Kvant elektronikasının əsasları


Lazerlərin sənayedə tətbiq sahələri



Yüklə 0,9 Mb.
səhifə28/28
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41795
1   ...   20   21   22   23   24   25   26   27   28
Kvant elektronikasının əsasları-son

Lazerlərin sənayedə tətbiq sahələri

• Ağac emalında lazerin tətbiqi



• Lazer yaranan gündən ona tətbiq sahələrini özü axtaran qurğu adı verilmişdir. Lazerin tətbiq sahələri çox genişdir. Onlar göz linzasının düzəlişindən tutmuş nəqliyyat vasitələrinin idarə olunmasına qədər, kosmik uçuşlardan tutmuş termonüvə sintezinə qədər geniş bir spektrdə tətbiq edilirlər.

• Lazerin elmdə və sənayedə geniş tətbiqinə onların unikal xassəsi olan koherentlik, monoxromatiklik və yüsək şüa sıxlığı əldə etmək qabiliyyəti səbəb olmuşdur. Məsələn, lazerin koherentliyi onu bir nöqtəyə, görmə üçün çox kiçik bir həddə, cəmi yüz nanometr ölçüsündə olan, difraksiya həddi ilə üst-üstə düşən fokuslamağa imkan verir. Bu lazerlə yazılan qurğularda informasiyanı optik disklərdə (məs. DVD) saxlamaq olur. Yaxşı fokuslaşmış kəsmə, əritmə və hətta buxarlanma üçün kifayət qədər yüksək sıxlıqda şüalanma əldə etməyə şərait yaradır. Məsələn, Nd:YAG lazerləri ikiqat tezlikli rejimdə 532 nm dalğa uzunluğunda işləyərək 10 Vatt güclə 1 sm2 düşən bir neçə meqavatt enerji əldə etmək imkanı verir. Praktikada şüanı difraksiya sərhədinə qədər fokuslaşdırmaq çox çətindir.

Lazer sənayedə, əsasən isə maşınqayırmada geniş tətbiqini tapmışdır. Burada lazerlə hissələrin mexaniki emalını misal göstərmək olar. Gücləndirilmiş lazer şüası ilə hətta metal hissələri kəsmək, səthi emal etmək mümkündür. Geniş tətbiq sahəsi adi alətlərlə emal oluna bilməyən daha kiçik, yəni mikroölçüdə olan həndəsi səthlərin hazırlanmasıdır. Mikrometr ölçüsündə olan deşiklərin açılması buna gözəl misaldır. Bundan əlavə lazerlə səthlərə qat çəkmək mümkündür. Səthə tökülmüş material tozu lazerlə əridilərək yeni qat çəkilir.

• Əgər səthlərdə hər hansı bir həndəsi fiquru naxışlamaq lazım gəlirsə burada da lazerin tətbiqindən istifadə edilir. Dəqiq maşınların işləməsində də lazerin köməyi ilə hissələri bir-birinə dəqiq uyğunlaşdırmaq mümkündür. Burada lazer ölçmə qurğularından istifadə edilir. Bu qurğular bir neçə metr böyüklükdə olan maşınların yalnız şüaların köməyi ilə problemsiz ölçülməsini reallaşdırır.

• Hərbdə hədəfə buraxılmış mərmilərin idarə olunması məqsədilə yönləndirici lazer şüalarından istifadə edilir. Hətta lazerdən silah kimi də istifadə olunur. Ancaq lazer silahları sadə lazer olub həddindən artıq böyük gücə malik olduqlarından onların tətbiqi çox əməktutumlu və baha başa gələndir.

•Lazerlərdən vakuumda maddələri buxarlandırmaq, qaynaq etmək, tibdə cərrahiyyə əməliyyatları aparmaq üçün istifadə olunur. Həmçinin lazerlər işıq lokatoru yaratmağa imkan vermişdir. Onun vasitəsilə cismə qədər olan məsafəni bir neçə millimetr dəqiqliklə ölçmək olur. Radiolokatorlar bu dəqiqliyə malik deyildir. Atomları və molekulları lazer şüalanması vasitəsilə həyəcanlandırmaqla onlar arasında adi şəraitdə gedə bilməyən kimyəvi reaksiyaları yaratmaq olur.








Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin