Mövzu №12. Ali məktəb müəllimlərinin iş spesifikası Qısa icmalı



Yüklə 69,17 Kb.
səhifə45/52
tarix11.01.2022
ölçüsü69,17 Kb.
#51169
1   ...   41   42   43   44   45   46   47   48   ...   52
Mövzu 12.



Dərsin psixoloji təhlili
Tədris işinin təşkilinin əsas forması olan dərsin xüsu­siy­­yətləri ilə dərindən tanış olmadan, müasir dərsə verilən tələbləri nəzərə almadan yaxşı müəllim olmaq, şagirdlərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaq, dərsdə onların şəxsiyyətinin formalaşmasına təkan vermək mümkün deyildir. Ona görə də dərsi (istər başqalarının, istərsə də özünün dediyi dərsi) psixoloji cəhətdən təhlil edə bilməyən təcrübəçi – müəllim bu tələbləri nəzərə almaqda çətinlik çəkəcəkdir.

Bununla yanaşı olaraq, dərsin dərin psixoloji təhlilini verməyi bacaran müəllim həm öz əməyinin, həm də təlimin hər bir mərhələsində şagirdlərin bilik və bacarıqlara yiyə­­lənməsinin səmərə və keyfiyyətini yüksəldə biləcəkdir.

Dərsin psixoloji təhlilini vermək bəzən təcrübəçi-mü­­əl­­lim üçün o qədər də asan deyildir. Bunun üçün bir sıra cəhətlərə xüsusi diqqət yetirilməlidir.

Adətən, hər bir dərsdə müəllim birbaşa və ya dolayı yolla uşağın şəxsiyyətinin istiqamətinin formalaşması və inkişafı vəzifəsini həyata keçirir. Ona görə də dərsin təhlili zamanı birinci növbədə tədris materialının məzmununun, onun təşkili yollarının, müəllimin davranışının şagirdlərdə baxışlar, dünyagörüşü, maraqlar, inamın formalaşmasına necə təsir etdiyinə fikir vermək lazımdır.

Dərsdə şagirdlərin idrak proseslərinin təşkili və inkişafı üçün nə kimi işlər görülməsi nəzərə alınması zəruri olan cəhətlərdəndir. Xüsusilə müəllimin şagird təfəkkürünü hansı yollarla fəallaşdırması, problem situasiya yaratma imkanları və s. nəzərdən qaçmamalıdır. Məfhumların çatdırılması zamanı mühüm əlamətlərə nə dərəcədə istinad olunması, formal əlamətlərdən istifadə zamanı baş verən qüsurlar təhlildə qeyd olunmalıdır. Dərsdə şagirdlərin təfəkkürün təhlil, tərkib, müqayisə, ümumiləşdirmə, mücər­rəd­­ləşdirmə proseslərindən necə istifadə etmələri və müəllimin bu sahədəki işi nəzərə alınmalı və qeyd edil­məlidir.

Dərsdə şagirdlərin diqqətinin necə təşkil olunması, diqqəti cəlb edən və ya yayındıran səbəblər təcrübəçinin nəzərindən qaçmamalıdır.

Bütün bunlarla yanaşı olraq dərsin təhlilində müəlli­­min xarakteristikasına da xüsusi yer verilməlidir. Burada müəllimin pedaqoji ustalığı, pedaqoji təfəkkürü, dərsə hazır­­lığı, nitqi, şagirdlərə yanaşma tərzi, pedaqoji ünsiyyət və mərifəti və s. nəzərə alınmalıdır.

Dərsin psixoloji təhlilini aşağıdakı təxmini sxem üzrə aparmaq mümkündür:

Dərsin psixoloji təhlilinin təxmini sxemi
1. Dərsin mövzusu, həmin mövzuda aparılan dərslərin ümumi sistemində onun yeri.

2. Dərsin məqsədi və onun təlim-tərbiyəvi vəzifələri.

3. Dərsin təşkili. Şagirdlərin məşğələyə hazırlığı. Şa­­gird­­­lərin təşkili (onların diqqətinin səfərbərliyə alınması, iş yerlərini hazırlamaq tələbi və s.). Sinif otağının dərsə hazırlı­­ğı.

4. Şagirdlərin bilik, bacarıq və vərdişlərinin məzmunu və yoxlanması metodikası. Bilik, bacarıq və vərdişlərin yoxlanmasının məqsədi və yeri. Yoxlama üsulu. Frontal və fərdi sorğu üçün verilmiş sualların, praktik tapşırıqların, müstəqil işin, ayrı-ayrı şagirdlərə verilən fərdi tapşırıqların məzmunu. Şagirdlərin cavablarının keyfiyyəti. Şagirdlərin cavablarındakı qüsurlara müəllimin münasibəti. Sinfin fəal­lığı. Şagirdlərin biliyinin yoxlanmasının yekunlaşdırılması. Şagirdlərin cavablarının qiymətləndirilməsi.

5. Yeni biliklərin məzmunu və öyrədilməsi metodikası. Mövzu və müəllimin təlim materialını şifahi şərhinin məz­­munu. Müəllimin verdiyi biliklərin həcmi və sistemi, şərhi metodları. Şərh olunan materialın elmi və ideya isti­­qaməti, həyatla əlaqəsi, tərbiyəedici xarakteri. Şərhin sistemi və ardıcıllığı, obrazlılığı, şagirdlər üçün aydınlığı, əvvəl keçi­lənlərlə əlaqəsi.

Şagirdlərin müstəqil öyrəndikləri təlim materialının mövzusu və məqsədi. Şagirdlərin qarşısına problemli sual­­ların, idraki məsələlərin qoyulması.

Şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması, ayrı-ayrı məsələlər üzərində şagirdlərin marağının və diqqətinin cəmləşdirilməsi. Şagirdlərin yeni materialı qavramaq və anlamağa yaradıcı şəkildə cəlb olunması. Nümayiş etdirilən texniki və əyani vasitələrin rolu və yeri. Yazı taxtası və dəftərlərdən istifadə. Yeni materialın öyrədilməsi zama­nı müstəqil işlərin rolu və yeri. Yeni materialın öyrədilməsi zamanı şagirdlərin biliyinin hesaba alınması yolları.

6. Öyrədilən materialın möhkəmləndirilməsinin məz­­mu­­nu və metodikası.

7. Evə verilən tapşırığın məzmunu və metodikası. Ev tapşırığının həcmi və növü. Onu yerinə yetirməklə əlaqədar təlimat. Ayrı-ayrı şagirdlərə əlavə (fərdi) tapşırıq.

8. Dərsdə şagirdlərin idrak fəaliyyətlərinin xarakteris­­tikası.



Diqqət. Dərsdə şagirdlərin diqqətini təşkil etmək üçün müəllimin ümumpsixoloji prinsiplərdən istifadə etməsi. Dərsdə diqqətin təşkili priyomları: müəllimin zahiri görkəmi, mimika və pantomimikası; diqqətin ritmi və tempi, əyani vasitələrin parlaqlığı və yeniliyi; müəllimin nitqinin emosi­­onal zənginliyi, obrazlılığı, şərhin ardıcıllığı və məntiqiliyi. Dərsin müxtəlif mərhələlərində diqqətin davamlılığının təşkili, müəllimin şagirdlərdə diqqətin keçirilməsini təşkil etməsi.


Yüklə 69,17 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin