"Kompüter texnologiyaları və proqramlaşdırma"



Yüklə 12,94 Kb.
səhifə1/2
tarix07.01.2024
ölçüsü12,94 Kb.
#201703
növüYazı
  1   2
Kompüter texnologiyaları və proqramlaşdırma

"Kompüter texnologiyaları və proqramlaşdırma"

Fakültə : Energetika və Avtomatika İxtisas : Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi Qrup :8223ad Tələbə : Eldarov Zaur Müəllim: Məmmədov Cabir Mövzu :Kompüter texnikasının hesabi və məntiqi əsası. Mənfi ədədin xüsusi kodlaşması.


Kompüterin hesabi və məntiqi əsasları
Ədədi informasiyanın say sisteminin köməyi ilə təqdim edilməsi
Obyektlərin miqdarı barədə olan informasiyanın yazılışı üçün ədəddən istifadə edilir. Ədədlər müəyyən say sistemlərində ifadə olunur. Say sisteminin əlifbası rəqəmlərdən ibarətdir. Məsələn, 10-luq say sisteminin əlifbası: 0,1,2,3,4,5,6,7,8,9
Say sistemləri mövqeli və mövqesiz olmaqla 2 iri qrupa bölünür. Mövqeli sistemlərdə rəqəmin qiyməti onun ədəddəki mövqeyindən asılıdır. Məsələn, 10-luq say sistemi mövqeli, Roma rəqəmləri mövqesiz say sisteminə aiddir. Roma rəqəmləri: I (1), V (5), X (10), L (50), C (100), D (500), M (1000) Burada kiçik rəqəm soldadırsa çıxılır, sağdadırsa toplanır. Ədəd rəqəmlərin toplanmasından əmələ gəlir: XXX =10+10+10=30. 1998=MCMXCVIII=1000+(1000-100)+(100-10)+5+1+1+1
Mövqeli say sistemləri. Qədim dövrlərdə 3-lük, 5-lik, 7-lik, 10-luq, 12-lik, 20- lik, 30-luq, 40-lıq, 60-lıq və s. say sistemlərindən istifadə edilmişdir ki, bunların da izləri bu gün də qalmaqdadır. Hal-hazırda kompüter tətbiqi ilə bağlı olaraq 10-luq, 2-lik, 8-lik və 16-lıq say sistemləri geniş istifadə edilir. Hər bir say sisteminin öz əlifbası və əsası vardır. Say sisteminin əsası onun əlifbasındakı rəqəmlərin sayıdır. Məsələn, 2-lik say sisteminin əlifbası 0 və 1-dən ibarət, 8-lik say sistemininki 0,1,2,3,4,5,6,7-dən, 16-lıq say sistemininki isə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A(10), B(11), C(12), D(13), E(14), F(15)-dən ibarətdir.
Ədədlərin 10-luq say sisteminə keçirilməsi. 2-lik, 8-lik və 16-lıq say sistemlərindəki ədədləri 10-luq say sisteminə keçirmək üçün ədədin açıq yazılışından istifadə edilir:
Ədədlərin bir say sistemindən digərinə keçirilməsi
Diqqətinizə görə təşəkkür edirəm
Ədədlərin 10-luq say sistemindən 2-lik, 8-lik və 16-lıq say sistemlərinə keçirilməsi. Bu bir qədər mürəkkəbdir və müxtəlif üsullarla həyata keçirilir. 10-luq say sistemindəki tam ədədi 2-lik say sisteminə keçirmək üçün 2-lik əsasına ardıcıl bölüb qalıqları sağdan sola oxuyub soldan sağa düzmək lazımdır: 1910 X 2 yazılışı 10-luqdakı 19 ədədinin 2-likdəki ekvivalentini tapmağı ifadə edir. Ardıcıl bölmə: 19:2=9 [1], 9:2=4 [1], 4:2=2 [0], 2:2=1 [0], 1:2 [1] alınır. Yəni 19 = 100112 . Bu qaydaya əsasən, mövqeli say sistemlərinin hamısının əsası 10 şəklində göstərilir. Bu, say sisteminin özünün əsasına bölünməsi nəticəsində alınır: 10:10= 1[0], 2:2=1[0] , 8:8=1[0], 16:16=1[0]. Bu baxımdan say sisteminin əlifbasını təşkil edən hər bir işarə say sisteminin əsasına nəzərən qalıq kimi çıxış edir.
10
2
2-lik say sistemindəki ədədləri 8-lik say sisteminə keçirmək üçün 2-lik ədədi sağdan üç-üç 8-lik rəqəmlə əvəz etmək kifayətdir. Məsələn, 1010012 X8 yazılışı üçün 001=1 və 101=5 əvəzlənməsi etmək lazımdır: 101001 =518 2-lik say sistemindəki ədədləri 16-lıq say sisteminə keçirmək üçün 2-lik ədədi sağdan dörd-dörd 16-lıq rəqəmlə əvəz etmək kifayətdir. Məsələn, 101001 =X16 yazılışı üçün 1001=9 və 0010=2 əvəzlənməsi etmək lazımdır: 1010012=2916 . 10-luq ədədləri 8-lik və 16-lıq say sistemlərinə keçirmək üçün onları əvvəlcə 2-lik say sisteminə keçirib sonra bu qaydadan istifadə etmək daha məqsədə uyğunddur.
2
8
2
2-lik say sistemində hesab əməlləri.
2-likdə toplama:
2-likdə çıxma:
2-likdə vurma:
0+0=0 0+1=1 1+0=1 1+1=10 1102 +112=10012
0-0=0 0-1=-1 1-0=1 1-1=0
1102 -112 =112
0x0=0 0x1=0 1x0=0 1x1=1 1102 x112=100102
Məntiqin əsasları və kompüterin məntiqi əsasları
Təfəkkür formaları
Təfəkkürün formaları və üsulları haqqında elm olan formal məntiqin əsaslarını Aristotel yaratmışdır. Təfəkkürün əsas formaları bunlardır: anlayış, mülahizə və hökm (nəticə, qərar).
Anlayış. Anlayış bir obyekti digər obyektlərdən fərqləndirən əsas əlamətləri ayırır. Anlayışda əhatə edilən obyekt müəyyən çoxluq təşkl edir. Məsələn, ―kompüter‖ anlayışı çoxsaylı elektron və elektromexaniki qurğuları özündə birləşdirir. Anlayışın məzmun və həcm cəhətləri vardır. Anlayışın məzmunu əhəmiyyətli əlamətlər yığınıdır. Məsələn, ―Fərdi kompüter‖ anlayışının məzmunu ona verilən tərifdə açıqlanır: ―Fərdi kompüter dedikdə, bir istifadəçi üçün nəzərdə tutulan informasiyanı avtomatik emal etməkdən ötrü olan universal elektron qurğu nəzərdə tutulur‖. Anlayışın həcmi dedikdə, onun əhatə etdiyi əşyaların sayı nəzərdə tutulur. Məsələn, ―Fərdi kompüter‖ dedikdə, dünyada mövcud olan bütün fərdi kompüterlər göz önünə gətirilir.

Yüklə 12,94 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin