Qədim Misir Plan


Qədim İkiçayarası Mesopotamiya



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix30.12.2021
ölçüsü0,8 Mb.
#49471
1   2   3   4   5   6   7   8   9   10   ...   22
qədim dünya tarixi

                                      Qədim İkiçayarası Mesopotamiya
Plan:
1. Mesopotamiyada sinifli cəmiyyətin yaranması.
2. Şumerlər və onların  məskunlaşması
     İkiçayarası əraziləri ən qədim insan məskənlərindən olub, insan sivilizasiyasının
mərkəzi sayılır. Ərazinin cənub hissəsi bataqlıqlardan ibarət olmuş, neolit dövründə -
bataqlıqlar   quruduqdan   sonra   əhali   bu   yerlərə   köçmüşdür.   Nisbətən   yuxarılarda
məskunlaşma   daha   əvvəllər   baş   vermişdir.   İngilis   alimləri   S.Lloyd   və   Q.Çayldın
fikrincə,   bu   yerlərdə   turanlılar   çox   qədim   dövrlərdən   məskən   salmış,   qonşuların
həsəd apardığı yüksək mədəniyyət yaratmışlar: «Turanlılar təxminən on-on iki min il
bundan   qabaq   səfalı   Dəclə-Fərat   çayları   hövzəsində   məskən   salıb,   ətraflarında
yaşayan   saysız-hesabsız   vəhşi   tayfaların   heyrətli   nəzərləri   altında   dünya
sivilizasiyasının yəhərini aldılar. Dünyada ulu bir mədəniyyətin məş’əli alışdı. Bu
işıq ehtiyacı daxildən gəlirdi. Və çox çəkmədi ki, qoca Asiyanın münbit torpaqlı hər
guşəsində «işıq adaları» şö’lələndi...» (6; 16) 
İndiki Kərkük yaxınlığında - Kalat-Carmoda aşkar edilmiş insan məskəni e.ə.VII-VI
minilliklərə aiddir. Dəclə çayının orta axarında müəyyən edilmiş e.ə.VI minilliyə aid
Samarra   mədəniyyəti   İkiçayarasının   mədəni-iqtisadi   inkişafının   təməli   sayılır.
Samarra sakinlərinin şumerəqədərki etnos olduğu və şərti olaraq «protodəclə», yaxud
«banan» dilində danışdıqları qeyd edilir. (8;17) «Bə’zən protodəclə dili «banan dili»
adlandırılır ki, bu da həmin dil üçün səciyyəvi olan quruluşla bağlıdır - xeyli xüsusi
ad ingilis dili «banan» sözünü xatırladır: Bunene, Kubaba, Zababa, Bilulu və s.» (8;6)
İ.T.Kaneva   göstərir   ki,   şumerlər   mərkəzi   və   cənubi   İkiçayarasının   ilk   sakinləri
olmamışlar. Şumer mətnlərində toplanmış toponimlərin və digər xüsusi adların təhlili
həmin ərazidə şumerlərdən əvvəl «protofərat» və «protodəclə» adlandırılan iki dil


layı haqqında fikir yürütməyə imkan verir. Protofərat leksik layı son dərəcə ümidsiz
bərpa olunduğu halda, protodəclə aydın təsəvvür olunur. 
      Cənubi   İkiçayarasında   Ubeyd   kəndi   yaxınlığında   e.ə.V   minilliyin   sonu,   IV
minilliyə   aid   Ubeyd   mədəniyyəti   müəyyən   edilmişdir.   Bunlardan   da   cənubda,
qurumuş   bataqlıqlar   ərazisində   «Hacı   Məhəmməd»   adı   ilə   tanınan   mədəniyyət
abidələri aşkar edilmişdir. Bu, Ubeyd mədəniyyətindən iki min il əvvələ aiddir. Hacı
Məhəmməd və Ubeyd sakinləri Şumerin ilk əkinçiləri hesab olunur. Bu mədəniyyətin
yaradıcılarını protoşumerlər adlandırırlar. Ubeyd sakinlərinin tədricən şimala doğru
yayıldığı fərz edilir. E.ə. IV minilliyin ikinci yarısını Uruk mədəniyyəti təmsil edir.
Bu yerlərdə ibtidai icma quruluşunun dağılması, nəsli quruluşdan patriarxal ailəyə və
kənd   icmasına,   qəbilədən   (və   ya   qəbilələr   ittifaqından)   dövlətə   keçilməsi   e.ə.   IV
minilliyin   əvvəlindən   özünü   göstərməyə   başlamışdır.   İlk   sinifli   cəmiyyət   IV
minilliyin sonlarında Şumerdə  və Elamda yaranmış,  III minillikdə yüksək  inkişaf
səviyyəsinə çatmışdır.
      Şumerlərin   ilk   dövləti   Dəclə   və   Fərat   çaylarının   cənub   axarı   arasında   əmələ
gəlmişdir.   O   vaxtlar   bu   çaylar   ayrı-ayrılıqda   İran   körfəzinə   axırmış.   Çayların
arasındakı   düzənliyə   yunanlar   Mesopotamiya   demişlər.   Bu   söz   yunan   dilində
«ikiçayarası»   deməkdir.   Rus   dilindəki   Mejdureçğe,   Dvureçğe   sözləri   də   eyni
mə’nadadır. Ərəblər isə eyni mə’nalı Beyn əl.Nəhreyn sözünü işlədirlər. 
«E.ə. III minillikdə ölkənin cənubunda (Nippurdan cənuba - Şuruppana qədər) və bu
mərkəzdən şimala doğru fərqli vəziyyət mövcud idi. Nippur və Şuruppandan cənubda
XXIV-XXIII   əsrlərə   qədər   sami   xüsusi   adlarına   praktik   olaraq   təsadüf   olunmur,
şimalda isə belə adlar əvvəldən yayılmışdı və zaman keçdikcə onların sayı artırdı.
Ölkənin   şimal   hissəsi   şumer   dilində   Ki-Uri,   akkad   dilində   isə   əvvəlcə   Varum,
sonralar e.ə.XXIV əsrdə Sarqon Qədim tərəfindən əsası qoyulmuş paytaxt şəhərinin
adı ilə Akkad adlanırdı. Mərkəzi, sonra isə cənub hissəsi o zaman Şumer adlanmağa
başlamışdı; daha əvvəllər isə bütün şumerdilli ərazilər sadəcə olaraq Kalam - ‘Ölkə’
idi».   Əhalinin   özünüadlandırması   yox   idi,   «Ur   adamı»,   «Uruk   adamı»,   «Laqaş
adamı» və s. deyilirdi. Dil fərqindən asılı olmayaraq, İkiçayarasının əhalisi qarabaşlar
adlanırdı (sag-giga) (g=yumşaq q), samidillilər də özlərini belə adlandırırdılar (salmat
kakkadim )». (9; 36) ‘Ölkə, yaşayış yeri’ mə’nasında Kalam sözü sami dillərindəki
qəl’ə formasından tam fərqli olaraq xalis türk formasıdır.
       Dəclə çayını şumerlər İligna, akkadlar İliklat, Fərat çayını şumerlər Buranun,
akkadlar Purattu adlandırırdılar.(7;44) Şumer dövründə bu ərazidə Larsa, İsin, Laqaş,
Umma, Der, Kutu, Kiş, Nippur, Puzriş-Daqan şəhərləri əmələ gəlmişdi.
Şumer adına (şu-me-ru-u) ilk dəfə Rimuşun vaxtında (e.ə. XXIII əsr) təsadüf edildiyi
göstərilir.(8; 8) «Şumer» sözünün Assur hökmdarı Aşurbanipalın dövrünə aid mixi
yazılarda   işləndiyi   də   qeyd   edilir.   Bu   yazılardan   birində   «gizli   Şumer   sənədləri»
barədə mə’lumat verilir.
              Şumerlərin   yerləşdiyi   Şimali   Mesopotamiya   vilayətlərini   akkadlar   Suber
adlandırırmış. Bir ağlabatan mülahizəyə görə, Suber (Şumer) - sub və yer sözlərindən
olub,   ‘sulu   yer’   mə’nasındadır.   Sonralar   görəcəyik   ki,   böyük   Hun   imperiyasının
tə’siri   ilə   VI   əsrdə   Azərbaycana   gələn   və   türk   tayfaları   arasında   böyük   fəallıq
göstərən Savarlar bu Subirlər - şumerlərdir. 


Qədim   sanskrit-buddistlər   Sumer   ölkəsini   (sanskritdə   sumeru)   insan
məskunlaşmasının mərkəzi saymışlar. (10; 513)
Şumerlər   öz   dillərini   eme-gir   (KU   )   adlandırırmışlar;   eme   -   dil   deməkdir,   kir
hissəsinin   mə’nası   dəqiq   müəyyən   edilməmişdir.   İ.T.Kanevanın   fikrincə,   bu   söz
‘blaqorodnıy’ (nəcib, alicənab) mə’nasında ola bilər. (8; 8).
Şumerlər   Eredu   şəhərini   özlərinin   ən   qədim   məskəni,   fars   körfəzindəki   Dilmun
adasını isə bəşəriyyətin yarandığı mərkəz hesab etmişlər. (8; 6)
Qədim şumer yazılı mənbələri e.ə.IV-III minilliklərə aid edilir. E.ə. 2000-ci ildən
canlı   şumer   dilinin   sıradan   çıxdığı,   bu   dilin   yalnız   elmi   və   dini   kitab   dili   kimi
işləndiyi göstərilir. 
     Antik mənbələrdə şumerlər haqqında heç bir mə’lumat yoxdur. XIX əsrdə şumer
yazıları   oxunduqdan   sonra   şumerləri   Bibliyadakı   Şin’ər   ilə   əlaqələndirməyə
başlamışlar. (8; 7)
Araşdırmalar   nəticəsində   tarixçilər   bu   qənaətə   gəlmişlər   ki,   Şumer   sülalələrinin
hakimiyyət   müddəti   cəmi   500-700   ilə   bərabər   olmuşdur.   Hökmdar   hakimiyyəti
Şumerlərdə   e.ə.   IV   minilliyin   sonlarında   yaranmışdı.   Lakin   III   minilliyin
əvvəllərindən   hökmdar   hakimiyyəti   barədə   daha   aydın   faktlar   mövcuddur.   Şumer
ərazilərindəki   dövlətlər   tarixçilər   tərəfindən   «erkən   sülalələr»   adlandırılır.   Erkən
sülalələr dövrü e.ə.XXVIII-XXIV əsrləri əhatə edir. 
İlk  Şumer  dövlətləri  ayrı-ayrı  şəhər  dövlətləri  şəklində  olmuşdur.  XXVIII-XXVII
əsrlərdə   Kiş   şəhər   dövləti   üstünlük   təşkil   etmişdir.   Kiş   sülaləsinin   ilk   hökmdarı
əfsanəvi Etana idi. Kişlə paralel və ondan bir qədər sonra Uruk şəhər dövləti yüksəlir.
Uruk sülaləsinin görkəmli hökmdarları En-Merkar, Luqalbanda və Gilqameş idi. En-
Merkarın Azərbaycan Aratta ölkəsi ilə sıx əlaqəsi olmuşdur.
İkinci   Şumer   sülaləsi   dövrü   e.ə.   XXVII-XXVI   əsrləri   əhatə   edir.   Bu   dövrdə
İkiçayarasının birləşdirilməsi uğrunda mübarizə gedir. Kiş hökmdarı Aka ilə Uruk
hökmdarı Gilqameşin münasibətləri pozulur. Akanın Uruk üzərinə yürüşü boşa çıxır.
Bu   zaman   Ur   şəhər   dövləti   güclənməyə   başlayır.   Ur   hökmdarı   Mesanepada   Kiş
şəhərini   zəbt   edir   və   Akanı   hakimiyyətdən   salır.   Ur   hökmdarları   bütün   Şumer
üzərində   ağalıq   iddiasına   düşür   və   özlərini   «Kainatın   hökmdarı»   adlandırmağa
başlayırlar.
    Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri
yüksəlməyə   başlayır.   Laqaş   dövlətinin   banisi   Urnanşe   idi.   Urnanşenin   nəvəsi
Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra
şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də,
əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür (7-9
il).   Ali   hakimiyyət   Uruinimkinanın   əlinə   keçir.   O,   əvvəlcə   özünü   ensi   (kahin-
hökmdar), sonra luqal (hökmdar) adlandırır. (7; 72-76) 
Şumer   ərazisində   tədricən   Umma   şəhər   dövləti   güclənir.   Umma   hökmdarı
Luqalzaqqesi   (e.ə.   2312-2287)   əvvəlcə   Uruk,   sonra   Laqaş   şəhərini   tutur,   Uruk
şəhərini özünə paytaxt seçir. Ur, Larsa, Kiş, Nippur şəhərlərini də işğal edir. Bütün
Şumer Luqalzaqqesinin hakimiyyəti altında birləşir. 
      Şumerlər   bu   yerlərə   gəlmə   xalq   hesab   olunur.   Arxeoloji   qazıntılar   vasitəsilə
tapılmış kişi və qadın təsvirləri şumerlərin Aralıq dənizi və Qafqaz irqinə mənsub
olduğunu göstərir. Onlar bığ və saqqal saxlamırmışlar. Şumerlərin Kiçik Asiyadan,


Ön  Qafqazdan,  Şimali  İran  ərazisindən   və başqa   yerlərdən  gəldiyi ehtimal  edilir.
Bunların hamısı indiki Azərbaycanla bağlı ərazilərdir. Əksər alimlərin qəti qənaəti
bundan ibarətdir ki, şumerlər İkiçayarasının şimal-şərqindən - Zaqroş dağlarından,
qədim   Azərbaycan   torpaqlarından   Mesopotamiyaya   enmişlər:«Zaqroş   dağlarının
dağətəyi   əkinçi-maldar  tayfaları  yeni   torpaq   və  otlaqlar   axtarışı   ilə   qərbə  hərəkət
edərək   bütün   Şimali   Mesopotamiyaya   yayılırlar.   Yeni   yerlərdə   atmosfer
yağıntılarının azlığı onları ilkin sün’i suvarma təcrübəsinə məcbur etmişdir». (1; 115)
     .Q.Reder və E.A.Çerkasova sonrakı inkişafla əlaqədar bu fikri dərinləşdirərkən
şumerlərin   tarixən   Zaqroş   ərazisinin   sakinləri   olduqlarını,   oradan   aşağılara
endiklərini,   onların   Vətəndə   (Zaqroş   ərazisində)   qalanlardan   əlverişli   məkanla
əlaqədar daha sür’ətlə inkişaf etdiklərini söyləmişlər: «Bizim e.ə.VI minilliyin sonuna
yaxın əkinçi və maldar tayfalar Aşağı Mesopotamiyanı mənimsəyirlər. Bu ərazidə
sün’i   suvarmaya   keçilməsi   nəticəsində   iqtisadi   inkişaf   daha   sür’ətli   addımlarla
irəliləyir.   Suvarma   əkinçiliyinin   meydana   çıxması   ona   səbəb   oldu   ki,   ibtidai
cəmiyyətin   dağılması,   quldarlıq   quruluşunun   yaranması   istehsal   təsərrüfatının   ən
qədim ocaqlarında (Zaqros dağlarında, Mesopotamiyadan şimal və şərq rayonlarında)
deyil, Dəclə və Fəratın məhsuldar düzlərində baş verdi». (1; 115)
       Göründüyü kimi, qədim dünya tarixinin tədqiqatçıları Zaqroş ərazisini, sonralar
Şumerdən   geri   qalsa   da,   «istehsal   təsərrüfatının   ən   qədim   ocağı»   adlandırmışlar.
Sonralar görəcəyimiz kimi, mağların fəaliyyəti də qədim Azərbaycan ərazisinin ətraf
aləmdən daha qədim mədəniyyəti ilə seçildiyini sübut edir. Müəlliflər yenə yazırlar:
«İkiçayarasının əhalisi etnik cəhətdən yekcins deyildi. Ölkənin məskunlaşması iki
tərəfdən getmişdir. Şərqdən Dəclə və Fərat sahillərinə bu və ya digər bir dil ailəsinə
aid edilməsi çətin olan bir dildə danışan şumerlər enmişlər, qərbdən və şimal-qərbdən
Mesopotamiyaya sami tayfaları - akkadlar sıxlaşmışdır. Onların (sami tayfalarının -
Q.K.) vətəni bütün faktlara əsasən Ərəbistan yarımadası və Şimali Afrika idi...» (1;
116-117)
Deməli, İkiçayarasına şərqdən və şimal-şərqdən şumerlər gəlib, qərbdən və şimal-
qərbdən samilər gəlib. Qədimdə şərqdə və şimal-şərqdə türklər yaşayıb, qərbdə və
şimal-qərbdə samilər. Bu vəziyyət olduğu kimi indi də davam etməkdədir. Lakin
qədim akkadların samilər olduğunu hamı qəbul edir, qədim şumerlərin türk olduğuna
şübhə edirlər. Bu hal təbii-tarixi prosesin siyasi mövqedən inkarından başqa bir şey
deyildir. 
         Əvvəllər mağ sənəti kütləvi xarakter daşısa da (maq tayfa üzvləri arasında),
sonralar   tədricən   mağ   sehr,   cadu   və   duaları   mürəkkəbləşmiş,   yalnız   kahinlər
tərəfindən   istifadə   olunmuşdur.   Kahinlər   isə   nəsli   cəmiyyətin   başçısı   kimi   en
adlanmış,   sonralar   kahin-hökmdara   -   ensi’yə   çevrilmişlər.   Deməli,   şumerlər   hələ
Zaqroş   dağlarından   gəlməmiş,   magiyaya   bələd   olmuş,   təsərrüfat   inkişaf   etdikcə
qəbilə başçısı kahinə və hökmdara (en-ensi) çevrilmişdir. Əlaqəni təsdiq edən mühüm
cəhət  budur ki,  şumer başçıları  kimi, Azərbaycan  ərazisində   güclü bir tayfa olan
mağların tayfa başçısı da ensi adlanmışdır. 
Şumerlər köçüb gəldikləri ərazi ilə əlaqələrini sonralar da kəsməmiş, tikinti şeylərini,
xüsusilə meşə materiallarını İkiçayarasına gəldikləri dağlardan gətirməli olmuşlar. 
          İkiçayarasında   yeni   gəlmələrlə   birlikdə   Uruk   və   Cəmdət-Nəsr   mədəniyyəti
yaradılmışdır. Uruk mədəniyyəti Ubeyddən xeyli fərqlənirdi. Əvvəl qabları qırmızı,


qara və boz rənglə rəngləyirdilər. Uruk boz rəngli qablarına keçid bu yerlərə yeni
etnosların   gəlişi   ilə   əlaqələndirilir.   B.Brentyes   yeni   etnosların   Urmiya   gölu
hövzəsindən   (Cənubi   Azərbaycandan)   gəldiyini   qeyd   etmişdir.   (7;   47-48)   Şumer-
Akkad  mənbələrinə  hamıdan çox  bələd  olan A.Leo Oppenheym  də  onların şimal
dağlarından   -   Babilistanın   şərqində   yerləşən   Zaqroş   dağlarından,   indiki   Cənubi
Azərbaycan ərazilərindən enib gəldiyini və özləri ilə orada işlənən dillərdən birini
gətirdiklərini   qeyd   etmişdir:   «Şumer   dilinin   yeri   linqvistik   sistemdə   hələ
müəyyənləşdirilməyib.   Ola   bilər,   bu   dil   tarixəqədərki   dövrdə   dağlardan   (Zaqroş
dağları   nəzərdə   tutulur   -   Q.K.)  Aşağı  Mesopotamiyaya  enən  xalqların  danışdığı
dillərdən biri olmuşdur». (11; 48)
               Bə’zi  mənbələrdə  akkad  dilinin  şumer  dilini  sıxışdırdığı  göstərilir:   «...II
minilliyin  əvvəlində  sami  dili  şumerlərin  qədim  dilini  tədricən  sıxışdırmış,  bütün
ölkədə  canlı  istifadədən  çıxarmışdı, şumer  dili  yalnız  din  və  elm  dili  kimi  ölü  dil
olaraq qalmışdı». (24; 98)
       Şumer dilinin ölü dilə çevrildiyini iddia etmək doğru deyildir. Şumerşünasların
əksəriyyəti şumerlərin İkiçayarasına gəlmə olduqlarını qeyd etdikləri kimi, akkadların
hücumundan sonra onların İkiçayarasını tərk etdiklərini də göstərmişlər. Şumer dili,
şumer  mədəniyyəti  o  qədər  güclü  olmuşdur  ki,  onlar  İkiçayarasını  tərk  etdikdən  iki
min  il  sonraya  qədər  onların  dili  həmin  ərazidə  elm  və  din  dili  kimi  işlənməli
olmuşdur.  Mesopotamiyada  bu  dilin  canlı  dil  kimi  tədricən  sıradan  çıxdığını  iddia
etmək  olar.  Lakin  şumerlər  hara  getmişlərsə, öz  dillərini  də özləri  ilə  aparmış  və
yaşatmışlar: Şumer ədəbiyyat və mədəniyyətinin qədim Azərbaycan mədəniyyəti ilə
üzvi  əlaqəsini  ortaya  çıxarmaqda  xüsusi  rolu  olan  E.Əlibəyzadə  də   şumerlərin
məğlubiyyətdən  sonra  İkiçayarasını  elliklə  tərk  etdiklərini  yazmışdır:   «Şumerlər
Babilistandan çəkilib getdikdən sonra belə, şumer dili «elm» dili idi, «müqəddəs din»
və «ədəbiyyat dili» olaraq qalırdı.. Şumerlər Dəclə-Fəratı elliklə tərk etdikdən sonra
belə, şumer dili Babilistanda din, elm və mədəniyyət dili sayılmışdı». (15; 60,61) 
      Şumerlərin İkiçayarasını tərk etdikdən sonra hansı əraziyə üz tutduqları, harada
məskunlaşdıqları barədə də müxtəlif fikirlər vardır. E.Əlibəyzadə yazır: «Akkadlarla
müharibədə  məğlubiyyətdən  sonra,  görünür,   şumerlərin  tarixi  yeni  səmtə  yön
almışdır. Onlar yenidən, bir neçə min il sonra doğma «Ulubaba yurduna» - Mərkəzi
Asiyanın  dərinliklərinə  və  onun  üstündən  keçib  Yaxın  Şərqə çəkilmiş, öz  «əcdad»
torpaqlarına  qayıtmışlar.  Bu  fikri  Çindən  ta  Qara  dənizədək  əldə  edilən  zəngin
maddi-mədəniyyətin Şumer mədəniyyəti ilə bir kökə, ana telə bağlı olduğu da təsdiq
edir»... (15;65)  Bu  fikirlərdə  mübahisəli  cəhətlər  də  vardır.  Burada  «Yaxın  Şərq»
sözləri,  yəqin  ki,  mexaniki  işlənmiş,  yaxud  da  müəllif  şumerlərin  yenidən  Yaxın
Şərqə - Ön Asiyaya qayıtdığını demək istəmişdir. Müəllif Mərkəzi Asiyanı ona görə
şumerlərin ata-baba yurdu sayır ki, bir çox başqaları kimi, o da Altayı türklərin beşiyi
hesab edir. Onu da qeyd etməliyik ki, şumerlər İkiçayarasını elliklə tərk etməmişlər.
Bir qədər şərqdə Kərkük, Ərbil əhalisi onların varisləridir.
Müəllif düzgün qeyd edir ki, akkadların gəlişindən sonra bir xalqın başqası tərəfindən
fiziki məhvi baş verməyib. Lakin şumer dilinin akkad dili tərəfindən məhv edilməsi
fikri doğru deyil. Eyni zamanda sonrakı babilliləri dillərini dəyişmiş şumerlər hesab
etmək daha yanlış fikirdir. Ola bilər ki, həqiqətən əlsiz-ayaqsız şumerlərdən Babildə
qalanlar  tədricən  dillərini  dəyişib  bu  xalqa  qarışmışlar,  lakin  yüksək  mədəniyyət


yaratmış şumerlər  akkadların  tabeliyi  altında  özlərini  məhv  edə  bilməzdilər  və  heç
şübhə yoxdur ki, onlar istilaçıların hakimiyyətinə dözməyərək şərqə, İran yaylasının
şimal-qərbinə, Azərbaycan ərazilərinə - İkiçayarasına enməzdən əvvəl yaşadıqları öz
qədim vətənlərinə çəkilmişlər. 
       Şumerlərin  İkiçayarası ərazilərdən  şərqə  və  hətta  bəlkə  uzaq  Sibirə  yayılmaları
barədə də fikir vardır: «Mənə belə gəlir ki, şumerlər öz heroqliflərini - kur, kir (dağ-
torpaq) «ölkə»  mə’nasında  işlətdikləri  kimi,  prototürklər  bu  işarəni  («dağ-torpaq»
işarəsini  -  Q.K.)  azacıq  dəyişərək,   «ölkə»  mə’nasında  «sub-yer»   (su-yer)
adlandırmışlar.  Sonralar  bu  işarə ümumxalq  gerbinə (tamğa,  damqa) çevrilmişdir.
Qədim  türklər Mesopotamiyanı kütləvi  surətdə tərk etdikdən  sonra  (müəllif «qədim
türklər»  dedikdə şumerləri  nəzərdə  tutur;  fərqləndirmə  bizimdir  -  Q.K.)  ana  yurd
obrazını  bu  işarədə  yaşatmış  və  sonrakı  nəsillərə  bu  işarə  ilə  təsvir  etmişlər:  Sulu-
sucaqlı Sub-yer! Yerli sakinlər şimal-şərqi Asiyaya köçmüş prototürkləri çox güman
bu  ad  altında  (Sub-yer,  yaxud  Sub-yir)  tanımışlar.  Onların  qəbirlərini  (kurqanları)
suber (subir) adlandırmışlar və bu ən’ənə rus köçkünləri zamanına qədər yaşamışdır.
Tobol  quberniyasında  çud  qəbirlərinin  sıvır  xalqına  məxsus  olduğu  güman  edilir.
Patkanovun  fikrincə,  Sibir  şəhərinin  adı  bu  terminlə  bağlıdır,   çünki  bu  yerlərdə
sıvırların qəbirləri olmuşdur. Sonralar bütün bu ərazi Sibir adlandırılmışdır». (9; 215)
Bu  sözlərdə  biz  də  həqiqət  görürük.  LakinO.Süleymenovun  qeyd  etdiyi  bu  türklər
bilavasitə şumerlər  deyil,  onların  bir  qolu  olan  və İkiçayarasının  şimal  ərazilərində
yaşayan Subirlərdir. Bunlar axıra qədər öz adlarını Subir, Suber, Savar, Suvar, Savir
və  s.   şəkillərdə  saxlamışlar.  Sonralar  görəcəyik  ki,  daha  çox  VI  əsrdə   şərqdən
Azərbaycana  gələn  və  türk  tayfaları  arasında  böyük  fəallıq  göstərən  Savarlar  da  bu
Subirlərdir. 
    Şumerlərin babillilər içərisində əridiyini heç bir məntiqlə əsaslandırmaq olmaz.
Şumerlər  e.   ə   3500-2000  illərdə  Mesopotamiyada  yaşayaraq  böyük  mədəni  irsin
əsasını  qoymuş  xalqdır.  Qədim  Şərq  fəlsəfəsinin  formalaşdırılması  və
istiqamətləndirilməsi də məhz Şumerlərlə əlaqələndirilir. 
   Yazı,  dil,  mifologiya  riyaziyyat,  tibb,  astronomiya,  fal,  sehr  kimi  sahələri  inkişaf
etidrən  Şumerlər  Mesopotamiyada  yaşayan  digər  qövmlərin  və   ümumilikdə
İkiçayarası mədəniyyətinin formalaşmasına böyük təsir etmişlər. Məşhur “ Yaradılış”
və “Tufan”  mifləri  də Şumer  mədəniyyətinin  göstəricisidir.Şumerlərin  .tarixdə 21'i
böyük  olmaqla  35 şəhər  dövlətinin  mövcud  olması  haqqında  məlumatlar  var.  Kiş,
Nippur, Zabalam, Umma, Lagaş, Eridu, Uruk, Ur buna misal ola bilər. 
     Şumer şəhərlərindən olan Babil isə Mesopotamiyanın cənubunda Dəclə və Fərat
çayları arasında Müasir Bağdadın Bəsrə körfəzinə qədər olan bölgəsində yerləşirdi.
Şumerlərdən   öncədə   mövcud   olan   İkiçayarası   mədəniyyətinin   yaradıcıları   ərazidə
şumerlərdəndə öncə e. ə 4000-2350 illəri arasında yaşamış şumercə danışmayan Sami
olmayan Proto- Fəratlılar və ya Ubaidlilər idilər.
Ubaid adı Əl-Ubaid şəhərindəki arxeolji qazıntiların nəticələrinə uyğunlaşdırılaraq
işlədilir. Ubaid mədəniyyəti Mesopotamiyada qurulan ilk mədəniyyət hesab olunur.
Daha   sonradan   əraziyə   Sami   xalqları   köç   etmiş   Ubaidlilərlə   birlikdə   qaynayıb   –
qarışaraq ortaq mədəniyyət yaratmışlar.
Fərziyyələrə   görə   şumerlilər   e.   ə   3300   illərdə   Anadoludan   və   ya   Altaydan
İkiçayarasına köç etmişlər. e.ə 3-cü minillikdə isə Mesopotamiyada artıq 12 şumer


şəhər dövlətinin əsası qoyulmuşdu. Bundan dövrdən sonra Mesopotamiyanın cənubu
ümumi başlıqla Şumerlərin ölkəsi adlandırılmağa başlandı.
Şumer   şəhər   dövlətlərinin   hər   birinin   ətrafı   qala   divarları   ilə   əhatə   olunmuşdu.
Həmçinin hər şəhərin ibadətgahı mövcud idi. Tarixdə ilk dəfə Şumerlərdə hökmdar
siyahıları   mövcudluğu   haqda   məlumat   vardır.   (Şumer   hökmdarlarının   siyahısında
Tufan'dan öncə 8 şumer hökmdarının adı var)
Siyahıya görə Tufandan sonra ilk Şumer xanədanları Kiş, Uruq və Ur'dur. Məşhur
Gilgamış   dastanının   qəhrəmanı   Gilgamış   bu   siyahıya   görə   Uruk   hökmdarı   kimi
göstərilir. Lagaş hakimi Ur-Nanşe isə inşa etdirdiyi tikililərlə daha çox nəzərə çarpir.
Urukagina isə ilk yazılı reformların səbəbkarı hesab olunur.
İlkin   mərhələdə   şumer   cəmiyyəti   Matriarxal   (   Ana   Xaqanlığı   )cəmiyyət   hesab
olunurdu. 
Politeist inanca sahib Şumerlərin ibadətgahları Zikkurat adlanırdı. Zikkuratlar 3 əsas
bölmədən   ibarət   7   mərtəbəli   tikililər   idi.   Aşağı   mərtəbələr   ərzaq   anbarı,   orta
mərtəbələr   məktəb   və   ibadətgah,   üst   mərtəbələr   isə   rəsədxana   olaraq   istifadə
olunurdu.Yazının icadı da məhz Zikkuratlardakı ibadətgah məktəbləri ilə əlaqəlidir.
Mesopotamiyada evlər və ibadətgahlar daş az olduğu üçün çiy kərpicdən tikilirdi.
Buna görədə istilalara məruz qalan Şumer abidələri günümüzə gəlib çata bilməmişdir.
Tufan'dan sonra bəzi şəhər dövlətlər daha zəif olanlar üzərində hakimiyyət dairəsini
genişləndirməyə başladılar. E. ə 2800 ildə Kiş kralı Etana hakimiyyət dairəsini artıran
ilk Şumer hökmdarı oldu. Kiş, Erek, Ur, Lagaş uzun müddət hakimiyyət uğrunda bir-
biri   ilə   mübarizə   apardılar.   Nəticədə   Şumer   dövlətləri   xarici   düşmənlərə   qarşı
mübarizədə məğlub olmağa başladılar. 
E.ə 2530-2450 illərdə Elamlar, sonra isə Sarqonun (e. ə 2334-2279) rəhbərliyi ilə
Akkadlar   Şumerə   hücum   etdilər.   Təqribən   1   əsrə   yaxın   Sarqon   və   vəliəhdləri
Şumerləri idarə etdilər. Sarqon bütün Şumer şəhər dövlətlərini öz hakimiyyəti altında
birləşdirdi. Akkadlar tərəfindən ələ keçirilən Şumer dövlətləri daha sonradan ilkin
qüdrətini bərpa edə bilmədi. 
Beləki,   e.   ə   2000-ci   illərdə   Şumerlər   sivilizasiya   olaraq   artıq   müstəqil   kimliklə
yaşamağa   qadir   deyildi.   Lakin   sonradan   formalaşan   Akkad   və   Babil   mədəni   irsi
Şumer sivilizasiyasının izlərini daşıyırdı. 
Şumer mifologiyası Finikiya, Yunan, Roma mədəniyyətinin formalaşmasına da təsir
etmişdir. B.e.ə. XIV əsrdə Mesopotomiyada Assuriya dövləti güclənməyə başladı və
bölgəni özündən asılı vəziyyətə saldı.
Aşağı Mesopotamiyada yerləşən Uruq, Laqaş, Eridu, Ur, Kiş kimi şəhər dövlətlərinin
hamısında inkişaf etmiş şəhərsalma planlaşdırması mövcud idi. Qüsursuz suvarma
sistemi,   kanallar,   su   anbarları,   bəndlər   tikilir,   kənd   təsərrüfatının   inkişafına   şərait
yaradılmışdı.   Şumerlər   həmçinin   təkəri   icad   edən   cəmiyyət   olaraq   əkinçiliyi   də
inkişaf etdirmişdilər. Əkin əraziləri öküzlərə bağlı kotanlarla şumlanırdı. 
Şumerlərdə ay 30, il 360 gün olaraq hesablanırdı. Hər ildə 12 ay var idi. Gecə və
gündüz 12 saata bölünürdü. Dünyada ilk dəfə ay ili hesabına dayana təqvim Şumer
təqvimi idi. Şumerlərdə həmçinin günəş saatı da icad olunmuşdu. Şumerlər Cəbr və
Həndəsənin əsasını qoyaraq vurma və bölmə cədvəlini, 4 riyazi əməli kəşf etmişdilər.
Onlar dairənin 360 dərəcə olduğunu da bilirdilər. 


Şumerdə astronomiya da güclü inkişaf etmişdi. Onlar bürclərə görə il bölgüsündən
xəbərdar idilər. Şumerlər e. ə 3200 ildə ilk yazını kəşf etdilər. Mixi yazıları həmçinin
müəyyən fikri ifadə etdiyi üçün ideoqram adlandırılmışdır.
Şumer dili Hind –Avropa və Sami köklü dillərlə qohum olan dil hesab olunur. Bu
dilin bəzi xüsusiyyətləri Ural – Altay dillərinə banzəyir. Bir çox araşdırmalara görə
şumer   dilinin   Hind   –   Avropa   Dil   ailəsinə   sonradan   əlavə   edilən   Yapon,   Koreya,
Monqol və Türk dili ilə yaxınlığı mövcuddur. 
Şumer dilinin türk dili ilə yaxınlığını araşdıran tədqiqatçılardan bəziləri Şumercə və
türkcənin qohum dillər olduğunu iddia edirlər. Hətta Atatürk də bu mövzuyla bağlı
“Türk tarih tez”ində şumerlərin türk olduğunu iddia etmişdir.
Tarixdə   ilk   dəfə   hüquqi   qayda-   qanun   sistemi   Şumerlərdə   tətbiq   olunduğu   üçün
Şumer dövlətlərini dünyanın ilk hüquq dövləti hesab etmək olar.
Lagas Hökmdarı Urukagine tərəfindən yaradılan ilk yazılı qanunlar sistemləşdirilmiş
şəkildə idi. 
Şumerlərin ən əhəmiyyətli ədəbi irsi; Gilgamış Dastanı, Yaradılış Dastanı və Tufan
Hekayəsidir.
Şumerlər öz ölkələrini Kengir, dillərini Emegir, özlərini isə Sag-giga adlandırırdılar
Şumerin vaxtında nə dillər, nə də millətlər ayrılıqda formalaşmamışdı. Elə ona görə
də   bu   gün,   türk,   kürd,   hind   və   hətta   ermənilər   də   öz   köklərinin   şumerlərə   bağlı
olduğunu iddia edirlər. Hər biri özünə görə haqlıdırlar da. 
Müəllifin fərziyyələrindən birində deyilir ki, Şumerlər Yerə başqa planetdən gəliblər.
O qədər mükəmməl biliyə, elmə sahib olublar ki, şumer insanının Yer əhli olması
bugünün insanının ağlına və məntiqinə sığmır.
     Kitabddan belə nəticə çıxardım ki, şumer sivilizasiyanın son dövrlərində onların
türklərlə sıx əlaqəsi olub və TURUKlar şumerlərin hərbçiləri olub. Həmçinin bir sıra
sözlər qeyd edilir ki, eyni türk dilində də həmin ifadələr bu gün də işlənməkdədir.
Şumer - eramızdan əvvəl 6-cı minillikdən başlayaraq cənubi İkiçayarasında mövcud
olmuş ən qədim insan sivilizasiyası. Sakinləri Şumer dilində danışmışlar. Şumerlərin
prototürklər olmasını iddia edən bir çox alimlər var. Onlar səbəb kimi şumerlərin
dilindəki bir çox sözlərin bu gün də olduğu kimi türkdilli xalqların dilində işlənməsi
və ya qədim (ümumi) türk dilinin lüğətinə daxil olmasıdır.
Şümer-Akkad dünyagörüşündə kosmologiya, teoqoniya və esxatologiya
        Şümer kosmoqoniyanın[1] əsasında yastı disk kimi düşünülən göyün (anu) və
yerin (ki) vəhdəti ideyası dururdu. Göy sonsuz deyil. Onun yuxarı hissənin sonu bərk
cismlə, aşağı hissəsi isə yerlə məhdudlaşır. Göy “lil” (külək) adlanan ünsürlə doludur,
bu   da,   təxminən,   bizim   atmosfera   anlayışımıza   yaxın   olan   termindir.   Günəş,   ay,
ulduzlar, planetlər də “lil”dir, lakin onlar işıqsaçma qabiliyyətinə malikdirlər. Yer-
göy-lil üçlüyü hər tərəfdən okeanla əhatə olur və hərəkətsizdir.
  İranda və İraqda bəzi qədim ziqquratların xarabalıqları qalmaqdadır.
     Ziqquratlar haqqında Əhdi Ətiqdə (Yaradılış, 11: 1-9) də yazılmışdır. Orada olan
rəvayatə   görə,   dünya   tufanından   öncə,   insanlan   bir   dildə   danışırdılar.   Onlar
Babilistanda  yığışıb, göylərə qədər ucalan bir qüllə inşa etmək istəmiş və bu işə
başlamışdırlar. Lakin Ulu Tanrı, bu planın qarşısını almaq üçün insanların dillərini
qarışdırmışdır.   Onlar   bir   birini   başa   düşmədilər   və   qüllə   inşasını   dayandırıb,   yer
üzərinə dağıldılar. Yaradılış kitabındaki qüllə Babilistan qülləsi adlanır.


     Şümer-Akkad esxatoloji[7] təsəvvürləri də böyük maraq doğurur. Əsatirlərindən
bilinir  ki, onlar yeraltı dünyanın mövcud olmasına inanırdılar. Şümerlər ona “Kur”,
akkadlar isə “Ersetu” deyirdilər. O dünyanın harada yerləşdiyi haqqında onların dəqiq
təsəvvürləri yox idi. Əsatirlərdə “Kur”un sərdədində bir çay vardır. Oradan ölüləri bir
gəmiçi keçirir.Orada ölənlərin ruhları iztirablar və əziyyətlər içində yaşayırlar. Lakin
o dünyada nisbətən rahat yaşayanlar da vardır. Oradan qayıdış yoxdur. “İnannanın
ölülər dünyasına enməsi” əsatirindən bilinir ki, “kur”da tanrılar da ola bilər (Dumuzi
kimi). İstisna hallarda tanrılar oradan kimisə çıxara bilərdilər, lakin onun əvəzinə
başqa adamlar (və ya tanrılar) “Kur”da qalmalı ıdılər. Bəzən isə, kimsə “kur”dan
müvəqqəti çıxıb, yerdə hansısa işi görüb, sonra isə ora qayıda da bilərdi. Məsələn
“Bilqameş, Enkidu və yeraltı dünya”[8] əsatirində Enkidunun kölgəsi oradan yerə
gəlir, Bilqameşlə görüşür.
         Eyni zamanda, “Enki və Ninhursaq” əsatirindən bilinir ki, qədim Şümer və
akkadlar gözəl bir ölkənin mövcud olmasına da inanırdılar. O təmiz, işıqlı, misli
olmayan   bir   yerdir.   Orada   ölüm   və   xəstəliklər   yoxdur;   gözəl   bağlar,   meşələr,
çəmənliklər, çaylar və bulaqlar vardır. Bu ölkənin adı “Dilmun”dur və orada əsasən
tanrılar yaşayır. Bəlkə də qədim Şümerlər Bəhreyni, yaxud Fəylaknı, yaxud Ərəbistan
yarımadasının qərb hissəsini Dilmun adlandırırdılar. Eyni zamanda onlar inanırdılar
ki,   həyat   Dilmunda   yaranıb.   Sonra   insanlar   oradan   çıxıb   yer   üzündə   yaşamağa
başladılar.
     Qeyd edilməlidir ki, “Kur” və “Dilmun” anlayışlarına bənzər məkanlar Şümer-
Akkad sivilizasiyasından cox əsr sonra meydana gələn yəhudi, sonra  isə xristian və
müsəlman   dünyagörüşlərində   də   vardır.   Lakin   yahudilərdə   (Şümer   və   akkadlarda
olduğu kimi) axirət dunyası haqqında təlimlər hələ bir o qədər də inkişaf etməmişdi
və Əhdi Ətiqdə bu barədə qısa və ötəri cümlələrdən başqa bir şey yoxdur. Lakin daha
sonra Əhdi Cədiddə, və xüsusən Quranda, axirət dünyasının təsviri daha dolğun və
ətraflı   cəhənnəm   və   cənnət   anlayışlarında   verilmişdir.   Lakin,   Şümer-akkad
əsatirindən   fərqli   olaraq,   orada   cənnətdə   tanrılar   deyil,   ilk   insanlar   yaşamışdır.
Dilmunla cənnətin bənzər cəhətləri isə hər ikisində gözəl bağların olması, xəstəlik və
ölümün olmamasıdır. Bundan başqa, məsələn müsəlman təfsirçilərin arasında Adəm
və Həvvanın yerləşdiyi cənnətin heç də axirətdə olah cənnətin olmaması fərziyyəsi
vardır. Hətta bəzi müsəlman təfsirçilər hesab edir ki, ilk cənnət göylərdə tox, yerdə
yerləşirdi[10]. Yəni Adəm və Həvvanın yaşadığı məkan yerdə idi və oradan insanlar
yer üzərinə yayıldılar. Bu da Dilmunun yerdə, hətta Ərəbistanda, və ya ona yaxın
olan   məkanda   yerləşməsi   inancı   ilə   üst-üstə   düşür.   Deməli   cənnət   haqqında
təsəvvürlər hələ qədim Şümerlərdə olub.
     Bundan başqa, yəhudi dünyagörüşündə, qədim Şümer, akkad, və yunanlarda[11]
olduğu kimi, möminlərin axirətdəki yeri günahkarlarla eynidir. Onlar hamısı “Şeol”
adlanan   kölgələr   məkanında   yaşayır[12].   Məlum   olur   ki,   yəhudilər   də   kölgələr
dünyasının olduğuna inanırdılar və hətta istisna hallarda, Şümerlərdə olduğu kimi,
oradan kiminsə müvəqqəti qayıdışını da mümkün hesab edirlər: “Rəbb insanı həm
öldurur, həm dirildir. Olulər diyarına həm endirir, həm cıxarır” (1 Samuel 2:6).
      Əhdi Ətiqin bəzi kitablarından məlum olur ki, onların müəllifləri günahkarların
sorğu-suala çəkilməsi haqqında biliyə malik deyildilər: “Çünki heyvanın başına gələn
insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o


biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey
puçdur” (Vaiz, 3: 19). Başqa yerləri oxuduqda isə qərara gəlmək olur ki, Əhdi Ətiqin
bəzi müəllifləri gələcək həyatən mövcudluğu haqqında heç bir şey bilmirdilər[13].
Beləliklə demək olar ki, yahudilərin axirət həyatı haqqında tam və qəti təsəvvürləri
yox idi. Lakin, çox əsrlər keçəndən sonra, ölülərin dirilməsi və günahkarların sorğu-
suala çəkilməsi inancı da yəhudilər arasında yayılmağa başladı: “Torpağın altında
yatanların çoxu əbədi həyat, bə’zisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq”
(Daniel 12:2).
Şumerlər və qədim Azərbaycan
    Azərbaycan ərazisi sakinlərinin İkiçayarası ilə əlaqələri çox qədimdən - neolit 
Orta   tunc   dövründə   (III   minilliyin   son   rübündən   II   minilliyin   ikinci   yarısınadək)
Şumer   -   Azərbaycan   əlaqələri   daha   da   genişlənir.   «Həmin   tarixi   mərhələdə
Azərbaycan ərazisinin bir hissəsi  (cənubu) onun əhalisi ilə birlikdə Şumer-Akkad
mənbələri orbitinə düşür. Bu mənbələr isə bizə müharibələr, e.ə.III minilliyin son üç
əsrində   Azərbaycanda,   ona   qonşu   olan   vilayətlərdə   baş   vermiş   hadisələr,   orada
yaşamış tayfaların adları və s. haqqında ilkin mə’lumatlar verir». (5; 119) Kutilər,
lullubilər,   hurrilər   haqqında   ilk   mə’lumata   bu   mənbələrdə   rast   gəlirik.   Şumer   -
Azərbaycan əlaqələri əvvəlki minilliklərdə daha xoş olmuşdur, bu iki ərazinin əhalisi
arasında aşkar şəkildə dostluq və qardaşlıq münasibətləri hiss olunur. «...şumer belə
hesab edirdi ki, sağda xoşbəxt və dost ölkələr, solda əzazil və düşmən ölkələrdir». (1;
145) «Sağ» və «sol» dedikdə şərq və qərb nəzərdə tutulurdu. Şərqdə lullular, kutilər,
kasslar, solda samilər idi. 
Akkadların   İkiçayarasını   işğalından   sonra   bu   münasibətlərdə   dəyişiklik   əmələ
gəlmişdi. Zaqroş dağlarında və onun şərqində yaşayan kaslar və lullularla İkiçayarası
münasibətlərindən   danışarkən   (onları   «düzənlik   əhalisi»   və   «dağlılar»   deyə
fərqləndirməklə)   Oppenheym   yazır:   «Ancaq   çox   nadir   hallarda   dağ   əhalisi   ilə
əlaqələr   mehriban   xarakterdə   olurdu.   Dağlılar   ardıcıl   olaraq   düzənliyin   əhalisinə
təzyiq edirdilər. Sonuncular dəf edirdilər, lakin onların müqaviməti siyasi və iqtisadi
şəraitdən asılı idi. Dağlılar düzənliyə gah işçi və ya muzdur kimi, gah da işğalçı kimi
girirdilər. Bə’zən onlar şəhərləri, bütöv dövləti özlərinə tabe və idarə etmək üçün
kütləvi   hücumlar   təşkil   edirdilər.   Bu   təhlükəyə   Babilistan   və   Assuriya   eyni   cür
yanaşmırdılar.   Babillilər   Şumer   ən’ənələrini   davam   etdirərək   (o   öz   ifadəsini   En-
Merkarın   tarixində   tapmışdı)   mədəni   tə’sir   göstərməyə   çalışırdılar   (çalışırdılar   ki,
kontakt zonasında hibrid bufer dövlət səviyyəsi stimullaşdırılsın). (11; 38)
Bu   sözlər   bir   neçə   məsələni   aydınlaşdırmağa   ikan   verir.   Əvvələn,   bu   dövr   Babil
hakimiyyəti dövrüdür və artıq şumerlər hakimiyyətdə deyil. İkincisi, babillilərlə dağ
əhalisi   -   lullubilər   ərazi   e’tibarilə   çox   yaxındır,   münasibətlər   yaxşı   olsa,   dağlar
İkiçayarası üçün bufer zonadır. Üçüncüsü, dağ əhalisi - lullubilər və kaslar (kassilər)
da sivil dövlət yaratmışlar və işçi qüvvəsi, qul kimi işlətmək üçün və ya şəhərləri,
əhalini dolandırmaq üçün tez-tez Babilə hücumlar edirlər (halbuki bizim tarixçilər
e.ə.I   minillikdən   tez   Azərbaycan   ərazisində   dövlət   tanımırlar).   Və   nəhayət,
münasibətlərə En-Merkarın dövründən qalmış ən’ənələrin də müsbət tə’siri vardır (bu
barədə bir qədər sonra danışılacaqdır).


    Şumerlərin qonşuları müxtəlif tayfalardan ibarət idi. İkiçayarasının şimalında sami
tayfalarından   olan   akkadlar   yaşayırdılar.   Akkadlar   fərqli   şivələrdə   danışırdılar.
Tədricən onlardan assurlar və babillər əmələ gəlmişdir.
İkiçayarasına   yaxın   mövqedə   -   Cənubi   Azərbaycanın   qərbində   kuti   tayfaları
məskunlaşmışdı.   Kutilər   ilə   qonşuluqda,   Urmiya   gölünün   cənubunda   -   Cənubi
Azərbaycan   ərazisində   lullubilər   yaşayırdılar.   Lullubi   hakimi   Anubanini   öz
hakimiyyətini   Zaqroş   dağlarına   qədər   genişləndirmişdi.   Kutilərin   və   lulluların   bir
qismi   III   minilliyin   əvvəlindən   İkiçayarasında   da   məskunlaşmışdılar.   Oppenheym
yazır: «Lullubilər (lullu) də kutilər kimi dağ xalqı idilər... Qaya üzərində tapılmış
İştarın təsviri və yazı göstərir ki, lullibilər akkadların ilk dövrlərində Mesopotamiya
ilə əlaqəni müdafiə edirdilər». (11; 378)
Şumerlərin birliyinə baxmayaraq, ətrafda böyük təhlükə yaranmışdı. İkiçayarasının
şimal   hissəsində   sami   tayfalarından   güclü   Akkad   dövləti   meydana   gəlmişdi.
E.ə.2287-ci ildə Akkad dövlətinin banisi Sarqon (akkad dilində Şarrumkenu - həqiqi,
qanuni hökmdar) (e.ə.2316-2261) Şumerə hücum edir və Luqalqessi ilə birlikdə 50
Şumer   hökmdarı   məğlub   olur.   Sarqon   Şumeri   işğal   edir.   Şumer-Akkad   dövləti
yaranır. (7; 76-78) Akkad  şəhərini də o saldırmışdır. Onun nəvəsi  Naram-Suenin
hakimiyyəti illərində (e.ə.2236-2200) Akkad arada itirdiyi qüdrətini yenidən bərpa
edir. Naram-Suen özlərinə yaxın ərazidə yerləşən kuti və lullubilərlə də döyüşməli
olur. Şarkalişarrinin (e.ə. 2200-2175) dövründə kutilər, elamlılar və samilər Akkad
dövlətini   tez-tez   təhlükə   altında  qoyur.   Kuti   (quti)  hökmdarı   Elulumeş  (e.ə.2177-
2171)   e.ə.2175-2172-ci   illərdə   Akkadı   qəti   məğlubiyyətə   uğradır.   Hökmranlıq
kutilərin   əlinə   keçir.   Kutilər   öz   yazılarını   akkad   dilində   tərtib   edir   və   Şumeri
canişinlik şəklində idarə edirlər. Kutilər yüz ilə qədər orada hökmranlıq etmişlər. 21
kuti hökmdar adı mə’lumdur. Onların dilinin türk dili və ya Hind-Avropa dillərindən
olduğu barədə fərziyyələr var. Oppenheym göstərir ki, «Bu xalqın öz dili vardı». (11;
377)
         Uruk hakimi Utuhenqal son kuti hökmdarı Tirikanı məğlub edərək (e.ə.2104)
hakimiyyəti ələ alır və kuti hakimiyyətinə son qoyur. Lakin tezliklə - e.ə.2097-ci ildə
Utuhenqal sui-qəsdlə öldürülür və Ur şəhər hakimi Ur-Nammu öz oğlunu Uruka ensi
tə’yin edir. Ur-Nammu (e.ə.2112-2103) III Ur sülaləsinin başçısı idi. Onun başçılığı
ilə Şumer dövləti yenidən fəaliyyətə başlayır. Bu, sonuncu Şumer dövləti idi. Ur-
Nammudan 100 il sonra - e.ə. 2003-cü ildə - III minilliyin sonunda elamlıların Ur
şəhərinə basqını ilə Şumer və Akkadın minillik tarixi başa çatır. 
III Ur sülaləsinin ləğvindən sonra Şumer ərazisində İsin, Larsa, Mari, Babil, Eşuppa
kimi   şəhər   dövlətləri   yüksəlməyə   başlayır.   Babil   şəhəri   (bab-ili   -   allahın   qapısı;
yunanlar   Vavilion   deyirdilər)   daha   da   güclənir,   İkiçayarasının   siyasi   həyatında
mühüm   rol   oynayan   Babilistan   dövləti   (e.ə.   1894-1595)   yaranır.   Dövlətin   banisi
Sumuabum (e.ə. 1894-1881) idi. Babillilər amori - sami tayfaları idilər. 
Hələ e.ə.XVIII əsrin ortalarından Azərbaycanın qədim və güclü tayfalarından olan
kassi   (kaşşu,   yunanlar   kassi,   kissi,   kosoy   deyirdilər)   tayfası   Babilistanın   işğalına
çalışır. 1742-ci ildə kassi hökmdarı Qandaş Babilistana hücum etsə də, bir nəticə
hasil olmur. Nəhayət, onlar 1595-ci ildə Babili işğal edərək 1155-ci ilə kimi - 500 ilə
qədər   burada   hökmranlıq   etmişlər.   II   Aqum   (e.ə.   1595-1571)   özünü   «Kassilərin,
akkadların, Babilistanın və Kutilərin hökmdarı» adlandırmışdır. XV əsrin ortalarında


kassi hökmdarı I Karaindaş özünə «Babilistan hökmdarı, Şumer və Akkad hökmdarı,
kassilər hökmdarı və Kar-Duniaş hökmdarı» titulunu qəbul etmişdi. (Kar-Duniaş ya
kassilərin keçmiş ölkə adı, yaxud da kassi allahı Duniaşın ölkəsi mə’nasında izah
edilir.) (7; 104) Babildə yeni məbədlər tikilir və bunlar həm yerli allahlara, həm də
kassi   allahları   Şumaliya   və   Şukamunaya   ithaf   edilirdi.   Kassi   hökmdarları   Misir
fironları ilə məktublaşırdılar. Misirdəki Əl-Amarna arxivindən I Kadaşman-Enlilin
(e.ə.1374-1360)   məktubları   tapılmışdır.   II   Burna-Buriaşın   (e.ə.1360-1335)   Misir
fironu   Exnatona   məktubları   qalmışdır.   Babilistan-Kassi   hökmdarı   III   Kaştiliaşın
vaxtında   (e.ə.1230-1223)   Assur   hökmdarı   I   Tukulti-Ninurta   (e.ə.1244-1208)
Babilistana hücum edir. Ölkəni qarət edir, əhalini köləliyə aparır, Kaştiliaş əsir düşür.
Lakin   Tukulti-Ninurta   sui-qəsdlə   öldürüldükdən   sonra   Babildə   yenidən   yüksəliş
başlayır və kassi hökmdarı Adadşumusur (e.ə.1194-1187) Assuriyanı özündən asılı
vəziyyətə salır. Ancaq bu yüksəliş də uzun sürmür. E.ə.1158-ci ildə Elam hökmdarı I
Şutruk-Nahhunti Babilistanı işğal edib, öz oğlunu taxta əyləşdirir. Babilistanda kassi
sülaləsinə son qoyulur. Bu müddət ərzində kassilər (kassi padşahları) yalnız 1700-
1230-cu illər arasında öz adlarını saxlaya bilmişlər. Son 8 kassi hökmdarının akkad
adı daşıdığı qeyd edilir. (11; 60,377)
Beləliklə, bütün Şumer ərazisi şumerlərin, akkadların və babillilərin vaxtında daim
Azərbaycan   kuti,   lullubi,   kassi   dövlətləri   ilə   əlaqədə   olmuş,   lullubilərlə   qardaşlıq
münasibətində yaşamış, kutilər tərəfindən 100 il, kassilər tərəfindən 500 ilə qədər
idarə olunmuşdur. Bu, hər iki ərazinin az qala birliyidir - mədəni, iqtisadi, siyasi
birliyidir ki, bunu Şumer dastanları daha aydın göstərir. 
      Qazıntılar və Şumer-Akkad rəvayətləri «Ümumdünya daşqını» deyilən daşqının
olduğunu təsdiq edir. Şumer rəvayətinə görə, Yer üzərində insanlar hədsiz çoxalır.
İnsanlar   arasında   olan   naqis   cəhətlərdən   allahlar   qəzəblənir   və   daşqınla   onların
kökünü   kəsməyi   qərara   alırlar.   Bu   əhvalatı   «Gilqamış»   dastanının   qəhrəmanı
Gilqamışa Utnapiştim belə danışır: 
Sənin tanıdığın, Fərat çayının sahilində yerləşən  Şuruppak  şəhəri qədim şəhərdir,
allahlar   orada   yaşayırlar.   Böyük   allahların   qəzəbi   ora   gətirdi   ki,   onlar   daşqın
yaratmağı qərara aldılar; onların arasında ata Anu, onların məsləhətçisi,  yenilməz
Enlil, onların havadarı Ninurta, onların hakimi Ennuqi də vardı. Müdriklik allahı Ea
onlarla söhbət etdi və onların qərarını qamış dəyəyə (daxmaya) söylədi: «Dəyə, dəyə!
Divar, divar! Dəyə, eşit! Divar, başa düş! Şuruppak əhli, Ubar-tutunun oğlu, evini
məhv elə, gəmi düzəlt, var-dövləti tərk elə, həyat axtar, şeylərə nifrət et, ürəyini
(canını)  yaşat.  Gəmiyə   bütün  canlı  varlıqlardan  toxumluq  yüklə.  Qoy  düzəltdiyin
gəmi onun ölçüsünə uyğun olsun, qoy onun eni ilə uzunu bir-birinə uyğun olsun.
Okeanda onun üstünü bağla.» (12; 264) 
Allah Ea allahların daşqın törədəcəyi xəbərini bu cür gizli şəkildə insanlara çatdırır -
Ziusudra (akkad. Utnapiştim/Uqnapiştim) adlı dindar hakimə xəbər verir. Ziusudra
(Utnapiştim)   iri   gəmi   düzəltdirir,   ailəsini,   heyvan   və   quşlardan   nümunələr   yığır
gəmiyə. Tufan başlayır, su, rəvayətə görə, 8 metr hündürlüyə qalxır. 6 gün 6 gecə
külək, daşqın, fırtına ara vermir. 7-ci gün fırtına sakitləşir. Bəşəriyyət məhv olmuş,
gilə qarışmışdır. Ubar-tutu oğlunun gəmisi Nisir (Kinipa) dağının təpəsində ilişib
qalmışdır. Hər tərəf sudur. Dağ gəmini buraxmır. İştarın köməyi ilə gəmi xilas olur.
Allahlar tökülüşüb gəlirlər öz qurbanlarının yanına. İştar deyir: «Allahlar... mən öz


boynumdakı mavi cəhənnəm daşını qoy unutmayım, bu günləri mən unutmaram, mən
onları əsrlərlə unutmaram! Qoy allahlar gəlib mənim mədhlərimi eşitsinlər, ancaq
Enlil   bura   gəlməsin,   çünki   o,   məsləhətləşmədən   daşqın   yaratmış   və   mənim
adamlarımı məhvə məhkum etmişdir». (12; 265) Lakin Enlil də gəlir. O, sağ qalanlar
olduğunu   görüb   qəzəblənir.   O   zaman   Ea   ona   deyir:   «Sən   allahlar   arasında   ən
müdrikisən,   qəhrəmansan!   Sən   necə,   necə   məsləhətləşmədən   daşqın   yaratdın?
Günahkarın günahını öz üstünə qoy, cinayətkarın cinayətini öz üstünə qoy, amma
yazığın gəlsin, bütün bəşəri məhv etmək olmaz». (12; 2

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin