Qaz qarışığının ümumi təzyiqi qarışığı əmələ gətirən ayrı-ayrı qazların parsial təzyiqləri cəminə bərabərdir.
P=PA+PB+.....+Pn
Parsial təzyiq. Qaz qarışığında hər bir qazın ayrılıqda qaba göstərdiyi təzyiqə həmin qazın parsial təzyiqi deyilir.
Px2 = (nx /nqarışıq) Pqarışıq
Px2 = (nx /nqarışıq) Pqarışıq
nx- x2 qazının mol sayı , nqarışıq qaz qarışığının ümumi mol sayı, Pqarışıq- qaz qarışığının ümumi təzyiqi, Px2- isə x2 qazının parsial təzyiqidir.
Məsələ. Qapalı bir qabda 2.8 q azot N2, 4q H2,1.6 q metan CH4 və 16q oksigen O2 vardır. Qaz qarışığının qaba göstərdiyi ümumi təzyiq 720 mm.c.süt. Qaz qarışığındakı hidrogenin parsial təzyiqini tapın.
Qapalı qabda olan qaz qarışığındakı qazların parsial təzyiqləri bərabərdirsə bu qazların maddə miqdarı da mol sayları bərabərdir.
Qapalı qabda olan qaz qarışığındakı qazların parsial təzyiqləri bərabərdirsə bu qazların maddə miqdarı da mol sayları bərabərdir.
Məsələ
Qapalı qabda olan 14q azot N2 qazı ilə 22 q XO2 qazının parsial təzyiqləri bərabər olduğuna görə X elementinin atom kütləsini tapın.
Qaz molekulları sürətli hərəkətdə olduqlarından yayılma xassələrinə malikdirlər. Qazların yayılma sürətli molekul kütlələrinin kvadrat kökü ilə tərs mütənasibdir. Yəni eyni şəraitdə olan iki qazdan molekul kütləsi kiçik olan qaz molekulları daha sürətli yayılır. İki qazın molekul kütlələri ilə sürətləri arasındakı əlaqə aşağıdakı kimi olur.
= = şəkilində olar. Burda d qazların sıxlığını göstərir.
Məsələ
. Qapalı bir qabda olan oksigen O2 və hidrogen H2 qazları molekullarının hansı daha sürətlə hərəkət edir və nə qədər çox?
Qazların kinetikası
Qazların kinetikası
Kinetik nəzəriyyəyə görə qazların kinetik enerjisi yalnız temperaturla əlaqədardır. Deməli, temperaturun sabit qaldığı zaman qazın kinetik enerjisi dəyişməz. Buna görə eyni qabda olan qazların temperaturları eyni olduğu üçün kinetik enerjiləridə eynidir. Əgər qazın temperaturu dəyişərsə onun kinetik enerjisidə temperaturla düz mütənasib olaraq dəyişər. Yəni temperatur artarsa qazın kinetik enerjisi artar, temperatur azalarsa qazın kinetik enerjisi də azalar.
Məsələ I və II qablardakı A2, B2,C2, D2 kinetik enerjiləri arasında necə əlaqə vardır. t=20C və t=40C