“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”


leykozun mieloid növü (mieloblastoz



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə14/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   10   11   12   13   14   15   16   17   ...   105
leykozun mieloid növü (mieloblastoz, 

mieloz, mieloleykoz). Təsadüfi hallarda baş 

verir və leykozlu xəstələrin 1,5-2%-ni təşkil 

edir.  Xəstə  quş  az  hərəkətli,  arıq,  dəri  ör-

tüyü və görünən selikli qişalar solğun və sa-

rımtıraq  olur.  Əksər  hallarda  mieloid  ley-

kozda  assit  aşkarlanır.  Qaraciyər  partlayır, 

yumurtalıq və köks-qarın boşluğu qan sağın-

tılı olur. Mieloid leykozda az təfriq olunan 

promielosit, mielositlər və psevdoeozinotil-

lərin iştirakı ilə güclü proliferasiya xarakte-

rikdir. Xəstəliyin gedişi aleykemik və leyke-

mik  formada  ola  bilər.  Leykemik  gedişdə 

qan acıq-qırmızı rəngdə olur və zəif laxtala-

nır. Xəstəliyin iti gedi şin  də eritrositlərin miq-

darı 1800-1100 min/mm³ qədər, hemoqlobin 

isə  30-15%-ə  qədər  (Sali  ilə)  aşağı  düşür. 

Leykositlərin  miqdarı  isə  mieloid  siralı 

yetişməmiş  hücey rələrin  hesabına  300-600 

minə qədər yüksəlir. Leykemiyanın nişanə-

ləri  görsə nəndən  bir  necə  gün  sonra  quş 

ölür. 

Gözün  və  başqa  orqanların  mielosito-



ması  (mieloblastoma,  xloroma,  mielosito-

matoz)  mieloid  leykozun  xüsusi  aleykemik 

formasıdır. Z.Mladenov (1974), göstərir ki, 

mielositomatoz özünü diffuz formada yayı-

lan, sümük iliyi və daxili orqanların leyke-

mik  gedişli  xəstəliyidir.  Bəzi  hallarda  bu 

xəstəlik  sümük  üstlüyündə,  qabırğa,  döş, 

baş  sümüklərində,  onurğa  sütunu  və  çanaq 

sümüklərində  geniş  yayılır.  Şiş  mieolosid 

və  promielositlərin  papulyasiyasından  iba-

rətdir və yeni əmələgəlmə müxtəlif böyük-

lükdə  yumşaq  konsintensiyada  sarımtıraq 

rəngdə olur. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin