«маgistratura məRKƏZİ»


Giriş Mövzunun aktuallığı



Yüklə 0,69 Mb.
səhifə3/40
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#47774
1   2   3   4   5   6   7   8   9   ...   40
K-rimov-Az-r

Giriş

Mövzunun aktuallığı. Sosial münaqişələr və onların həll edilməsi metodlarının araşdırılması, müasir təşkilatlarda münaqişələrin təhlili və öyrənilməsinin təşkilat üçün əhəmiyyəti, onun müsbət və mənfi tərəfləri, konfliktlərin həll olunmasının təşkilat üçün əhəmiyyəti, onların rolunun qiymətləndirilməsi baxımından çox əhəmiyyətli və aktualdır.

Çağdaş dövrümüzdə münaqişənin mahiyyətinin, onun tipologiyasının, dinamikasının, funksiyalarının və onun idarə edilməsinin və s. öyrənilməsi bir çox elmlərin, xüsusilə də idarəetmə ilə məşğul olan elmlərin tədqiqat obyektinə çevrilmişdir. Münaqişələrin mövcudluğu cəmiyyətimizdə qaçılmazdır. Onları düzgün idarə etməklə menecerlər təşkilatı daha effektiv idarə edə bilərlər. Belə nəticəyə gəlmək olar ki, müəssisədə istehsalın düzgün qurulması nə qədər vacibdirsə, insanlar (işçilər və rəhbərlər) arasında olan konfliktlərin həll edilməsi bir o qədər vacib və effektivlik baxımıdan əhəmiyyətlidir.

Münaqişələrin insan münasibətlərinin yenilənməsi, onların rəqabətə girməsi, təşkilatda və cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi, yeni qərarların işənib hazırlanması, sosial-psixoloji amillərin nəzərə alınması, təşkilatın yenilənməsi, əmək məhsuldarlığının artması, rəhbərlərin tabeçilikdə olanların təşəbbüslərinə daha çox diqqət yetirməsi, kadrların savadlılıq səviyyəsinin artırılması və ümumilikdə cəmiyyətin inkişafında olan rolu böyükdür.

Əgər münaqişələr düzgün idarəedilməzsə onlar təşkilatdakı insan münasibətlərini, sosial-psixoloji mühiti pisləşdirə, insanların mövqeyinin itirilməsinə gətirib çıxarır.

Sosial münaqişələr uzun illər cəmiyyətdə və təşkilatda istənilməyən hadisə kimi nəzərdən keçirilmişdir. Əlbəttə hər bir dövrün öz xüsusiyyəti olduğuna görə insanların müxtəlif obyektlərə olan baxışları da müxtəlif olmuşdur. Kapitalizmin ilkin dövrlərində fəaliyyət göstərən müəssisələr elmi yeniliklər, insan kapitalı və liberal-demokratik idarəçilikdən uzaq olmuş, əsasən avtoritar üsulla idarəetməyə üstünlük vermişlər. Əlbəttə ki, həmin dövrdə yaranan münaqişələr ixtişaşlar, tətillər, müqavimət və qarşıdurmadan ibarət olduğu üçün rəhbərlik onları dağıdıcı təsirə malik olan proses kimi qiymətləndirmişdir.

Hazırda münaqişələrin təhlili və öyrənilməsi təşkilatlar üçün böyük əhəmiyyət kəsb edir. Çünki hər bir təşkilat rəhbərliyi başa düşür ki, insan kapitalı ən qiymətli resursdur və onun düzgün idarə edilməsi, yönləndirilməsi təşkilatın müvəffəqiyyətli olması və rəqabət mübarizəsində qalib gəlməsinə səbəb olacaqdır. Hal-hazırda idarəetmədə sosial –psixoloji amillərə diqqət ayrılması, işgüzar mühitin psixoloji cəhətdən sağlam olması, rəhbərlər və işçilər arasındakı psixoloji baryerin aradan qaldırılması tendensiyası baş verir. Bütün bunlar konfliktlərin yaxından öyrənilməsindən də yan keçmir, çünki konflikləri öyrənməklə, onları düzgün təhlil etməklə rəhbərlər işçiləri daha yaxından tanıya bilər, onların xarakteri, psixoloji vəziyyəti, çətin situasiyalarda özünü aparmaq mədəniyyəti, bu situasiyalardan çıxma yolları araşdıra, həmçinin təşkilatda olan çatışmamazlıqların, şöbələr arasında əməkdaşlığın öyrənilməsi, idarəetmədə olan boşluqların daha yaxından öyrənilməsini həyata keçirə bilərlər.




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin