Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə65/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   61   62   63   64   65   66   67   68   ...   72

 

477


DƏMİR BƏY: 8 yaşında uşağı oğurlamaq kimin ağlına gəlib? Ata-anası bu iki sutkada az qala 

dəli olacaqdılar. Axı niyə?! 

 

ALXAS: (sınayıcı nəzərlərlə Dəmir bəyə baxaraq) Yəni özün başa düşmürsən? 



 

DƏMİR BƏY: Yox. 

 

ALXAS: Pul, dostum, pul! Bəlkə nəhayət, anlayasan ki, bura səni öz xeyrin üçün gətiriblər? 



Qızının, kurəkəninin işi barədə danışmaq istəyirəm səninlə. Bilirsən ki, onların böyük məbləğdə 

borcları var. Vaxtı çoxdan keçib, borcu isə qaytarmaq lazımdır. Sən bunu bilirdin? 

 

DƏMİR BƏY: (başını bulayır) Onlar çoxdan müstəqil adamlardır. Mənə də yalnız lazım 



bildikləri şeyləri danışırlar. Kefləri yaxşıdır, ikisinin də başı öz mətbəələrinə qarışıb. Hərdən 

mənə kitablar, bukletlər göstərirlər. İndi de görüm bu borc söhbəti nədir, kimə borcludurlar və nə 

qədər borcludurlar? 

 

ALXAS: Səndən bəzi şeyləri gizlədiblər. Dörd il bundan qabaq sənin qızınla kürəkənin şəhərin 



mərkəzində ən müasir avadanlıqlı mətbəə açıblar. Demək olar ki, poliqrafiya möcüzəsidir. 

Bunun üçün onlar 240 min dollar kredit götürmüşdülər. Sən bütün bunları bilirsən. İlk yarımildə 

sevinirdilər. Sonra işləri qəfildən axsamağa başladı. Niyə? Gəlirli sifarişlər olmadığına görə. 

Çünki Bakıda son vaxtlar onlarca mətbəə açılıb. Mətbəələrin sayı, kitabxanaların, muzeylərinn 

ümumi sayından çoxdur. Onların hamısının kölgədə gizlənən nüfuzlu sahibləri var. Onlarla 

rəqabət aparmaq mənasız işdir. Sənin qızınla kürəkənin isə nəinki əsas borcu vaxtında 

qaytarmayıblar, hələ üstəlik sonra da borc götürüblər: borc böyüyüb altı yüz iyirmi min dollara 

çıxıb. Borcu isə, dediyim kimi, qaytarmaq lazımdır. Bilirsən də indi borcu qaytarmayan 

adamlara neynirlər? Sənin bu qədər pulun var? Deməli, fikirləşib bir çarə tapmaq lazımdır. Uşağı 

oğurlayıblar ki, qızınla kürəkənini tələsdirsinlər. Onların əvəzinə o qədər pulu sən ödəyə 

bilərsənmi? Bəlkə kimsə sənə borc verdi? 

 

DƏMİR BƏY: (açıq-aşkar karıxmışdır) Mənim qızım, kürəkənim iş adamı deyillər. Onların nə 



əmlakı, nə daş-qaşı var ki, girov qoyub bu qədər kredit alsınlar. Onlara bu qədər böyük məbləğdə 

pulu kim borc verə bilərdi? Çaşıb qalmışam. Bütün bunlar mənim üçün gözlə-nilməzdir. Qoy 

fikrimi toplayım… Yaman istidir. (ətrafına baxır). Kondisioner var ki burda, öz adamlarıva de 

qoşsunlar, heç olmasa bir işə yarasınlar. 

 

ALXAS: Mən burda olanda osteoxondrozuma görə kondisionerləri söndürürlər. Sən bilirsən 



osteoxondroz nədir?  

 

DƏMİR BƏY: Mənim osteoxondrozuma kondisioner ziyan eləmir. 



 

ALXAS: Elə ziyan eləyir ki… Sən hələ bilmirsən. Hər şeyin vaxtı var. O tavandakı ventilyator 

mənim bəsimdir. Alman malıdır. Keçən il yetmiş yaşı tamam oldu. Əntiq əşyaların ölüsüyəm də 

... 


 

DƏMİR BƏY: Sənin bu əntiq əşyan yaman bərk səs eləyir. Onu söndürmək lazımdır, 

kondisioneri yox. 

 

ALXAS: Əşşi, səsdən ziyan yoxdur. Tapşırmışam, sabah usta gəlib onu necə lazımdır 



yağlayacaq, dönüb olacaq qəttəzə. Hiss eləmirsən ondan necə sərin meh gəlir? 

 

DƏMİR BƏY: Kondisionerləri niyə sənin icazənlə qoşurlar? Bəyəm sən buranın direktorusan? 



 

 

478


ALXAS: (sual xoşuna gəlmir) Mən burda nə direktoram, nə aşpaz, nə də ofisiant, amma bu 

mənim restoranımdır, yəni buranın sahibi mənəm. Ona görə də burada hər şeyi mənim istəyimlə 

yandırıb-söndürürlər. 

 

DƏMİR BƏY: Restoranın adı nədir? Quldurların elə elədilər ki, heç lövhəni də görmədim. 



 

ALXAS: Afərin, uşaqlar! Əvvəllər belə supermenləri biz ancaq kinoda görərdik. İndi bu sahədə 

Bakıda hər şey qaydasındadır. Öz cangüdən, mühafizəçi kadrlarımız meydana gəlib, nəyi pisdir? 

 

DƏMİR BƏY: Həqiqətən də Bakıda yaman çoxalıblar. Özü də elə bil hamısı bir-birinə oxşayır. 



Əksəriyyəti ziyalı, zəhmətkeş adamlardır. Məni bura gətirən hamballarsa lap hər şeyə qadirdilər: 

adamı lap şikəst də edərlər, öldürərlər də, uşaq oğurlamaq da gələr əllərindən! Düzmü deyirəm? 

 

ALXAS: Əcəb diqqətcilsən. Divarda beşmetrlik neon lövhəni görmür, adamların hansı yuvanın 



quşu olduqlarını dərhal hiss eləyir! Restoranın adı «Final» dır. «Final-çay» adında firma var. 

Yaxşı səslənir, elə deyil? Dedim o çay sözünü ordan yığışdırsınlar – qaldı «final». Mənim 

xoşuma gəlir. Ancaq bilmirəm bu çayın sortudur, yoxsa yerin adı. Elə ha istəyirəm firmaya zəng 

vurub soruşum, əlim çatmır. 

 

DƏMİR BƏY: «Final» sözündə nəsə bir qüssə çaları var. Mənə görə, «Start» daha yaxşı səslənir. 



 

ALXAS: Startın bura nə dəxli var? Yaxşı. Nə vaxt restoranın olar, adını qoyarsan «Start». İşlə 

bağlı görüşlərimi adətən buraya təyin edirəm. 

 

DƏMİR BƏY: Böyük restoran deyil, xudmanidır. 



 

  

 



Barmen onların masasına yaxınlaşır. 

 

  



 

ALXAS: Görürsən, mənim stoluma ofisiant yox, barmen xidmət edir. Sadiq adamdır, kənddən 

gətirmişəm onu. Göndərdim Parisə, kulinariya məktəbinə, oxudub adam elədim. Əla kokteyllər 

düzəldir, birinin adı «Marqarita»dır. Ləzzət eləyir adama. «Tekila»nı süzür stəkana, ona çəhrayı 

Meksika siropu qatır, bir az da limon şirəsi. Hamısını qarışdırır. Stəkanın qıraqlarına duz səpir. 

Bax indi mənə gətirdiyi də «Marqarita»dır, ancaq məxsusi hazırlanıb – tekilasız, çünki spirtli 

içkini tərgitmişəm. Yəni həmin kokteyldir, ancaq tekilasız. 

 

DƏMİR BƏY: Sözün qısası, şortəhər  meyvə şərbəti içirsən. 



 

BARMEN: (sözünü bitirməsini gözləyərək) Nə buyuracaqsınız? 

 

DƏMİR BƏY: Mənə bir çay gətirin, zəhmət olmasa. 



 

ALXAS: İndiki zamanədə belə sədaqətli adamlar adama lazımdır. Arxayın olmalısan ki, 

yeməyinə nəsə qatmayacaq, dilini də dinməz saxlayacaq. Mənim ondan gizlin sirrim yoxdur. O 

burda direktor kimi şeydir… Elə bilirsən, restoranım elə bircə budur? Bu gün Bakıda mənim 23 

restoranım, 4 kafem var. Necədir hə? Bilirəm, sənin əqidənə görə, artıq pul gərəksizdi, hətta 

bəlkə ziyanlı şeydir. 

 

DƏMİR BƏY: Yox, sən səhv eləyirsən. Pul mənim çox xoşuma gəlir. 



 

479


 

ALXAS: Sən nə bilirsən pul nədir? Bax de görüm, pul sənə nə üçün lazımdır? 

 

DƏMİR BƏY: Mənim üçün pul rəsm əsərləri deməkdir, kitablar, musiqi, gözəl yeməklər, 



səyahət deməkdir. 

 

ALXAS: (təkəbbürlə) Elə bu? 



 

DƏMİR BƏY: Hə. Elə bu. Bizim səninlə pula münasibətimiz başqa-başqadır. Pulu gərək 

qazanasan. İnsan pulu qazanmalıdır. Bu hər kəsin borcudur. Məsələn, sən bilirsən Hippokrat 

andının mətnində nə deyilir? 

 

ALXAS: Hippo… kim? 



 

DƏMİR BƏY: Hippokrat. 

 

ALXAS: (qətiyyətsiz) Begemotdur? 



 

DƏMİR BƏY: Hippokrat orta əsrlərdə yaşamış dahi həkimdir. Həkimlərin andının mətnini o 

yazıb. Hippokrat andı həkimlərə xəstələri pulsuz müalicə etməyi qadağan buyurur. İlk baxışdan 

paradoksdur, amma əslində çox düzgün və məntiqlidir. Bu o deməkdir ki, hətta ən humanist 

peşənin sahibləri olan həkimlər də öz əməkləri müqabilində haqq almalıdırlar. İnsan öz peşəsi ilə 

çörəyini çıxarmalıdır. Pul qiyamət şeydir, amma gərək onu qazanasan. 

 

ALXAS: Eşitmişəm, eşitmişəm, onu demisən, beynilə, əlləri ilə. Bəs başqa cür də qazanmaq 



olur? 

 

DƏMİR BƏY: Sən demə başqa cür də olurmuş. Bəziləri pulu  dırnağıyla, quyruğuyla qazanır. 



 

ALXAS: Quyruğu ilə qazananlara mən heç rast gəlməmişəm. 

 

  

 



DƏMİR BƏY: (mülayim halda) Allaha şükür ki, rast gəlməmisən… Heç bilmirəm niyə, indi 

birdən neyçünsə yadıma düşdü ki, 80-ci illərin əvvəllərində sən bütün Bakını 

videomaqnitofonlarla doldurmuşdun. Mən o möcüzəni birinci dəfə onda gördüm. İndiyə qədər də 

başa düşə bilmirəm sən bunu necə eləmişdin. 

 

ALXAS: Bax görürsən! Bilsən ki, o kommunist rejimi vaxtı mən necə riskə gedirdim… Hər şeyi 



də tək özüm eləyirdim, bu əllərimlə. Heç kimi yaxın buraxmırdım. Öz kapitalımın əsasını da elə 

onda qoydum. «Torqovı»dakı o dava yadındadı? Düzünü deyim ki, əgər sən o axşam köməyimə 

gəlməsəydin, yəqin ki, məni öldürəcəkdilər. 

 

DƏMİR BƏY: Yadımdadı, yadımdadı. Keçirdim, gördüm ba-a-h üç nəfər qonşum Alxası 



əzişdirir, özü də həzz ala-ala əzişdirir. Qarışmalı oldum. 

 

ALXAS: (kefi hiss olunacaq dərəcədə pozulur) Yadındadır davadan sonra mənə nə dedin? 



Həmin axşam. Hamı dağılandan sonra. 

 

DƏMİR BƏY: Sözsüz ki, əbədiyaşar bir aforizm işlətmiş olmaram. Əlbəttə, unutmuşam. 



 

 

480


ALXAS: Amma mən ömrüm boyu unutmaram. Mən axı, Dəmir, uşaqlıqdan hər şeyi, səninlə 

bağlı olan hər şeyi xatırlayıram. Səninlə Torqovıda «Şirvan» restoranın qabağında dayanmışdıq. 

Mən səni şam yeməyinə dəvət elədim. Ürəkdən dedim ki, gedək, Dəmir, oturaq, söhbət eləyək. 

Yadındadır mənə nə cavab verdin? «Səninlə?» deyə soruşdun və mənə elə baxdın ki, elə bil mən 

insan yox, xəstəlik yayan tarakan idim. 

 

DƏMİR BƏY: Bilirsən niyə? Mən o oğlandan eşitdim ki, onu aldatmısan - kalan pul alıb, normal 



videomaqnitofon yerinə ona firma qutusuna qablaşdırılmış naməlum təyinatlı metal cihaz 

soxuşdur-musan. Yeri gəlmişkən, həmin oğlan savadlı mütəxəssis imiş. İndi düz on beş ildir ki, 

mənim laboratoriyamda işləyir. 

 

ALXAS: (pərt halda hırıldayır) Bayaq deyirdin heç nə yadımda qalmayıb. Amma görürsən, hər 



xırda şeyi xatırlayırsan. Hə, soxuşdurmuşdum, nə olsun, hamının başına gələ bilər, cavanlıqdır 

da. Bu restoran isə mənim üçün əsl kabinetdir. Bura kənar adamlar nadir hallarda gəlirlər. 

Əsasən dostlarım, iş ortaqlarım gəlir. Bu binanı mənə bağışlayanda xarabazara oxşayırdı. Bir az 

xərcim çıxdı, oldu konfet kimi. 

 

DƏMİR BƏY: (istehza ilə) Ad günündə bağışlayıblar? 



 

ALXAS: Dostlarım bağışlayıb. Hörmət və minnətdarlıq əlaməti olaraq. Gömrükdə onların 12 

milyonluq yükünü saxlamışdılar. Xahiş elədilər, yoluna qoydum. Minnətdarlıq ifadəsi kimi bu 

binanı mənə verdilər. 

 

DƏMİR BƏY: Axı necə yoluna qoydun? Sən hüquqşünassan bəyəm? Yadımdadır ki, bir 20 il 



bundan qabaq pul verib aqronom diplomu almışdın. Yoxsa indi hüquqşünas diplomu da almısan? 

 

ALXAS: Ağıllı adama diplom gərək deyil. Pul, bir də əlaqələr! Əsas budur! Kimin ki, çoxlu 



pulu, güclü əlaqələri var, o, həyatın sahibidir. İncimə, sənin üç diplomun var, amma nə faydası? 

 

DƏMİR BƏY: Mənim diplomlarımdan, sənə əlbəttə ki, fayda olmaz. Amma belə şeylərin çox 



dərin mənası var. 

 

ALXAS: Necə mənası? 



 

DƏMİR BƏY: Məna dərin olanda onu dərhal anlamaq olmur. Birdən-birə başa düşmək çətindir. 

Bilirsən, incimə, amma mən, hər halda, polisə xəbər verməliyəm ki, uşağın oğurlanmasından 

sənin xəbərin olub. İki sutkadır bütün polis ayaq üstədir. Oğruları axtarmaqdan əldən düşüblər. 

 

ALXAS: Telefonunu qaytarıblar ki, zəng vur da! Üstəlik şikayət də eləyə bilərsən ki, səni bura 



zorla gətiriblər. Etirazım yoxdur. 

 

DƏMİR BƏY: Şikayətlənmək zəiflərin işidir. Səninlə özüm hesablaşaram. Yaxşı, oğurluq 



barəsində evdən zəng vuraram, daha olan olub, oğlanı qaytarıblar. 

 

ALXAS: (maraqlanmış halda) Sən indinin özündə də düşünürsən ki, məndən güclüsən? Mənim 



üçün çox maraqlıdır, sən niyə elə düşünürsən? 

 

DƏMİR BƏY: Bəlkə ona görə ki, mən səndən ağıllıyam. Belə ola bilməz? 



 

ALXAS: Ağıllı? Sən? Sənin necə ağıllı olduğuna hələ baxacağıq. Əgər… (sözünü bitirə bilmir, 

çünki yaxşı geyinmiş sanballı bir kişi yanındakı qadını boş masa arxasında əyləşdirib onların 

stoluna yaxınlaşır). 



 

481


 

ALXAS: Səni görməyimə şadam. Əyləş! 

 

ALXASIN TANIŞI: Sağ ol. Məni gözləyirlər. Onsuz da gecikmişəm. Gəldim deyəm ki, hər şey 



qaydasındadır. İclas nəzərdə tutduğumuz kimi keçdi. Sabah dəftərxanaya bir adam göndərin, 

gəlib qərarı götürsün. 

 

ALXAS: Sonradan şikayət, apellyasiya-zad olmayacaq ki? Başa düşdüm, məsələ tamam. Afərin! 



 

TANIŞ: Qulluğunuzda həmişə hazıram. Həmişə  və hər yerdə. 

 

ALXAS: Sabah üçün də sənə yaxşı bir sürpriz hazırlamışam. (birdən xatırlayır) Deyəsən sizi 



tanış eləmədim? 

 

  



 

(Arada stol olmasından istifadə edən Dəmir bəy əl uzatmayıb yalnız başını yüngülcə tərpətməklə 

kifayətlənir).  

 

  



 

ALXASIN TANIŞI: Sifətiniz tanış gəlir. Əvvəllər sizinlə görüşməmişik ki? 

 

DƏMİR BƏY: Məncə, yox. Yoxsa yadımda qalardınız. Mən üzləri yaxşı yadımda saxlayıram. 



 

  

 



(Alxasın tanışı aralanıb qadının əyləşdiyi stola tərəf gedir). 

 

  



 

ALXAS: Bu çox nüfuzlu və mötəbər bir hakimdir. Konstitusiya Məhkəməsinin üzvü Fərraf 

Abqvaladze. Çox yaxşı adamdır. 

 

DƏMİR BƏY: (nəzakətlə) Müsbət keyfiyyətləri ilk baxışdan adamın gözlərini oxşayır. Üstəlik 



çox xoşdur ki, restorana öz anası ilə gəlir. Bizim zəmanədə belə şeyi hələm-hələm görməzsən. 

 

ALXAS: Anası deyil. Onun solmayan eşqidır. Çox ağıllı qadındı, yaxşı ailədəndi. Özü də bu 



xanımın sayəsində o çox şeyə nail olub. 

 

DƏMİR BƏY: Hələ də mən başa düşə bilmirəm ki, qızımın, kürəkənimin işlərinin sənə nə dəxli 



var? Onların borclarından sənə nə?  

 

ALXAS: Vicdanıma and olsun ki, mən onlara kömək eləmək istəyirəm. Onlardan mənə heç nə 



gərək deyil, bir qara qəpik də. 

 

DƏMİR BƏY: Yaxşı, inandıq ki, sənə pul gərək deyil. Amma, hər halda, sən bununla nədən 



ötrüsə məşğul olursan axı. Niyə? 

 

ALXAS: Mən heç gizlətmirəm də. Bəzi maraqlarım var, amma bu, maddi maraq deyil. Bəlkə də 



xeyirdən çox ziyanım var. Amma onlara biz ancaq birlikdə kömək edə bilərik: sən, bir də mən. 

Ayrı-ayrılıqda heç nə çıxmayacaq. 



 

482


 

  

 



(Alxas qara qovluğu açıb, oradan kağızlar çıxarır və Dəmir bəyə uzadır) 

 

  



 

ALXAS: Bu kağızlara diqqətlə bax, riyaziyyatı yaxşı bilirsən. Bu borc kağızlarını da hesablaya 

bilərsən, çətin olmaz sənin üçün. Bir hissəsini qızın imzalayıb, bir hissəsini də kürəkənin. 

 

DƏMİR BƏY: (kağızlarla tanış olur) Həqiqətən də toplayanda altı yüz iyirmi minə çıxır. Mənim 



başa düşmədiyim başqa şeydir. Sən deyirdin onlar bankdan kredit götürüblər, hansısa 

biznesmenlərdən borc alıblar. Amma görürəm ki, borc öhdəliklərinin hamısı sənin adınadır. 

 

ALXAS: Hər şey çox sadədir. Borcların  hamısını öz adıma keçirməsəydim, onlara kömək edə 



bilməzdim. İndi sənin qızın və kürəkənin hüquqi baxımdan təkcə mənə borcludurlar. Hər şey 

qanunidir. Vicdanım haqqı! Bax bu onların imzaları, bu da imzaların həqiqiliyini təsdiq edən 

notariusun imzası və möhürü. 

 

DƏMİR BƏY: Güman eləyirsən ki, mən sənə inanmalıyam? 



 

ALXAS: Necə istəyirsən. Səni məcbur eləmirəm. 

 

DƏMİR BƏY: Hər şeydən əvvəl mən sabah qızım və kürəkənimlə danışacam. 



 

ALXAS: Sabah? Sabah gec olacaq, bu gün vaxt bitir. Sabah mən onlara heç cür kömək eləyə 

bilməyəcəyəm. Vaxtı keçiriblər. Pul böyük qüvvədir, o, insanları ən dəhşətli işlərə əl atmağa 

məcbur eləyir. Sabah niyə? Elə indi onlara zəng vur, iyirmicə dəqiqəyə burda olsunlar. 

 

DƏMİR BƏY: (nömrəni yığaraq) Nə deyim onlara? Restoran harda yerləşir? 



 

ALXAS: Eləcə «Final» restoranı de. Olublar burda. 

 

DƏMİR BƏY: (telefonla danışır) Eminçik necədir? Çox qorxub? Sən Allah? Afərin. Mən indi 



«Final» restoranındayam. Siz də durun gəlin bura. Hə, hə indi. Çox yaxşı. Gözləyirəm (dəstəyi 

qoyur) Dedilər, bu saat gəlirlər. 

 

ALXAS: Çox yaxşı. Fikir verdin, borc öhdəlikləri necə savadlı tərtib olunub? Hər şey yüksək 



səviyyədədir. Beynəlxalq vəkillər kollegiyasının üzvü Qələndər Səfərovun işidir. Məşhur 

adamdır. Onu tanıyırsan? 

 

DƏMİR BƏY: Görmüşəm. Qara saqqalı da var. Baxışları ağırdır, elə bil adamı yarıb keçəcək. 



Deyim ki, sizdə nəsə bir oxşarlıq var. Təsadüfən qohum deyilsiz? 

 

ALXAS: (özündən çıxır) Niyə axı, niyə sən mənə bütün ömrün boyu  xoşagəlməz şeylər 



deyirsən? Mənim nəyim o saqqallı keçiyə oxşayır? 

 

DƏMİR BƏY: (barışıq tonu ilə) Yaxşı, yaxşı, sakit ol. Gözümə elə görünüb, oxşatmışam də... 



