Tərcümeyi-hal
Mən Dənziyeva Könül Babaş qızı 6 may 1975-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşam. 1992-ci ildə həmin kənddə orta məktəbi bitirmişəm. 1992-ci ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasının əyani şöbəsinə daxil olmuş, 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişəm. 1997-ci ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dilçiliyi və türkologiya” kafedrasında əvvəl laborant, sonra isə baş laborant vəzifəsində işləmişəm. 2004-cü ildə həmin kafedrada tam ştat müəllim, 2014-cü ildən baş müəllim, 2019-cu ildən isə dosent vəzifəsində işləyirəm.
Universitetin dissertantı olmuş, 2010-cu ildə “Azərbaycan dilində toy mərasimi leksikası” (Lənkəran bölgəsinin materialları əsasında” mövzusunda dissertasiya işini müdafiə edib, 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru diplomunu almışam.
Elmi fəaliyyətimlə bağlı bir sıra elmi-praktik konfranslarda çıxış etmiş, 20-dən artıq məqalə və tezisim müxtəlif jurnallarda çap olunmuşdur. Həmçinin 1 monoqrafiya və 3 proqramın müəllifiyəm.
Yeni Azərbaycan Partiyasının üzvüyəm. İctimai tədbirlərdə iştirak edirəm.
Ailəliyəm, 2 övladım vardır.
Həyat yoldaşım – Hüseynov Çingiz Hüseyn oğlu 1968-ci ildə anadan olmuşdur. İxtisasca mühəndisdir.
Böyük oğlum – Hüseynzadə Hüseyn Çingiz oğlu 2001-ci ildə anadan olmuş və Şeçenov adına Birinci Moskva Tibb Akademiyasının Bakı filialının “Müalicə işi” ixtisasının II tədris ili tələbəsidir.
Kiçik oğlum – Hüseynzadə Azər Çingiz oğlu 2003-cü ildə anadan olmuş və orta ümumtəhsil məktəbinin X sinif şagirdidir.
İmza: dos. K.B.Dənziyeva
24.12.2019-cu il
|