Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


İstehsal firmasında ixtisaslaşdırma, kooperasiyalaşdırma və kombinələşdirmə



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə22/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   18   19   20   21   22   23   24   25   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

İstehsal firmasında ixtisaslaşdırma, kooperasiyalaşdırma və kombinələşdirmə 
1.İxtisaslaşdırmanın mahiyyəti, formaları və onun səviyyəsini müəyyən 
edən göstəricilər 
2. Kooperasiyalaşmanın mahiyyəti, formaları və onun səviyyəsini 
müəyyən edən göstəricilər 
3. İstehsal firmasında kombinələşdirmə 
1. Əmək bölgüsü əmək fəaliyyətinin ixtisaslaşması ilə əlaqədar olub, onun 
növlərə ayrılması, lakin birgə, mövcud qarşılıqlı əlaqə və asılılıqda qalması ilə 
nəticələnən ictimai-iqtisadi prosesdir. Əmək bölgüsü texniki və ictimai əmək 
bölgüsü kimi iki qrupq bölünür. 
Texniki əmək bölgüsü-müəssisə miqyasında istifadə olunan insane əməyinin, 
tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksiya və əməliyyatlar 
üzrə öz tərkib hissələrinə parçalanmasıdır. 
İctimai əmək bölgüsünün özünün 3 forması bir-birindən fərqləndirilir: 
- ümumi əmək bölgüsü iqtisadiyyatın iri sahələrə-sənaye, kənd təsərrüfatı, 
nəqliyyat və s. bu kimi sahələrə bölünməsində təzahür edir; 
- xüsusi əmək bölgüsü özünü sənayenin, kənd təsərrüfatının və başqa 
sahələrin daxilində müxtəlif müstəqil sahələrin ( alt sahələrin) əmələ gəlməsində 
göstərir; 
- fərdi əmək bölgüsü bilavasitə müəssisə miqyasında baş verdiyindən onu 
istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə-sex və istehsal 
sahələrinə ayırmışdır.
Beləliklə, əmək bölgüsünün inkişafı və dərinləşməsi bir neçə səviyyədə-ölkə, 
sahə, müəssisə və müəssisə daxilində baş verə bilər.
Sahə üzrə ixtisaslaşma-ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud 
nomenklaturad məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin 


etmək məqsədilə bu işə hər hansı sahənin uyğunlaşdırılması, daha doğrusu, təhkim 
olunması deməkdir. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin