Fənn: Klinik psixologiya


)İndividual  və  kollektiv  iradənin  konfliktindən  irəli  gələn  özü  ilə  ətraf  arasındakı



Yüklə 361,88 Kb.
Pdf görüntüsü
səhifə20/32
tarix29.12.2016
ölçüsü361,88 Kb.
#3816
1   ...   16   17   18   19   20   21   22   23   ...   32
1)İndividual  və  kollektiv  iradənin  konfliktindən  irəli  gələn  özü  ilə  ətraf  arasındakı 

antoqonizmi dəf etmək məcburiyyəti; 2)İnsanın qeyri-kamilliyi – insan həmişə etdiyindən daha 

artıqdır  və  ətrafına  bərabər  deyil;  3)  Ətraf  mühitlə  qənaətlənməmək  hissi  yaradan  varlığın 

sonlu olmasının dərk olunması. 

 


11 

 

     Geştalt psixologiya 

    Psixologiyanın  öyrənilməsinə  fəlsəfi  mövqedən  yanaşan  ekzistensializmdən  fərqli  olaraq 

fenomenoloji  cərəyan  –  geştalt  psixologiya  təbiət  elmlərinin  ümumi  standartlarına  sadiq 

olduğunu  bəyan  etmişdir.  Maraqlıdır  ki,  psixologiya  ilə  əlaqələndirilən  təbiət  elmi  fizika 

seçilmiºdir.  Bu  iºdə  geştalt  psixologiyanın  banilərinin  (M.Vertheymer,  V.Keler,  K.Koffka, 



K.Levin)  görkəmli  fiziklər  M.Plank  və  A.Eynşteynlə  şəxsi  tanışlıqları  az  rol  oynamamışdır. 

Ekzistensializm  insanların  öz  varlıqlarını  konkret  zaman  anında  necə  dərk  etdiklərini  izah 

etməyə çalışdığı zaman geştalt-psixoloqlar “insanlar onları əhatə edən aləmi necə qavrayırlar?” 

sualına  cavab  tapmağa  cəhd  edirlər.  Öz  qavrama  nəzəriyyələrini  geştaltçılar  qavramanı  sadə 

duyğu  komponentlərinin  məcmusu  hesab  edən  nəzəriyyələrə  qarşı  qoyurdular.  Yeni  nəzəriyyə 

qavranılan obraza (geştalta) müstəqil və bütöv fenomen kimi baxmağı təklif edirdi.  

     Geştalt-psixologiyada  mərkəzi  yeri  “fiqur  və  fon”  konsepsiyası  tutur.  Fiqur  önə  doğru 

qabaran bütöv bir törəmədir. O, fəzadan kontur vasitəsilə ayrılır ki, fon fiqurun arxasında fərqləri 

gah  vazaya  (güldan),  gah  da  iki  sifət  kimi  qavranıla  bilən  qoşa  təsvirə  bənzədir.  İnsanlar 

informasiyanı elə qəbul edib mənimsəyirlər ki, şüurda mərkəzi yeri vacib və əhəmiyyətli amillər 

tutur,  az  əhəmiyyət  kəsb  edənlər  isə  arxa  plana  keçirlər.  Beləliklə,  biz  fondan  özümüz  üçün 

aktual olanı seçirik və onu geştalta çeviririk. Bu proses fiqurun formalaşması  və əvəzolunması 

xarakteri  daşıyır.  Onun  konfiqurasiyası  isə  cari  tələbatlardan  irəli  gəlir.  Konkret  tələbatla  bağlı 

olmayan obyekt və hadisələr fonu təşkil edir. Tələbat ödənilən kimi geştalt tamamlanır, yəni öz 

əhəmiyyətini  itirərək  arxa  plana  keçir,  öz  yerini  formalaşan  yeni  geştalta  verir.  Geştalt 

dağılmadan  dəyişdirilə  bilməz.  Tələbat  ödənilmədikdə  geştalt  tamamlanmamış  qalır. 

Tamamlanmamış  geştalt  psixi  proseslərə  mənfi  təsir  göstərən  bir  sıra  problemlərin  mənbəyinə 

çevrilir.  Geştaltın  formalaşması  ilə  insayt  anlayışı  sıx  bağlıdır.  İnsayt  intellektual  məsələlərin 

həllində  qəfləti  aydınlaşma  olub,  ona  müvafiq  bütün  uyğunlaşma  reaksiyalarını  dəyişdirmək 

xüsusiyyətinə  malikdir.  Bununla  əlaqədar  geştalt  psixologiya  şəxsiyyətin  indiki 

identifikasiyasına mane olan 4 mexanizmi nəzərdən keçirir: 

     Birləşmə - insanın özünü digər adamlardan fərqləndirə bilməməsi ilə əlaqədar mexanizmdir. 

Belə  şəxs  özünün  “Mən”inin  harada  qurtarıb  özgəsinin  “Mən”inin  haradan  başlandığını  dərk 

etmir. O həmişə “mən” əvəzinə “biz” sözü işlədir, öz fikir və hisslərini özgələrindən zorla ayırır; 

     Refrofleksiya – “Mən” və ətraf mühit arasındakı sərhədlərin “Mən”ə doğru yerdəyişməsidir. 

Belə  pasiyent  öz  enerjisini  kənara  yönəltmək  əvəzinə,  özünə  istiqamətləndirir.  Məsələn,  belə 

şəxs öz tələbatını ödəməyə çalışarkən əks-təsirlə qarşılaşırsa, özünə kənar obyekt kimi münasibət 

göstərməyə  başlayır.  Belə  xəstələrin  “məndən  tələb  olunur”,  “mənə  ar  gəlir”,  “mən 


Yüklə 361,88 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin