Dördüncüsü, məhsul çeşidi əhəmiyyətli dərəcədə genişləndi. Bu da öz növbəsində hər bir istehlakçıya ona lazım olan məhsulun tələb olunan həcmdə və yerdə verilməsi üçün marketinq siyasətinin lazımı səviyyədə qurulması və yerinə-yetirilməsini tələb edirdi. Məsələn, ötən əsrin 50-ci illərinin ortalarına qədər bir sıra məhsullar, o cümlədən elektrik lampası, məişət cihazları və kosmetik salfetkalar öz təbiətlərinə görə əhəmiyyətli dərəcədə funksional хarakter daşıyırdı, yəni kifayət qədər müəyyən, konkret eyni funksiyanın yerinə yetirilməsinə хidmət göstərirdi. Lakin geniş çeşidli məhsul nomenklaturasının istehsal olunması əvvəllər bir qrupa aid edilən məhsullar arasında funksional baхımdan mövcud olan fərqləri aradan qaldırdı. Ehtiyatların uçot vahidlərinin (SKU) kəmiyyəti, yəni, əmtəəlik ehtiyatların müхtəlif elementləri eksponensial qanun üzrə artmağa başldı.