Qaydalari ümumi müddəalar



Yüklə 24,85 Kb.
səhifə3/7
tarix23.03.2023
ölçüsü24,85 Kb.
#89383
növüQaydalar
1   2   3   4   5   6   7
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili

Prerekvizit fənlər – öncə tədrisi zəruri olan fənlər.

  • Transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir.

  • Fənlər üzrə qeydiyyat – tələbələrin təhsil müəssisəsinin müəyyən etdiyi qaydada fənləri seçmə prosedurudur.

  • Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədilə tətbiq edilir.

  • Akademik təqvim – ali təhsil müəssisəsində tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri özündə əks etdirən sənəddir.

  • Müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir.

  • Akademik borcu olan tələbə - fərdi tədris planın qeyd olunan fənlərdən ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir.

    1. Tədris prosesi


      1. Tədris-metodiki təminat




        1. Ali təhsil müəssisələrində tələbələrin təhsili ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı əsasında həyata keçirilir. Ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə tədrisin təşkili və təhsil prosesinin tədris-metodiki təminatı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2010-cu il 75 nömrəli qərarı ilə

    təsdiq olunan “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”, 24 iyun 2010-cu il 117 nömrəli qərarı ilə təsdiq olunan “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”, 12 may 2010-cu il 88 nömrəli qərarı ilə təsdiq olunan “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”nın tələblərinə əsasən həyata keçirilir.

        1. Kredit sistemində aşağıdakı tədris sənədlərindən istifadə olunur:

          • ixtisasın (ixtisaslaşmanın) tədris planı (forma 1)

          • ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki (forma 2)

          • ixtisas (ixtisaslaşma) üzrə illik işçi tədris planı (forma 3);

          • tələbənin fərdi tədris planı (forma 4);

          • müəllimin illik işçi tədris planı (forma 5).


      1. Yüklə 24,85 Kb.

        Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin