Kompüter ya da Bilgisayar



Yüklə 240,86 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix31.12.2021
ölçüsü240,86 Kb.
#49750
1   2   3   4
Kompüter — Vikipediya

İntel 80486DX2

 

mikroprosessorunun

 inteqral sxemi (real ölçüsü: 12×6.75 mm)


məhsuldarlığı ədədlər (sürüşkən vergüllü) üzərində bir saniyədə aparılan hesab

əməliyyatlarının sayı ilə ölçülür. Superkompüterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər

üzərində saniyədə yerinə yetirilən trilyon əməliyyatlarla ölçülür. Superkompüterlərdən

aerodinamika

seysmologiya



nüvə fizikasında

 və digər elm sahələrində meydana çıxan

mürəkkəb məsələlərin həllində geniş istifadə olunur. Superkompüterlərdə çoxsaylı

mikroprosessorların

 paralel işləməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur.

Superkompüterlərin qiyməti təqribən 10 milyon dollarlarla ölçülür.

Meynfreym

 – ümumi məqsədli universal elektron-hesablama maşınıdır. 70-ci illərdə dünya

kompüter parkının böyük hissəsini meynfreym kompüterləri təşkil edirdi. Fərdi kompüterin

inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Buna

baxmayaraq bu kompüterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur.

Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu

sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş

qaydada həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur.

Meynfreym kompüterləri əsasən 

İBM

 firmasında istehsal olunur. Bu cür kompüterlərin qiyməti



1 milyon dollar dəyərində olur. Hal-hazırda istifadə olunan 16–32 mikroprosessorlu server

kompüterlər meynfreym kompüterlərin sələfləri sayılır.

Mini–EHM – ölçüləri və hesablama məhsuldarlığı meynfrem kompüterlərə nəzərən kiçik olan

kompüterlər 1965–1980-ci illərdə mini-EHM adlanırdı. Hal-hazıda mini-EHM dedikdə fərdi

kompüterlər nəzərdə tutulur. Fərdi kompüterlərin kütləvi istehsalına 1981-ci ildən

başlanmışdır.

Kompüter aşağıdakı qurğulardan təşkil olunmuşdur:

Sistem bloku

Monitor

Klaviatura

Maus

 (siçan)


Əlavə qurğular (periferiya qurğuları):

Printer


 (çap qurğusu)

Skaner


Modem

Quruluşu



rəqəm videokamerası

səs gücləndiriciləri və s.

Kompüterlər portativ variantda da istehsal olunur – "bloknot" (

notebook


). Burada sistem

bloku, monitor və klaviatura bir korpusda qurulur: sistem bloku klaviaturanın altında, monitor

isə klaviaturaya qapaq şəklində hazırlanır.

Monitor

 – informasiyanı əks etdirən qurğu.



Klaviatura

 – kompüterə məlumatı (verilənləri və əmrləri) daxil edən əsas xarici qurğulardan

biri hesab olunur. Klaviaturanın köməyi ilə maşına istənilən simvolu (rəqəm, hərf, heroqriflər

və s.) daxil etmək mümkündür.



Printer

 – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür.

İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür. Simvollu və ya

qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür.

Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa

ötürülür. Vahid uzunluqda (1 düyümdə) olan nöqtələrin sayı printerin imkanlarını göstərir.

Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və

zərbsiz çap qurğuları.



Skaner

 – kağız üzərində olan mətn və qrafik məlumatı kompüterə daxil etmək üçündür.

Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi

qrafiki redaktor proqramların köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap

qurğusuna ötürülməsini təmin edir. Kompüterə çox zaman 

USB


 portu vasitəsi ilə qoşulur.

Multimedia

 – informasiyanın emalı texnologiyası olub, mətni, səsi, qrafiki, şəkli və

animasiyanı kompüter sistemində tam şəkildə birləşdirir.

Meynfreym

 – ümumi məqsədli yüksək məhsuldarlığa malik universal elektron-hesablama

maşınıdır (EHM). Bu kompüterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə

olunur. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə

çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını

mərkəzləşdirilmiş qayda ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən

istifadə olunur. Meynfreym kompüterlərin istehsalı ilə 

IBM


 kimi nəhəng şirkətlər məşğul

olur.


Kompüterin sistem bloku sistem platası (ana plata) və ona qoşulmuş aşağıdakı hissələrdən

təşkil olunmuşdur:

operativ yaddaş

 (RAM) modulları

Sistem bloku



mərkəsi prosessor - CPU

 və onun 

soyutma sistemi

;

müxtəlif 



adapterlər

;

Sərt disk



 qurğusu (Hard Disk Device- HDD);

Disket sürücüsü

 (Floppi Disk Drive- FDD);

CD-ROM


 (Compact Disk Read Only Memory);

CD-RW


 (Compact Disk Rewritable);

Səs platası

 (

Sound Card



);

Qida bloku

;

Mərkəzi mikroprosessor – proqramları icra edən qurğudur. Prosessorun sürəti bir saniyədə



onun yerinə yetirə biləcək əməliyyatların sayı ilə təyin edilir. Bu, bir çox amildən asılıdır.

Onlardan takt tezliyini, bit sayını və mikroprosessorun arxitekturasını göstərmək olar.

İnformasiyanı yadda saxlamaq üçün yaddaş qurğularından istifadə olunur. Yaddaş qurğuları

funksiyalarına görə müxtəlif olurlar:



Operativ yaddaş (Random Access Memory – 

RAM


. Kompüter söndürüldükdə operativ

yaddaşda (OY) olan informasiya silinir.



Daimi yaddaş qurğusu (Read Only Memory – 

ROM


) – yalnız oxumaq üçün istifadə olunan

yaddaşdır. Burada kompüterin əsas sistem proqram təminatı olan BIOS saxlanılır.



Disketləri (floppi) oxuyan qurğu- artıq isdifadəsi çox azalmış kiçik tutuma malik disketləri

oxuyub-yazmaq üçün qurğu.



Virtual yaddaş – yerinə yetirilən proqram(lar)a tələb olunan OY-ın həcmi mövcud fiziki

yaddaşdan çox olduqda diskdə təşkil olunan operativ yaddaş. Məsələn, fiziki mövcud olan

OY-ın həcmi 32 Mbayt olduğuna baxmayaraq o, 4 Gigabayta qədər virtual yaddaşdan

istifadə edə bilər.

"kütləvi yaddaş"(Mass storage)- kompüterin ənənəvi yaddaşı ilə müqayisədə böyük həcmli

verilənləri təsvir edən maqnit diski və ya lenti, eləcə də optik disklər üçün ümumiləşdirilmiş

termin.

Yaddaş qurğuları

Kompüterin proqram təminatı



Fərdi kompüterin

 proqram təminatı – təlimatlar yığımından ibarət olub, kompüteri idarə edir

və onun köməyi ilə lazım olan məsələni həll edir. Proqram təminatı iki hissəyə bölünür: ümumi

və tətbiqi. Ümumi proqram təminatı hesablama sisteminin resurslarının düzgün bölünməsini

və istifadə edilməsini təmin edir. Tətbiqi proqram təminatı özündə istifadəçinin tətbiqi

proqramlar paketini birləşdirir. Bu proqramlar paketində istifadəçinin konkret məsələsini həll

edə biləcək proqramlar olur.

Ümumi proqram təminatının tərkibinə aşağıdakı proqramlar daxildir.

əməliyyat sistemi;

proqramlaşdırma dilləri;

texniki xidmət proqramları.

Kompüter şəbəkələri

Kompüter proqramları

Kompüter təhlükəsizliyi

Aşağı açılan siyahı

1. 


https://obastan.com/bilgisayar/1387979/?l=az

 BİLGİSAYAR Azərbaycan Dilinin

Orfoqrafiya Lüğəti

2. 


http://www.azleks.az/online-dictionary/bilgisayar

 

Arxivləşdirilib (https://web.archive.org/

web/20190627170920/https://www.azleks.az/online-dictionary/bilgisayar)

 2019-06-27

at the 

Wayback Machine

 BİLGİSAYAR, Azərbaycan dilinin izahlı lüğəti

3. 


" "Kibercinayətkarlıq haqqında" Konvensiyanın Təsdiq edilməsi barədə" (https://web.archiv

e.org/web/20120119170208/http://www.e-qanun.az/files/framework/data/18/f_18619.

htm)

. 2012-01-19 tarixində 

orijinalından (http://www.e-qanun.az/files/framework/data/1

8/f_18619.htm)

 arxivləşdirilib. İstifadə tarixi: 2011-05-04.

Vikianbarda

 

Kompüter

 ilə əlaqəli

mediafayllar var.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər




 

Sonuncu redaktə 15 gün əvvəl 94.20.66.190 tərəfindən edilib  

Mənbə — "

https://az.wikipedia.org/w/index.php?

title=Kompüter&oldid=6221674



"

Yüklə 240,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin