Qaydaları bundan sonra mətndə «Qaydalar»


    Hava nəqliyyatı vasitəsinin reysinə gecikmə üzrə təminat



Yüklə 420,04 Kb.
Pdf görüntüsü
səhifə9/28
tarix02.01.2022
ölçüsü420,04 Kb.
#1448
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
4.5.    Hava nəqliyyatı vasitəsinin reysinə gecikmə üzrə təminat 

 

  Hazırkı bölmənin şərtlərinə müvafiq olaraq Sığorta olunanın yol-nəqliyyat hadisəsinə uğraması 



nəticəsində hava nəqliyyatı vasitəsinin reysinə gecikməsi ilə əlaqədar yeni biletin alınması üzrə 

sığorta təminatı verilir. 

 

4.5.1  Sığorta obyekti 



 

  Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta obyekti Sığorta olunanın yol-nəqliyyat 

hadisəsinə uğraması nəticəsində hava nəqliyyatı vasitəsinin reysinə gecikməsi ilə əlaqədar yeni 

biletin  alınması  ilə  bağlı  olan,  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayan 

əmlak mənafeləridir. 

 

4.5.2  Sığorta hadisəsi 



 

  Bu  Qaydaların  hazırkı  bölməsinə  müvafiq  olaraq  sığorta  hadisəsi  Sığorta  olunanın  hava 

limanına  gedərkən  yol-nəqliyyat  hadisəsinə  uğraması  nəticəsində  hava  nəqliyyatı  vasitəsinin 

reysinə gecikməsi ilə əlaqədar həmin reysə olan biletinin qüvvədən düşməsi hadisəsidir. 

 

4.5.3  Sığorta məbləği və sığorta ödənişinin həyata keçirilməsi qaydası 



 

4.5.3.1  Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  hazırkı  bölmə  üzrə  Sığortaçının 

məsuliyyətinin maksimal limiti hər hadisə və sığorta müddəti ərzində baş verən bütün hadisələr 

üzrə, Sığortalının seçdiyi sığorta təminatının valyutasından asılı olaraq, cəmi 500 ABŞ dolları və 

ya  500  Avro  məbləğini  təşkil  edir  və  sığorta  ödənişi  qüvvədən  düşmüş  bilet  qaytarılaraq  yeni 

biletin alınmasına tələb olunan məbləğin ödənilməsi yolu ilə həyata keçirilir. Əgər biletin dəyəri 




Standard  Insurance                                         Səyahət Sığortasının Qaydaları                                                        

P a g e


 

 



 

Sığortaçının hazırkı bölmə üzrə məsuliyyət limitindən çox olarsa,  yeni biletin alınmasına tələb 

olunan  məbləğ  ilə  Sığortaçının  məsuliyyət  limiti  arasında  olan  fərq  Sığortalı  və  ya  Sığorta 

olunan tərəfindən ödənilir. 

4.5.3.2  Sığorta  ödənişi  yalnız  Dövlət  Yol  Polisi  tərəfindən  verilmiş,  Sığorta  olunananın  yol-

nəqliyyat hadisəsinə uğramasını təsdiq edən sənədin, qüvvədən düşmüş biletin surətinin və uçuş 

üçün alınmış yeni biletin orijinalının Sığorta olunan tərəfindən Sığortaçıya təqdim edilməsi şərti 

ilə verilir. 

4.5.3.3  Bu  Qaydaların  hazırkı  bölməsi  ilə  nəzərdə  tutulan  sığorta  hadisəsi  Sığorta 

Şəhadətnaməsində göstərilən sığorta müddətinin başlanğıc tarixindən 4 saat əvvəl baş verdikdə 

də sığorta təminatı ilə əhatə olunur. 

 


Yüklə 420,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin