Nəzakət səLİmova


Elektron sənədin göndərilməsi və alınması



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə12/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   8   9   10   11   12   13   14   15   ...   60
 
1.5.Elektron sənədin göndərilməsi və alınması 
 
Elektron  sənəd  göndərən  şəxs  dedikdə,  özünün  və 
ya başqasının adından proqramlaşdırılmış  qaydada fəaliy-
yət  göstərən  informasiya  sisteminin  avtomatik  ötürdüyü 
elektron  məlumatı  qəbul  edən  və  ya  göndərən    subyekt 
başa düşülür. 
   
Mövcud qanunvericiliyə əsasən, tərəflər arasındakı 
müqavilədə  başqa  qayda  müəyyən  edilməmişdirsə,  məlu-
matı  alan  subyekt  qəbul  etdiyi  elektron  sənədin  həqiqili-
yinin  təsdiqlənməsi  nəticəsində  onu  göndərənin  yolladı-
ğına  əmin  olmalı  və  avtomatik  vasitələrlə  alınmanı  bir-
mənalı  təsdiq  edən  qaydada  göndərəni  məlumatlandır-
malıdır. 
  
 Elektron  sənəd  aşağıdakı  hallarda  göndərən  tərə-
findən göndərilməmiş hesab edilir: 
  -  elektron  sənədin  göndərilməməsi  barədə  bildiriş 
alınmışdırsa; 
  - elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 
  -  elektron  sənədin  həqiqiliyinin  yoxlanması  nəti-
cəsində alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qə-


26 
 
bul  edilmiş  elektron  sənəd  başqa  sənədin  avtomatik  tək-
rarıdır. 
  -  tərəflər  arasındakı  müqavilədə  başqa  hallar 
müəyyən  edilməmişdirsə,  alandan  göndərənə  təsdiqləmə 
çatanadək elektron sənəd alınmamış hesab olunur.  
Təsdiqləmədə  elektron  sənədin  tərəflər  arasında 
razılaşdırılmış  texniki  tələblərə  uyğun  olması  qeyd  edil-
məlidir. 
  
- göndərənin göstərdiyi və ya tərəflər arasında bağ-
lanmış  müqavilədə  müəyyən  edilmiş  müddət  ərzində  təs-
diqləmə  alınmamışdırsa,  göndərən  bu  barədə  alanı  məlu-
matlandırır və təsdiqləmənin göndərilməsi müddətini təyin 
edir. 
Elektron  sənədin  göndərilmə  və  alınma  vaxtı  fər-
manda aşağıdakı kimi tənzimlənir:  

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin