Magistratura məRKƏZİ” Əlyazması hüququnda Mirəlizadə Vüqar Fəxrəddin


Material ehtiyatlarının qiymətləndirilməsinin müasir metodları



Yüklə 370,62 Kb.
səhifə11/23
tarix15.04.2022
ölçüsü370,62 Kb.
#55511
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
Mirelizade Vuqar

2.2. Material ehtiyatlarının qiymətləndirilməsinin müasir metodları
Uçota alınma elə bir əməliyyatdır ki, orada əks olunan və material ehtiyatlarına aid olan maya dəyərinin sonradan dəyişdirilməsi mümkün deyil. Material ehtiyatlarının ümumi göstəricilərinin il ərzində uçotda dəyişdirilməsi bir-neçə halın baş verməsi zamanı həyata keçirilir. Belə hallara bəzi ehtiyat növlərinin qiymətinin kəskin surətdə artması və ya azalmasını, ilkin mövcud olan keyfiyyətlərin dəyişilməsini, mənəvi köhnəlməni nümunə kimi göstərmək olar. Adlarını çəkdiyimiz nümunələrdə baş verən dəyişikliklər birbaşa olaraq qiymətləndirmədə dəyişikliklərə təsir göstərir və bu dəyişikliklər də uçot hesabının yenidən tərtibini labüd edir.

Belə hallarda qiymətlərdə yaranan fərqlər vergiyə cəlb olunma üçün hesabatda əks etdirilən məfəətin tərkibinə daxil edilmir. Belə fərqlər müəssisənin ümumi maliyyə nəticələrinin bir hissəsi olaraq qəbul edilir. Burada daha bir diqqət mərkəzində saxlanılmalı olan faktor müəssisənin özünə aid olmayan, lakin sərəncamında müqavilə vasitəsilə istifadə olunaraq saxlanılan ehtiyatlar müqavilədə əks olunan qiymətə uyğun olaraq balansarxası hesabın uçotunda göstərilir.

Müvafiq qanuna əsasən material ehtiyatları xarici valyuta vasitəsilə alınarsa, onların dəyəri mütləq şəkildə Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq manata çevrilməlidir.

Məlum məsələdir ki, maya dəyərinin hesablanması zamanı material ehtiyatlarının əldə olunmasına çəkilən xərclər mühüm yer tutur. Bu xərcləri bəzən faktik məsrəflər də adlandırırlar. Bununla birlikdə, müəssisə istehsal fazasını tam olaraq bitirmək üçün hər zaman malsatanlardan müəyyən məhsulu təkrar istehsal üçün almalıdır. Bu alqı əməliyyatı zamanı xərclənən bütün məsrəflər faktiki maya dəyərinin hesablanılmasına yönəldilir. Əlbəttə ki, satın alınan məhsulların faktiki maya dəyərinin hesablanması nomenklaturun məhdud sayda olduğu hallarda daha rahat və düzgün şəkildə həyata keçirilir. Ancaq satın alınan materiallar böyük nisbət təşkil edərsə, bu zaman orta satın alma qiymətindən istifadə olunur [4, s. 11].

Belə qiymətləndirmə zamanı plan maya dəyəri və uçot qiyməti anlayışlarından istifadə praktikada daha geniş yer tutur. Burada əsas göstərici plan maya dəyəridir. Plan maya dəyərinin hesabatının tərtib olunması zaman müəssisə uçotun təşkili zamanı hazırki satın alma qiymətlərini, daşınma, qablaşdırma, mühafizə xərclərini nəzərə alır.

Ümumi metodoloji prinsiplərə əsasən müstəqil və dolayı faktiki maya dəyəri xərcləri mövcuddur. Adından məlum olduğu kimi dolayı xərclər materialların gətirilməsi və tədarükü ilə əlaqədar olan xərclərdir. Müstəqil xərclər isə satın alınan hər hansı materialın öz xərcidir.

Dolayı xərcləri aşağıdakı kimi qruplaşdıra bilərik:


  • Anbar tikililərinin və personalın saxlanması xərcləri

  • Material ehtiyatlarının tərkibinə daxil olunmayan nəqliyyat xərcləri

  • Kredit təşkilatlarından götürülmüş kreditlərinin faizlə ödənilməsi xərcləri

  • Ehtiyatların saxlanılması üçün qiymətə daxil olunmayan xərclər

Yuxarıda qeyd etdiyimiz kimi, faktiki maya dəyəri xərclərinə yalnız hər hansı bir material ehtiyatının satın alınması zamanı sərf olunan xərclər də aid olunur.

Material ehtiyatlarının satın alınması zamanı çəkilən dolayı xərclər daimi və dəyişkən xarakterli olur. Daimi xarakter daşıyanlara anbarların saxlanılması xərclərini aid etmək olar. Dəyişkən xarakterli xərcləri isə əsasən nəqliyyat xərcləri ilə əlaqədardır. Çünki alınan material ehtiyatları hər zaman eyni müəssisədən alınmır, yəni məsafədə müxtəlifliklər mövcuddur.

Ümumiyyətlə, daimi xarakter daşıyan xərclərdir 2 formada uçotu daxil edirlər. 1-ci forma odur ki, o, müstəqil qaydada həmin xərcləri satınalmanın faktiki maya dəyərinə daxil olunur. Uçota alınmanın 2-ci forması isə dəyişkən xərclərlə birlikdə müəyyən hesablaşma yolu ilə bölüşdürülmədir. Belə bölüşdürmə zamanı isə əksər vaxtlarda material ehtiyatlarının ümumi dəyəri və ya onların miqdarı əsas amil kimi götürülür.

Qiymətləndirmə zamanı material ehtiyatlarının istehsalata buraxılması aşağıdakı qiymətləndirmə vasitələri ilə həyata keçirilir:



  • əvəzedicisinin olmadığı təqdirdə materialların hər bir vahidinin dəyəri ilə

  • Orta maya dəyəri ilə

  • satın almanın birinci vaxtının maya dəyrəilə (FİFO metodu);

  • satın almanın sonuncu vaxtının maya dəyərilə (LİFO metodu).

Müəssisə öz uçot siyasətini seçir və bu siyasətə uyğun olaraq hər hansı bir üsulu seçməklə il ərzində öz inkişaf strategiyasını qurur. Yuxarıda göstərilən qiymətləndirmə üsullarından birincisinin tətbiqi xüsusi hallarda həyata keçirilir. İstifadəsində xüsusilik tələb edən qiymətli daşlar ehtiyatlarını bu qrup qiymətləndirməyə aid edə bilərik.

İkinci üsul qiymətləndirmə ölkəmiz üçün daha xarakterikdir. Burada isə yuxarıda haqqında danışdığımız nomenklatur qiymətləndirmə əsas götürülməklə orta maya dəyəri göstəricisindən istifadə olunur.

Əvvəlki qiymətləndirmələrdən daha müasir olan 3-cü və 4-cü qiymətləndirmə formaları inkişaf etmiş xarici ölkələrin firma və müəssisələrinin uçot tərtibatında ən çox istifadə olunan qiymətləndirmə formalarıdır. 3-cü metod olan FİFo-nun mahiyyəti ondan ibarətdir ki, istehsalatdan silinmə əvvəlcə birinci partiya, sonra isə ikinci partiya olmaqla həyata keçirilir. Ən sonda isə silinmə növbəlilik qaydası ilə aparılır. Yəni mədaxil olunan partiya elə özü də məxaric olunur.

LİFO metodu FİFO metodunun əksidir. Yəni silinmə əməliyyatı əvvəlcə ehtiyatların sonuncu partiyasının alınma qiyməti ilə silinməsi, sonra isə ondan əvvəl gələn partiyanın qiyməti ilə silinməsi həyata keçirilir. Burada isə dediyimiz kimi, sonuncu partiya mədaxil olunur, ən birinci partiya isə məxaric olunur.

Yuxarıda qeyd etdiyimiz qiymətləndirmə qruplarını dəqiqliklə nəzərdə keçirək (cədvəl 2.1.)


Yüklə 370,62 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin