Nəzakət səLİmova


Elektron sənəd dövriyyəsinin tətbiqi



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə11/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   7   8   9   10   11   12   13   14   ...   60
            1.4.Elektron sənəd dövriyyəsinin tətbiqi 
 
İyirminci  əsrin  ortalarından  başlayaraq  İKT-nin 
inkişafı  özünü  bütün  sahələrdə  göstərməyə  başladı.  Artıq 
bu  texnologiyalar  dövlət  idarəçiliyinin  bütün  sahələrində, 
o  cümlədən  qanunvericilik,  icra  və  məhkəmə  -  hüquq 
sistemində  tətbiq  olunmağa  başladı.  Dövlət  orqanlarında, 
bütün  idarə  və  müəssisələrdə  informasiyaların  emalı, 


22 
 
yazışmaların  aparılması  və  sənədlərin  hazırlanması  pros-
sesində  bu  texnologiyalar  sürətlə  inkişaf  etməyə  baş-
ladı.1970-ci  illərdən  başlayan  bu  texnologiyalar  2000–ci 
illərdə  özünün  ən  yüksək  inkişaf  səviyyəsinə  çataraq, 
müasir şəraitdə “elektron hökümət”, “elektron məhkəmə”, 
”elektron cinayət” və s. kimi terminlər cəmiyyət həyatının 
müxtəlif  sahələrini  əhatə  etməyə  başlamışdı.  Hazırda 
Azərbaycan  Respublikası  prezidentinin,  Milli  Məclisin, 
Nazirlər  Kabinetinin,  Ali  Məhkəmənin,  Baş  Prokurorlu-
ğun,  Daxili  İşlər  Nazirliyinin,  habelə  digər  mərkəzi  və 
yerli  icra  hakimiyyəti  orqanlarının  və  yerli  özünü  idarə-
etmə orqanlarının hər birinin müstəqil saytları mövcuddur. 
Qeyd  olunan  orqanların  saytlarında  müasir  İKT-nin  son 
naliyyətlərindən istifadə edilməklə elektron formada bütün 
informasiyalar, zəruri təşkilati-sərəncamverici və inzibati-
təsərrüfat  xarakterli  sənədlər  müvafiq  qaydada  şifrələn-
məklə hazırlanır və saxlanılır.   
      Hazırlanmış sənədlərin, işgüzar məktubların qarşı lazı-
mi ünvana daha tez və sürətli çatdırılmasında informasiya 
texnologiyalarının  məhsulu  olan  elektron  məktublardan 
istifadə olunmağa başladı.  
     
Elektron məktublar - məlumatların informasiya tex-
nologiyaları vasitəsi  ilə müvafiq ünvanlara ötürülməsidir. 
     
Elektron  sənəd  -  informasiya  sahəsində  istifadə 
üçün elektron formada təqdim olunan və elektron imza ilə 
təsdiq olunan sənəd növüdür. Bu tip sənədlər Azərbaycan 
Respublikasının qanunvericiliyində  nəzərdə tutulmuş hal-
lar  istisna  olmaqla,  bütün  fəaliyyət  sahələrində  heç  br 
məhdudiyyət qoyulmadan tətbiq oluna bilər.  
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əli-
yevin ”Elektron imza və elektron sənəd haqqında”  9 mart 


23 
 
2004-cü il tarixli fərmanında elektron sənədə dair tələblər, 
elektron  sənədin  quruluşu,  təqdimat  forması,  elektron 
sənədin tətbiq edilmə qaydası, sənəd dövriyyəsinin təşkili, 
elektron sənədin göndərilməsi qaydası, habelə bu sənədlə-
rin  saxlanması  və  mühafizəsinin  konkret  hüquqi  mexa-
nizmləri  müəyyən  olunmuşdur.  Fərmanda    qeyd  edildiyi 
kimi, ”Elektron sənəd  vasitəsilə rəsmi və qeyri-rəsmi  ya-
zışmalar,  hüquqi  məsuliyyət  və  öhdəliklər  doğuran  sənəd 
və informasiya mübadiləsi aparıla bilər.  
      
Elektron  sənədlər  hazırlanarkən  aşağıdakı  göstəri-
lən tələblərə əməl edilməlidir: 
   
-  texniki  və  proqram  vasitələrinin  köməyi  ilə  yara-
dılmalı,  saxlanılmalı,  emal  edilməli,  ötürülməli  və  qəbul 
edilməlidir; 
  
 -  bu  qanunun  22-ci  maddəsində  müəyyən  edilmiş 
quruluşa malik olmalıdır; 
  
 - identikləşdirməyə imkan verən rekvizitlərə malik 
olmalıdır; 
   
- texniki və proqram vasitələrinin köməyi ilə əyani 
qavranılan (vizual) şəkildə təqdim olunmalıdır
2
 
Yuxarıda göstərilən fərmana uyğun olaraq elektron 
sənədin qurluşu etibarı ilə aşağıdakı kimi tərtib olunur və 
təqdimat formalarına uyğun şəkildə təsnifləşdirilir: 
     
“- Elektron sənəd ümumi və xüsusi hissələrdən iba-
rət quruluşa malikdir. 
      
-  Elektron  sənədin  məzmunu  və  ünvanlandığı  şəxs 
barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. 
                                                           
2
 Bax: “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu” 30 iyun 2004 
– cü il, N 7, maddə  402.)  
 


24 
 
   
  - Elektron sənədə əlavə edilən elektron imza (im-
zalar)  və  vaxt  göstəricisi  (göstəriciləri)  elektron  sənədin 
xüsusi hissəsində qeyd olunur.” 
Elektron  sənəd  daxili  və  xarıcı  təqdimat  forma-
larına malikdir: 
   
 - Elektron sənədin verilənlər daşıyıcısında yazılmış 
şəkli onun daxili təqdimat formasıdir. 
    
-  Elektron  sənədin  verilənlər  daşıyıcısından  fərqli 
digər  maddi  obyektdə  (displeydə,  kağızda  və  s.)  əyani 
qavranılan  (vizual)  şəkildə  əks  etdirilməsi  onun  xarici 
təqdimat formasıdir.” 
  
Fərmanda  həmçinin  sənədin  əsli  və  surəti,  onun 
təsdiq edilmə qaydaları da öz əksini tapıb:   
    
 “-Elektron  sənədin  əsli  yalnız  daxili  təqdimat 
formasında ola bilər. 
       
-  Elektron  sənədin  daxili  təqdimat  formasında  bir-
biri  ilə  eyni  olan  bütün  nüsxələri  əsl  hesab  edilir  və 
bərabər hüquqi qüvvəyə malikdir. 
      
-  Elektron  sənədin  elektron  formada  surəti  ola 
bilməz. 
      
-  Eyni  şəxs  tərəfindən  kağız  daşıyıcıda  və  elektron 
formada  tərtib  edilmiş  eyni  məzmunlu  sənədin  hər  biri 
müstəqildir  və  bərabər  hüquqi  qüvvəyə  malikdir.  Bu  hal-
da, kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayıl-
mır. 
Həmçinin  həmin  fərmanda  Elektron  sənədin  surəti 
və onun təsdiq edilmə qaydası müəyyən  edilmişdir:  
“ Elektron sənədin surəti onun kağız daşıyıcıda əks 
edilmiş  xarici  təqdimat  formasının  Azərbaycan  Respubli-
kasının qanunvericiliyində müəyyən olunmuş qaydada təs-
diq edilməsi ilə hazırlanır. 


25 
 
  
 -  Elektron  sənədin  kağız  daşıyıcıdakı  nüsxəsində 
onun  müvafiq  elektron  sənədin  surəti  olması  qeyd  edil-
məlidir. 
   
-  Elektron  sənədin  kağız  daşıyıcıdan  başqa  digər 
maddi obyektdəki və ya kağız daşıyıcıdakı, lakin müvafiq 
qaydada təsdiq edilməmiş nüsxəsi onun surəti sayılmır. 
   
- Elektron sənədin əsli və bu qanunun 25.1-ci mad-
dəsinin  tələblərinə  cavab  verən  kağız  daşıyıcı  üzərindəki 
surəti eyni hüquqi qüvvəyə malikdir.” 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin