Mövzu: 16. İşgüzar kommunikasiyada hesabat, akt, etibarnamə, annotasiya, reklamlar, elanlar və bildirişlər Plan


Mövzu: 18. İşgüzar kommunikasiyada xasiyyətnamə, tərcümeyi-hal və protokol



Yüklə 186 Kb.
səhifə8/15
tarix01.01.2022
ölçüsü186 Kb.
#50792
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
Mövzu 16, 17, 18, 19

Mövzu: 18. İşgüzar kommunikasiyada xasiyyətnamə, tərcümeyi-hal və protokol

Plan:

1.Xasiyyətnamənin mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətləri.

2.Tərcümeyi-halın mahiyyəti, məzmunu və forması.

3. Protokolun mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətləri.

Mənbə: [1,2,3,5,6,7]
Xasiyyətnamə ərəb mənşəli “xasiyyət” və fars mənşəli “namə” sözlərinin birləşməsindən ibarət olub, hər hansı bir şəxsin xasiyyətini əks etdirən sənəd mənasındadır. Xasiyyətnamədə şəxsin həm mənəvi, işgüzarlıq, həm də elmi keyfiyyətləri haqqında məlumat verilir. Bu, eləcə də bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir edən işgüzar sənəddir.

“Xasiyyətnamənin işlənmə dairəsi genişdir. Belə ki, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb olunduqda hər hansı şəxs haqqında xasiyyətnamə verilir. Belə xasiyyətnamə əməli yazı növü kimi rəsmi üslubda yazılır” (2, 263).

Xasiyyətnamə müxtəlif məqamlarda, belə ki, hər hansı bir işdən başqa bir işə, bir müəssisədən başqasına keçəndə, vəzifəcə irəli çəkiləndə, dissertasiya işi müdafiə edəndə və s. tərtib edilir. Xasiyyətnamədə şəxsin ictimai, işgüzarlıq fəaliyyəti ilə yanaşı əxlaqi və siyasi keyfiyyətləri də obyektiv şəkildə ardıcıl sadalanır.

“Xasiyyətnamədə aşağıdakılar öz əksini tapmalıdır: şəxsin təvəllüdü, vəzifəsi, milliyyəti, ailə vəziyyəti, idarə və müəssisədəki əmək fəaliyyəti, stajı, əxlaqi-mənəvi keyfiyyətləri, öz vəzifəsinə münasibəti” . (1, 573)

Xasiyyətnamənin xüsusi yazılma forması vardır. Yuxarıda ortadan “Xasiyyətnamə” sözü yazılır. Aşağıda xasiyyətnamə alan şəxsin adı, təvvəllüdü, işgüzarlıq fəaliyyəti, işinə münasibəti, ailə vəziyyəti və s. xüsusiyyətlər qeyd edilir.

Sonda xasiyyətnamənin təqdim ediləcəyi idarə və təşkilatın adı göstərilir. Ondan aşağıda müəssisə rəhbəri və həmkarlar təşkilatının sədri imza edir və müəssisənin möhürü vurulub tarix qoyulur. Xasiyyətnamənin həcmi 1-2 səhifədən ibarət olur. Məsələn:



1967-ci ildə anadan olmuş, milliyyətcə azərbaycanlı, Moskva şəhəri Vəkillər Palatasının üzvü Həsənov İlqar Zülfüqar oğlu haqqında

XASİYYƏTNAMƏ


Həsənov İlqar Zülfüqar oğlu 1986-cı ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Əsgəri xidmətini başa vurduqdan sonra 1988-ci ildə həmin universitetdə müəllim vəzifəsində işləmişdir. 1994-cü ildə Azərbaycan İqtisad Universitetinə qəbul olunmuş və orada təhsilini davam etdirməklə yanaşı Moskva şəhərində diaspora cəmiyyətində çalışmışdır, 2005-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olmuş, 2009-cu ildə həmin universitetin “Hüquq” ixtisasını bitirmişdir. Hal-hazırda Moskva şəhəri Vəkillər Palatasının üzvü, həmçinin Rusiya Dövlət Dumasının Deputatının müşaviri vəzifəsində işləyir.

Həsənov İlqar Zülfüqar oğlu işlədiyi müddətdə özünü bacarıqlı, məsuliyyətli hüquqşünas kimi göstərmiş, əmək intizamına riayət etməklə üzərinə düşən işi böyük məsuliyyət və vicdanla yerinə yetirmişdir. Heç bir inzibati cəzası yoxdur. Müxtəlif xarakterli mükafat və təltifləri vardır.

O həm də nəcib, təvazökar bir insandır. Özünün gözəl daxili keyfiyyətləri ilə hüquqşünaslar arasında böyük hörmət qazanmışdır. Ailəlidir. İki övladı vardır.

Xasiyyətnamə Rusiya Vəkillər Palatasına təqdim etmək üçün verilir.

Moskva Şəhəri Vəkillər Palatasının sədri: A.S.İvanov

Vəkillər İttifaqı Komitəsinin sədri: R.Ş.Aleksandrov




Xasiyyətnamə işgüzar sənəd olduğu üçün rəsmi-işgüzar üslubda yazılmalı, onu alan şəxsin mənfi və müsbət keyfiyyətləri rəsmi dillə ifadə edilməlidir. Heç bir emosional, obrazlı ifadəyə yol vermək olmaz.

2. Avtobioqrafiyanın mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətləri

Avtobioqrafiya işgüzar sənədlərdən biridir. Latın sözü olub “öz həyatını yazmaq” anlamında işlənir. Avtobioqrafiya termini çox vaxt tərcümeyi-hal formasında işlədilir. Şəxsin anadan olan andan hal-hazırki dövrə qədər həyat və fəaliyyətini əks etdirir. Avtobioqrafiyanı şəxs özü əl ilə yazır və həyatının əsas məqamlarını ardıcıl şəkildə təsvir edir. O, həmçinin özü ilə yanaşı ata, anası və yaxın ailə üzvləri haqqında da məlumat verir.

Bu işgüzar sənəddən ali və orta ixtisas məktəblərinə qəbul olunarkən, işə girərkən, rəhbər vəzifəyə seçilərkən, hər hansı ictimai, siyasi təşkilata üzv olarkən, mükafata təqdim edilərkən və s. hallarda istifadə olunur.

Avtobioqrafiyanın da öz forması vardır. Yuxarıda ortadan “Avtobioqrafiya” və ya “Tərcümeyi-hal” sözü yazılır. Ondan aşağıda şəxs öz adı, soyadı, doğulduğu il, ay, gün, yer haqqında, məktəbəqədər, məktəb, işə başlama, iş fəaliyyəti dövrü, əldə etdiyi nailiyyət və mükafatlar, təltiflər, daha sonra isə ailə vəziyyəti və üzvləri haqqında məlumatları ardıcıl qeyd edir. Sonda sənədin yazıldığı tarix və şəxsin imzası göstərilir. Məsələn:




Yüklə 186 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin