Prosessorun nüvəsi və ya əsas hissəsi – bunaəsas hesablama qurğusu deyilir. Məhz burada prosessora daxil olan bütün verilənlər üzərində emal prosesi yerinə yetirilir.
Soprosessor – ən mürəkkəb riyazi hesablamalar, o cümlədən “sürüşən nöqtəli” əməliyyatlar üçün əlavə blokdur. Qrafik və multimedialı proqramlarla işlədikdə aktiv olaraq, soprosessordan istifadə edilir.
Keş-yaddaş – bufer yaddaşı olub, verilənlər üçün yığıcı rolunu oynayır. Keşyaddaş mikroprosessorla əsas yaddaş arasında yerləşən, kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. Bu yaddaş əməli yaddaşa müraciəti sürətləndirmək və bununla da kompyuterin məhsuldarlığını artırmaq üçün istifadə edilir. Kompyuterin yaddaşına müraciət zamanı verilənlər keş-yaddaşda axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciətin müddəti, əməli yaddaşa edilən müraciətin müddətindən bir neçə dəfə azdır. Müasir prosessorlarda 2 tip keş-yaddaşdan istifadə olunur: 100 Kilobayta qədər tutuma malik olan ifrat cəld işləyən I səviyyəli keş-yaddaş və sürəti bir qədər az olan və tutumu 128 Kbaytdan 2 Mbayta qədər olan II səviyyəli keşyaddaş.