məsələn, ürək çatışmazlığı, qəfləti ölüm) və ya infeksion (məsələn, 

pnevmoniya) mənşəli olmuşdur. Müşahidəli tədqiqatlar atipik antipsixotik preparatlar ilə müalicə 

zamanı olduğu kimi adi antipsixotik preparatlar ilə müalicə həmçinin ölüm hallarının tezliyinin 

artdığını təsdiqləmişdir. Ölüm hallarının artma dərəcəsinin antipsixotik preparat və ya pasiyentin 

bəzi xüsusilikləri ilə bağlı olub olmamağı məlum deyil.

 


Yüklə 303,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin