Kənd Təsərrüfatı İlin də Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi


qiymətlərinin regionla müqayisədə daha baha qiymətə olmasına baxmayaraq istehsal prosesində gəlirlilik aşağıdır



Yüklə 0,88 Mb.
səhifə3/6
tarix24.05.2020
ölçüsü0,88 Mb.
#31540
1   2   3   4   5   6
ISIM Aqrar Aqropark 2015 (1)

qiymətlərinin regionla müqayisədə daha baha qiymətə olmasına baxmayaraq istehsal prosesində gəlirlilik aşağıdır.

Digər tərəfdən isə subsektorlar üzrə təhlil zamanı aydın olur ki, ölkədə kənd təsərrüfatı müəssisələri daha çox heyvandarlıq istiqamətində ixtisaslaşıb. Lakin, son illər bu müəssisələrin heyvandarlıqdan bitkiçiləyə doğru yerdəyişməsi tempi güclənib. Nəticədə son 10 ildə bu müəssisələrin bitkiçilik üzrə ümumi istehsalda payı 8.3% bəndi artaraq 33.1%-ə çatıb. Bütün bunlarla yanaşı ölkənin ərzaq təminatı hələdə fərdi və ev təsərrüfatlarının çiynindədir.

Yəni daha iri təsərrüfatların yaradılması, inkişaf etdirilməsi ilə yanaşı fərdi və ev təsərrüfatları da diqqətdə saxlanılmalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi bu qrup istehsalçılara həm elmi və həm də maliyyə dəstəyi olmalı, onların qısa müddət ərzində birləşərək korporativ təsərrüfatlara çevrilməsi prosesi təmin edilməli və beləliklə bu insanların zəhməti qarşılığında daha gəlirli fəaliyyəti təmin edilməlidir. Eyni zamanda dövlət tərəfindən sifarişli istehsal prosesinin təşkili də gözdən keçirilə bilər. Beləki, hökumət istehsal ili başlamazdan əvvəl məhsulların alışı üzrə minimum hədd müəyyən edərək gələcəkdə realizasiya probleminin istehsalçı üzərindən formalaşdırdığı psixoloji təzyiqi azalda bilər.



Ərzaq balansı

Mövzunun əvvəlində də qeyd etdiyimiz kimi aqrar sektor ilk növbədə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühümdür. Hazırda ölkə əhalisinin artım tempinin zəifləməsi belə bu istiqamətdə diqqətin zəifləməsinə səbəb olmamalıdır.

Ərzaq balansı isə əslində ölkənin ərzaq təminatının idxaldan asılılığını dəqiqləşdirmək, zəif bəndləri müəyyən etmək və həmçinin bu istiqamətdə inkişafı dəstəkləməkdir.


Cədvəl 5: 2013-cü il üçün bəzi məhsullar üzrə balans göstəriciləri, ton

 

İlin əvvəlinə qalıq

İstehsal

İdxal

Ehtiyatların cəmi

Cəmi daxili istehlak və itkilər

İxrac

İlin sonuna qalıq

Düyü

8251

4833

28485

41569

32387

13

9169

Un

465004

1437699

99750

2002453

1 513 251

5373

483829

Duru bitki yağları

16488

63252

107441

187181

135 036

36987

15158

Marqarin yağı

3856

24505

123

28484

24 392

-

4092

Meyvə və tərəvəz şirələri

13313

33785

5296

52394

29 280

9827

13287

Meyvə və tərəvəz konservləri

39124

127354

21373

187851

139 461

8878

39512

Şəkər

49474

427843

71289

548606

233 704

256312

58590

Çay

2388

7486

13775

23649

14 283

7586

1780

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2015

Gördüyümüz kimi bir sıra məhsullar üzrə daxili tələbat idxal hesabına (duru bitki yağları, düyü) digərləri böyük həcmdə yerli istehsal hesabına ( un, marqarin yağı, şəkər, meyvə tərəvəz şirələri, meyvə və tərəvəz konservləri) təmin edilir. Lakin, bəzi məhsullar isə böyük həcmdə ixrac edilir. Məsələn ölkədə istehsal edilən şəkərin həcmi daxili tələbatdan 2 dəfə artıqdır ki, nəticədə bu məhsullun 50%-dən artığı ixrac edilir.

Onu da qeyd etmək istərdik ki, Azərbaycan əhalisinin ərzaq təhlükəsizliyini, daha keyfiyyətli məhsullarla təmin edilməsini və ölkədə yeyinti məhsullarının ehtiyatının yaradılmasını qarşıya məqsəd qoyan “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” dövlət proqramı icra edilməkdədi. Dövlət proqramı 2015-ci il üçün aşağıdakı hədəfləri müəyyənləşdirib. Beləki, 2015-ci ildə dənli bitkilərin əkin sahələrini 900 min hektara, yağlı bitkilərin əkin sahələrini 135 min hektara məhsuldarlığı 32 s/ha-ya, ümumi istehsalı 2,8 milyon tona, şəkər çuğundurunun əkin sahəsini 20 min hektara, kartof istehsalının həcmini 1,12 milyon tona, tərəvəz və bostan bitkilərinin istehsalını 1,72 milyon tona, meyvə istehsalını 800 min tona, çay yarpağı istehsalını 3 min tona, ət istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 2,4 milyon tona, sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yumurta istehsalını 1,3 milyard ədədə çatdırılması nəzərdə tutulub. Təbii ki, proqramın sonuna bir il qaldığı bir dönəmdə yuxarıda sadaladığımız məqsədlərə necə əməl edildiyi maraq doğurmaya bilməz. Məsələn dənli bitkilərin əkin sahəsi 2013-cü ildə 1074 min hektar olub ki, bu da hədəfdən 174 min hektar artıqdır. Eyni zamanda ölkədə 2007-ci ildə 2004.4 min ton məhsul istehsal edilmişdisə bu göstərici 2013-cü ildə təxminən 50% artıq 2955.3 min ton olub. Lakin, bu müddət ərzində hər hektara 27.5 sentner olmaqla məhsuldarlığın artırılmasına nail olmaq mümkün olmayıb. Başqa sözlə, yenə də ekstensiv inkişaf baş verib. Nəticədə əkin sahələrinin nəzərdə tutulandan 24% çox artırılmasına baxmayaraq bu sahədə idxaldan asılılıq 2007-ci il ilə müqayisədə cəmi 7% azalaraq 36.1%-ə düşüb. Buna bənzər mənzərə ilə kartof üçün balansın təhlili zamanı da qarşılaşırıq. Beləki, dövlət proqramında 2015-ci ildə bu məhsul üzrə istehsalı 1037.3 min tondan 1120 min tona çatdırılması nəzərdə tutulsada əksinə proses baş verib və 2013-cü ildə hasilat 992.8 min tonadək azalıb və nəticədə paralel olaraq ölkənin kartof ixracı da azalıb. İdxaldan asılılıq səviyyəsi isə 8% səviyyəsində qalıb.

Paradoksal vəziyyət həmçinin süd və süd məhsullarının istehsalı ilə bağlı vəziyyətə də şamil etmək mümkündür. Beləki, hədəf 2015-ci ildə 2007-ci il ilə müqayisədə 80% artırılaraq 2400 min tona çatdırılması nəzərdə tutulsada ötən müddət ərzində istehsalın həcmi cəmi 36% artıb ki, bu da ölkədaxili tələbatın artım tempindən azdır. Nəticədə ölkə bu məhsul növü üzrə 2007-ci ildə olan 12.5%-lik asılılıq 2013-cü ildə 24%-dək yüksəlib.

Bütün növ ət məhsulları üzrə balans isə nisbətən fərqli istiqamətdə dəyişib. Beləki, ötən 6 il ərzində mal və qoyun ətində idxaldan asılılıq müvafiq olaraq 5.3%-dən 14.6%-ə və 0.2%-dən 2.2%-ə dək artdığı halda, quş əti üzrə anoloji göstərici 25.5%-dən 3.8%-ə dək azalıb. Ümumiyyətlə isə dövlət proqramında quş əti üzrə istehsalın həcmini illik 80 min tonadək artırmaq nəzərdə tutulsada 2013-cü ildə bu göstərici 88 min ton olub ki, bu da 2 il sonra üçün nəzərdə tutulduğundan belə 10% artıqdır. Yumurta istehsalı da 2007-ci illə müqayisədə 46% artaraq nəzərdə tutulan 1.3 milyon ədədi üstələyərək 1.4 milyon ədəd olub. Lakin, bununla belə bu məhsul növü üzrə tələbatın sürətli artımı nəticəsində idxaldan asılılıq səviyyəsi 2%-dən 3.3%-ə yüksəlib.

Bəzi məhsullar üzrə istehsalın daxili tələbatı ödəmə səviyyəsi haqqında daha dolğun təsəvvür formalaşdırmaq üçün aşağıdakı cədvəllərə diqqət etmək məqsədəuyğundur. Göründüyü kimi bitkiçilik məhsullardan dənli və paxlalılar növü üzrə idxaldan ciddi asılılıq olduğu halda katof, üzüm, bostan və tərəvəz məhsulları üzrə istehsal tələbatı ödəyə bilir. Meyvə və giləmeyvə məhsullarının istehsalı isə daxili tələbatı ödəməklə yanaşı ciddi ixrac potensialına malikdir.


Cədvəl 6: Bitkiçilik məhsulları ilə özünütəminetmə səviyyəsi, faiz




 

2007

2008

2009

2010

2011

2012

2013

2014

Dənlilərin cəmi

57,0

63,3

74,0

56,5

64,8

64,3

64,0

60.6

Buğda

48,0

55,7

69,2

48,9

57,7

56,8

56,0

54.1

Arpa

99,2

97,2

98,7

87,7

93,7

95,1

97,8

84.6

Qarğıdalı

76,4

68,1

67,2

64,5

68,0

67,3

60,0

56.7

vələmir

68,2

88,6

94,5

80,6

82,8

84,4

89,3

62.1

sair növ dənlilər

10,0

4,4

0,4

1,0

4,0

8,7

2,3

1.1

Paxlalılar

76,4

77,7

68,9

65,8

70,4

71,6

76,6

76.5

Kartof

98,0

103,6

104,7

100,5

101,6

98,2

97,6

89.7

Bütün növ tərəvəz

98,8

104,6

101,2

97,6

95,7

98,9

102,3

103.4

Bostan məhsulları

100,1

100,2

100,2

100,0

100,2

100,1

100,0

100.4

Meyvə və giləmeyvə

138,1

161,4

136,0

107,9

116,8

125,7

121,8

120.1

Üzüm

93,7

93,3

90,7

90,4

89,9

94,3

95,0

97.9

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2015

Lakin, meyvə və giləmeyvə məhsullarının istehsalında artım tempində azalma hiss edilir. Nəticədə isə bu məhsulların 2007-ci ildə 38%-ni ixrac etmək mümkün idisə 2013-cü ildə bu göstərici 21.8%-ədək azalıb.




Cədvəl 7: Heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi, faiz




 

2007

2008

2009

2010

2011

2012

2013

2014

Bütün növ mal-qara və quş əti

88,4

89,3

84,2

88,0

87,6

92,1

92,0


92.4

mal əti və ət məhsulları

95,7

95,3

95,8

95,5

88,1

92,6

86,5

87.7

qoyun (keçi) əti və ət məhsulları

99,8

99,9

98,7

99,7

99,8

98,7

97,8

97.9

donuz əti və ət məhsulları

26,0

24,4

13,9

19,7

14,7

25,7

36,0

16.6

quş əti və ət məhsulları

74,6

77,3

66,2

71,5

80,6

88,2

96,2

98

Süd və süd məhsulları

87,8

89,5

70,1

70,4

71,3

72,8

76,2

76.3

Yumurta

98,1

98,9

98,4

97,9

77,4

96,2

96,8

99.7

Balıq və balıq məhsulları

72,6

62,5

77,6

76,6

72,4

72,1

71,7

72.8

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2015

Heyvandarlıq məhsullarından isə balıq, donuz əti və süd məhsulları üzrə daxili tələbat ödənilmir. Xüsusi ilə də daha çox ənənəvi olmayan donuzçuluq üzrə ölkədaxili tələbat cəmi 36% ödənir. Lakin, heyvandarlıq sahəsində faktiki olaraq ölkənin ixrac potensialı yoxdur. Buna baxmayaraq qoyun əti, quş əti, yumurta istehsalı istiqamətində qısa müddət ərzində ölkədaxili tələbatın tam şəkildə ödənilməsi və ixrac potensialı formalaşdırmaq mümkündür. Ölkənin təbii şəraiti daha çox xırdabuynuzlu heyvanların becərilməsi üçün uyğun olması və ənənəvi təsərrüfatçılıq bu istiqamətdə müqayisəli üstünlüyü təmin edən əsas amillərdəndir. Eyni zamanda nəzərə alsaq ki, Azərbaycanda faktiki infrastrukturun bərpası və investisiya cəlbi qısa müddət ərzində quşçuluq sənayesinin də inkişafına təkan verə bilər. Beləliklə, hər iki istiqamətdə daha az səy və kapitalla daha çox məhsuldarlıq əldə etmək və nəticədə ölkənin ixrac potensialını gücləndirmək mümkündür.

Gördüyümüz kimi Azərbaycan hazırda əksər məhsullar üzrə az və ya çox idxaldan asılı vəziyyətdədir. Bu isə ölkənin ərzaq təminatı üçün ciddi təhlükə hesab edilə bilər. Xüsusi ilə də nəzərə alsaq ki, neftin satışından əldə edilən vəsaitlər yenidən ərzaq alışı məqsədi ilə xarici bazarlara axır və yaxın illərdə isə bu gəlirlərin həcmində kəskin azalmalar olacaq. Bu baxımdan qısa müddət ərzində sektorda dərin islahatların aparılması hökumət qarşısında dayanan ən mühüm məsələlərdən biri olmalıdır. Xüsusi ilə də qonşu Rusiyada yaşananlar-embarqo nəticəsində ölkənin üzləşdiyi ərzaq təminatı problemi problemi daha da aktuallaşdırır.





Məşğulluq səviyyəsi və sosial təsirləri

Bundan əvvəl də qeyd etdiyimiz kimi, Azərbaycan iqtisadiyyatı üçün kənd təsərrüfatının əhəmiyyətini artıran başlıca səbəblərdən biridə məşğulluqla əlaqəlidir. Çünki, ölkədə məşğul əhalinin 37%-i bu sektorun payına düşür. Yəni məşğulluuq böyük həcmdə kənd təsərrüfatından asılıdır. Yaranmış vəziyyətin əsas səbəblərindən biri mövcud metodologiya ilə hesablamalar zamanı torpaq sahəsi olan iqtisadi fəal vətəndaşların məşğul olaraq qeydə alınmasıdırsa digər səbəbi isə uzun illər ərzində kənd təsərrüfatında intensiv inkişafa nail olunmamasıdır. Beləliklə bu sahə hazırda ölkənin ən çox əməktutumlu sektorlarındandır. Problem isə ondan ibarətdir ki, ekstensiv kənd təsərrüfatına malik ölkələrdə olduğu kimi Azərbaycanda da məşğul əhalinin 37%-nin ölkə iqtisadiyyatında yaratdığı əlavə dəyər 5.3%-ə bərabərdir.


Diaqram 1: K/T-nın məşğulluq və ÜDM-də xüsusi çəkisi, müqayisəli, faizlə

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2015



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin