Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq



Yüklə 1,01 Mb.
səhifə10/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   6   7   8   9   10   11   12   13   ...   28
N 16


6-8. Sionizmin yaranması
Avropa Yəhudiləri onlara qarşı tətbiq olunan təzyiqlərə görə xristiyanlar arasında yaşaya bilmirdilər və mütəmadi olaraq onlara qarşı həyata keçirilən sürgün siyasətləri Yəhudilərdə müstəqil vətən ideologiyasını gücləndirməyə başladı.

19-cu əsrin sonlarında Rusiya Yəhudilərinin böyük bir dəstəsi bu ölkədən çıxarıldı. Onların bir hissəsi qərbi Avropada məskunlaşdı, başqa bir hissəsi isə Fələstin torpaqlarına gedərək Aralıq dənizinin sahilllərində məskunlaşdılar və həmən əraziyə “Sehyon”1 adını qoy-dular. Fələstin o zamanlar hələ Osmanlı xilafətinin tabeliyində idi.


Elə o zamanlar Avropa Yəhudiləri özlərinə xas olan intizar adət-ənənəsini pozaraq istiqlaliyyət qazanmaq üçün səy göstərməyə başla-dılar. Avstriyalı jurnalist “Theodor Herzel” Sionizmin əsasını qoydu və bu niyyətinin həyata keçməsi üçün böyük səy göstərdi. Yəhudi-lərin iki dəstəsi onun bu işinə qarşı çıxmağa başladılar. Birinci dəstə onun bu düşüncələrinin xristiyan ideologiyası ilə zidd olduğunu bildi-rənlər, ikincisi isə millətlərin parçalanmasını qəbul etməyən assimil-yanistlər idilər. İkinci dəstəyə daxil olan şəxslər hal-hazırkı dövrdə Yəhudilərin digər millətlərlə birlikdə sülh və əmin-amanlıq içərisində yaşaya biləcəklərini bildirirdilər. Amma Sionistlər sonda din qardaş-larını müstəqil ölkə yaratmaq barədə razı sala bildilər və bundan son-ra Yəhudilərin Fələstin torpaqların geniş mühacirəti başladı. Müsəl-



  1. Sehyon əslində Qüds şəhərində bir təpənin adıdır və Bəni-İsrail dövlətinin çiçək-ləndiyi zamanda, yəni Həzrət Davud (ə) ilə Həzrət Süleymanın (ə) hakimiyyəti illərində hərbi mərkəz idi. Bu ad tarix boyu Yəhudi qövmünün gücünü xatırladan məfhum kimi qəbul edilmişdir. Sonrakı peyğəmbərlərin kitablarında, Əhdi-ətiqdə bu yerin adı dəfələrlə qeyd olunmuşdur.

130


man mütəfəkkirlər bu böyük hiylə və məkirli siyasət kimi dəyər-ləndirərək müsəlmanların köçkün yəhudilərlə əməkdaşlıq etməkdən uzaqlaşmağa səslədilər.1 Amma müsəlmanlar bu məsələnin nə də-rəcədə faciyəvi olmasından xəbər tutuanda artıq bütün çıxış yolları bağlanmışdı.
Digər tərəfdən Sionizmin əsası qoyulmamışdan öncə bəzi xristi-yanlar belə bir ideologiya irəli sürmüşdülər ki, Həzrət İsanın (ə) dün-yanın sonunda geri qayıtması üçün Yəhudilər Fələstin ərazilərinə get-məlidirlər. Sionistlər bu düşüncəni daha da gücləndirərək sadə düşün-cəli xristiyanlar arasında özləri üçün ifratçı müdafiəçilər qazandılar.
6-9. İsrailin yaradılması
Çox keçmədi ki, Sionistlər güclü qəsbkarlıq siyasətini yürütmək-lə ərazilərini işğal etdilər. Bunun nəticəsi olaraq 1948-ci2 ildə Fələs-tinin işğal olunmuş torpaqlarında “İsrail” adlı dünyəvi yəhudi dövləti meydana çıxdı. İsrail silahlı qüvvələri 1967-ci ildə baş vermiş müha-ribə zamanı da qonşu ölkələrin bəzi hissələrini işğal edərək öz ərazi-lərinə qatdılar. Qeyd etmək lazımdır ki, İordaniyada yerləşə Məsci-dül-Əqsanın da yerləşdiyi Beytül-Müqəddəsin şərq hissəsi də işğal edilmiş ərazilərə daxil idi.3
Müstəqil ölkə yaratmaq Yəhudi qövmünün həmişəki arzusu ol-muşdur. Amma qeyri-yəhudi millətləri arasında yaşamaq iqtisadi ba-xımdan yəhudilər üçün daha əlverişli idi və elə buna görə də, İsrail ölkəsinin yaradılmasından sonra bir çox Yəhudilər həmin ölkəyə get-məkdən boyun qaçırırdılar. Bu səbəbdən də, onları köçməyə həvəs-ləndirmək məqsədilə dünyanın yəhudilər yaşayan ölkələrində müxtə-lif təşkilatlar yaradıldı. İsrailə köçmək İbri dilində “Elya” adlandırılır.



  1. Belə məzmunlu xəbərdarlıqlara nümunə olaraq “Təfsir Əl-Minar” kitabında Nisa surəsinin 45-ci ayəsi barəsində verdiyi açıqlamarı misal çəkmək olar.




  1. 1947-ci ildə sionistlər tərəfindən israil dövlətinin yaranması işğalçı İngilis qüvvələ-rinin Fələstindən çıxmaları ilə eyni zamana təsadüf edir.




  1. Tövrat Yəhudilərə qonşunun mal və mülkünə tamahkarlıq etməyi qadağan etmişdir. (Xuruc 17:20 və Təsniyə 21:5) Eləcə də: “Öz qonşusunun torpaq sərhədini dəyişdi-rənlərə lənət olsun!” (Təsniyə 17:27)

131


Hal-hazırda dünyada on dörd milyon yəhudi var və onların iyirmi faizi İsraildə və səksən faizi müxtəlif ölkələrdə (diaspora) yaşayırlar. İlk illərdə bir dəstə Yəhudi İsrailə köçdükdən sonra oranı tərk etdilər və başqa millətlərin arasında yaşamağa üstünlük verdilər.

İngiltərə və Amerika Sionizmi hərtərəfli olaraq dəstəkləməyə başladılar.

Qeyd etmək lazımdır ki, bəzi klassik düşüncəli yəhudilər, o cüm-lədən İsrail, Amerika və İngiltərədə olan “Neturei Karta”1 dəstəsi dai-ma İsrail adlı dövlətin yaradılması ilə müxalif olublar və bunu şəriy-yətlə zidd addım kimi dəyərləndiriblər. Onlar İsrailin yarandığı ilk il-lərdə həmin ölkədə öz dəstələri üçün xüsusi kağız əskinaslar çap et-dirdilər. Çünki, onlar bəyənmədikləri dövlətin pul əskinaslarından istifadə etmək istəmirdilər. Onlar Amerikada və İsraildə İsrailə qarşı etiraz aksiyaları keçirirlər.
7. Tənəx (Əhdi-Ətiq)

Yəhudilər öz müqəddəs kitablarını Tənəx2 adlandırırlar və bu xristiyanların Əhdi-Ətiqidir. Buna görə də, tam əminliklə deyə bilərik ki, Əhdi-Ətiq xristiyanların öz müqəddəs kitablarının müqabilində yəhudilərin kitablarına verdikləri addır. Xristiyanlar bu Əhdlərin hər ikisinə inanırlar, amma Əhdi-Ətiqdə olan bəzi hökmlərin Əhdi-Cə-diddə dəyişdirilməsini qəbul edirlər. Məsələn Tövratda (Levilər 11:7) donuz ətinə bənzər ətlər haram buyurulurdusa və yəhudilər bu ətləri





  1. Netueri Karta 1935-ci ildə yaradılmışdır və bu ad (Şəhərin qoruqçusu) 1938-ci ildə həmin dəstəyə şamil edilmişdir. Qeyd olunmuş ad Təlmuddan götürülmüşdür (He-qiqa 3:76) və burada alimlər şəhərin qoruqçuları kimi qələmə verilmişdir. Bu Barədə daha ətraflı məlumat toplamaq üçün (www.nkusa.org) internet saytına müraciət edə bilərsiniz.




  1. Bu söz üç sözün baş həriflərindən T-Tövrat (İbri dilində Tura), N-peyğəmbərlər (İbri dilində Nevyeim) və X-məktublar (İbri dilində Ketubim. Bu dilin qaydasına uyğun olaraq K hərfi X hərfinə çevrilmişdir) əmələ gəlmişdir. Xristiyanların istifadə etdikləri Əhdi-Ətiq yəhudilikdə qəbul edilmir.

132


yeməkdən boyun qaçırırdılarsa Əhdi-Cədiddə (Həvarilərin işləri 10:9-16 və s yerlərdə) bütün ətlər halal buyurulmuşdur və xristiyanlar heç bir əti haram bilmirlər. Xristiyanların nəzərincə Əhdi-Ətiqdə qeyd olunmuş şəriyyət Əhdi-Cədiddəki şəriyyəti tərk etmək üçündür.
Əhdi-Ətiq kitabı İbrani dilindədir və onun az bir hissəsi Kəldani dilində qələmə alınmışdır. Bu dillərin hər ikisi ərəb dili kimi Sam dili qrupuna aiddirlər. Əhdi-Ətiqin İbrani dilində tərtib olunmuş nüsxələri xristyanların tərcümələrindəki tərtibatla bir az fərqlidir. Amma Töv-ratın beş bölümü hər tərtibatda toxunulmaz olaraq qalır.
Əhdi-Ətiqin Yunan dilində də bir nüsxəsi mövcuddur və bu nüs-xə İbrani dilindən tərcümə olunmuşdur. Yunan dilində1 olan nüsxəni “Tərcumeye səbiniyyə” yaxud “Yetmiş tərcümə” adlandırırlar. Qeyd etmək lazımdır ki, bu tərcümə təxminən eradan əvvə 258-ci ildə Mi-sirin padşahı Batlaymus Filadelfusun əmri ilə 72 nəfər tərəfindən edilmişdir. Bu nüsxə ilə İbri dilində olan əsas nüsxə arasında fərqlər mövcuddur və daha mühim budur ki, qeyd etdiyimiz tərcümə nüsxə-sində İbrani dilində olan nüsxədə mövcud olmayan bölümlər möv-cuddur. Yəhudi alimləri 1-ci əsrdə öz müqəddəs kitablarını müəyyən-ləşdirmək üçün “Yavna” adlı yerə toplaşanda o zaman sayı 39-a ça-tan İbrani dilində qələmə alınmış dini kitablardan istifadə etdilər və Yunan dilində qələmə alınmış kitabları istifadə etməyərək kənara qoydular. Bu kitablar sonralar “Apokrifa”, yəni “bağlı” adlandırıldı.
Xristiyanların kitabı, yəni Əhdi-Cədid Yunan dilində qələmə alındı və onlar Apokrifa kitablarında öz Əhdi-Ətiqlərindən istifadə etdilər. Bununla da, onların Əhdi-Ətiq kitablarının sayı 46-ya çatdı və müqəddəs bilinən bu kitabları qəbul olundu. Təxminən beş əsr sonra Martin Luter Kinq bu kitabların ilhamla yazılmasına şəkk etdi və bir müddətdən sonra Protestant xristiyanlar həmin kitabları kənara



  1. Makedoniyalı İskəndər təxminən eradan əvvəl 330-cu ildə Yaxın Şərq regionunu fəth etdikdən sonra Yunanlılara məxsus elmin yayımı işini həyata keçirməyə başladı və bu məqsədlə “iskəndəriyyə” adlı şəhərlər salmağa başladı. Bu şəhərlərdən biri Mi-sirdədir və bizim dövrümüzə qədər də elm şəhəri olması statusunu qoruyub saxla-maqdadır. Bundan sonra Yunan dili elm və yazı dili kimi tanındı.

133


qoyaraq Əhdi-Ətiqin Protestant formasını meydana çıxartdılar. Bu nüsxə Yəhudilərin Tənəxi ilə eyni idi. Protestantların daha çox dini kitab çap etmələrini nəzərə alsaq deyə bilərik ki, hal-hazırda dünyada əksər nüsxələrdə apokrifa mövcud deyildir. Katolik və Ortodoks kilsələr buna qarşı çıxırlar və qeyd olunmuş bölümləri Əhdi-Ətiqin bir hissəsi kimi qəbul edirlər və onları “İkinci qanun” (Deuterocano-nical) adlandırırlar.
Yunanlılara aid digər kitab dəstəsi Sudepiqrafa (Pseudepigrap-ha), yəni “Saxta yazılar” adlandırılır. Bu dəstəyə aid kitablrın mötə-bərliyi azdır və heç vaxt Əhdi-Ətiqdə yerləşdirilməmişdir. Eradan bir neçə on il öncə bəzi ziyalı Yəhudilər tərəfindən qələmə alınmış bu yazılar kitab əhlinin onlara diqqət ayırmaması səbəbindən aradan get-di, amma həmin əsərlərin bəzilərinin tərcümələri dünyanın müxtəlif yerlərində mövcuddur və son əsrlərdə kəşf olunmuşdur. Xristyanların da bəzi əlavələr etdikləri bu kitabların sayı çoxdur və həmin kitab-ların toplusu İngilis və digər Avropa dillərinə tərcümə olunaraq çap edilmişdir.1
Tənəx 39 kitabdan ibarətdir və xristiyanlar bu kitabı tərcümə edərək Əhdi-Ətiq adlandırdılar. Əhdi-Ətiq üç bölümdən ibarətdir:


  1. Tarixi bölüm




  1. Hikmət, münacat, dua və şeir




  1. Peyğəmbərlərin gələcək haqqında xəbərləri


7-1. Tənəxin tarixi bölümü (Əhdi-Ətiq)
Əhdi-Ətiqin tarixi bölümü 17 kitabdan ibarətdir və onun ilk beş kitabı “Tövrat” adlandırılır. Onun başqa bir adı isə “Pentatuk” (Pen-tateuch), yəni “Beş kitab” yaxud “Beş bölüm” adlandırılır.
Tövrat “Yaranış” bölümü ilə başlayır. Dünyanın yaradılışı, Adəm və Həvvanın xəlq edilmələri, yaxşı və pis mərifət ağacının meyvəsindən yemələri, onların “Ədən” bağından, yəni cənnətdən qo-


  1. Bu kitablardan ibarət bir məcmuə “The Forgotten Books of Eden” adı ilə 1927-ci ildə Amerikada, İngilis dilində çap olunmuşdur.

134


vulmaları, Adəmin övladlarının hekayəsi, Nuhun tufanı, Həzrət İbra-him, İsmail, İshaq, Yaqub və Yusifin (ə)-ların başlarına gələn hadisə-lər bu bölümdə qeyd olunmuşdur.
Digər dörd bölümdə isə Həzrət Musanın (ə) həyatı və Bəni-İs-railin həyatı açıqlanır. Bu bölümdə O Həzrətin dünyaya gəlməsi, pey-ğəmbərliyə çatması, xaric olması, dövlət təşkil etməsi və dünyadan köçməsi geniş şəkildə qeyd olunmuşdur. Bu dörd bölümdə dini hö-kümlər və qanunların bir əksəriyyəti, vəhy barəsində məlumatlar da qeyd olunmuşdur. Yəhudilər və xristyanların nəzərincə Tövratın beş bölümünün müəllifi Həzrət Musa (ə) özüdür.
Bəni-İsrailin tarixi Həzrət Yuşənin (ə) zamanından sonraya aid edilir və digər on iki kitabda qeyd olunmuşdur. Əhdi-Ətiqin tarixi ki-tabları aşağıdakılardır:


  1. Yaranış bölümü; (Dünyanın yaranışı, Həzrət Adəm, Nuh, İbrahim, İsmail, İshaq, Yaqub və Yusif)

  2. Xuruc bölümü (Həzrət Musanın (ə) dünyaya gəlməsi və pey-ğəmbərliyə çatması, Bəni-İsrailin Misirdən çıxarılaraq Sinaya köçü-rülməs, Əhkam)




  1. Levilər bölümü; (Həzrət Harunun (ə) nəslindən və Lavi ailə-sindən olan Yəhudi ruhanilərinin və kahinlərinin hökümləri)

  2. Ədədlər bölümü; (Həzrət Musanın (ə) zamanında Bəni-İsrai-lin sayı, şəriyyəti və tarixi)

  3. Təsniyə yaxud ikilik bölümü; (Öncəki bölümlərdə qeyd olun-muş dini əhkamların təkrarı və Bəni-İsrailin Həzrət Musanın (ə) vəfa-tına qədər tarixi)




  1. Yuşənin səhifəsi; (Həzrət Musanın (ə) canişini Yuşə ibn Nu-nun tarixi, həyatı və sərgüzəştləri)

  2. Hakimlər bölümü; (Padşahların təyin edilməsindən öncə Bəni-İsrail hakimlərinin tarixi)

  3. Rut kitabı; (Həzrət Davudun (ə) nənələrindən olan Rut adlı bir qadının həyatı)

  4. Samuelin birinci kitabı; (Samuel peyğəmbərin tarixi, Şaulun, yəni Talutun hakimiyyətə təyin edilməsi)

135


  1. Samuelin ikinci kitabı; (Həzrət Davudun (ə) şahlığı)




  1. Padşahların birinci kitabı; (Həzrət Davudun (ə) şahlığının davamı, Həzrət Süleymanın (ə) padşahlığı və onun canişinləri)

  2. Padşahların ikinci kitabı; (Buxtənnəsrin hücumuna qədər Bəni-İsrail padşalarının tarixinin davamı və Babilistanın tərki)

  3. Birinci günlər tarixi kitabı; (Bəni-İsrail nəslinin tarixi və Həzrət Davudun (ə) vəfatına qədər Bəni-İsrail tarixinin təkrarı)

  4. İkinci günlər tarixi kitabı; (Həzrət Süleymanın (ə) və digər padşahların “Babil sürgününə” qədər padşahlıq tarixi)

  5. Esranın tarixi; (Urşəlimin yenidən qurulması və Yəhudiləri Üzeyrlə birlikdə azad edilməsi)

  6. Nehemya kitabı; (Urşəlimin yenidən qurulması, Nahamya Saqinin dilindən Yəhudilərin Əhəməni şahı Birinci Ərdəşir tərəfin-dən qaytarılması)




  1. Ester kitabı; (Xəşayarşahın Yəhudi həyat yoldaşı Esterin vasitəçiliyi ilə Yəhudilərin məhvi probleminin həll olunması)1


7-2. Hikmət, münacat, dua və şeir
Bu bölüm beş kitabdan təşkil olunmuşdur:


  1. Əyyub kitabı; (Xəstəliyə düçar olması, səbirsizliyi və sonda dostlarının öyüd-nəsihətilə səbirli olması)

  2. Məzamir, yəni Davudun Zəbur kitabı; (150 hissədən ibarət düa və münacat toplusu)

  3. Həzrət Süleymanın (ə) kitabı; (Hikmətli sözlər toplusu)




  1. Camiə2 kitabı; (Dünyaya pessimist yanaşmaya aid)




  1. Süleymanın qızıl kitabı; (Aşiqanə şeirlər toplusu)


7-3. Peyğəmbərlərin gələcəkdən xəbər verməsi
Peyğəmbərlərin gələcəkdən xəbər vermələri bölümünə Bəni-İs-railin Allaha itaət etməyəcəkləri təqdirdə onları gözləyəcək pis aqibət



  1. Esterin və Yəhudilərin məhvi probleminin həllindən böyük rol oynamış əmisi oğlu Mordexayın qəbirləri Həmədan şəhərindədir.




  1. Bu kitabda istifadə oluanan Camiə sözü Həzrət Süleymanı (ə) nəzərdə tutur.

136


barəsindəki xəbərdarlıqlardan və hədə-qorxulardan ibarətdir. Gələ-cəkdən verilən bu xəbərləri anlamaq üçün oxucu o zamanlar baş ver-miş hadisələr barəsində məlumatlı olmalıdır. Bu bölüm 17 kitabdan ibarətdir:

  1. İşəya kitabı; (Əhdi-Ətiqdə gələcəkdən verilmiş xəbərlər ba-rəsində mövcud olan ən uzun və məşhur kitab)

  2. Ermiya kitabı; (Gələcəkdən verilən xəbərlər)




  1. Ermiya mirası kitabı; (O Həzrətin Urşəlimin xarabalıqlarına həsr etdiyi mərsiyyələr)

  2. Hezqiyal kitabı; (Gələcəkdən verilən xəbərlər)




  1. Daniyalın kitabı; (Həzrət Daniyal peyğəmbərin cihadları və gələcəkdən verdiyi xəbərlər barəsində)1




  1. Huşə kitabı (Gələcəkdən verilən xəbərlər)




  1. Yueyl kitabı; (Gələcəkdən verilən xəbərlər)




  1. Amus kitabı; (Gələcəkdən verilən xəbərlər)




  1. Əvbədya kitabı; (Gələcəkdən verilən xəbərlər)




  1. Yunisin kitabı; (O Həzrətin balığın qarnında həbs olunması hekayəsi)

  2. Mikah kitabı; (Gələcəkdən verilən xəbərlər)




  1. Nahum kitabı; (Gələcəkdən verilən xəbərlər)




  1. Həbəqquq kitabı; (Həzrət Həbəqququn gələcəkdən xəbər verməsi)2




  1. Sefenya kitbı; (Gələcəkdən verilən xəbərlər)




  1. Həcca kitabı; (Gələcəkdən verilən xəbərlər)




  1. Zəkəriyya kitabı; (Gələcəkdən verilən xəbərlər)




  1. Məlaki kitabı; (Gələcəkdən verilən xəbərlər)

Bu kitabların müxtəlif baxımdan mötəbərliklərinin araşdırılması ilə xristiyanlıq bölümündə tanış ola bilərsiniz.


7-4. Müqəddəs kitaba müraciət metodu



  1. Bir çox tarixçilər Daniyal kitabının eradan əvvəl altıncı əsrdə yazılmasını qəbul etmirlər və bu kitabın eradan əvvəl 165-ci ilə aid olduğunu bildirirlər.




  1. İslami mətnlərdə bu ad Həyquq formasında qeyd olunmuşdur.

137


Bizim hamımız Qurani-Kərimə müraciət metodu ilə tanışıq. Be-lə ki, Qurani-Kərimdə surə və ayə bölgülərindən istifadə olunur. Yüz-lərlə antik və məşhur kitabın özünəməxsus səhifə bölgüsü vardır. Belə tanınmış kitablara nümunə olaraq Platonun, Aristotelin, Home-rin, Herodotun, Şekspirin və başqalarının kitablarını misal çəkə bilə-rik. (Qanun kitablarına və məcəllələrinə də müraciət edərkən səhifə anlayışının əvəzinə maddələrin sıralanmasını müşahidə edirik) Belə kitablara müraciət etmək üçün özünəməxsus bablar, bölümlər, his-sələr, fəsllər və sıralamalar müəyyən edilmişdir. İbri dilində olan Tövrat kitabında bu fəsllərdən və bölgülərdən əlavə özünəməxsus fəsllər də mövcuddur.1
Onlar müqəddəs kitablarına müraciət edərkən ilk olaraq kitabın və yaxud bölümün adını, sonra fəslin nömrəsini və sonda fəqərənin nömrəsini qeyd edirlər. Məsələn; “Yaranış 1:27”, yəni Yaranış bölü-mü, 1-ci fəsil, 27-ci fəqərə.
7-5. Tövratın tənqidi
Tövrat İbrani dilində “Qanun” və “Şəriət” mənasını kəsb edir, çünki Tövrat kitabında çoxlu qanun və əhkamlar mövcuddur. Yəhudi alimləri tövratdan 613 höküm çıxara bilmişlər.
Müqəddəs kitab sahəsində araşdırmalar aparan alimlər İbrani dilində qələmə alınmış Tövrat kitabının mətninin üslubuna əsasla-naraq beş bölüm üçün dörd fərziyyə edilən mənbə təyin etdilər və bu mənbələrin hər birisinə xüsusi ad qoydular:


  1. Elohim mənbəsi (E): Allahın Elohim2 adlandırıldığı bəzi his-sələrə işarə məqsədilə belə adlandırılmışdır.




  1. Yəhvə mənbəsi (J): Allahın Yəhvə (Jehovah)3 adlandırıldığı bəzi hissələrə işarə məqsədilə belə adlandırılmışdır




  1. Xristiyanlar İslami dillərdən istifadə edərkən öz müqəddəs kitablarının bəndlərini “Ayə” adlandırırlar. Əslində bu xristiyan termini deyildir, çünki onlar öz səmavi kitablarının ibarətlərini və sözlərini möcüzə kimi qəbul etmirlər.

  2. Eloh Allah mənasını verir və Elohim hörmət əlaməti kimi cəm formasıdır.

  3. Allahın xüsusi adı.

138


  1. Kahin və keşiş mənbəsi (P): Kahin və keşişlərin (Priests) öh-dəliklərinə aid hissələr işarə.

  2. Təsniyə və yaxud İkinci qanun bölümü mənbəsi (D): Bütün “İkinci qanun” (Deuteronomy) bölümünə şamil edilən məxsusi mən-bəyə işarə.

Bu bölümlərin hər birisinin özünəməxsus üslubu vardır və onları müqayisə edərkən tam şəkildə anlamaq olar ki, hal-hazırda mövcud olan beş bölüm qədim zamanlarda (təxminən 2500 il bundan öncə) dörd müxtəlif mənəyə istiandən bir yerə toplanılmışdır.

Tövratın və digər müqəddəs kitabların ən qədimi və tanınmış tənqidi Hollandiyalı filosof Spinoza tərəfindən (1632-1677) “İlahiy-yat və siyasət barəsində traktat” kitabında qeyd olunmuşdur.
Spinoza öz kitabında müxtəlif dəlillərdən istifadə etməklə isbat edir ki, müqəddəs kitabın mötəbərliyini araşdırmaqdan ötrü onun ta-rixi və tənqidi aspektlərinə diqqət yetirmək lazımdır. Təəssüflə bildir-mək lazımdır ki, bizdən öncə bu işlə məşğul olanlar bu məsələləri kə-nara qoymuşlar və yaxud nəsə qələmə almışlarsa da bizə qədər gəlib çatmamışdır. O əlavə edir ki, hal-hazırki dövürdə təəssübkeşliklər din adı ilə tanınır və insanar öz etiqadlarında ağıl məfhumundan istifadə etmirlər. Elə bu səbəbdən də, mən nisbi psimistliklə bu sahəyə daxil oluram və ilk addım olaraq müqəddəs kitabların (ilk öncə Tövratın beş bölümünün müəllifini) müəlliflərini araşdırmağa başlayıram:
Demək olar ki kitab əhlinin hamısı Tövratın Musa tərəfindən yazılmasına inanırlar, belə ki Yəhudilərin Ferisilər firqəsi bu əqidəyə təkid olaraq qeyd olunmuş düşəncəyə müxalifət etməyi kafirlik kimi qəbul edirlər. Elə bu səbəbdən də, daha azad düşüncəyə malik olan alim İbn Əzra bu barədə fikir söyləməyə cürət etmədi və yalnız biz neçə qaranlıq işarələrlə bu düşüncənin səhv və yalnış olmasını bil-dirdi. Amma mən heç bir qorxu hissi keçirmədən İbn Əzranın qaran-lıq düşüncələri üzərindəki pərdəni götürəcəyəm və həqiqəti hamının diqqətinə çatdıracağam.”1



  1. Spinoza, Bendict de, A Theologico-Political Treatise, ch VIII.

139


Sonra Spinoza Tövratın beş bölümünün elmi araşdırmasına baş-layır və bu kitabın müəllifinin Həzrət Musa (ə) olmadığını və O Həz-rətdən əsrlər sonra yaşamış bir şəxsin olduğunu sübut edir. Məsələn Yaranış 14:14-də “Dan” adlı yeri adı qeyd olunur, amma Yuşə Kita-bında 19:47-də Həzrət Musanın (ə) zamanında həmən yerin adının “Leşem” olması göstərilir və O Həzrətdən əsrlər sonra həmən yer “Dan” adlandırılır. Onda əgər Tövrat doğurdan da Həzrət Musanın (ə) yazısıdırsa onda nəyə görə bu məkan Leşem yox Dan olaraq qeyd olunmuşdur? Qeyd etmək lazımdır ki, yəhudi və xristyan alimləri bu sualı özünəməxsus tərzdə cavablandırmışlar.
Spinoza hal-hazırkı Tövratın bəzi bölümlərində istifadə olunan fikirlərə istinadən (Xuruc 17:14 və Ədədlər 21:14) yazır ki, Həzrət Musanın (ə) başqa yazıları da mövcud olub, amma hal-hazırda möv-cud olan Tövrat onun qələmə aldığı kitab ola bilməz.
7-6. Əhdi-Ətiqin Epokrifaları
İndi də Əhdi-Ətiqin epokrifaları ilə tanışlıq məqsədilə həmin ki-tabların adlarını qeyd edəcəyik. Bunu da qeyd etməyi özümüzə borc bilirik ki, epokrifaları olan müqəddəs kitabların nüsxələri istər epok-rifa kitabların sayı, istərsə də tərtibatı baxımından fərqlənirlər. Epok-rifanın fars dilinə tərcüməsi (on qədimi və mötəbər nüsxəyə əsasən) aşağıdakı on kitabdır:

Tubiyyət, Yəhudiyyət, Ester (Yunanca) Süleyman peyğəmbərin hikmətləri, Yəşu ibn Siraxın hikmətləri, Baruk, Ermiya, Danial pey-ğəmbər (Yunaca), Mekabilərin birinci kitabı və Mekabilərin ikinci kitabı.


8. Təlmud

Təlmud sözü İbrani dilindəki “Ləmədə” (yəni öyrətmək) feli kö-kündən əmələ gələrək təhsil və təlim mənasını kəsb edir və Ərəb dilindəki “Tilmiz” (yəni şagird) sözü ilə eyni kökə qayıdır. Təlmud


140


içərisində Yəhudi hədisləri və əhkamları olan böyük kitabdır. Daha dəqiq desək Tövratın təfsiri və açıqlamasıdır və onu “Şifahi Tövrat” adlandırırlar.
Yəhudilər Babilistana köçürüləndə onların arasında “Suferim” (katiblər və yazarlar) adlı bir dəstə meydana çıxdı. Katiblər Tövratı və digər dini mətləbləri kağız üzərinə köçürən insanlar idilər. Ən bö-yük Sufer Ezra (Üzeyr) idi və o eradan əvvəl beşinci əsrdə yaşamış-dır. Ezra Musanın (ə) şəriətini daha da genişləndirmək qərarına gəldi və Əhdi-Ətiqin köməkliyi ilə Yəhudi cəmiyyətinin ehtiyaclarını ödə-mək istədi. Onun bu addımı ilə Yəhudilərin şifahi adətləri meydana çıxdı.
Ezradan sonra dini mətnlərdə təfsir və açıqlama metodu mey-dana çıxdı və ixtiraçısı Ezra olan bu metod “Midraş” adlandırıldı. Midraş sözünün mənası “axtarış”-dır, çünki alimlər midraşın kömək-liyi ilə Tövratın gizli mənalarını axtarırdılar və bütün gündəlik məsə-lələrinin mənasını öz səmavi kitablarından çıxarmağa çalışırdılar. Dinin məsələlərin həlli sahəsində Baş Məclisin (Senehdrin) təsis olunmasından sonra Həzrət Musadan (ə) sonra Tövratın təfsirinin nəsildən nəsilə keçərək Baş Məclis üzvlərinə çatması fikiri formalaş-dırıldı. Bu məsələlər Ferisilər tərəfindən həyata keçirilirdi və Səduqi-lər bununla müxalif olduqlarını bildirərək yalnız Tövratın zahiri mə-nası ilə kifayətlənirdilər.

Bir çox alimlərin nəzərincə Yəhuda Hənnasi şifahi dini məlu-matları yazaraq sonralar Təlmud adlanacaq kitab formasına salan şəxsdir. O, 135-ci ildə dünyaya göz açmışdır və əlli ildən çox Nasi, yəni Yəhudi qövmünün dini rəhbəri olmuşdur.


Yəhuda Hənnasi bu şifahi ənənəni Mişna adlandırdı və bu da tərcümədə Tövratın təkrarı və mənası deməkdir. Miqra isə Tövratın mətni və oxunuşu mənasını kəsb edir.
Mişnanın şərhi “Qemara” adlanır və tərcümədə təfsir mənasını verir. Qemaranın yazıçıları bu kitabda istifadə olunan mətləblərin qədim zamanlarda yaşamış alimlərin sözləri olduğunu bildirirdilər. Qemara Mişna kitabını təkmilləşdirmişdir.

141


Mişna iki Qemaradan ibarətdir: Babilistan Qemarası və Fələstin (Urşəlim) Qemarası. Təlmud Qemaralara uyğun olaraq iki cürdür: Daha dolğun olan Babilistan Təlmudu və Fələstin (Urşəlim) Təlmu-du. Birinci Təlmudda Mişnanın bir parçası nəql olunur və sonra hə-min parçaya Qemara başlığı altında təfsir verilir.
Təlmud altı bölümdən ibarətdir və bunların hər birisi “Seder” adlanır və altı sederin daxilində 63 dini risalə vardır:

  1. Zeraim sedri; (Toxumlar, məhsulların hökmü və heyvanların nəsil verməsi) – 11 risalə

  2. Mued sedri; (Bayram bölümü, anım günləri barəsində) – 12

risalə



  1. Naşim sederi; (qadınlar bölümü, evlilim əhkamları) – 7 risalə




  1. Nezeyqin sederi; (Zərər və ziyanlar bölümü, mal və insanlara dəyən ziyan barəsindəki əhkamlar) – 10 risalə

  2. Qedaşim sedri; (Müqəddəslər bölümü, Yəhudi dininin mü-qəddəsləri) – 11 risalə

  3. Teharut sederi; (Təharət bölümü, pak və napak barəsindəki əhkamlar) – 12 risalə

Təlmudda iki əsas məsələ ilə üzləşirik: Birincisi “Hellaxa”-dır. Hellaxa düzgün yaşmaq üçün dini əmrlərdən ibarət metod və üslub mənasını daşıyır. İkincisi “Eqada”-dır. Eqada qədim zamanlarda ya-şamış Yəhudilərin və yaxud digər qövmlərin böyük şəxsiyyətlərinin başalrına gələn hadisələrdən ibarət rəvayət mənasını kəsb edir.
Təlmuddakı mövzuların bir çoxuna İslam dininə aid kitablarda rast gəlinir və müsəlmanların bəziləri məsələnin məğzinə varmadan bu mətləblərin bir hissəsini tam olaraq qəbul etmişlər. Müsəlmanlar bu növ rəvayətləri “İsrailiyyat” adlandırırlar. Təlmudda həqiqətlə uzlaşan məsələlərə də rast gəlmək olar və bu mətləblərin bəziləri ayələr və düzgün İslami rəvayətlərlə üst-üstə düşür.

Təlmud Yəhudiliyin bütün sahələrini özündə cəmləşdirərək onu qoruyan ensklopediya mənasını daşıyırdı. Xristiyanlar Təlmudda Həzrət İsaya (ə) qarşı pis sözlərin qeyd olunması səbəbindən bu ki-taba qarşı çıxmışlar. 6-cı əsrdə kilsə başçıları bu kitabla ixtilaflarını


142


elan etdilər, amma bir neçə əsr heç bir problem yaranmadı və Yəhu-dilər Xristyanların bu sahədəki təəssübkeşliklərini təhrik etməmək üçün məsələyə diqqətlə yanaşırdılar. 1239-cu ildə xristyanlığı qəbul etmiş bir yəhudi Roma Papasını bu kitabı yandırmağa sövq edir və Təlmudyandırma ənənəsinin əsasını qoyur. Bundan sonra Təlmudla dolu arabalar meydanlara gətirilərək yandırılırdı və kitabın üzərinə vurulmuş dəri cildlər çəkməçilərə və ayaqqabı tikənlər verilirdi.
Hal-hazırda Babilistan Təlmudunun yalnız bir neçə nüsxəsi mövcuddur və dünyanın müxtəlif ölkələrinin kitabxanalarında sax-lanılır. Amma, yalnız Almaniyanın Münxen şəhərindəki kitabxanada Təlmudun tam və dolğun forması mövcuddur.

Təlmudun İbrani dilindəki mətninin ən birinci və ən məşhur çapı İtaliyanın Venesiya şəhərində Danial Bumberq tərəfindən həyata ke-çirilmişdir.(Babilistan Təlmudu 1520-1523-cü illərdə və Fələstin Təl-mudu 1523-1524-cü illərdə). Babilistan Təlmudunun səhifələrinin sayı 5894 ədəddir və müxtəlif çaplarda da bu saya riayət olunur. Təl-mud bəzi Avropa dillərinə tərcümə edilmişdir və bu kitabın İngilis dilindəki tərcüməsi 18 cilddə Londonda çap olunmuşdur. Bu kitabın qısaldılmış forması 1971-ci ildə “Təlmuddan bir xəzinə” adı altında Tehranda çap olunmuşdur.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin