Qədim Babilistan
Plan:
1. Babil şəhərinin yaranması və yüksəlişi: Qədim Babilistan dövlətinin yaranması
2. Babilistan Hammurapi dövründə
3. Babil-Hett müharibəsi
4. Babilistan Kassi sülaləsinin hakimiyyəti dövründə
Babil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri
birləşdirən güclü bir dövlət olmuşdur. Onun tarixi üç dövrə bölünür:
1.Qədim (e.ə. XIX-XVI);
2.Orta (e.ə. XVI-XII);
3.Yeni (e.ə. VII-VI).
Qədim dövr
Şumer-Akkad dövlətinin dağılmasından sonra başlamışdır. Akkad və Assur kimi,
Babil dövlətin tarixi eyni adlı şəhərlə bağlı olmuşdur. Sami dillərində Bab-İl sözləri
"Tanri qapısı" deməkdir. İlk Babil dövlətinin yaradıcısı Sumuabum olmuşdur. Dövlət
çarlar və ona tabe olan məmurlar tərəfindən idarə olunurdu. Babilin baş tanrısı və
himayəçisi Mərduk adlı tanrı idi. O insanların və heyvanların yaradıcısı hesab
olunurdu.
Babil şəhəri çox əlverişli yerdə yerləşirdı: orada ticarət, karvan yolları kəsişirdi. Eyni
zamanda Dəclə və Fərat çaylarının bir-birinə yaxınlaşmasına görə bu yerlərdə
suvarma və gəmiçiyin inkişafı üçün geniş imkanlar yaranmışdır.
Qədim Babilin güclü dövlətə çevrilməsi prosesi çar Hammurapinin (e.ə. 1792 - 1750-
ci illər) hakimiyyəti zamanı baş vermişdir. O Mesopotamiyanın cənubunda yerləşən
şəhərləri, daha sonra ətraf dövlətləri Mari və Eşnunnanı ələ keçirmişdir. Şimalda
isə Assur, Nəynəva (Nineviya) və bəşqa şəhərlər onun hakimiyyətini qəbul
etmişdirlər. Hammurapinin dövründə ölkədə inşaat işləri görülürdü, suvarma
sistemləri təkmilləşdirilmişdir; heyvandarlıq, ticarət, gəmiçilik, sənətkarlıq sahələri
inkişaf
edirdi,
hətta
yeni
suvarma
kanalları
qazılırdı.
Babil cəmiyyətinnin ictimai quruluşu, başqa qədim cəmiyyətlərdə olduğu
kimi quldarlıq olmuşdur. Kölə əməyindən geniş istifadə olunurdu və qul ticarəti
aparılırdı. Kölələr təbəqəsi hərbi dustaqlar və borclarını verə bilməyən adamlardan
ibarət olmuşdur.
Çar Hammurapi həm də tarixdə ilk dəfə olaraq qanunlar məcmuəsi dərc etmişdir. Bu
qanunlar ictimai həyatın bütün sahələrini əhatə edirdi. Orada cinayət hesab olunan
əməllər və onların müqabilində tətbiq olunan cəzalar əks olunmuşdur. Bu məcmuə
gələcəkdə "Çar Hammurapinin qanunları" adlandırılmışdır və daş sütunlar üzərində
həkk olunmuşdur. Bü cür sütunlar bütün ölkə şəhərlərində qurulmuşdur və əhali çar
Hammurapinin qanunları bilirdi. Sütunlardan biri Susa şəhərində tapılmışdır və başqa
dillərə tərcümə olunmuşdur.
Eşnunna şəhər dövlətinin qanunları (Hammurapi qanunları) akkad dilində yazılmış
İlk sənəddir. Eşnunna (indiki Tel abu-Harmal) Diyala çayı hövzəsində yerləşirdi.
Qanunların iki nüsxəsi 1945-1947-cı illərdə İraq arxeoloqu Taha Bəkir tərəfindən
tapılmışdı. Kitabənin zədəli olmasına baxmayaraq, qanunun giriş hissəsi və 60-a
qədər maddəsi qalmışdır. Bir neçə maddə bazar qiymətlərinin və əməyin ödənilməsi
qaydalarını müəyyənləşdirir. Burada ailə və nigah, alqı-satqı, mülk və s. məsələləri
hüquq normasına salan maddələr də vardır. Bir sıra maddələr qulların vəziyyətini və
tam hüquqsuzluğunu əks etdirir. Qullara damğa vururdular, onları satır və girov
qoyurdular. Qul ağanın icazəsi olmadan şəhəri tərk edə bilməzdi. Bu irihəcmli
qanunlar külliyyatı qədim Babilistanda yaradılmışdı. Bu, məşhur Hammurapi
qanunlarıdir. Qanunlar 2,25 metr hündürlüyündə qara bazalt daş üzərinə mixi yazılar
ilə həkk olunmuşdu. E.ə. XII əsrdə Elam hökmdarı I Şutruk-Nahhunti həmin qara
daşı qənimət kimi paytaxtı Suz şəhərinə gətirmişdi. Daşın bir hissəsi Elam
hökmdarının göstərişi ilə qaşınmışdı. O, əməllərini buraya yazdirib öz adını
əbədiləşdirmək istəyirdi. Lakin bizə məlum olmayan səbəbdən bu, baş tutmamışdı.
Beləliklə, 35 maddə məhv edilmışdı. Bu maddələr Hammurapinin məktubları
əsasında bərpa edilmışdı. Onun 55 rəsmi məktubu məlumdur. 1901-cı ildə fransiz
arxeoloji ekspedisiyası Suz qazıntıları zamanı qara daşı aşkar etmışdı. Fransız
assirioloqu V.Şeyl qanunları İlk dəfə tərcümə etmiş və 282 maddəyə bölmüşdür.
Qanunlar giriş, nəticə və maddələrdən ibarətdir. Daşın yuxari hissəsində günəş
allahından (Şamaşdan) qanunları qəbul edən Hammurapi təsvir olunmuşdur.
Maddələrin bir hissəsi (1-5) məhkəmə prosesi Nomlararın müəyyənləşdirir.
Maddələrin əksəriyyəti (6-126) mülki məsələlərin müxtəlif sahələrini əks etdirir. Bir
çox maddə (127-195) ailə, nigah və vərəsəlik hüquq qaydalarına həsr olunmuşdur.
Qalan maddələr (196-282) müxtəlif məsələlərin hüquqi həllini nəzərdə tuturdu.
Hammurapi qanunları digər qədim qanun külliyyatları ilə ümumi oxşar
cəhətlərinə baxmayaraq, daha dəqiq və geniş hazırlanmışdı. Hammurapi qanunları
külliyyatı hüquq və iqtisadi münasıbətlərin müəyyən formalarını qaydaya salmaq
məqsədilə tərtib olunmuşdu. Burada qədim şumer və akkad adət-ənənələri və hüquq
Nomlararı öz əksini tapmışdı, əvvəlki qanunlar müəyyən dərəcədə təkrar olunmuşdu.
Hammurapi qanunları sinfi mahiyyət daşımaqla hakim sinfin mənafeyini müdafiə
edirdi. Buna baxmayaraq, Hammurapi qanunları qədim Şərqin nadir ədəbi və tarixi
abidələri sırasına daxildir.
1. Əgər adam adamın gözünü tökmüşdürsə, onun gözü tökülməlidir. Əgər adam özünə
bərabər adamın dişini vurub çıxarıbsa, onun dişi vurulub çıxarılmalıdır.
2. Əgər oğul atanı vursa, onun barmaqları kəsilməlidir.
3. Adam and altında başqasının üstünə adam öldürən ittihamını yıxıb onu ifşa etməyə
başlasa və bunu sübut edə bilməsə, o zaman ifşa edən öldürülməlidir.
4. Əgər savaşmada biri digərinə xətər yetirsə, bu adam and içməlidir ki, mən onu qəsdən
vurmamışam və həkimin xərcini ödəməlidir.
5. Əgər öküz icarəyə götürüldükdə çöldə onu şir parçalasa, ziyan yalnız sahibin üstündə
qalır. Yox əgər icarəyə götürənin baxımsızlığından, döyməsindən
ölərsə, o,əvəzində sahibinə öküz verməlidir.
1. Əgər bir adamın borcu varsa, o borcun əvəzinə ona uşağı olmuş qul qadın veribsə,
həmin adam müəyyənləşdirilmiş qayda əsasında gümüş və borcunu ödəyib qul qadını
geri ala bilər.
2. Əgər bir adam başqasının yanına əmanət qızıl, gümüş və.s. qoyursa, o, şahidlik
əsasında müqavilə baöladıqdan sonra əmanət qoyma haqqına sahibdir.
3. Əgər bir adamın heç bir şeyi itmədiyi, oğurlanmadığı halda, “mənim filan şeyim itib”
iddiası ilə qonşularını ittiham edərsə, qonşuları andiçmə yolu ilə onu Allah qarşısında
ifşa edirlər və şər atan həmin adam qonşularına iddia etdiyi məbləği ikiqat
ödəməlidir.
4. Əgər qul öz sahibinə “sən mənim sahibim deyilsən” deyərsə, qul sahibi onun yalan
dediyini sübut etməlidir; əgər istəyərsə, qul sahibi bunun cəzası olaraq öz qulunun
qulağını kəsə bilər.
5. Əgər bir adam arvad alıb bu barədə yazılı müqavilə bağlamırsa, onun aldığı qadın
qanuni arvad sayılmır.
6. Əgər bir adam övladı olmayan birinci arvadını boşayırsa, o həmin qadına aldığı
miqdarda gümüş ödəməli, qadının ata evindən gətirdiyi cehizləri də geri
qaytarmalıdır.
7. Əgər uçmuş evdə ev sahibinin oğlu ölərsə, ev sahibi həmin evi tikmiş bənnanın
oğlunu öldürmək haqqına sahibdir.
8. Əgər bir adam atasına münasibətdə miras haqqından məhrum olmağa səbəb bir
günaha yol veribsə, hakimlər ilk dəfə onu bağışlaya bilər.Əgər eyni günah ikinci dəfə
təkrar olunarsa, həmin adam miras haqqından məhrum edilir.
9. Əgər qul hər hansı bir nəfərin üzünə sillə vurubsa, qul sahibi onun qulağını
kəsməlidir.
10.Əgər bir adamın evi yanarsa və o birisi o yanğını söndürməyə gəlib yardım edətkən
ev sahibinin əşyalarına tamah salıb hər hansı bir şey oğurlayarsa, həmin adam oda
atılıb yandırılmalıdır.
11.Əgər şah ordusunda xidmət edən hərbçi şahın əmri əsasında gerçəkləşən hərbi
yürüçdə iştirak etmirsə və ya yürüşə öz əvəzinə muzdlu əsgər göndərirsə, həmin
hərbçi öldürülməlidir, tutduğu muzdlu əsgər onun evini müsadirə edə bilər.
12.Əgər bir adam əkin üçün torpaq icarəyə götürüb orada heç bir şey əkib biçmirsə,
zəruri işi görmədiyi üçün həmin adam ifşa edilməli və torpaq sahibinə öz qonşuları
kimi çörək (məhsul) ödəməlidir.
13.Əgər bir adam başqasına dostluq əsasında gümüş (pul) veribsə, əldə edilmiş gəlir
Allah qarşısında bərabər çəkildə bölünməlidir.
14.Əgər bir adam başqasının azyaşlı uşağını oğurlayarsa,o öldürülməlidir.
15.Qarət və quldurluqla məşğul olan adam tutulursa, ölümə məhkum edilir.
Üzərində çar Hammurapinin qanunları həkk olunmuş sütun.
Hammurapidən sonra ölkə tədricən zəyifləməyə başlamışdır. Daha sonra daxili
çəkişmələr və xarici qüvvələrlə savaşlar başlamışdır. Cənubda elamlılar Şümer
şəhərlərini, şimalda Mitanni dövləti ticarət yollarını ələ keçirərək, Babilə ağır
zərbələr endirmişdirlər. Eyni zamanda kassi tayfaları da ölkəyə basqınlar edirdilər.
Onların başçısı Qandaş 1742-ci ildə Babilə qarşı uğurlu yürüşlər təşkil edə bilmişdi.
Sonda hittilər e.ə. 1595 ildə Babilə qarşı yürüş edərək, şəhəri ələ keçirdilər, şəhərin
baş tanrısı Mərdukun heykəllərini özləri ilə apardılar. Bununla da qədim Babil tarixi
sona çatmışdır.
Orta tarix[
Bundan sonra Babili kassilər idarə edirdi. Lakin onlar zəngin Babil mədəniyyətinin
təsiri altında olmuş, onun mənəvi dəyərlərini mənimsəmiş, tədricən babillilərlə
qarışmışdırlar. Kassi çarı II Aqum hittilərə qarşı yürüş edib, baş tanrı Mərdukun
heykəllərini geriyə qaytarmışdır.
Ancaq kassi hakimiyyəti də tədricən zəyiflədi. Babil öncə Misir, sonra
isə Mitanni və Hitti çarlıqlarından asılı vəziyyətə düşdü. Sonra Assur dövləti gücləndi
və e.ə. XIII əsrdə Babili idarə edən kassi çarlarını məğlub etdi.
Eyni zamanda ölkəyə elamlılar da basqınlar edirdi. Onlar e.ə. XII əsrdə Babil
dövlətinin çox hissəsini işğal edib, kassi çarlarının hakimiyyətinə son qoydular. Sonra
Babil Elam canişinləri tərəfindən idarə olunurdu. Ancaq Babilin bəzi şəhərləri
elamlıların hakimiyyətini qəbul etməyib, elamlılara müqavimət göstərmişdilər. Elama
qarşı azadlıq hərəkatına Babilin qərbində yerləşən İsin şəhərinin başçıları rəhbərlik
edirdilər. Onlardan ən güclüsü çar I Nəbu-Kudurri-Usur (Nəbukadnəzar) (e.ə. 1125-
1103-cü illər) olmuşdur. O elamlılara qalib gələ bilmişdir. Bundan sonra baş şəhər
yenə də Babil olmuşdur.
Daha sonra e.ə. XI-VIII yüzilliklərdə Babilə və bütün Mesopotamiya ərazisinə
Ərəbistandan gəlmiş arami, sonra isə, e. ə. VIII əsrdə, kəldani tayfalarının axını
prosesi baş vermişdi. Onlar da tədricən Babil mədəniyyətini mənimsəmişdirlər.
E.ə. IX əsrdən başlayaraq, Babilistana Assuriya qoşunu hücum etməyə başlamışdır.
Onlar ölkənin şimal hissəsini ələ keçirmişdirlər. E.ə. 744-cü ildə Assur çarı III
Tiqratpalasar Babil şəhərini də ala bilmiş, ancaq Babilin dövlətçiliyinə tam son
qoymamışdır. Bundan sonra ölkə Assuriyaya tabe olan kiçik çarlıq halında varlığını
davam etdirmişdir.
Assuriya çarı II Şarrumken (Sarqon) Babili hakimiyyəti altında saxlaya bilməmiş və
şəhər kəldani tayfa başçısı Mərduk-Apla-İddin tərəfindən istila edilmişdir. Orada o
özünü Babil çarı elan edərək, elamlılarla birlikdə assurlulara qarşı savaşa başladı. E.ə.
720-710-cu illərdə müttəfiqlər üstünlük əldə edə bilmişdirlər. Ancaq sonra, II
Şarrumken Elam goşununa qalib gəlmiş, Mərduk-Apla-İddini isə Babildən qaçmağa
məcbur etmişdir. E.ə. 705-703-cü illər ərzində Mərduk-Apla-İddinа assurlulara qarşı
vuruşmuş, ancaq heç bir uğur əldə edə bilməmişdir.
E.ə. 692-ci ildə babillilər Assuriyaya qarşı üsyana qalxmış, Elam və arami tayfaları
ilə ittifaq bağlamışdırlar. Bir müddət tərəflər arasında qanlı döyüşlər getmişdir. Sonda
Assur çarı Sanheriv (Sinaherib) E.ə. 689-cu ildə Babili işğal edərək, onu darmadağın
etmiş, əhalinin əksəriyyətini öldürmüş, sağ qalanların bir hissəsini isə kölə edib
şəhərdən sürgün etmişdir.
Daha sonra hakimiyyətə gələn çar Esarhaddon Babili bərpa etmiş və sağ qalan
babilliləri yenidən şəhərə qaytarmışdır. Yeni Babil çarı Şamaş-Şum-Ukin əvvəl
Assuriyaya tabe olmuşdur, lakin sonra e.ə. 652-ci ildə Misirlə, Elamla, aramilərlə,
ərəblərlə, kəldanilərlə və Suriya dövlətləri ilə ittifaqa girərək, yenə də Assura qarşı
savaşa başlamışdır. Ancaq bu dəfə də babillilər məğlub oldular. E.ə. 648-ci ildə
Assuriya qoşunu şəhəri ələ keçirib, əhalisinin çox hissəsini məhv etmişdir.
E.ə. 626-cı ildə Assura qarşı daha bir üsyan başlamışdır. Üsyançılara kəldani tayfa
başçısı Nəbu-Apla-Usur (Nəbopalassar) rəhbərlik etmişdir. O, Elamla ittifaqa girərək
Assuriyaya qarşı bir neçə uğurlu yürüş təşkil edə bilmişdir. E.ə. 626-cı ilin sonunda
babillilər onun hakimiyyətini qəbul etdilər. Şəhərə gələn Nabopalasar, özünü çar elan
edərək Yeni Babil dövlətini qurmuşdur. E.ə. 616-cı ildə babillilər Uruk şəhərini ələ
keşirmiş, sonra isə Assur şəhərini mühasirəyə almışdılar, ancaq onları ələ keçirə
bilməmişdilər.
E.ə. 614-cü ildə Assuriyaya qarşı daha bir güclü dövlət - Midiya - savaşa girmişdir.
Midiyalılar Assuriya şəhərini alıb onları əhalisi ilə birlikdə məhv etdilər. Bundan
sonra e.ə. 612-ci ilin bahar aylarında babillilər midiyalılarla ittifaqa girərək, onlarla o
dövrdə Assuriyanın baş şəhəri olan Nəynəvaya (Nineviyaya) qarşı hücuma keçərək
onu mühasirəyə aldılar. Həmən ilin avqust ayında müttəfiqlər Nəynəvanın
müdafiəsini yararaq, şəhəri ələ keçirib, onu əhalisi ilə birlikdə yer üzündən sildilər.
Assur qoşununun bir hissəsi Xərran şəhərinə qaçmış və orada müqaviməti davam
etdirmişdirlər. E.ə. 609-cu ildə Nabopalasar oraya irəliləyərək onları məğlub etmişdir.
Bu zaman Suriya və Fələstin üzərinə Misir qoşunu irəliləmişdir. Fironlar Assuriyanın
süqutundan yararlanmaq və bu əraziləri Misirin tərkibinə qatmaq fikrinə
düşmüşdülər. Bunun qarşısını almaq üçün Nabopalasar Fərat çayının sahilində
yerləşən Qarkəmiş şəhərinə hücum edərək, e.ə. 605-ci ildə orada yerləşmiş misirliləri
darmadağın etmiş, sonra isə Suriya və Fələstini ələ keçirərək, onları öz dəvlətinin
tərkibinə qatmışdır.
Babildə çeşidli elmlər inkişaf etmişdir. Elmi fəaliyyətlə əsasən kahinlər məşğul
olurdu və onlara dini don geydirilirdi. Ən inkişaf etmiş elmlərdən
biri riyaziyyatolmuşdur, çünki hesabat kahinlərə astroloji nəzəriyyələrin qurulması
işinə xidmət edirdi və məbədlərin nəzdindəki məktəblərdə tədris olunurdu. Ancaq
sonra riyazi hasablama həyatın başqa sahələrində (məsələn, suvarma kanallarınin
inşasında, əkin sahələrinin ölçülməsində və s.) də istifadə olunmağa başlamışdır.
Bəzi hallarda Babil riyaziyyatçılarının nailiyyətləri gələcəkdə yaranan yunan elminin
nailiyyətlərindən daha əhəmiyyətli olmuşdur. Məsələn babillilər, yunanlardan fərqli
olaraq, bu gün olduğu kimi, rəqəmlər nə qədər böyük olursa olsun, onların ifadə
edilməsində az simvollarından (və yə hərflərdən) istifadə ediblər
[8]
. Yəni ən böyük
rəqəmlərin yazılışı qısa olmuşdur; bu gün olduğu kimi hər şey eyni rəqəm işarəsinin
harada qoyulmasından asılı olmuşdur (Məsələn, 101 rəqəminin yazılışında 1
rəqəminin hansı yerdə qoyulmasından asılı olaraq fərqli məna alınır. Əvvəldə
qoyulanda yüzü, sonda isə biri ifadə edir). Bu da hesabat aparmaq üçün əlverişli və
rahat olmuşdur. Bu cür hesabat sistemi nə yunanlarda, nə romalılarda olmuşdur.
Romalıların rəqəmləri çox nəhəng və hesablamalar üçün əlverişsiz idi.
Ancaq çağdaş, əsası on rəqəmli olan, hesabat sistemindən fərqli olaraq, babillilərin
hesablamalarının əsasında altmış rəqəmli sistem durmuşdur. Bu sistemdən bəzi
hallarda bu gün də istifadə olunur. Məsələn bir saat 60 dəqiqəyə, dəqiqə isə 60
saniyəyə bölünür. Bundan başqa, dairənin də 360 dərəcədən ibarət olması da
babillilərin ixtirası olmuşdur.
Babil kahinləri düzbucaqlı üçbucaqların xüsusiyyətlərindən istifadə
edərək, planimetrik (həndəsənin səth üzərindəki fiqurlardan bəhs edən elm)
məsələləri həll edirdilər . Beləliklə onlar Pifaqor teoremini yunanlardan bir neçə əsr
öncə həll etmişdirlər. Stereometriya (həndəsənin səthlərin və cisimlərin fəzada
qarşılıqlı vəziyyətlərindən bəhs edən bölməsidir) sahəsində isə onlar kəsik
piramidanın həcmini ölçə bilmişdirlər.
Bundan başqa, Babildə həndəsə elmi yaranmışdır. Onlar bu qün
də riyaziyyatda işlənilən köklərdən də istifadə edirdilər.
Babildə təbabət və kimya elmləri də olmuşdur, ancaq onlar cadugərlik və magiya ilə
bağlı idilər. Orada insan orqanizminin orqanları araşdırılmış və vahid sistem şəklində
təsəvvür edilirdi. Buna görə də Babil təbibləri artıq cərrahiyyə əməliyyatları apara
bilirdilər.
Qədim babillilərin coğrafiya elmi haqqında anlayışları olmuşdur. Britaniya
muzeyində e.ə. 700-500-cü illərə aid olan Babil xəritəsi vardır
[9]
. Xəritənin
mərkəzində Babil yerləşdirilmişdir. Burada Assuriyanın, Elamın və başqa yerlərin
adları da çəkilmişdir, Dəclə və Fərat çayları da göstərilmişdir. Xəritənin mərkəzi
sahəsini dairəvi dəniz əhatə edir. Dəniz dairəsinin üstündə üçbucaqlar şəklində səkkiz
vilayət göstərilmişdir. Xəritənin üstündəki mətn çox yerlərdə pozulmuşdur və buna
görə tam anlaşılmır. Demək olar ki, orada real obyektlərdən başqa mifik varlıqların
da yaşayış yerləri göstərilmişdir. Buna görə də bəzi alimlər hesab edirlər ki, bu xəritə
qismən mifoloji xarakter daşıyır. Babilin və ümumiyyətlə
bütün Mesopotamiyanın elmi və texniki nailiyyətləri bütün dünyada elmin inkişafına
təkan vermişdir. Buraya elm almaq üçün başqa ölkələrin istedadlı insanları gəlirdilər.
Öz vətənlərinə dönəndən sonra, onlar orada öyrəndiyi elmi inkişaf etdirirdilər.
Beləliklə biliklər bütün dünyaya yayılmağa başlamışdır. İlk yunan mütəfəkkirləri də
elmi öyrənmək üçün Babilə gəlirdilər. Ümumiyyətlə ilk yunan filosofları Kiçik Asiya
yarımadasının polislərində (müstəqil şəhərlərində) yaşamışdırlar. Bu polislər isə
Yaxın Şərq ölkələri ilə fəal iqtisadi, ticari, mədəni əlaqələr qurmuşdurlar və onların
həyatının bütün sahələri ilə yaxından tanış idilər
[10]
. Fales, Pifaqor, Platon və başqa
yunan filosofları Yaxın Şərqə səyahətlər edib, buranın elmi ilə tanış olmuşdurlar.
Bundan sonra onlar Yunan polislərində elmi və fəlsəfi məktəblər açmışdırlar. Daha
sonra isə yunan elmi gələcəkdə inkişaf edən müsəlman və müasir Avropa elminin
inkişafına təkan vermişdir.
Bundan başqa, onlar xəstəlikləri sistemləşdirmiş və onları müalicə edən dərmanları
da qələmə almışdırlar.
Məlumdur ki, babillilər heyvan, bitki və daşları qələmə alaraq, onları
sistemləşdirmişdirlər. Filologiya sahəsində də kahinlər uğurlar əldə etmişdirlər. Onlar
həm sami, həm də şumer dillərindən istifadə edərək, ilk dəfə onların qrammatik
quruluşlarını tədqiq etmişdirlər.
Babildə müəyyən dərəcədə tarix elmi də olmuşdur. Təxminən e.ə. 2100-cü ildə
orada "Çarların siyahısı" adlı bir mətn yazılmışdır. Orada çarlığın göydən enməsi və
silsilə şəklində yerdə davam etməsi haqqında məlumat verilir və çarların adları
şəkilir. Göründüyü kimi tarixi məlumatlar da orada mistik xarakter daşıyırdı. Sonra
bu ənənə başqa yerlərdə də davam etdirilmişdir. Çarlıq müqəddəs təsəvvür edilirdi,
gələcəkdə isə onlar Tarının yerdəki nümayəndələri kimi tanınırdılar.
Babildə astrologiya
Mesopotamiyada göy cismlərinə həsr olunan elmlər çox inkişaf etmişdir. Onların
hamısı mistika və dini inanclara bağlanırdılar. Orada bu sahədə olan bilgilər toplanıb,
sistemləşdirilirdi. Qədim astronomlar göy cismlərinin hərəkətlərini diqqətlə müşahidə
edib, onların qanunauyğunluqlarını tapıb, göyün quruluşunu əks etdirən xəritələr
tərtib edirdilər, bunlarla bağlı terminlərin təriflərini verirdilər. O zaman alimlər
əsasən kahinlər olmuşdurlar. Buna görə də onlar göy cismləri ilə bağlı olan elmləri
dini inanclar müstəvisinə keçirib, onların hər bir insanın həyatına və dünya
hadisələrinə təsir etməsini iddia edirdilər.
Kahinlər hesab edirdilər ki, yerdə olan hər bir şey, əslində göylərdə baş verən
hadisələrin əks olunmasıdır. Yəni əslində hər şey səmalarda baş verir, yerdə isə onun
yalnız kölgəsi əks olunur. Gələcəkdə bu fikir yunan filosofu Platonun ideyalar
aləminin olması nəzəriyyəsinin əsasını təşkil etmişdir. Buna görə də kahinlər "həqiqi"
dünyada baş verən hadisələrinin sirrlərini bilmək və onların yerdə əks olunmasını
proqnozlaşdırmaq istəyirdilər. Məhz bunun nəticəsində "astrologiya" adlanan və bu
gün də dəbdə olan mistik elmin əsası qoyulmuşdur. Astrologiyanın
falçılıq, cadu, ovsun və sehrlə də sıx əlaqəsi olmuşdur. Daha sonra bu mistik
elmlər Misirə,Hindistana, İrana, sonra isə onların vasitəsi ilə bütün dünyaya
yayılmışdır.
Quranda (2: 102) da sehrin və cadugərliyin Babildə yaranması haqqında deyilmişdir.
Orada deyilir ki, Harut və Marut adlı iki mələk insanları sehrə öyrəşdirmişdir.
Qədim Mesopotamiyada şumer dövründən başlayaraq, göy gismlərin tanrılaşdırılması
prosesi başlamışdır. İnsanlar onlarla öz inanclarını bağlayıb, ulduz və planetlərin
onların talelərinə təsir etməsinə inanırdılar. Şümer dövründən bizim zamanəmizə
qədər heç bir astroloji mətn çatmamışdır, ancaq onların tanrıları göylə
əlaqələndirilirdilər: An - göy, Nanna - ay, Utu - günəş, İnanna - Venera (Venus)
planetinin tanrıları olmuşdurlar. Onlara ibadət edilirdi və himnlər oxunurdu.
Bu inanclar astrologiyanın yaranması üçün zəmin yaratmışdır, ancaq planetlərin
hərəkətlərinin müşahidələri və bu sahədə biliklərin sistemləşdirilməsi prosesi Qədim
Babildə, e.ə. 2000-1530-cu illər ərzində başlamışdır. Bu gün bizə məlum olan ilk
astroloji mətn o dövrdə yazılmış və Fərat çayının yaxınlığında yerləşən Marişəhərinin
xarabalıqlarında tapılmışdır. Bu gil lövhəsində Asqudum adlı münəccim kahin,
çar Zimrilimə ayın tutulmasının müşahidə etməsini və bunun ona və onun vilayətinə
xeyrli olmasını bildirmişdir. Bu yazıdan məlum olur ki, o dövrdə kahinlər planetlərin
hərəkətlərini izləmiş və bunun əsasında gələcək hadisələri proqnozlaşdırmağa cəhd
etmişdirlər. Orada deyilir: “Rəbbim ‘Zimrilim’ə: Sənin nökərin olan Asqudum sənə
demək istəyir ki, bu ayın 14-cü günü ayın tutulmasını müşahidə etmişdi. Bu şərin
əlamətidir, lakin sənin üçün və sənin ölkən üçün bu əlamət xeyrlidir...”
[11]
Günəşin, ayın, Venus (Venera) planetinin hərəkətləri də izlənilirdi və bunun əsasında
gələcək hadisələr üçün xəbərlər verilirdi.
Bu cür mətnlər çar Aşşurbanipalın kitanxanasında tapılmışdır
[12]
. Onların adını şərti
olaraq "Enuma, Anu, Enlil" (mətnlər bu tanrıların adı ilə başlanır) qoymuşdurlar.
Qədim Babil münəccimləri əsasən ölkənin, çarların, havanın, məhsulun gələcək
aqibətlərinin necə olması haqqında xəbərlərin verilməsi ilə məşğul olmuşdurlar.
Onlar hələ hər bir şəxsiyyətin taleyinə və gələcəyinə dair xəbərlərə o qədər də
əhəmiyyət verməmişdirlər. Sözü gedən gil lövhəsinin bir fraqmentində deyilmişdir:
"“Şabatu ayının 15-ci qünü Venus (Venera) qərbdə gizləndi və göydə üç gün
görsənmədi. Şabatu ayının 18-ci günü isə o yenidən şərqdə görsəndi. Bu çarlar üçün
bədbəxtçilik gətirəcək”
[13]
.
Şumer inanclarından istifadə edərək kahinlər bütün göyü Enuma, Anu və
Enlil (babillilərdə İştar, Sin və Şamaş) tanrılarının sahələri olan üç hissəyə
bölmüşdürlər
[14]
. Bu üçluk və ya triada müqəddəs sayılırdı. Beləliklə, üç rəqəmi
sümer və babillilər üçün müqəddəs sayılırdı. Gələcəkdə də Üç rəqəmi çeşidli
mədəniyyətlərdə (Xristianlıqda olduğu kimi) müqəddəs olmuşdur. İslamda da bəzi
adətlərdə Üç rəqəminin yeri vardır. Örnək üçün ölən adam üşün üç gün ərzində
matəm saxlamaq.
Daha sonra Babil münəccimləri heliaktik doğuşları(planet və ulduzların, günəşin
göyün o yerində yerləşməsi səbəbindən, müvəqqəti gözə görsənməmə müddətindən
sonra ilk səhər doğuşudur), günəşin, ayın doğması və batması proseslərini diqqətlə
müşahidə edib, bu barədə zəngin biliklərə malik olmuşdurlar. Astronomik ölçüləri və
hesabatları düz aparmaq üçün onlar ilk dəfə olaraq astrolabium (astroniomiyada
XVIII əsrə qədər işlədilmiş bucaqları ölçən cihaz) cihazını yaratmışdırlar. Təxminən
e. ə. 700-650-ci illərdə Babildə ilk dəfə olaraq "Mul Apin" (Ulduz kotanı) adlanan
astronomik dərslik yazılmışdır. Burada ilk dəfə olaraq Zodiak bürcləri anlayışına
doğru addımlar atılmışdır və 18 bürc qələmə alınmışdır. Və nəhayət e.ə. VII əsrdən
başlayaraq Babil çarları saray münəccimi vəzifəsini təsis edərək öz işlərini ulduz
falına baxdırandan sonra həyata keçirirdilər. Sonra bu adət başqa yerlərdə də
yayılmışdır.
Yeni Babil dövründə astrologiya elmi daha da inkişaf etmişdir. O dövrdə
artıq qoroskoplar(konkret anda (məsələn uşağın doğumu anında) planet və ulduzların
düzülüşünü əks etdirən cədvəllərdir) tərtib edilməyə başlamışdır. Münəccimlər artıq
onların vasitəsi ilə insanların falına baxırdılar. Qoroskopların tərtibi bu gün də davam
etməkdədir. Ən qədim qoroskoplar Babildə e.ə. V əsrdə tətbiq edilmişdir.
Bununla bərabər Babildə riyaziyyat elmi də inkişaf edirdi, çünki qoroskopların tərtibi
zamanı hesablamalara ehtiyac duyulurdu. Babil qoroskoplarında hər doğulan uşağın
doğum günü, bundan başqa dünyaya gələn anda ayın, günəşin və planetlərin
düzülüşü, yeni çıxan ayın səmada qalması və günəşin doğmasından sonra bütöv ayın
səmada qalmasının müddətləri haqqında məlumatlar verilirdi. Bunların əsasında hər
bir insanın falına baxılırdı. Həmçinin o dövrdə ayın və günəşin tutulması hadisələri
izlənir, bu barədə tarixi məlumatlar astroloji gündəliklərə salınırdı, onlar öncədən
proqnozlaşdırılırdı.
"Mul Apin" lövhələrinin səkkizinci hissəsi "Aya doğru aparan yol" adlanır. Burada
Zodiakın (göy kürəsində əsasən heyvanları simvolizə edən bürclər qurşağıdır. Bu
qurşaq ekliptika (günəşin göy səmasında dairəvi illik yolu) boyu uzanır. Enliliyi
ekliptika boyunca 8 dərəcədir) ilk dəfə olaraq, bu yolda bürclərin qurşağı olması iddia
edilir. Bu bürclər tanrıların rəmzləri kimi düşünulürdü. Təxminən 1000-ci ildə
babillilər ay yolunda 18 bürcün olmasına inanırdılar. Aşağıda onların adları,
tərcüməsi və müasir ekvivalentləri verilmişdir: Daha sonra Babildə Zodiak
bürclərinin sayı 18-dən 12-yə azaldılmlşdır və bundan sonra bu günə qədər
astroloqlar onları bu sayda qəbul etmişdirlər. 12 rəqəmi də Babildə 3 və 7 rəqəmləri
kimi müqəddəs sayılırdı. Bu rəqəm sonra monoteistik dinlərdə də müqəddəs
sayılmağa başlamışdır (İsanın 12 həvarisi, İslamda 12 imam və s.). Araşdırmaçılar
Babil astrologiyasının inkişafını və onunla bağlı sehrin, cadunun və ovsunun
yayılmasını babillilərin göy cismlərinin tanrılaşdırılması ilə əlaqələndirirdilər.
Doğrudan da, onlar planet və ulduzları tanrılar hesab edib, onlara tapınmışdırlar.
Buna görə də onlara ulduzpərəst deyirdilər. Bəziləri isə hesab edirlər ki, babillilər
yalnız simvolik olaraq göy cismlərini tanrılarla əlaqələndirirdilər və o qədər də çox
onlara tapınmırdılar. Lakin bu tapınma nə qədər də simvolik olsa belə, babillilərin
əksəriyyətinin bütpərəst olmaları və astroloji simvolların tanrılarla bağlı olduğu
şübhəsizdir. Bundan əlavə astrologiyanın bütpərəst dinlər və kultlarla əlaqəsi
olduğunun ən güclü dəlili, münəccimlərin kahinlər zümrəsinin nümayəndələrindən
olmasıdır. Onlar astrologiyanı tanrıların iradəsi və istəklərini bilmək üçün yaradıb,
inkişaf etdirmişdilər, göy cismlərini isə simalaşdırıb, onlara tapınırdılar.
Quranda "Sabiilər" adlanan dini icmanın ardıcılları haqqında xəbər var. Təfsirçilərin
bir çoxu hasab edirdilər ki, onlar elə Babil dininin ardıcılları idilər.
Babil mədəniyyəti və dini də, Mesopotamiyanın başqa bölgələrində olduğu
kimi, əsasən qədim Şumer və Akkad mirasından bəhrələnmiş və əksər hallarda onu
təkrarlamışdır. Ancaq babillilər bu mirası daha da inkişaf etdirmiş, başqa Yaxın Şərq
ölkələri və Misir mədəniyyətlərinin inkişafına təsir etmişdirlər. Beləliklə, babillilər
çeşidli elmlər və incəsənət sahəsində daha böyük uğurlar əldə edə bilmişdirlər.
Mesopotamiyanın başqa yerlərində olduğu kimi, Babil dini çox tanrılı (politeist)
olmuşdur. Şümer-akkad tanrılarılarına Babildə də ibadət edirdilər, ancaq orada bu
inanclar bir qədər mürəkkəbləşdirilmişdir. Eyni zamanda Babil əhalisi öz şəhər,
məhəlli, milli, tayfa və ailə tanrı və tanrıcalarına ibadət etmişdirlər. Şümerdə olduğu
kimi Babilin də baş tanrıları - ölən və dirilən təbiət və bitki tanrısı Təmmuz (Dumuzi)
və onun sevgilisi, Venera (Venus) planetinin rəmzi olan, tanrıca İştar (İnanna)
olmuşdurlar. Daha bir baş tanrı - şimşək və yağış tanrısı Adad (sümerlərdə İşkur)
olmuşdur. Günəş və ay tanrıları Şamaş və Sin də tanınmış tanrılar olmuşdurlar.
Ümumiyyətlə, Babildə bir çox tanrılar planet və ulduzlarla əlaqələndirilirdi: savaş və
ölüm tanrısı Nərqal Marsla; müdriklik tanrısı Nəbu Merkuri ilə; uğurlu savaş tanrısı
Ninurta Saturnla, Babil tanrısı Mərduk Yupiterlə.
Yeddi tanrıya - "Şamaş"a, "Mərduk"a, "İştar"a, "Sin"ə, "Nərqal"a, "Ninurta"ya və
"Nəbu"ya özəl sayqı göstərilirdi. Məhz Babildə, bu tanrıların şərəfinə yeddi rəqəmi
planetlərlə əlaqələndirilib müqəddəs sayılırdı. Buna görə də babillilər həftəni yeddi
günə bölmüşdürlər. Sonra bu bölgü bütün dünyaya yayılmışdır. Qədim zamanlardan
XVIII əsrə qədər bəşəriyyətə yalnız 7 planet məlum olmuşdur. Bunlar Günəş, Ay,
Merkuri, Venera, Mars, Yupiter və Saturn olmuşdur. E.ə. I minilliyin ortalarında
yunanların babillilərlə mədəni əlaqələri aktivləşmişdir və bunun nəticəsində
planetlərin ilahələşdirilməsi adəti yunanlara keçmişdir. Onlar da öz tanrılarını
babillilər kimi bu planetlərlə eyniləşdirmişdirlər.
Aşağıda yeddi tanrı, onların qədim simvolları və Babildə, Yunanıstanda, Romada
adları verilmişdir: Bəzi müasir Avropa dillərində, bu günə qədər, həftənin günləri,
qədim babillilərdə, sonra isə yunanlarda və romalılarda olduğu kimi, bu planetlərin
tanrılarının adlarını daşıyır: Mesopotamiya xalqlarının inanclarına görə, tanrılar
dünyanı idarə edirdilər. Ancaq onlar da əbədi qanuna və ya qanunauyğunluğa tabe
olmuşdurlar. Yəni tanrılar dünya hadisələrinin təbii axarına müdaxilə edə bilmirdilər.
Bu qanunauyğunluq hər bir şeydən yüksək və müqəddəs hesab olunurdu.
Mesopotamiyanın müxtəlif yerlərdə tapılmış mətnlərin əsasında, kahinlərin ümumi
dünyagörüçünün nədən ibarət olduğunu təsəvvür etmək mümkündür. Onlar yeri
göyün əksi kimi təsəvvür edirdilər. Kainat isə dünya okeanında üzür. Göylər
müxtəlifdir: yüksək göy Anu tanrısına, orta göy isə Mərduk başda olmaqla igiqlərə
məxsusdur. İgiqlər isə, Şümer-Akkad panteonunun baş tanrıları olmuşdurlar. Hesab
olunurdu ki, onlar kainatın əsasını təşkil edən ünsürlərin təcəssümüdür. Onlardan
yeddisi ən yüksək tanrılar olmuşdurlar: Anu, Enlil, Ea, Sin, Şamaş, Mərduk, İştar.
Onları insanlar görmürlər. Görünən göy ən aşağılarda yerləşir və onun üzərində
ulduzlar vardır. Yerdə olan hər bir şey göylərdə olanların əksidir. Yəni əslində
göylərdə olan şeylər həqiqidir, yerdəkilər isə yalnız onların obrazlarıdır. Buna görə
da, göyləri tədqiq edərək, yerdəki hadisələri anlamaq və proqnozlaşdırmaq olar. Babil
astrologiyası da bunun üçün yaranmış və inkişaf etmişdir. Göründüyü kimi bu cür
fikirlər bir neçə əsr sonra yunan filosofu Platon tərəfindən ifadə edilmişdir. O da
dünyanı ideal aləmin əks olunması kimi təsəvvür edirdi.
Babildə çar hakimiyyəti müqəddəs sayılmışdır. Diri və ölmüş çarlar
tanrılaşdırılmışdır və adi adamlar onları tanrı kimi qəbul etmək və onların "ilahi"
hakimiyyətlərinə tabe olmaq məcburiyyətində qalmışdırlar. Başqa tərəfdən Babil
kahinləri müxtəlif tanrıların kultlarını tətbiq edərək, onların şərəfinə nəhəng məbədlər
(zikkuratlar) inşa edib, cəmiyyətdə dini dünyagörüşü mühitini təmin edərək, insanları
özlərinin psixoloji və mənəvi təsiri altında saxlamışdırlar. Kahinlər zümrəsi çox
nüfuzlu və zəngin olmuşdur. Məbədlərdə külli miqdarda sərvət yığılmış, tanrıların və
tanrılaşdırılmış çarların şərəfinə qurbanlar kəsilirdi. Tanrılara nəzirlərin verilməsi və
qurbanların kəsilməsi hər bir adamın borcu olmuşdur.
Babildə, bütün Mesopotamiyada olduğu kimi, məbədlərin fəaliyyəti ən geniş ictimai
sahələri əhatə edirdi. Torpaq əraziləri, çeşidli iri və xırda buynuzlu heyvan növləri,
kölələr, pul, cavahirat, daşınmaz əmlak və s. onların mülkiyyətində olmuşdur.
Kahinlər uzaq və yaxın ölkələrlə karvan və dəniz ticarəti; çeşidli maliyyə
əməliyyatları; daşınmaz əmlak alverini aparıb və mülkiyyətlərində olan evləri və
bağları icarəyə verirdilər. Bundan başqa, onlar sələmçiliklə də məşğul olurdular.
Məbədlərin nəzrində emalatxanalar da fəaliyyət göstərirdilər. Eyni zamanda,
məbədlər mədəniyyət və maarif mərkəzləri olmuşdurlar. Orada kitabxanalar və
məktəblər fəaliyyət göstərirdi. Beləliklə bütün bunlardan əldə edilmiş böyük sərvətlər
kahinlərin həddən artıq zəngin və varlı sinfə çevrilməsinin əsasını təşkil etmişdir.
Səmalarda olan tanrılar, tanrılaşdırılmış çarlar və qəhramanlardan başqa qədim
babillilər müxtəlif ruhlara inanırdılar. Onların çoxu yerdə, havada və suda yaşayan
şər ruhlar olmuşdur. Bu şər ruhlar bədbəxtçiliyin və xəstəliklərin təcəssümü kimi
təsəvvür edilirdilər. Onlarla "mübarizə" aparmaq üçün kahinlər müxtəlif dualar tərtib
edib, əhali arasında yayırdılar. Şər qüvvələrdən biri Lamaştu adlandırılan aslan başlı
qadın olmuşdur
[15]
. Babillilərin inanclarına görə, o, yeraltı dünyadan yuxarı qalxaraq
bədbəxtçiliklər gətirirdi. Şərdən "qorunmanın" başqa yolu gözmuncuqlarının tətbiq
edilməsi olmuşdur. Eyni zamanda kahinlər xəstəliklərə qarşı da dualar tərtib edərək
insanların onların vasitəsi ilə şəfa tapa bilməsini iddia edirdilər. Bütün bu adətlər
müxtəlif xalqlar arasında bu günə qədər qalmaqdadır.
Babildə falçılıq çox dəbdə olmuşdur. Bu işlə "baru" adlanan kahinlər məşğul
olurdular. Onlar fala yuxu yozmaları, su üzərində olan yağ ləkələri, quşların uçuşu,
heyvanların hərəkəti əsasında baxırdılar.
Ən çox bütlər şərəfinə kəsilmiş heyvanların iç orqanları, xüsusən qaraciyərləri,
üzərində fala baxılırdı. Gələcəkdə Babil falının bütün növrəri başqa xalqların arasında
da yayılmağa başlamışdır. Yunanlar bu fal növlərini mantika adlandıraraq, onlardan
geniş istifadə edirdilər. Bizim zamanəmizdə də bütün bu cür fal növləri və texnikaları
qalmaqdadır.
Babilin simvolu, himayəçisi və ən ulu tanrısı Mərduk olmuşdur. Əslində bu Babil
tanrısının obrazı şümerlərin Enlil (və ya Bel) tanrısının obrazı ilə qarışdırılmışdır və
ona çox vaxt Bel-Mərduk deyilirdi. Onun haqqında "Enuma Eliş" əsatirində rəvayət
edilmişdir. Babil başqa regionları özünə tabe etdirmişdirsə, deməli, qədim babillilərin
fikrincə, onların baş tanrısı başqa xalqların və məntəqələrin tanrılarından daha güclü
olmuşdur. Savaşlar zamanı məğlub olan tərəfinin tənrıları da məğlub edilmiş hesab
edilirdi; onların məbədləri dağıdılıb, yandırılırdı; bütlərini isə, bəzən, qalib tərəf hərbi
qənimət kimi ələ keçirirdi. Barış bağlanırdısa bu bütlər müəyyən şərtlərlə məğlub
olunmuş tərəfə geriyə qaytarıla da bilərdi. Ümumiyyətlə bu cür "məntiqi" qədim
zamanlardan başlayaraq, bütün rəqabət aparan və savaşan tərəflər tətbiq etmişdir və
etməkdə davam edir. Qalib tərəf məğlub edilmişlərin kilsələrini, məscidlərini, mədəni
və mənəvi sərvətlərini məhv edərək, öz dəyərlərinin, dinlərinin daha güclü olmasını
nümayiş etdirir. Minilliklər keçməsinə, monoteist dinlərin bərqərar olmasına
baxmayaraq, bu psixologiya günümüzdə də qalmaqda davam edir. Buna misal kimi
XX əsrin sonundaQarabağ, Bosniya, Kosovo və başqa münaqişələri gətirmək olar.
Qədim Babil möhüründə təsvir olunmuş baş tanrı Mərduk
Tarixin müəyyən dövrlərində bəzi çarlar və kahinlər çoxtanrılıqdan qurtarıb, bir
tanrıya tapınmağa üstünlük vermişdirlər. Bunun səbəbi ilk növbədə siyasətlə bağlı
olmuşdur. Məsələ burasındadır ki, dini dünyagörüşünün hakim ideya olduğu
zamanlar, bəzi hallarda, çoxtanrılı panteonlar ölkələnin birliyinə mane olub, xalqın
arasında vahid ideologiyanın yaranmasına imkan vermirdi. Bütün bunlar ölkərərin və
hökmdarların bir qədər zəifləməsi zamanı daha da çox duyulurdu. Buna görə bəzi
hallarda problemi həll etmək üçün mövcud olan tanrılardan birini seçib, ona daha da
çox tapınmaga üstünlük verilirdi. Bu halda başqa tanrıların olması inkar edilmirdi.
Lakin onlardan birinə tapınmanın daha əlverişli olması təbliğ edilirdi. Buna elmi
dildə monolatriya deyilir.
Babildə də müəyyən dövrlərdə monolatriyanın tətbiq edilməsinə cəhdlər olunmuşdur.
Şəhərin baş tanrısı Mərduk tapınmağa layiq yeganə tanrı elan edilirdi. Başqa
tanrıların mövcud olması isə, Mərdukun başqa təzəhürləri və ifadə olunması kimi
izah edilirdi. Yəni, məsələn, hansısa tayfa və ya ailə tanrılarının mövcudluğu əslində
Mərdukun başqa adla, forma ilə, rəvayətlə ifadə edilməsi kimi izah edilirdi. Bu
təzahürlərə tapınmaqdansa, Mərdukun özünə tapınmaq daha məqsədəuyğun və xeyrli
hesab olunurdu.
Bəzən isə, hansısa baş tanrının kahinləri o qədər çox nüfuza malik olmuşdurlar ki,
artıq çarların işlərinə qarışıb, onları hətta devirə də bilərdilər. Bu halda çarlar onlarla
hesablaşmaq məcburiyyətində qalırdılar. Bu cür hallar dünyəvi və dini hakimiyyətin
bir-biri ilə çarpışmasına gətirib çıxarırdı. Gələcəkdə də bu problem papaz-kral, xəlifə-
sultan (imam-sultan) münasibətləri kimi təzahür olurdu və bu gün də olmaqdadır.
Dini xadimlər cəmiyyətdə mənəviyyat problemlərini əsas gətirərək öz nüfuzlarını,
iqtisadi və siyasi rollarını artırmağa cəhd edirlər. Dünyəvi hakimiyyət, iş adamları,
iqtisadi, siyasi və ticarət elitaları isə bunun qarşısının alınmasında maraqlı olurlar.
Babildə çarlar və ticarət elitaları, bu gün olduğu kimi, dini zümrələrin həddən çox
artmış nüfuzuna qarşı çarpışaraq müxtəlif vasitələrdən istifadə edirdilər. Bu
vasitələrdən biri bir monolatriyanı başqası ilə əvəz edilməsi olmuşdur. Belə ki,
kahinlərə qarşı çarpışmış Babilin sonuncu çarı Nabonidus dini islahatçılıq siyasətini
aparmış və ənənəvi Mərduk kultunu ay tanrısı Sinin kultu ilə əvəz etməyə çalışmışdır.
Lakin bu islahat uğursuz başa çatmışdır. Babil kahinləri Nabonidusun siyasətinə
etiraz edərək ona qarşı güclü müxalifət yarada bilmişdirlər. Onlar Babul dövlətini
zəiflətmiş, onun İran imperiyası tərəfindən istila edilməsi üçün zəmin yaratmışdır və
hətta bu barədə iranlılarla gizli danışıqlar aparmışdırlar. Əvəzində İran şahları onlara
Mərduk kultunun qorunması və onların nüfuzlarının saxlanılmasını vəd etmişdirlər.
Beləliklə Nabonidusun dini islahat cəhdi uğursuzluqla nəticələnmiş və sonda Babil
imperiyasının mövcudluğuna son qoyulmuşdur.
Dostları ilə paylaş: |