 

ALXAS: Bilmək istəyirsənsə, dünən axşam Konstitusiya Məhkəməsinin üzvü Fərraf Abqvaladze 

dedi ki, mən Silvio Berluskoniyə çox oxşayıram. Elə bil əkiz qardaşıyam.DƏMİR BƏY: (dalğın 

halda) Ağılsız adam. 



 

483


 

ALXAS: Kimi deyirsən? Fərraf Abqvaladzedir ağılsız? 

 

DƏMİR BƏY: (kompomisə gedir) İkiniz də. Sən elə əvvəlki kimi hər şeydən inciyirsən. 



Qəribədir, çox qəribədi. Zaman keçsə də, insanların təbiəti dəyişmir. Sən fikir verirsən, kim ki, 

uşaqlıqda, lap elə üçüncü- dördüncü sinifdə oxuyanda xəbərçi, yalançı, qorxaq olubsa, o adam 

çox vaxt böyüyəndə də elə eyni təbiətli olur. 

 

ALXAS: Düz deyirsən. Məsələn sən, uşaqlıqda da acıdil idin. Bugünkü kimi yadımdadı. Elə indi 



də eləsən. Ancaq sənin dövranın keçib. Bunu sənə mən deyirəm – Alxas Qədirov! 

 

DƏMİR BƏY: Sən allah, bəsdir dişlərini qıcırtma. Birinci dəfədi belə qıcırtı eşidirəm. Ətim 



ürpəşir. Öz dişlərindi, yoxsa protezlərini qıcırdadırsan? 

 

ALXAS: Sənin ağzından xəbərim yoxdu, amma mənim dişlərim hamısı cağbacağ yerindədi. 



Bax! 

 

DƏMİR BƏY: (Alxasın açıq ağzına baxır) Doğrudan da, hamısı yerindədi. Bəzilərinin azacıq 



minası gedib, saralıb, amma bircə plomb belə yoxdur. Qəribədi, vallah. Məncə Bakıda sən yaşda 

az adam tapılar ki, dişlərinin hamısı bu cür sapsağlam olsun. Başqalarını deyə bilmirəm, mənə 

rast gəlməyib. Adamlar o yana, indi hətta heyvanların da dişlərində problem olur. Adamların, 

itlərin, qaplanların, fillərin, hamısının dişləri ağrıyır. Hamısının! Bircə meymunlardan başqa! 

Meymunlarda – qorilladır, paviandır, nə bilim, əntərdir - onlarda heç vaxt nə karies, nə də 

parodontoz olur. Mən demirəm bunu, bu, elmi faktdır. Bütün meymunların dişləri sapsağlam 

olur. Xüsusilə də insanabənzər meymunların. Düzdür, zaman keçdikcə, yaşlı meymunların 

dişlərinin minası gedir, diş saralır, amma nə olsun, özün də bilirsən ki, bunlar boş şeylərdir. 

 

ALXAS: Görərik, sabah meymuna hansımız oxşayacaq!  



 

DƏMİR BƏY:  Sabah nə olacaq ki? 

 

ALXAS: Sabah hələ sabah olacaq. Yaşayarıq görərik.  



 

DƏMİR BƏY: Sən nahaq inciyirsən. Söhbət təkçə səndən getmir. Bütün insanlar meymunlara 

oxşayırlar. Sən də oxşayırsan, mən də, kimisi çox oxşayır, kimisi az. Ətrafda bəzilərinin 

oyunbazlığını görəndə heyran qalırsan, elə bil əsl kinli, hiyləgər meymundur. 

 

  

 



(Musiqi səslənməyə başlayır. Orkestr kiçik fasilədən sonra səhnəyə qayıtmışdır) 

 

  



 

ALXAS: Şəhərdə ən yaxşı orkestrdir. Bundan yaxşısı yoxdur. Yüksək səviyyəli musiqiçilərdir. 

Ancaq burda çalırlar. Bu restorandan başqa heç yerdə çalmağa icazə vermirəm. İldə iki dəfə iki-

üç günlüyə  caz festivallarında iştirak etmək üçün buraxıram onları. Təsəvvur eləyirsən, hər dəfə 

mən zala girən kimi onlar başlayırlar «Binqo» çalmağa. Mən çıxıb gedəndə də yenə «Binqo» 

çalırlar. (Alxas əli ilə orkestrə işarə edir, musiqiçilər «Binqo» çalmağa başlayırlar) Hə necədi, 

xoşun gəlir? 

 

DƏMİR BƏY: Saksofonçu doğrudan əladı. Bəs niyə «Binqo»? 



 

 

484


ALXAS: «Köhnə İnturist» yadındadı? Yadındadı orda Vovka Vladimirovun rəhbərliyi ilə orkestr 

çalardı. 

 

DƏMİR BƏY: Çox yaxşı xatırlayıram. 



 

ALXAS: Yadındadı, «İnturist»ə hər axşam bir yazıçı gələrdi, adını unutmuşam. Hər dəfə o, zala 

girəndə orkestr nə üçünsə «Binqo» çalardı. O gedəndə də. Elə onda özümə söz verdim ki, nə 

vaxtsa mən də içəri girəndə orkestr çalacaq. Özü də «Binqo»nu. 

 

DƏMİR BƏY: «İnturist»dəki o adamı musiqiçilər özləri könüllü salamlayırdılar. Bu, faktdır. 



Amma burda orkestr sahibkar üçün onun öz şəxsi kafesində çalır. Sən yəni doğrudan bunda bir 

fərq görmürsən?  

 

ALXAS: Qulaq as, ay nəzəriyyəçi bəy. Hər hansı işdə əsas nəticədir. Əlbəttə, fərq var, bu fərq də 



ondadır ki, mənim orkestrim daha yaxşı çalır. Qalan şeylər vacib deyil. Musiqiçi musiqiçidir, 

kim maraqlanır ki, onlar könüllü çalırlar, yoxsa pulla. 

 

  

 



(Onların stoluna alçaqboylu, cavan bir adam yaxınlaşır. Alxas onu coşğunluqla salamlayır) 

 

  



 

ALXAS: Kimi görürəm! Oxudum, oxudum! Yaman çəkmisən ona! Gözlədiyimdən də yaxşı idi. 

Sağ yer qoymamısan onda. İndi daha burnunu hər yerə soxmaz. Heç şübhə eləmirəm ki, bundan 

sonra heç qonşuları da ona salam verməyəcək (Müsahibinə şişman bir zərf uzadır) Bu sənindi, 

halal qonorarın. Sağ ol! Bəyəndiyin stolun arxasına keç, əyləş. 

 

JURNALİST: Təəssüf ki, tələsirəm, qalsın başqa vaxta. Qonorar üçün sağ olun. Əsas odur ki, siz 



razı qalmısınız. Həmişə qulluğunuzda hazıram. 

 

  



 

(Jurnalist bir neçə addım atıb, geri qayıdır) 

 

  

 



JURNALİST: Olarmı sabah mən yoldaşlarla gəlim? 

 

ALXAS: Əlbəttə (barmeni göstərir) – ona tapşıracam, nə qədər istəyirsiz kef eləyin mənim 



hesabıma. Önərçiki də gətir. 

 

JURNALİST: Qulluğunuzda hazıram. Əllərinizi öpürəm (gedir) 



 

ALXAS: Onu tanıyırsan? Məşhur jurnalistdi, Fətulla! Yaman yazır. Yəni heç oxumamısan? 

 

DƏMİR BƏY: İdbar adamdır, idbar da yazılar yazır. 



 

ALXAS: Sənə də adam bəyəndirmək olmur. Mənim tanışlarımın heç biri sənin xoşuna gəlmir. 

 

DƏMİR BƏY: Güclü müşahidə qabiliyyətin var. 



 

 

485


ALXAS: Sənin qızın çox ağıllıdır, amma heç anasına oxşamayıb. Sözüm yox, qəşəngdir, 

cazibəlidir, amma qətiyyən anasına çata bilməz. Anası gəncliyində çox gözəl idi. Çox-ox! 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin