10 fevral 2017-ci il № 9-12 (9103)
6
Ötən il ərzində Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin Su
Hövzələrində Bioloji Resursların
Artırılması və Mühafizəsi Departa-
menti tərəfindən balıqçılıq haqqında
Azərbaycan Respublikası qanunveri-
ciliyinə müvafiq olaraq 9 hüquqi və
146 fiziki şəxsə balıq ehiyatlarından
sənaye məqsədi ilə istifadə etmək
hüququ verilib.
Departamentdən verilən məlumata
görə, bu məqsədlə 317 ton kilkə, 115,3
ton siyənək və 364.65 ton axçalı balıqla-
rın ovuna kvotalar ayrılıb. Nərə balıqartır-
ma zavodlarının törədici balıqlarla təmin
edilməsi məqsədilə 2.1 ton nərə cinsli,
çəkikimi balıqların artırılması ilə məşğul
olan zavodlar tərəfindən törədici balıqla-
rın tədarükü və hipofiz hazırlanması
(törədici balıqların cinsi yetişkənliyə
çatmasını sürətləndirmək) məqsədilə
7,7 ton çəkikimilərin ovuna kvotalar
ayrılıb.
Elmi-tədqiqat məqsədləri üçün 2
ton nərə cinsli balıq növlərinin ovlan-
masına icazə verilib.
Ötən il departament tərəfindən
müstəqil və su nəqliyyatında polis
idarəsinin əməkdaşlarının iştirakı ilə
246 qanun pozuntusu aşkar edilib.
103 nəfər şəxs inzibati və cinayət
məsuliyyətinə cəlb edilərək barələ-
rində 92 protokol və 154 akt tərtib
edilib. Bioloji resurslara vurulmuş
ziyanla bağlı 40667 manat məb-
ləğində iddia, 5700 manat məb-
ləğində cərimə tərtib edilib.
Tədbir görülməsi üçün rayon
məhkəmələrinə 3, hüquq-mühafizə
orqanlarına isə 86 iş göndərilib. 4
işə inzibati qaydada departament
tərəfindən baxılıb.
ABŞ-ın Prinston Universitetinin və Milli
Okean və Atmosfer Tədqiqatları İdarəsinin alimləri
iqlim dəyişməsinin planetimizdə mülayim isti
havanın olduğu günlərin tezliyinə və paylanmasına
necə təsir göstərdiyini ilk dəfə qlobal şəkildə təhlil
ediblər.
“gismeteo.ru” saytı xəbər verir ki, tədqiqatçılar
aşağıdakı parametrlərin - Selsi ilə 18-30 dərəcə isti-
nin, 1 millimetrdən az yağıntının cəminin və Selsi ilə
20 dərəcədən aşağı şeh nöqtəsinin qiymətinin məc-
musunu isti hava kimi götürüblər.
İldə 74 günə bərabər olan cari qlobal orta göstə-
rici sonrakı 20 il ərzində 4 gün, əsrin sonu üçün isə 6
gün azalacaq. Lakin orta enliklərdə - ABŞ-ın şimal və
dağlıq hissələrində, Britaniya adaları və Şimali Av-
ropada, Asiyanın şimal-şərqində, həmçinin Cənubi
Amerika və Okeaniyanın cənubunda yaşayan əhali
xüsusən bahar, yay və payızda isti hava şəraitinin 10-
15 gün çoxaldığını müşahidə edəcəklər.
İsti günlərin sayı tropik regionlarda daha çox
azalacaq. Metamorfozlar Afrika, Asiya və Latın
Amerikasında daha çox nəzərə çarpacaq. 2100-cü il
üçün bu regionların bəzilərində isti günlərin sayı 15-
50 gün azalacaq. Soyuq düşməyəcək, əksinə daha isti
və quraq olacaq.
Mülayim hava ekstremal hava şəraiti ilə müqa-
yisədə insanların çoxuna təsir göstərdiyi üçün
tədqiqat iqlimin dəyişməsi problemini cəmiyyətə
başa düşülən şəkildə çatdırır. Turizm, inşaat, nəqliy-
yat və kənd təsərrüfatı sahələri tədqiqatçıların müla-
yim kimi müəyyənləşdirdiyi havanın hakim olduğu
günlərin tezliyindən asılıdır.
İlk baxışda isti günlərin sayının çoxalması əla
xəbər təsiri bağışlayır. Amma bu hal temperaturun
artmasının nəticəsi olacaq, quraqlıq və istilik axınları
gətirəcək.
Yer iqliminin gələcəyi barədə bütün proqnozlar
1986-cı ildən 2005-ci ilə qədər müddətdə mülayim
hava şəraiti olan günlərin illik sayı ilə bağlı sənədləş-
dirilmiş dəyişikliklərə əsaslanıb.
eLMi-tƏDQiQAt MƏQSƏDLƏRi üçün 2 ton nƏRƏ
cinSLi BALIQLARIn ovLAnMASInA icAZƏ veRiLiB
içMƏLi SULARIn teXniki MƏQSƏDLƏRLƏ iStifADƏSi YoLveRiLMƏZDiR
DƏniZDƏ inSAn hƏYAtInIn MühAfiZƏSi
üZRƏ tƏLiM kURSLARI keçiRiLiB
ARAL DƏniZi ZonASInDA ekoLoji
fƏLAkƏtin ARADAn QALDIRILMASInA
2,6 MiLYARD DoLLAR AYRILIB
Özbəkistan Hökuməti
2017-2021-ci illərdə Aral
dənizi zonasında ekoloji
fəlakətin aradan qaldırıl-
masına 8,4 trilyon sum (2,6
milyard dollar) vəsait ayırıb.
Özbəkistan Prezidenti
Şavkat Mirziyoyevin imzala-
dığı Fərmanda Aral dənizinin
quruması ilə əlaqədar səhra-
laşmanın qarşısının alınması,
su ehtiyatlarının tənzimlənməsi istiqamətində əsaslı işlərin aparılması, re-
gionda 100 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bildirilir ki, proqramın maliyyələşdirilməsi üçün Özbəkistan Maliyyə
Nazirliyinin nəzdində Aralyanı Regionun İnkişaf Fondu da yaradılacaq.
Xatırladırıq ki, Aral dənizi 1960-cı ildə dünyada sahəsinə görə dör-
düncü göl sayılırdı. Son 40 ildə gölün sahəsi iki dəfə azalıb, suyun həcmi
18 metr aşağı düşüb. Duzluluğu artdığına görə balıq ehtiyatları tamamilə
tükənib. Güclü külək qumu sovurub hətta uzaq yaşayış məntəqələrinə tökür
və beləcə ekoloji fəlakət zonası yaranır.
Qulu Kəngərli
çAYIn DonMASI Yük gƏMiLƏRinin
hƏRƏkƏtini ifLic eDiB
Dunay çayının üzərinin buz
bağlaması nəticəsində çayın
Rumıniya tərəfində iki yük gə-
misi hərəkətsiz qalıb. Gəmilərin
heyəti donun əriməsini gözlə-
yirlər.
Rumıniya xilasediciləri heli-
kopterlər vasitəsilə gəmiləri ərzaq
və əsas əşyalarla təmin edirlər.
cƏnUBi çin DƏniZinDƏ
MALAYZiYA gƏMiSi BAtIB
Cənubi Çin dənizində Borneo
adası sahilləri yaxınlığında Malay-
ziya gəmisi batıb. Gəminin göyərtə-
sində 28 çinli turist və 3 heyət üzvü
olub.
Sinxua agentliyi xəbər verir ki,
27 nəfər xilas edilib. Dörd nəfərin
axtarışları davam edir.
Qeyd edək ki, Malayziya gəmisi
Kota Kinabal şəhərindən Menqalum
adasına hərəkət edirdi.
ARALIQ DƏniZinDƏ MinƏ YAXIn
MiQRAnt XiLAS eDiLiB
Aralıq dənizində Afrikadan
Avropa sahillərinə çıxmaq istəyən
minə yaxın miqrant xilas edilib.
Bu barədə İtaliyanın sahil müha-
fizəsi xidməti məlumat yayıb.
Axtarış-xilasetmə əməliyyat-
larında gəmilər və katerlər iştirak
edib. Miqrantlar arasında ölən ol-
mayıb.
okeAnLARDA SUYUn SƏviYYƏSinin
YükSƏLMƏSi DAşQInLARA SƏBƏB oLAcAQ
ABŞ və İrlandiya alimləri
okeanlarda suyun səviyyəsinin
yüksələcəyini və daşqınların ola-
cağını proqnozlaşdırırlar.
“İzvestiya” qəzetinin saytı-
nın verdiyi xəbərə görə, mütəxəs-
sislər daşqınların bir neçə yüz il-
dən sonra baş verəcəyini ehtimal
edirlər. Onların fikrincə, bu, tem-
peraturun dəyişməsi və buzlaqların əriməsi ilə bağlıdır. Təqribən 125 min il
əvvəl havanın temperaturu indiki dövrlə müqayisədə Selsi ilə 1,5-2 dərəcə,
suyun səviyyəsi isə 8-10 metr çox olub. Qlobal istiləşmə nəticəsində Yer
üzü XXI əsrin ortalarında belə bir göstəriciyə çatacaq. Mütəxəssislər hesab
edirlər ki, təhlükə əsasən sahillərdə yaşayan sakinləri hədələyir.
Alimlər, həmçinin dünyada tufanın baş verəcəyi tarixi də açıqlayıblar.
Onların fikrincə, bu, bir neçə əsr sonra ola bilər. NASA alimləri əvvəllər
həmin tufanın bu yüzillikdə olacağını proqnozlaşdırmışdılar.
SUYUn keYfiYYƏti inSAnIn ƏQLi
QABiLiYYƏtinƏ tƏSiR eDiR
San-Dieqoda elmi-
tədqiqat laboratoriyasının
alimləri bildiriblər ki, su
və onun keyfiyyəti insanın
intellektinə təsir edir. Yalnız
təmiz su təfəkkür prosesini
fəallaşdıra bilər.
“Aktualnıye novosti”
saytı xəbər verir ki, amerikalı
alimlər kişi cinsindən onlarla könüllünün iştirak etdiyi irimiqyaslı tədqiqat
aparıblar. Onlar uzun müddət hər gün səhər yeməyindən sonra yarım stəkan
su içiblər. Bu qrupun və səhər yeməyindən sonra su içməyən könüllülərin
əqli qabiliyyətinin nəticələri fərqli olub.
Tədqiqat müəlliflərinin fikrincə, su insan beyninin müəyyən reseptorla-
rına təsir etməklə orqanizmin enerji ehtiyatını yüksəldə bilir. Alimlər, həm-
çinin qeyd edirlər ki, effektiv nəticə üçün bir neçə qurtum təmiz suyu müəy-
yən edilmiş vaxtda, məsələn, səhər yeməyindən sonra içmək kifayətdir.
köPƏkBALIğInIn Yeni
növü AşkAR eDiLiB
Amerikalı zooloqlar Karib dənizində çəkicbaş köpək-
balığının yeni növünü aşkar edib və onun DNT analizini
aparıblar.
TASS-ın verdiyi xəbərə görə, məlum olub ki, Karib
dənizindəki çəkicbaş köpəkbalığı bir neçə milyon il əvvəl
Şimali Amerika yaxınlığındakı sularda eyni növdən olan
balıqlardan ayrılıb və onlarla cütləşmək əlaqəsini kəsib.
Florida Universitetinin mətbuat xidmətinin yaydığı
məlumata görə, DNT testi üçün bioloji material verən balıq
2016-cı ildə Belizdə (əvvəlki Britaniya Hondurası) köpək-
balıqlarını nişanlamaq ekspedisiyası çərçivəsində tutulub.
Balıq ABŞ sahillərində Atlantik sularında yaşayan eyni
növə zahirən oxşasa da genetik cəhətdən ondan fərqlənir.
Florida Universitetinin press-relizində yazılıb: “İki
qrup arasında cütləşmənin kəsilməsi bir növün bölünmə-
sini müəyyənləşdirən əlamətdir. Nyu-York ştatının Stou-
ni-Bruk Universitetindən Endryu Fildsin apardığı DNT
analizi nəticəsində Belizdə işləyən komanda sübut edib ki,
bu ərazidəki çəkicbaş köpəkbalığı Meksika, ABŞ və Baham
adalarında eyni növlə cütləşmə əlaqəsini çoxdan kəsib. Bu
müddətdə iki qrupu ayıran genetik fərqlər formalaşıb”.
Ekoloji tədqiqatlarla paralel olaraq yeni köpəkbalığı-
nın qeydiyyata alınması və ona latınca ad verilməsi işi də
aparılır.
YAXIn 20 iL üçün ƏLveRişLi
hAvA XƏRitƏSi tƏRtiB oLUnUB
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
10 fevral 2017-ci il № 9-12 (9103)
7
YARIZARAfAt,
YARIgeRçƏk
Yaxşı adamları tanrı qoruyur. Amma tanrı-
nın da bəzən işi o qədər çox olur ki...
elə bir adam yoxdur ki, əlindən heç nə gəlmə-
sin. Məsələn, problem yaratmağı hamı bacarır.
təzə işçinin necə çıxacağını hətta uzun illər
bazarda qarpız satanlar da bilə bilməz.
Yaşayanlar deyirlər ki, həyat çox gözəldir. Ya-
şayanların hamısı yalan danışmaz ki...
tənha qalmaqdan həmişə qorxmuşam. təkcə
ona görə yox ki, zibili də mən atacağam.
Bütün maaşa baxanlar üçün ən gözəl ay yəqin
ki, fevraldır.
Qırx yaşınıza kimi heç nə qazanmamısınızsa,
buna görə çox da təəssüflənməyin. Deməli, itirə-
cəyiniz bir şey yoxdur.
Əvvəllər hava haqqında proqnozlar düz çıx-
mırdı. indi bütün proqnozlar içində ən düzü,
deyəsən elə hava proqnozudur axı...
Bəzi adamlar axşamdan xeyli keçmiş zəng
edəndə elə üzr istəyirlər, elə bil gündüz zəng
eləsələr, çox sevinəcəyəm.
Bir çox xarici dilləri o dillərdə bir kəlmə belə
danışa bilməyənlərin hamısından yaxşı bilirəm.
işin düzələcəksə, haqqımda daha bir neçə ya-
lan danışmağına dözə bilərəm.
Pul hər şeyi həll edir deyə, məsələni həll et-
məyə çətinlik çəkən məktəbli nəvəmə bir onluq
verdim.
fikir vermisiniz, şaxta babanı yaxşı qarşıla-
dıqca, hər il bizdə qış daha sərt keçir.
Bəzən istəyirsən ki, pis vərdişlərinə birdəfəlik
tüpürəsən. Sonra fikirləşirsən ki, tüpürmək yaxşı
deyil.
Bəzilərini necə başa salasan ki, lifti olan köh-
nə binalarda liftə minməmək bir ayıbdır, minib
çıxa bilməmək iki ayıb.
Artıq çəkidən təbii yolla xilas olmaq üçün in-
dikidən gözəl zaman?
həyat yoldaşıma “şuba” almadığıma ondan
çox, mən peşmanam. indi o qiymətə bazarda
meyvə satırlar.
Boş söhbətdir ki, indi hər şeyin qiyməti qalxır,
hər şey bahalaşır. şəxsən məni indi əvvəlki vaxt-
lardan çox ucuz satırlar.
7-ci mərtəbəyə təzə qonşular köçməmişdən
əvvəl sən demə, mən 6-cı mərtəbədə əməlli-başlı
yaşamışammış.
Məndən xoşu gəlməyənlər yanılmayıblar,
çünki, bəzən heç özümün də özümdən xoşum gəl-
mir.
it yaxşı heyvandır və insanın da dostudur.
Amma bu, kiməsə adamı it kimi qapmağa əsas
vermir.
Dünyada şər, böhtan, yalan yarışları keçiril-
mir? Mən əminəm ki, bu yarışlarda ermənilər
həmişə birinci yeri tutarlar.
hər dəfə məkrli ermənilərin hərəkətlərini
görəndə istər-istəməz fikirləşirəm ki, yer üzündə
kifayət qədər dərd-bəla ola-ola, Allah bu adda
milləti də niyə yaradıb?
gözəgörünməz təyyarələr və bir də iş görmək
lazım gələndə gözəgörünməzə çevrilən işçilər
olur.
Mən çiyninə düşən yükün ağırlığı baxımın-
dan qadın olmağın çətinliyini başa düşürəm.
Amma bəzi kişilərə kişi olmaqda nə mane oldu-
ğunu anlaya bilmirəm.
Mənə elə gəlir ki, ərlərinə “Sən otur yerində!”
və ya “işdən sonra düz evə gəl!” deyən qadınlar
bəzi müəssisələri kişilərdən yaxşı idarə edərlər.
Bəzi adamların yaşı əllini, altmışı, yetmişi...
keçəndə də yenə nəyinsə keçməyini gözləyirlər.
hamımızı qadınlar dünyaya gətiribsə, bu o
demək deyil ki, bütün bəlaların səbəbkarı məhz
qadınlardır.
insanı əmək yaradıbsa, işləyənlərin hamısı ən
azı adam olmalıdır axı...
turpun kiloqramı neçəyə satılır ki, bəzi
adamların başında da turp əkirlər?
Başları heç nədən çıxmayanlar adətən daha
çox özlərindən çıxırlar.
Bəzi xidmətlər hətta qışa qışda hazırlaşmağa
başlasalar, heç olmasa növbəti qışa hazır olmalı-
dırlar axı...
Saçlarım yanmayıbsa, bu o demək deyil ki,
bəzi haqsızlıqlardan təpəmdən heç vaxt tüstü
çıxmayıb.
indi pisliklə heç kəsi heyrətləndirmək müm-
kün deyil. Amma bircə dəfə yaxşılıq et və adam-
ların üzündəki heyrətə bax.
Bəzi verilişlər göstərir ki, əksər televiziya ka-
nalları göstərməyə bir şey tapmırlar.
Adətən yaxşı adamlar yaxşı işlərlə, pis adam-
lar pis işlərlə məşğul olurlar. Qalanları da tama-
şa etməyi xoşlayırlar.
Mənasız yerə vaxt itirəni sonralar vaxt özü elə
“itirir” ki, heç nəyə vaxt tapa bilmir.
həqiqətə nə isə qatanda, həqiqətdən daha
çox, qatılan şeyə oxşayır.
hələ də bəzi adamlara çatmır ki, “oxumaq,
oxumaq, yenə də oxumaq!” deyəndə müğənni
kimi oxumağı nəzərdə tutmayıblar.
həqiqətin iki ayağı, yalanın isə bəzən qanad-
ları da olur.
Başında bir şey olmayanın cibləri qızılla dolu
olsa da, başlıların yanında həmişə kasıb görünər.
Ağıllılar arasında bir gün yaşamaq, axmaqlar
arasında bir ömür sürməkdən yaxşıdır.
tələlərdə nədənsə daha çox xarici pendir olur.
Rasif TAHİROV
Yuxusuzluq və ya yuxunun pozul-
ması, demək olar, hər kəsin qarşılaşdığı
problemdir. Bu, təkcə yuxu çatışmazlığı
deyil, həm də yaxşı yatmamaq, yuxuya
getməyin çətinliyi, yuxudan yarımçıq
durmaq və səhərədək oyaq qalmaq kimi
hallarla səciyyələnir.
“Zdorovye” saytının məlumatına görə,
insanın əlverişsiz şəraitdə (səs-küy, isti/
soyuq, həddən artıq bərk və ya yumşaq
çarpayı) yatması, həyat tərzini dəyişməsi
(səyahət, bir yerdən başqa yerə köçmək),
evdə və işdə stress vəziyyət, müxtəlif ağ-
rılar yaradan, tənəffüsü çətinləşdirən və
digər xəstəliklər, narahatlıq və depressiya
yuxusuzluğun səbəblərindəndir.
Yuxusuzluğun təkrarlanan epizodları
və ya insanın yata bilmədiyi vaxtın uzan-
ması, depressiya ilə bağlı yuxusuzluq və ya
problemin öhdəsindən müstəqil gələ bil-
məmək hallarında həkimə və ya mütəxəs-
sisə müraciət etmək lazım gəlir.
Yeni yuxu və oyaqqalma rejimini ya-
radın. Aşağıda qeyd edilən məsləhətlərə
əməl olunduğu halda yaxşılaşma olmasa,
həkimə müraciət etmək lazımdır:
- axşamlar alkoqol qəbul etməyin. Al-
koqolun orqanizmə qısamüddətli sakitləş-
dirici təsir etməsinə və spirtli içkidən sonra
insanın daha tez yuxuya getməsinə baxma-
yaraq, alkoqol dərin yuxu fazasına da təsir
edir. Siz spirtli içkinin təsiri qurtarandan
sonra dərhal ayılacaqsınız.
- xüsusilə yataqda siqaret çəkməyin.
Nikotin stimullaşdırıcı təsirə malikdir. Bu
sizə yuxuya getməyə və normal yuxu pro-
sesinə mane olur.
- qəhvə içməyin və ya onu daha az iç-
məyə cəhd edin. Kofein orqanizmdə 12-24
saat ərzində qalır. Yadda saxlayın ki, qəhvə
ilə yanaşı, şokolad, kola və çayın da tərki-
bində kofein var. Əgər siz yuxusuzluğunu-
zun səbəbini kofeində görürsünüzsə, tərki-
bində bu maddənin olduğu məhsullardan
yatmazdan ən azı 12 saat əvvəl istifadə
edin.
- nəzərə almaq lazımdır ki, bəzi dər-
manlar yuxunun normal strukturunu pozur.
Soyuqdəymədə istifadə edilən, bir çox re-
septsiz satılan, habelə tərkibində psevdoe-
fedrin olan dərman vasitələri də orqanizmə
kofein kimi stimullaşdırıcı təsir göstərir.
Ona görə də aptekdə əczaçıdan bu prepara-
tın yuxuya necə təsir göstərməsini, əgər bu
dərman insanı oyaq saxlayırsa, onu digəri
ilə əvəz etməyin mümkün olub-olmamasını
soruşmaq lazımdır.
- yatmazdan əvvəl həddindən artıq
yeməyin. Dolu mədə yuxuya getməyə
mane olur. Yaxşısı yüngül qəlyanaltı ilə ke-
çinməkdir. Bu, həm yuxunu pozmur, həm
də aclığı dəf edir. Çoxları isti və ya soyuq
südün möcüzəli gücünə qeyd-şərtsiz ina-
nırlar. Südə bir qədər bal, darçın və ya vanil
əlavə etmək olar. Bəzi adamlara tərkibində
kofein olmayan bir fincan bitki çayı yaxşı
təsir göstərir.
- vannanı yuxudan bir-iki saat əvvəl
qəbul edin. Bu, əzələlərdə gərginliyi gö-
türəcək və sizin yuxunuz gələcək. Lakin
vannanı bilavasitə yatağa uzanmamışdan
qabaq qəbul etməyin, bu, sizi yuxuya get-
məyə qoymayacaq.
- müntəzəm olaraq idman edin. Bunun-
la siz gərginliyi aradan qaldıracaq və səhər
özünüzü gümrah hiss edəcəksiniz. Bundan
başqa, fiziki hərəkətlər nəticəsində siz yo-
rulacaqsınız ki, bu, yuxuya getməyi asan-
laşdırır.
- yataq otağı sakit və qaranlıq olmalı-
dır. Əgər səs mane olursa, qulağınızı xüsusi
tıxac və ya “ağ küy” qurğusu ilə bağlayın.
Bəzi adamlar işləyən fen və ya kondisione-
rin səsi altında yatmağa üstünlük verirlər.
- yuxu üçün optimal temperatur 15.5-
18.3 dərəcədir. Həmçinin yaxşı yuxu üçün
döşəyin bərk və rahat olması çox vacibdir.
- qısamüddətli gündüz yuxusundan im-
tina etmək yaxşı olar. Müddəti 20 dəqiqə-
dən az olan bu cür yuxu orqanizmi gümrah
edə bilər. Lakin gündüz 4 saatdan çox yat-
maq yuxunun normal strukturuna təsir edə
bilər və yuxusuzluq yaradar.
- işığı söndürməzdən əvvəl bir neçə
dəqiqə kitab oxuyun. Bu, sizi rahat edər və
tez mürgüləyərsiniz.
- nəyisə hesablamaq tövsiyə edilmir.
Hesab diqqəti müəyyən məsələyə yönəl-
dir. Əksinə, çalışın özünüzü xoşagələn bir
sahədə təsəvvür edin. Təxəyyülünüzü işə
salın ki, yuxuya gedən zaman sakitləşdirici
səsləri eşidəsiniz.
- çarpayı istirahət yeri olmalıdır. Dəh-
şətlər filminə baxmaq, sabahkı iş gününün
planını qurmaq stress və narahatlıq yaradır.
Odur ki, yataqda bu məsələlərlə məşğul ol-
maq lazım deyil.
- yuxusuzluq üçün əla vasitə içində qu-
rudulmuş mayaotu qozaları olan yastıqdır.
Fındıq ağacı yarpağı və şam ağacı budağı
da yuxusuzluğun öhdəsindən gəlməkdə
kömək edə bilər. Həmçinin qaraqınıq və
nanə yarpaqlarını da götürmək lazımdır.
Qurudulmuş komponentləri qarışdırırıq və
yastığa doldururuq.
İnsanların çoxu yuxusuzluğa görə hə-
kimə müraciət etməyə məcburdur. Bunun-
la belə həkimlər də əvvəlcə sizin proble-
minizi dərmansız həll etməyə çalışırlar.
Əlacsız qaldıqda dərmandan istifadə etmək
lazımdır. Adi yuxugətirən dərmanlar nor-
mal yuxunun yaranmasına kömək etmir,
lakin şüuru kəskin incidir. Reseptsiz satılan
bir çox yuxu dərmanları “placebo” effekti
yaradır ki, bu da onu göstərir ki, dərmanın
təsiri əslində pasiyentin ona inanması ilə
bağlıdır.
Həkim yuxusuzluğun səbəbini müəy-
yən edə bilər və müalicə, lazım gəldikdə
yuxu dərmanı da təyin edə bilər. Yuxu dər-
manından həkimin məsləhəti olmadan isti-
fadə etmək olmaz. Adətən bu cür vasitələr
yuxuya getməkdə müvəqqəti çətinliyi yün-
gülləşdirir. Onlardan uzun müddət istifadə
edilməsi orqanizmin bu dərmanlara öyrəş-
məsinə gətirib çıxarır.
Dostları ilə paylaş: |