Elm yarandıqdan sonra hər şey



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7964
1   ...   7   8   9   10   11   12   13   14   ...   28
Elmlərin təsnifatı  

 

 



173

kadrlar yollarını öz istəkləri əsasında seçirlər. 

İstər ali təhsil, istərsə də elmi-tədqiqat müəssi-

sələrində  bütün  ölkələrdə  hamı  tərəfindən  qəbul 

olunmuş  bir  bölgü  göstərmək  çətindir.  Amma  hər 

halda müəyyən ümumi cəhətlər vardır ki, bu da təh-

sil  sistemindəki  təsnifatın  elmin  daxili  təsnifatına 

əsaslandığını  göstərir.  Qeyri-elmi  fəaliyyət  sahələri 

üçün  kadr  hazırlığı  da  həmin  sahələrin  nə  dərəcədə 

elmi  biliklər  əsasında  təşkil  olunmasından  asılı  ola-

raq elmlə bilavasitə əlaqədardır.   

Elmdə  fənlər  üzrə  bölgüdən  başqa,  digər  me-

yarlar üzrə də təsnifat aparılır.  

Elmi  tədqiqatın  xarakterinə,  məqsəd  və  funk-

siyalarına  görə  elmi  fənləri  adətən  iki  fərqli  istiqa-

mətdə  qruplaşdırırlar:  fundamental  və  tətbiqi.  Ən-

ənəvi yanaşmaya görə, fundamental tədqiqatlar təbi-

ətin obyektiv qanunauyğunluqlarının aşkarlanmasına 

yönəlmişdir və cari tələbatdan, istehsalın konkret si-

farişlərindən asılı olmayaraq, elmin daxili məntiqin-

dən, özünün qoyduğu suallara cavab axtarışından çı-

xış edir. Fundamental elmlərin xarakteri elədir ki, bi-

liklərin mənimsənilməsi metodoloji prinsiplər, elmi-

fəlsəfi  dünyagörüşü  ilə  sıx  surətdə  bağlıdır.  Burada 

çox  geniş  miqyaslı  elmi  nəzəri  baza  tələb  olunur. 

Fundamental  elmi  tədqiqatlar  min  illərdən  bəri  əldə 

edilmiş  biliklər,  çox  müxtəlif  konsepsiyalar  və  on-

ların  sistemləşdirilməsi,  dünyanın  ümumelmi  mən-

zərəsinin və elmi paradiqmaların dəyişilməsi ilə  nə-


Elmşünaslığa giriş 

 

174



zəri  sistemlərdə  bir  geriyə  qayıdış,  bütün  əvvəlki 

nəzəriyyələrin  və  prinsiplərin  yenidən  nəzərdən  ke-

çirilməsi, yenidən sistemləndirilməsi tələb olunur. 

Tətbiqi  elmlər  isə  fundamental  tədqiqatlar  sa-

yəsində  əldə  edilmiş  nəzəri  biliklərin  praktik  ehti-

yaclara  uyğun  surətdə  yönəldilməsinə,  nəzəriyyə  ilə 

texnologiya  arasında  körpü  atılmasına  xidmət  edir. 

Lakin bu məsələdə iki fərqli mövqe, fikir ayrılığı da 

vardır. Belə ki, əksər mənbələrdə bu anlayışlar bizim 

yuxarıda  izah  etdiyimiz  mənada  işlədilsə  də,  bəzi 

müəlliflər  “fundamental”  sözünü  “xüsusi  əhəmiy-

yətli”, “önəmli” mənasında, yaxud təməl elmi səviy-

yə  mənasında  işlətməklə  tətbiqi  elmlərin  daha  fun-

damental olduğunu sübut etməyə çalışırlar.

1

  

 



Fundamental və tətbiqi bölgüsü əslində nəinki 

fənn  daxilində,  hər  bir  tədqiqat  daxilində  də  aparıla 

bilər.  Məsələn,  yazılan  dissertasiya  işlərinin  çoxu, 

hətta  tətbiqi  məsələlərə  həsr  olunsa  da,  giriş  hissə-

sində problemin nəzəri-fundamental tərəfləri işıqlan-

dırılmış  olur.  Bu  cür  fəndaxili  və  tədqiqatdaxili 

bölgülərlə yanaşı, bəzi fənləri bütövlükdə fundamen-

                                                 

1

 Bax: Н.В.Карлов. О фундаментальном и прикладном в 



науке  и  образовании,  или  Невозведи  дом  свой  на  песке  // 

Вопросы  философии,  1995,  №  11;  М.В.Рац.  К  вопросу  о 

фундаментальном  и  прикладном  в  науке  и  образовании  // 

Вопросы  философии,  1996, №  9;  Б.И.Пружинин.  О  пользе 

фундаментальности или быть ли в России большой науке // 

Вопросы философии, 1996, № 12.  



Elmlərin təsnifatı  

 

 



175

tal  elmlərə,  digərlərini  isə  tətbiqi  elmlərə  aid  etmək 

praktikası  da  yayılmışdır.  Məsələn,  ümumi  bir  fənn 

kimi  fizika,  kimya,  biologiya,  coğrafiya  və  s.-dən 

bəhs olunarkən çox vaxt fundamental elmlər nəzərdə 

tutulur.  Həmin  fənlərdən  ayrılmış  tətbiqi  elmlər  isə 

nisbətən  dar  sahələri  əhatə  etməklə  ayrıca  adlar  al-

tında təsnif olunurlar; məsələn, elektrotexnika, tətbi-

qi  mexanika,  spektroskopiya,  aşkarlar  kimyası  və  s. 

Akademik D.İ. Bloxintsev belə hesab edir ki, alimin 

fəaliyyətini  fundamental  və  tətbiqi  sahəyə  ayırmaq 

praktiki  olaraq  qeyri-mümkündür.  Əslində  konkret 

elmi  fəaliyyətin  tərkibində  onlar  bir-birini  tamam-

layırlar.

1

  A.Zotov  və  M.Xolmyanski  də  belə  hesab 



edirlər ki, tətbiqi elmlər bütöv elmin üzvi tərkib his-

səsidir  və  onu  fundamental  tədqiqatlardan  ayırmaq 

olmaz.

2

  V.V. Çeşev də həmin mövqedə duraraq ya-



zır ki, fundamental elmi tətbiqi elmlə qarşılaşdırmaq 

yox, hər bir tədqiqatın idraki əsasları kimi dəyərlən-

dirmək  olar.  “Fundamental  elmdə  baş  verən  proses-

lər  həm  texnoloji,  həm  də  sosial-mədəni  əlaqələrlə 

vasitələnirlər”.

1

              



“Dəqiq  elmlər”  ifadəsi  çox  vaxt  “təbiət  elm-

ləri”nə  yaxın  mənada  işlənir.  Lakin  fərq  bundan 

                                                 

1

 Д.И. Блохинцев. Пропорции в  науке // Наука и  жизнь. 



1974, № 6, с. 77.   

2

  А.Ф.Зотов,  М.М.Холмянский.  Так  есть  ли  «две  нау-



ки»?, с. 67.   

1

 В.В. Чешев. Наука и управление наукой, с. 69.  



Elmşünaslığa giriş 

 

176



ibarətdir ki, bura riyazi elmlər də daxil edildiyindən 

daha geniş planda götürülür. Son vaxtlar bəzi ictimai 

elm sahələrində də  riyaziyyat geniş miqyasda tətbiq 

olunur.  Bu  sırada  ilk  növbədə  iqtisadi  nəzəriyyələri 

göstərmək  mümkündür.  Görünür,  buna  görə  də,  iq-

tisadi fənlərin də dəqiq elmlər sırasına daxil edilməsi 

təklif olunur. Həm də belə təkliflər indi Azərbaycan-

da da səslənməkdədir.

1

   


Dəqiq elm nümayəndələri öz tədqiqatlarını an-

caq  öz  dar  ixtisas  sahələrinin  bazasında  apardıqları-

na görə və elmi biliklərin ciddi determinasiyasından 

çıxış  etdiklərinə  görə  çox  vaxt  onların  başqa  elm 

sahələri  ilə,  xüsusən  ictimai  və  humanitar  elmlərlə 

əlaqəsi zəif olur. Halbuki müəyyən bir fənn daxilin-

də formalaşmış ənənəvi düşüncə tərzindən, metodo-

logiya  və  metodlardan  kənara  çıxmaq  və  problem-

lərə başqa bucaq altında baxa bilmək üçün digər elm 

sahələri  ilə  əlaqə  qurmaq,  onların  bilik  bazasından 

və metodlarından da yararlanmaq, ən başlıcası isə öz 

fənlərinin  labirintindən  xilas  olmaq  tələb  olunur. 

Düzdür, böyük elm  adamları heç vaxt məhdud  elmi 

dünyagörüşü  içərisində  qalmır,  fəlsəfi  və  humanitar 

düşüncə  tərzindən  qidalanmaqla  elmdə  qərarlaşmış 

şablonlardan xilas ola bilirlər. Bu kontekstdə adətən 

A.Eynşteynin  “mürəkkəb  problemlərin  həllində 

F.Dostoyevski  mənə  Qausdan  daha  çox  kömək  et-

                                                 

1

  A.Hacıyev.  Elm  cəmiyyətdə  ən  yüksək  yerdə  olmağa  la-



yiqdir // “Azərbaycan” qəzeti, 15 may, 2010. 

Elmlərin təsnifatı  

 

 



177

mişdir”  fikrini  misal  çəkirlər.  Belə  misallar  əslində 

çoxdur.  Hətta  müasir  elmşünaslığın  yaradılmasında 

da  humanitar  düşüncənin  az  rolu  olmamışdır.  İxti-

sasca  fizik  olan  Tomas  Kun  özünün  məşhur  “Elmi 

inqilabların  strukturu”  əsərinin  necə  ərsəyə  gəldiyi 

barədə  yazarkən, belə bir hadisəni xüsusilə vurğula-

yır  ki,  1958–59-cu  tədris  ilində  onu  “davranış  haq-

qında  elm  mərkəzi”nə  təcrübə  keçməyə  göndərirlər. 

Və bu zaman Kun belə bir cəhətin şahidi olur ki, ic-

timai elm adamlarının məsələlərə yanaşması və düş-

üncə  tərzləri  xeyli  dərəcədə  fərqlidir  və  onlar  hadi-

sələrin  elə  tərəflərinə  toxunurlar  ki,  bu  dəqiq  elm 

adamlarının heç ağlına da gəlmir. Bax, bu fərqli ya-

naşmaların  bir  araya  gətirilməsi  “elmi  paradiqma” 

anlayışının formalaşmasına da təkan vermişdir.

1

  

Daha  sonra  Kun  ümumiyyətlə  mühitdən,  tex-



niki  tərəqqinin,  xarici  sosial-iqtisadi  və  intellektual 

şəraitin  elmlərin  inkişafına  təsirindən  bəhs  edir. 

Onun fikrinə görə, elmin inkişaf qanunauyğunluqları 

təkcə  onun  daxili  epistemoloji  təhlili  ilə  öyrənilə 

bilməz  və  burada  mütləq  humanitar,  sosial-iqtisadi 

və  texniki  şərait  və  onların  elmin  daxili  məzmunu-

nun araşdırılmasına təsiri də nəzərə alınmalıdır.

1

  



Maraqlı haldır ki, Şərq ölkələrində elmin tarixi 

və  inkişaf  qanunauyğunluqları  elm  adamları  tərə-

findən deyil, əsasən şərqşünaslar tərəfindən öyrənil-

                                                 

1

 Т. Кун. Структура научых революций. с. 16-17.  



1

 Yenə orada, s. 19.  



Elmşünaslığa giriş 

 

178



mişdir. Amma bildiyimiz kimi, şərqşünaslıq özü hu-

manitar  elmlərə  daxil  edilir,  çünki  bu  problemlərlə 

əsasən  dilçilər  və  tarixçilər  məşğul  olur.  Bu  baxım-

dan  Şərqdə  elmin  öyrənilməsi  bir  qayda  olaraq  hu-

manitar  düşüncə  prizmasından  keçmişdir.  Bu  para-

doksallıq L.Reysner tərəfindən hətta müsbət məqam 

kimi qələmə alınır. O, Y.Raşkovskinin “Elmşünaslıq 

və  Şərq”  kitabına  yazdığı  ön  sözdə  bu  əsərin  əsas 

məziyyətlərindən  biri  kimi  məhz  elmşünaslığa  hu-

manitar  düşüncə  aspektindən  yanaşılması  faktını 

qeyd edir.

1

 Necə deyərlər, hər pis şeyin yaxşı tərəfini 



də  tapmaq  olar.  Bəli,  biz  bu  hadisəyə  məhz  pis  bir 

ənənə kimi baxırıq. Belə ki, Şərqdə əldə olunmuş bir 

sıra  böyük  elmi  nailiyyətlərlə  yanaşı,  elmin  bir  tam 

halında  dəyərləndirilməsi,  ictimai  fəaliyyət  sahələri 

arasında elmi fəaliyyətin yerinin müəyyənləşdirilmə-

si,  bir  sözlə,  ümumi  planda  baxılması  və  adekvat 

münasibət  bəslənməsi  halları  da  az  olmamışdır.  Bir 

sistem  halında  olmasa  da,  belə  fikirlər  və  dəyərlən-

dirmələr  Şərq  elmşünaslığının  rüşeymləri  kimi  gö-

türülə bilər. Bununla belə, elm özü nisbi müstəqil bir 

ictimai  sistem  kimi  məhz  Avropada  formalaşdığın-

dan  elmin  özünüdərki  də  məhz  bu  ölkələrdə  getmiş 

və elmşünaslıq da burada formalaşmışdır. Y.Raşkov-

skinin  yazdığına  görə,  müasir  dövrdə  elmşünaslıq 

Şərq  ölkələri  içərisində  ancaq  Hindistanda  geniş 

                                                 

1

  Л.И.  Рейснер.  Предисловие  к  книге  Е.Б.  Рашковского 



Науковедение и Восток. с. 4-5.  

Elmlərin təsnifatı  

 

 



179

yayılmışdır.

1

  Bu  da  görünür  Hindistanın  uzun  müd-



dət  ingilis  müstəmləkəsi  olmasından  irəli  gəlir.  Və 

bu  mənada  əslində  söhbət  hind  yox,  ingilis  elmşü-

naslığından getməlidir. Təəssüflər olsun ki, Yaponi-

ya  da  daxil  olmaqla,  Şərq  ölkələrinin  heç  birində 

müstəqil  bir  elm  konsepsiyası  ortaya  çıxmamışdır. 

Yəni indi bu ölkələrdə elm öz qədim elmi yaradıcılıq 

ənənələrinin davamı kimi deyil, Qərb elminin trans-

feri və inkişafı kimi mövcuddur.  

Əslində dəqiq elmlərin özünüdərk səviyyəsinə 

çatması  iki  aspektdə  həyata  keçir.  Elmə  məntiqi-

epistemoloji  rakursda,  biliklər  sistemi  və  elmi  yara-

dıcılıq aktlarının cəmi kimi baxan elm adamları elmi 

özünüdərk  sistemlərində  də  riyaziyyatın  və  dəqiq 

elmlərin  metodlarından  istifadə  edirlər.  Onlar  təbii 

ki,  ictimai  elmlərin  buraya  qatılması  haqqında  heç 

düşünmürlər də. Halbuki, özünüdərk hadisəsi əslində 

fəlsəfənin  predmetinə  daxildir.  Və  dəqiq  elm  adam-

ları da bu məsələlərə toxunarkən əslində fəlsəfi qat-

da bulunduqlarının fərqində olmurlar. Məsələyə filo-

soflar müdaxilə etdikdə isə, onlar dəqiq elm və icti-

mai  elm  arasında  ayrıseçkilik  etmədən,  daha  uni-

versal yanaşma üsulundan çıxış edirlər. Ona görə də, 

elm  fəlsəfəsinin  ictimai  elmləri  əhatə  edən  hissəsi 

daha çox dərəcədə fəlsəfə tədqiqatçıları və sosioloq-

                                                 

1

 Е.Б. Рашковский. Науковедение и Восток, c. 141. 



Elmşünaslığa giriş 

 

180



lar tərəfindən həyata keçirilmişdir.

1

 Həm də belə bir 



mövqe mövcuddur ki, ictimai gerçəkliyin dərk olun-

ması  təbiətin  dərkinə  nisbətən  spesifik    xüsusiyyət-

lərə malikdir və ona görə də, “ictimai idrak”, “sosial 

idrak”, “tarixi idrak” kimi terminlərdən istifadə olu-

nur.

2

  T.Haff  həm  təbiət,  həm  də  cəmiyyət  elmləri 



üçün  vahid  metodoloji  prinsipdən  çıxış  etməyin  tə-

rəfdarı olan Q.Mendelin “naturalistik monizm” möv-

qeyi  ilə  V.Dilteyin  iki  fərqli  metodologiyadan  çıxış 

etmək  mövqeyini  qarşılaşdıraraq  kompromis  yarat-

mağa, ortaq bir variant tapmağa çalışır.

1

 Həm də bu 



fikri  T.Haff  M.Veberin  sosial  elmlərin  metodologi-

                                                 

1

 Н.Стефанов. Теория и метод в общественный науках. 



М., «Прогресс», 1967; Г.А.Антипов, А.Н.Кочергин. Пробле-

мы  методологии  исследования  общества  как  целостной 

системы. Новосибирск, Наука, 1988; Д.Лукач. К онтологии 

общественного бытия. Пролегомены. Пер. с нем. М., «Про-

гресс»,  1991;  Социо-логос.  Пер.  с  англ.,  нем.,  франц.,  М., 

«Прогресс»,  1991;  Л.  фон  Мизес.  Концепция  социальных 

наук // Теория и история: интерпретация социально-эконо-

мической эволюции. Челябинск, Социум, 2009, с. 229-232.    

2

 Проблемы познания социальных явлений. Свердловск, 



Уральский  Гос.  Унив.,  1980;  Г.А.Антипов.  Историческое 

прошлое  и  пути  его  познания.  Новосибирск,  Наука,  1987; 



В.Ж.Келле,  М.Я.Ковальзон.  Теория  и  история.  (Проблемы 

теории  исторического  прогресса.  М.,  Изд-во  полит.  Лите-

ратуры,  1981;  Г.С.Арефьева.  Общество,  познание,  прак-

тика.  М.,  «Мысль»,  1988;  З.Бауман.  Мыслить  социоло-

гически. Пер. с англ., М., Аспект Пресс, 1996. 

1

 T.E.Huff.  On the Methodology of the Social Sciences: A 



rev. essay. Pt. 1 // Philosophy of the Social sciences. Toronto, 

1981, vol. 1, № 4, p. 462-463.    



Elmlərin təsnifatı  

 

 



181

yasına  dair  təlimini  şərh  edərkən  söyləyir.  J.Aqassi 

də  ictimai  elmlərin  spesifikasını  öyrənməyin  tərəf-

darıdır. O, yazır: “Fizika heyrətamizdir, amma fizik-

lərin  qiymət  vermədiyi  ictimai  elmlər  bəzən  daha 

heyrətamiz olur”.

1

  

İctimai  elmlər  həqiqətən  xeyli  dərəcədə  spesi-



fik sahədir. Onların ümumi cəhətləri çoxdur. Amma 

buna  baxmayaraq,  müvafiq  elm  sahələri  qarşısında 

qoyulan  vəzifələri  daha  konkret  dərk  edə  bilmək 

üçün bu sahələrin özünə də diferensial yanaşa bilmə-

li, onları fərqləndirməliyik.  

Humanitar və ictimai elmlər ilk baxışda nə qə-

dər yaxın görünsələr də, əslində xeyli dərəcədə fərqli 

mahiyyət və məzmuna malikdirlər.  

Digər tərəfdən də, bir var humanitar elmlər, bir 

də var ümumiyyətlə humanitar sahə.  

İnsan, onun mənəviyyatı, estetik dünyası, arzu 

və  idealları  –  humanitar  sahənin  əsas  predmetidir. 

Tarix, bədii ədəbiyyat, incəsənət də humanitar sahə-

yə  aiddir.  Bu  başqa  məsələ  ki,  göstərilən  humanitar 

hadisələrin hər birinin öz elm və fəlsəfə səviyyəsi də 

vardır.  Tarix,  tarixşünaslıq  («tarix  elmi»  –  bəzən 

sadəcə «tarix» də deyilir; yəni hər iki məna eyni söz-

lə  ifadə  olunur)  və  tarix  fəlsəfəsi,  bədii  ədəbiyyat, 

ədəbiyyatşünaslıq  (filologiya)  və  ədəbiyyat  fəlsəfəsi 

                                                 

1

  J.Agassi.  The  Social  Base  of  Scientific  Theory  and 



Practice  //  Rationality  in  Science  and  politics.  Dordrecht, 

Reidel, 1984, p. 27. 



Elmşünaslığa giriş 

 

182



(aşağı  yarusda bu sahə  «ədəbi tənqid»  kimi məlum-

dur),  incəsənət,  sənətşünaslıq  və  sənət  fəlsəfəsi  (es-

tetika), din, dinşünaslıq və din fəlsəfəsi, mənəvi tər-

biyə,  pedaqogika  və  etika  geniş  planda  götürdükdə 

humanitar sahəyə aiddir. Son vaxtlar daha inteqrativ 

bir  elm  sahəsi  kimi  insanşünaslıqdan,  bəzən  də  ant-

ropologiyadan  bəhs  olunur.  Mənaları  eyni  olsa  da, 

bu iki tədqiqat istiqamətində bəzən fərqli məzmunlar 

qruplaşdırılır.  

Sovet  dövründə  insan  özü  də  ilk  növbədə  so-

sial varlıq kimi götürüldüyünə görə, insanşünaslıq da 

cəmiyyətşünaslığın  içərisində  əridilmişdi.  İnsan  fər-

diyyətinin  önə  çəkilməsi  daha  çox  dərəcədə  Qərb 

dünyası,  kapitalist  ölkələri  üçün  səciyyəvi  idi.  Ona 

görədir ki, humanitar təfəkkür də, insan haqları möv-

zusu da, irsiyyət məsələləri də,  fərdi-psixoloji prob-

lemlər  də  daha  çox  Qərbdə  öyrənilirdi.  İnsanın  so-

siallaşması hətta bədii ədəbiyyatda da öz əksini tap-

mışdı. İndi kommunist ideologiyasından ayrıldıqdan 

sonra,  qarşımızda  duran  vəzifələrdən  biri  də  in-

sanşünaslığı  bərpa  etmək,  fərdin  cəmiyyətdə  itmək, 

fərdiyyətini itirmək təhlükəsinin qarşısını almaqdır.  

Din də humanitar sahəyə aiddir. Çünki insanın 

mənəvi  aləmi  ilə  bilavasitə  bağlıdır.  Lakin  müxtəlif 

dinlərdə  bu  bağlılıq  bir  qədər  fərqlidir.  Məsələn  is-

lamda  dini  etiqad  ilk  növbədə  fərdə  aiddirsə,  xris-

tianlıqda  kilsələr  insanla  Allah  arasında  vasitəçilik 

missiyasını  üzərinə  götürərək  dini  ictimailəşdirmiş-



Elmlərin təsnifatı  

 

 



183

lər. Ona görə də, islam aləmində ilahiyyat və dinşü-

naslıq  əsasən  humanitar  sahəyə  aid  olsa  da,  xristian 

dünyasında cəmiyyət sferasına aiddir. Amma islam-

da da hər bir fərd üçün nəzərdə tutulan həyat tərzi və 

davranış  qaydaları  (fiqh)  dini  yönlü  dövlətlərdə  cə-

miyyət  və  dövlət  səviyyəsində  təsbit  olunmaqla  hü-

quq  sisteminin  əsasını  təşkil  edir  və  beləliklə  icti-

mailəşmiş olur.  

İstənilən  halda  bütün  dinlər  həm  humanitar, 

həm də cəmiyyət sferası ilə sıx surətdə bağlıdır.  

Tarix də həmçinin. Tarix özü və tarixlə tərbiyə 

daha çox humanitar sahəyə aid olsa da, tarixşünaslıq 

və tarix fəlsəfəsi daha çox ictimai elmlərə aiddir. 

Eləcə  də  fəlsəfə.  Bir  çox  təsnifatlarda  fəlsəfə 

humanitar sahəyə aid edilir. “Özünü dərk et” prinsi-

pindən çıxış edildikdə, bu doğrudan da belədir. Am-

ma  insan  fəlsəfəsindən  fərqli  olaraq  tarix  fəlsəfəsi 

daha  çox  dərəcədə  ictimai  yönlüdür.  Yəni  onun 

predmetini  insan  yox,  cəmiyyət;  fərdi  ruh  yox,  icti-

mai ruh təşkil edir. İnsanın özünüdərki, millətin özü-

nüdərki  və  nəhayət,  bəşəriyyətin  özünüdərki  fəl-

səfənin strukturunda fərqli səviyyələrdir.  

Göründüyü  kimi,  biz  humanitar  və  ictimai 

elmlər  bölgüsündə  insan  və  cəmiyyət  bölgüsünə 

əsaslanırıq. 

Lakin  sual  olunur  ki,  insan  problematikasına 

onun fiziki varlığı, bədəni ilə bağlı məsələlər də aid-

dirmi,  yoxsa  ancaq  mənəvi  aləm,  onun  iç  dünyası 


Elmşünaslığa giriş 

 

184



nəzərdə tutulur? Belə ki, bəzi təsnifatlara görə, insan 

bədəni  bir  təbiət  hadisəsi  olmaqla,  təbiətşünaslığın 

predmetinə daxil edilir.  

Əslində  isə  insan  bədəni,  bir  tərəfdən,  təbiətə 

aid olsa da, digər tərəfdən, onun əməli fəaliyyəti  və 

mənəvi-ruhani aləmi üçün də mühüm bir rol oynadı-

ğına  görə,  həm  də  humanitar  sahəyə  aiddir.  Bu  mə-

nada insanın fiziki sağlamlığına xidmət edən səhiyyə 

sistemi və idman da humanitar sahəyə aid edilə bilər. 

Maraqlı haldır ki, səhiyyə özü insana xidmət etmək-

lə humanitar mahiyyət daşısa da, təbabət bir elm sa-

həsi kimi humanitar elmlərə deyil, daha çox dərəcə-

də  təbiətşünaslığa  aiddir.  Lakin  son  dövrün  prakti-

kası göstərir ki, təbabət hər halda sadəcə təbiət elmi 

kimi qəbul edilə bilməz, çünki burada insanın ruhu, 

psixikası ilə və deməli,  ümumiyyətlə, humanitar sa-

hə ilə sıx bağlılıq vardır.  

K.Marks və F.Engels yazırdı: “Harada ki, spe-

kulyativ  təfəkkür  həqiqi  həyatla  üzləşərək  kəsilir, 

orada  həqiqi  müsbət  elm,  praktik  fəaliyyətin,  insan-

ların  praktik  inkişaf  prosesinin  təsviri  başlayır”.

1

 



Bəli, antik fəlsəfədən, nəzəri fəlsəfi təfəkkürdən baş-

lanmış  böyük  idrak  marafonu  harada  isə  gerçək  hə-

yatın daşlı-kəsəkli yollarında finişə yaxınlaşır, nəzəri 

modellərlə  həyatın  reallıqları  arasındakı  uyğunsuz-

luqlar getdikcə daha çox dərəcədə özünü büruzə ve-

                                                 

1

  К.Маркс  и  Ф.Энгельс.  Сочинения.  Изд.второе,  т  3,  c. 



26. 

Elmlərin təsnifatı  

 

 



185

rir və təfəkkürün gücü öz enerjisini tükətdiyindən in-

san  hər  şeyə  sanki  yenidən  –  sıfırdan  başlayır.  Bu 

dəfə  insan  öz  empirik  düşüncəsini  işə  salır  və  sadə 

həyat məsələlərinin təcrübi dərkindən başlayaraq nə-

zəri  təfəkkürə  doğru  yeni  bir  marafon  yürüşünə 

çıxır.  

Hazırda  müxtəlif  xalqlar  və  ölkələr  vahid  elm 

sistemindən  eyni  dərəcədə  istifadə  etmirlər.  Əksər 

ölkələrin  iqtisadi  və  texnoloji  inkişaf  səviyyəsi 

müasir  elmin  tətbiqinə  uyğun  gəlmir.  Bunun  üçün 

həm  ictimai-təşkilatı  infrastruktur,  həm  iqtisadiyya-

tın  texnoloji  strukturu  müasir  elmin  “dilində”  yazıl-

mış – qurulmuş olmalıdır.  

Q.M.Qlaqoleva yazır: “Elmi kəşflərin və tətbiq 

üçün  hazırlanmaların  texnoloji  mənimsənilməsi  on-

ların  yeni  texnikanın  real  nümunələrində,  yeni  tex-

noloji  prosesdə  həyata  keçirilməsinə  imkan  verir. 

Təcrübi-eksperimental  istehsal  məhz  elmi  prosesi 

sənaye  prosesinə  çevirən  halqa  olur;  həm  də  elə  bir 

halqa ki, özündə həm elmi tədqiqatın, həm də isteh-

salın  elementlərini  birləşdirir”.

1

  Əlbəttə,  müəllifin 



elmdən istehsala gedən yolu keyfiyyətcə fərqli mər-

hələlərə  ayırmaq  cəhdi  təqdirəlayiqdir.  Lakin 

Q.M.Qlaqoleva  bu  məsələdə  ardıcıllıq  nümayiş 

etdirmir. Belə ki, “yeni texnika nümunəsi” və “yeni 

                                                 

1

  Г.М.Глаголева.  Технологическое  освоение  научных 



открытий  и  разработок  (экономические  аспекты),  М., 

«Экономика», 1977, с. 47. 



Elmşünaslığa giriş 

 

186



texnoloji proses” əslində fərqli mərhələlərdir. Başqa 

sözlə  desək,  “nümunə”  tək  nüsxədə  olduğu  halda, 

“yeni  texnoloji  proses”  ancaq  silsilə  istehsal  aktla-

rına aiddir.  

Elmi  kəşfin  tətbiq  üçün  hazırlanması  isə  əs-

lində  elmi  fəaliyyətdən  fərqli  təbiətə  malikdir.  Belə 

ki,  elmin  məqsədi  obyektiv  gerçəklikdə,  təbiətdə 

olan qaydanın, ahəngin, strukturun aşkar edilməsi və 

terminlərlə,  yaxud  riyazi  dillə  ifadə  olunmasıdır. 

Halbuki,  tətbiq  üçün  hazırlanma  prosesində  insan 

özünün  bildiklərini  təbii  materiala  transfer  etməyə 

çalışır. Elmi inkişafın ilk dövrlərində alimlər hər iki 

mərhələni  özündə  birləşdirir  və  özlərinin  hansı  isə 

ideyasını tətbiq üçün özləri hazırlayırdı. P.L.Kapitsa 

yazır:  “Əvvəlki  vaxtlarda  nəinki  Nyuton  və  Hyu-

gens,  hətta  Maksvell  kimi  nəzəriyyəçilər  də  öz  nə-

zəri mülahizələrinin eksperimental yoxlanmasını öz-

ləri həyata keçirirdilər. İndi isə ancaq istisna hallarda 

nəzəriyyəçi öz nəzəriyyəsini yoxlamaq üçün təcrübə 

qoyur”.


1

 Yəni artıq elmin öz daxilində əmək bölgü-

sü, diferensiallaşma getmiş, yeni bir qayda formalaş-

mışdır.  

Müasir dövrdə qloballaşmanın və dayanıqlı in-

kişaf konsepsiyasının tələblərinə uyğun olaraq müx-

təlif  elm  sahələri  arasında  qarşılıqlı  əlaqə  getdikcə 

genişlənir  və  elmdaxili  inteqrativ  proseslər  gedir. 

                                                 

1

 П.Л.Капица. Эксперимент, теория, практика: Статьи и 



выступления. М., Наука, 1981, с. 190-191. 

Elmlərin təsnifatı  

 

 



187

A.D.Ursul “dayanıqlı inkişaf problemlərinin təbii-el-

mi, humanitar, texniki, kənd təsərrüfatı, tibbi və fən-

lərarası  sahələrin  tədqiqat  cəbhəsinin  genişlənməsi-

ni,  bioloji  və  sosial  sistemlərin  tarazlaşması,  habelə 

yer və kosmosun bütöv sisteminin ayrı-ayrı element-

ləri  və  prosesləri  üzrə  biliklərin  ümumi  elmi  istiqa-

mətlərdə birləşməsini” yeni dövrün əsas tələbləri ki-

mi  qeyd  edir.

1

  Onun  fikrinə  görə,  müasir  inkişaf 



mərhələsində  elm,  texnika  və  texnologiya  noosfer 

oriyentasiyasına keçməlidir.

2

 Belə ki, Yerin təbiətinə 



antropogen təzyiq azalmalı, noosferogenezin kosmik 

magistralı formalaşmalıdır.

3

 Əlbəttə, noosfer ideyası 



gələcək elmin əsas inteqrativ prinsiplərindən biri ola 

bilər.  Amma  elmin  məhz  hansı  istiqamətdə  inkişaf 

edəcəyini birqiymətli şəkildə proqnozlaşdırmaq hələ 

mümkün deyil.   

İndi  bizim  elm  kimi  qəbul  etdiyimiz  biliklər 

sistemi, əslində vahid bütöv bir sistem olmayıb, ayrı-

ayrı  fənlərdə  təmərküzləşmiş,  strukturlaşmış  nisbi 

müstəqil  epistemoloji  sistemlər  çoxluğu  heç  də  ye-

ganə mümkün variant deyil.  

Əvvəla, bir daha vurğulamaq istəyirik ki, hansı 

isə  vahid  elmdən  danışmaq  üçün  hələ  də  kafi  əsas 

                                                 

1

  Послесловие  академика  А.Д.Урсула  //  С.Халилов.  Ос-



нования  научно-технического  прогресса.  Логико-методо-

логический  анализ.  Москва,  «Экономика  и  информатика», 

1997, с. 137. 

2

 Yenə orada, s. 136. 



3

 Yenə orada, s. 138. 



Elmşünaslığa giriş 

 

188



yoxdur. İndi olsa-olsa ayrı-ayrı elmlər var ki, bunla-

rın bir qismi o dərəcədə  yaxınlaşmışdır ki, onlardan 

vahid bir sistem kimi bəhs etmək bəlkə də mümkün-

dür.  Amma  bəzən  bu  elmlərin  öz  daxilində  də  elə 

ayrılmalar baş verir ki,  dünyanın vahid  elmi mənzə-

rəsindən  danışmağın  hələ  tez  olduğu  aydınlaşır. 

Bununla  belə,  bizi  maraqlandıran  elmin  inkişafının 

indiki  məqamında  onun  bütöv  olub-olmaması  yox, 

belə  bir  bütövlüyün,  belə  bir  vahid  modelin  prin-

sipcə  mümkün  olub-olmaması  məsələsidir.  Dünya-

nın vahid elmi mənzərəsi, “bütöv elm” modeli təşəb-

büsləri həmişə olmuşdur. Hər bir inkişaf mərhələsin-

də alimlər obyektiv gerçəkliyi adekvat  əks elətdirən 

bir model qurduqlarını zənn ediblər. Bəzən hətta bu-

nu bir model kimi yox, həqiqət kimi, gerçəyin adek-

vat obrazı kimi qəbul ediblər.  

Lakin  alimlərin  “özünü  aldatması”  sonlu  bir 

obrazın sonsuzluğu ifadə edə bilmək iddiası ilə bağ-

lıdır. Əslində isə bizim bütün biliklərimiz və min il-

lər ərzində elmin əldə etdiyi nailiyyətlər gerçək dün-

yanın ancaq mücərrəd, ümumiləşmiş, digər tərəfdən 

isə  adda-budda,  hissələrlə  dərkidir.  Yəni  hələ  neçə-

neçə elmlər  yaranacaq və onlar dünyanın elmi mən-

zərəsini  nəinki  yeni  adalar  və  yarımadalarla,  hətta 

ola bilsin ki, bütöv materiklərlə zənginləşdirəcəklər.      

Nəzərə alınmalıdır ki, elm bu dünyanın dəyiş-

kənliyini,  konkret  təzahürlərini  yox,  ümumilər  ara-

sında münasibəti, sabit, universal əlaqələr sistemini, 



Elmlərin təsnifatı  

 

 



189

konfiqurasiyanı, maketi öyrənir! 

Amma  bu,  sözün  yüksək  mənasında  və  məh-

dud  çərçivədə  elmdir.  Sözün  geniş  mənasında  elm 

anlayışına  fərqli  məzmunlar  da  daxil  edilir.  Elmili-

yin  əsas  meyarını  ödəməyən,  amma  insanlar  üçün 

gərəkli  olan  müəyyən  sahədəki  biliklərin  sistemləş-

dirilmiş  təqdimatı  da  çox  vaxt  elmlər  sırasına  daxil 

edilir. Məsələn, tarix, coğrafiya, geologiya, arxeolo-

giya,  dilçilik  (xüsusi  dilçilik),  ədəbiyyat  tarixi  və  s. 

elmin mahiyyəti, elmi həqiqət və elmiliyin meyarları 

baxımından  klassik  elmlərdən  (fizika,  kimya  və  s.) 

köklü  surətdə  fərqlənirlər.  Məsələ  burasındadır  ki, 

bu  tədqiqat  sahələri  çox  vaxt  ümumiləri,  universal 

kəmiyyətləri  deyil,  məkan-zaman  baxımından  kon-

kret  hadisələri  öyrənir  və  bu  sahədə  sadəcə  faktiki 

material  (empirik  bilik)  toplamaqla  məşğul  olurlar. 

Məsələn,  coğrafi  ekspedisiyalar  planetimizin  insan-

ların naməlum qalmış guşələrini aşkar etmək və on-

ların faktiki təsvirini verməklə məşğul olur. Burada-

kı  kəşflər  təbiətin  hansısa  universal  qanunlarının 

deyil,  onun  konkret  təzahürlərinin  müşahidə  olun-

ması  və  aşkar  edilməsi  mənasında  kəşflərdir.  Eləcə 

də,  əgər  geoloqlar  hansı  isə  ərazidə  neft,  qaz  və  ya 

filiz yataqları aşkar edirsə, bu, konkret bir obyektin, 

bəlli  bir  kontinium  çərçivəsində  öyrənilməsidir. 

Ümumiləşdirmələr  və  bu  sahədəki  ümumi  metod-

lardan  istifadə  edilməsi  sonrakı  mərhələdir.  Amma 

halbuki,  geoloji  kəşfiyyatla  elmi  müstəvidəki  araş-


Elmşünaslığa giriş 

 

190



dırmalar  arasında  demarkasiya  aparılmır.  Nəticədə 

çox vaxt empirik-faktiki yeniliklərlə həqiqi elmi ye-

niliklər  eyni  bir  fənnin  bərabərhüquqlu  tərkib  his-

sələri  kimi  dəyərləndirilir.  Onu  da  qeyd  edək  ki, 

coğrafiyada, geologiyada və təbiətin bilavasitə öyrə-

nilməsi ilə məşğul olan digər sahələrdə elmilik faza-

sına  keçid  istər-istəməz  fizika,  kimya,  biologiya  ki-

mi klassik elmlərlə kəsişmə sahəsində mümkün olur.  

Əlbəttə,  fəlsəfə,  riyaziyyat,  məntiq  kimi  sahə-

lər  də  məxsusi  mənada  elmə  daxil  deyil,  lakin  on-

ların fərqləndirilməsi zərurəti başqa səbəbdən ortaya 

çıxır  və  biz  bu  fərqi  ayrıca  nəzərdən  keçirəcəyik. 

Coğrafiyada, arxeologiyada, tarixdə isə ayrıca götü-

rülmüş  ərazidən,  konkret  dağdan,  çaydan,  şəhərdən, 

ölkədən  söhbət  gedir.  Zaman-məkan  müəyyənliyi 

olan bir hadisə təsvir olunur. Bu hələ elm deyil, am-

ma özlüyündə bir dəyərdir. Çünki bu məlumatlar in-

sanlara  lazımdır.  Müasir  nəqliyyat-kommunikasiya 

şəraitində  bu  məlumatlar  adi  görünə  bilər;  yəni  on-

suz  da  hamının  bildiyi  bir  şey  kimi.  Amma  vaxtilə 

bu və ya digər coğrafi obyektin – ərazinin, gölün, ça-

yın,  dənizin  kəşfindən  söhbət  gedirdi.  Və  bu  “kəşf-

lər” elmə aid edilməyib, özgə hansı sahəyə aid edilə 

bilər.  Eləcə  də  botanikada,  zoologiyada  –  ayrı-ayrı 

bitki  və  ya  heyvanların  “kəşfi”;  bu  mərhələdə  hələ 

ümumilərdən,  növlərdən,  hansı  isə  tendensiyadan, 

qanunauyğunluqdan  söhbət  getmir.  Və  müasir  elmi 

meyarlar baxımından bunlar heç biri elmə aid deyil. 



Elmlərin təsnifatı  

 

 



191

Sadəcə  faktiki  biliklərin  toplanması  mərhələsidir. 

Sonra isə bunların qruplaşdırılması, növləşdirilməsi, 

təsnifatı  başlanır  ki,  bu,  artıq  ümumiləşdirmədir  və 

bu mənada elmə girişdir. 

Eləcə də geoloji kəşflər. Söhbət hansı isə kon-

kret neft  yatağının, qaz və ya qızıl ehtiyatlarının aş-

karlanmasından  gedir.  Yəni  ünvanı  bəlli  olan,  kon-

kret bir təbii-maddi şəraitdə üzə çıxarılan (başqa bir 

şəraitdə  isə  dəyişilməsi  prinsipcə  mümkün  olan), 

hansı  isə  iqtisadi  və  ya  siyasi  mülahizələrdən,  sub-

yektiv  amillərdən  asılı  olaraq  istismar  edilən  və  ya 

dincə  qoyulan  yataqların  texniki  şərtlərinin  öyrənil-

məsi – bütün bunlar böyük elmin özü yox, elmlə ic-

timai  həyat  arasında  yer  alan  və  yenə  də  faktiki 

biliklər əsasında qurulan elmi-texniki və texnoloji iş-

ləmələrdir. Yəni bu “kəşflər” əslində bir o qədər  də 

elmə  aid  deyil.  Elmə  aid  olan  bu  konkret  faktiki 

materialın  ümumiləşdirilməsi  əsasında  (əgər  faktlar 

ümumiləşdirmə üçün  yetərli olacaq qədər  çoxdursa) 

əldə  edilən  qanunauyğunluqlardır.  Deməli,  geoloji 

kəşfiyyat özü bir elm olmayıb, elm ilə praktika ara-

sında, təkcə ilə ümumi arasında mövqe tutur. Tək bir 

geologiya timsalında da  biz dar mənada elmlə onun 

böyük əhatəsi arasında fərqi görə bilərik. Maraqlı bir 

analogiya yada düşür: şəhərlərin əhalisi siyahıya alı-

nanda, sözün dar mənasında şəhərin özündə (metro-

polis)  və  şəhərətrafılarla  birlikdə  (meqapolis)  əhali 

xeyli dərəcədə fərqli olur. Elmdə “şəhərətrafı”na uy-


Elmşünaslığa giriş 

 

192



ğun gələn elmilik meyarlarını ödəməsə də, müəyyən 

bir elmin yaranmasında iştirak edən və onun həndə-

vərində  olan  faktiki  biliklərdir.  Orta  məktəb  pro-

qramlarında  əhatə  olunan:  coğrafiya,  botanika,  zo-

ologiya,  tarix,  ədəbiyyat,  dil  (konkret  bir  dil  –  mə-

sələn,  ingilis  dili  və  s.),  astronomiya  və  demək  olar 

ki,  bütün  fənlər  üzrə  verilən  biliklər  bir  qayda  ola-

raq, müvafiq elmlərin özünü yox, bu “elmətrafı”, da-

ha  doğrusu,  elməqədərki  biliklər  sistemini  əhatə 

edir.  Ancaq  yuxarı  siniflərdə  “ümumi  biologiya”, 

“ədəbiyyat  nəzəriyyəsi”  və  s.  bu  kimi  fənlər  əvvəl 

keçilənlərin nəzəri ümumiləşməsi kimi təqdim edilir 

və  burada  müvafiq  elmlərin  də  əsasları  öyrədilmiş 

olur.  


Astronomiyada göy cisimləri; ayrı-ayrı planet-

lər və onların hərəkəti haqqında müəyyən məlumat-

larla yanaşı, həm də müvafiq  hərəkət qanunauyğun-

luqlarına dair biliklər verilir ki, bu da elmi əsaslarla 

elməqədərki biliklərin qatışıq təqdimatıdır. Eləcə də 

fizika və kimya fənlərində xalis elm yox, bu cür qa-

tışıq təqdim olunur.  

Biz  bu  misalları  ona  görə  gətirmirik  ki,  orta 

məktəbdə ancaq elm öyrədilsin, əksinə, elmətrafı bi-

liklərin də xüsusi dəyərə malik olduğu və elmin mə-

nimsənilməsinə  də  məhz  onlardan  başlamaq  zə-

rurətini vurğulayırıq. Bəzən tarixin, riyaziyyatın, fəl-

səfənin elm olmaması haqqında iddia müvafiq sahə-

lərin nümayəndələri tərəfindən narazılıqla qarşılanır. 



Elmlərin təsnifatı  

 

 



193

Buraya botanikanın, zoologiyanın, coğrafiyanın,  ge-

ologiyanın  elmətrafı  biliklər  sistemini  də  əlavə  edə-

rək,  sual  qoymaq  olar  ki,  bütün  bu  biliklərin  xalis 

elm  anlayışına  uyğun  olmaması  onların  dəyərini 

azaldırmı?  Poeziya  elm  olmadığı  üçün  heç  xiffət 

eləmir. Eləcə də fəlsəfə. Elmdən daha yüksək olmaq, 

yaxud elməqədərki zəruri biliklər sistemi olmaq, ya-

xud elmlə yanaşı, insanın mənəvi-intellektual dünya-

sında  ayrıca  lövbər  salmaq  nəyə  görə  əskiklik  sa-

yılmalıdır? Kim tarixin elmdən daha az əhəmiyyətli 

olduğunu iddia edə bilər? Amma bu başqa məsələ ki, 

ayrı-ayrı  tarixi  hadisələr  deyil,  bütövlükdə  tarixi  in-

kişafın  ümumi  qanunauyğunluğundan  söhbət  gedə; 

bu, artıq elmdir, amma ictimai şüur üçün, yeni nəslin 

tərbiyəsi  üçün  tarixin  özü  qədər  zəruri  deyil.  Daha 

doğrusu, elmin belə funksiyaları yoxdur. Biliklər an-

caq  şəxssizləşdikdən,  milli-mənəvi  dəyərlərdən  “tə-

mizləndikdən” sonra elmə çevrilə bilər.   

Düzdür,  Kun  konsepsiyası  elmin  inkişafında 

sosial-mədəni  amillərin  rolunu  nəzərə  almaqla  fərq-

lənir. Lakin bu amillər əslində nəyə təsir göstərir: el-

min  özünə,  elmi  yaradıcılıq  prosesinə,  onun  infra-

strukturuna,  təşkilati  formalarına,  yoxsa  daha  nələ-

rə?!    

Elmin  inkişafının  ictimai  mühitlə,  siyasi,  iqti-

sadi və mədəni-mənəvi amillərlə bağlılığı bu inkişaf 

prosesinin özünə, tempinə təsir göstərsə də, onun da-

xili  məzmununa  heç  bir  təsir  göstərmir.  Bu  mənada 


Elmşünaslığa giriş 

 

194



neopozitivizmin, postpozitivizmin, tənqidi realizmin 

və  s.  Kun  tərəfindən  məhz  sosial  determinasiyanın 

nəzərə  alınmaması  ittihamı  ilə  tənqid  olunmasının 

heç bir elmi əsası yoxdur. R.Karnap, K.Popper və s. 

elmi biliklərin, təlimlərin və ümumiyyətlə elmin da-

xili məzmununun araşdırılması ilə məşğuldur. Sosial 

amillər isə stasionar elmə, Popperin “üçüncü dünya” 

adlandırdığı  elmi  biliklər  sisteminə  yox,  onun  hələ 

formalaşmamış  ön  cəbhəsinə,  elm  adamlarına  və 

onların  vasitəsilə  elmi  yaradıcılığın  gedişatına  təsir 

göstərir. Bu fərqi daha düzgün təsəvvür etmək üçün 

Əbu Turxanın dünya inkişafı üçün irəli sürdüyü daha 

fundamental  bir  qanunauyğunluqdan  çıxış  etsək  ye-

rinə  düşər.  Belə  ki,  onun  təliminə  görə,  təbii  mühit 

canlı aləmin təkamülünə təsir edərkən, onların daxili 

məzmununa  toxunmur.  Bir  bitki  cücərirsə,  ona  tor-

paq,  hava,  su,  işıq  lazımdır.  Yəni  bitki  onlar  vasitə-

silə təbiətdən qida alır. Lakin bitkinin daxili məzmu-

nu  inkişaf  edib  nəyə  çevriləcəyi  bu  mühitin  verdiyi 

qidadan,  onun  nə  dərəcədə  münbit  olmasından  az 

asılıdır  və  ya  heç  asılı  deyil.  Çünki  bitki  öncədən 

proqramlaşdırılmış  daxili  məzmuna  malikdir.  Mühit 

bu  proqramın  məzmununa  deyil,  ancaq  realizasiya-

sına, daha tez və daha mükəmməl surətdə açılmasına 

təsir  edir.  Eləcə  də  elmin  insanlardan  asılı  olmayan 

öz ilkin proqramı vardır. Bu proqram əslində təbiətin 

proqramına  adekvatdır.  Ona  görə  də,  alimlərin  bir 

qismi onu təbiətdən (təbiətin özündən) oxumağa ça-



Elmlərin təsnifatı  

 

 



195

lışır. Digər qisim alimlər isə onu elm kitabının özün-

dən oxuyurlar. Amma hissə-hissə, ayrı-ayrı cümlə və 

ya  uzaq  başı  abzas  həcmində.  Amma  nəinki  bütöv 

fəsil,  heç  bir  paraqrafı  da  birbaşa  bu  kitabdan  oxu-

maq  heç  kimə  müyəssər  olmur.  Alimlər  ayrı-ayrı 

fraqmentlərdən  bütöv  mətni  özləri  quraşdırırlar.  La-

kin  bunun  üçün  öncə  bütöv  mətnin  ideya  istiqaməti 

bəlli olmalıdır. Böyük ideya və təfərrüatları arasında 

rabitə  yaradılması,  hissi  təcrübə  ilə  təbiətin  öyrənil-

məsindən qazanılmış biliklərin insanın fəhmlə birba-

şa  Elm  kitabından  götürdüyü  struktur  əsasında  dü-

zülməsi  və  bu  zaman  ortaya  çıxan  ziddiyyətlər,  uy-

uşmazlıqlar  və  elmi  ictimaiyyətin  onların  aradan 

qaldırılmasında cəhdləri.  

Elm  əvvəlcədən  yazılmış  kitabdır.  Və  alimlər 

onu yazmağa deyil, oxumağa çalışmalıdırlar. 


 

 

 



 

 

 



Beynəlxalq təsnifat sistemləri

 

 

 



İstənilən əhəmiyyətli bir hadisə və müvafiq an-

layış elmin inkişafının müəyyən mərhələsində  prob-

lemə – düyünə çevrilə bilər və bu düyünün yetişmə-

sindən  yeni tədqiqat istiqamətləri  yarana bilər.  Yəni 

hər  bir  anlayış  potensial  düyün  olmaqla  fənlərarası  

məkanda  yerləşir.  1988-ci  ildə  YUNESKO  tərəfin-

dən  qəbul olunmuş  fənlərin nomenklaturasında

1

 in-



di  çox  aktual  olan  bir  sıra  tədqiqat  istiqamətlərinin 

müstəqil elm sahəsi kimi göstərilməməsi əslində on-

ların məhz fənlərarası statusu ilə əlaqədardır. Həmin 

təsnifatda ekologiya, sinergetika, kulturologiya kimi 

adlara  rast  gəlməsək  də,  onları  bu  və  ya  digər  kon-

kret  tədqiqat  istiqamətinin  sistemaltı  bölməsi  kimi 

görmək mümkündür.  

Son  illərin  bəzi  təsnifatlarında  isə  bu  sahələr 

müstəqil elm kimi göstərilir və şaxələnmə onların öz 

içərisində gedir. Məsələn, “insan ekologiyası” daxili 

bölmə kimi “insan biologiyası”nın, “heyvan ekologi-

                                                 

1

 Bax: Əlavə 1. 



 Beynəlxalq təsnifat sistemləri

  

 

 



197

yası” – “zoologiya”nın içərisinə daxil edilmiş, ayrıca 

ekologiya  adında  elm  isə  göstərilməmişdir.

1

  Lakin 



bəzi  başqa  sahələr,  məsələn,  demoqrafiya  böyük  el-

mi  tədqiqat  istiqaməti  kimi  verilir  və  onun  müxtəlif 

elmlərlə  kəsişməsində  ixtisaslaşmış  demoqrafik 

problemlər öz əksini tapır. Yəni demoqrafiya bir ra-

kursda  tarixin,  başqa  rakursda  iqtisadiyyatın,  yaxud 

sosiologiyanın və s. alt sahəsi kimi göstərilir.

2

  

2006-cı  ildə  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf 



Təşkilatının (OECD) Elmi və Texnoloji Siyasət üzrə 

Komitəsi (CSTP) elmlərin yeni təsnifat sistemini ha-

zırladı.

3

 Bu təsnifatda elmin son illərdə sürətlə inki-



şaf  edən  bir  sıra  yeni  sahələri  nəzərə  alınmaqla  ya-

naşı,  əvvəlki  fənlərin  çoxu  yenidən  qruplaşdırılmış 

və  müasir  zamanla  səsləşən  yeni  versiya  hazırlan-

mışdır.  Lakin  müxtəlif  ölkələrin  inkişaf  səviyyəsi 

fərqli olduğundan, hər bir ölkənin öz real səviyyəsi-

nə  uyğun  təsnifatdan  və  terminologiyadan  istifadə 

etməsi əslində daha məqsədəuyğundur. Bununla be-

lə, beynəlxalq təcrübə də mütləq nəzərə alınmalıdır. 

Lap  bu  yaxınlara  qədər  Azərbaycanda  elmlərin  təs-

nifat  sistemləri  bir  qayda  olaraq  Rusiyanınkına  uy-

ğunlaşdırılırdı.  Məsələn,  Elmlər  Akademiyasında 

hələ  də  1986-cı  ildə  keçmiş  SSRİ  Elmlər  Akademi-

yasının  qəbul  etdiyi  “1986-1990-cı  illərdə  və  2000-

                                                 

1

 Yenə orada. 



2

 Yenə orada. 

3

 Bax: Əlavə 4. 



Elmşünaslığa giriş 

 

198



ci  ilə  qədər  təbiətşünaslıq  və  ictimai  elmlərin  əsas 

inkişaf istiqamətləri”-nə Əlavə kimi çap olunan “El-

mi istiqamətlərin təsnifatı”ndan istifadə olunur.

1

 Ali 



Attestasiya  Komissiyasında  ixtisasların  siyahısı  da 

Rusiyanın AAK-ı tərəfindən qəbul olunmuş siyahıya 

uyğunlaşdırılmışdır.

2

  



Elmin  İnkişafı  Fondunun  istifadə  etdiyi  təsni-

fat da Rusiya nümunələri əsasında hazırlanmışdır.

3

  

Lakin biz bəzən elmi istiqamətlərlə elmi sahə-



lərin  fərqini  nəzərə  almırıq.  Nəticədə  “kulturologi-

ya”nın  elmlər  siyahısında  olması  onun  bir  elmi  isti-

qamət olması ilə qarışıq salınır və hətta “kulturologi-

ya  elmləri  doktoru”  kimi  heç  bir  tənqidə  dözməyən 

elmi dərəcələr verilməsi  halları ilə rastlaşırıq. Bizdə 

bu sahədə olan dolaşıqlıq əslində Rusiyanın təsiri ilə 

yaranmışdır.  Amma  ruslar  özü  bu  adda  elmi  dərəcə 

vermir.


4

  

Hazırda  Rusiyada  elmlərin  və  ixtisasların  təs-



nifatı bir neçə təşkilat tərəfindən həyata keçirilir. Bu 

sırada  Rusiya  Elmlər  Akademiyasının  Ümumrusiya 

Elmi və Texniki İnformasiya İnstitutunun (VİNİTİ)

5



Rusiya Fundamental Tədqiqatlar Fondunun təsnifatı, 

federal dövlət müəssisəsi olan “Respublika Tədqiqat 

                                                 

1

 Bax: Əlavə 2.  



2

 Bax: Əlavə 3. 

3

 Bax: Əlavə 6. 



4

 Bax: Əlavə 5. 

5

 Bax: Əlavə 2. 



 Beynəlxalq təsnifat sistemləri

  

 

 



199

Ekspertizasının Elmi Məsləhət Mərkəzi – Elmi Təd-

qiqat  İnstitutu”nun  müəyyən  etdiyi  “Elmi  İşçilərin 

İxtisas Nomenklaturası”, Ali Attestasiya Komissiya-

sı – Elmi-texniki informasiyanın Dövlət Rubrikatoru 

və s. – bunlar hamısı 2009-cu ildə Rusiya Federasi-

yasının Təhsil və Elm Nazirliyinin təsdiq etdiyi son 

təsnifat sistemində öz əksini tapmışdır.

1

  

Bir daha vurğulamaq istərdik ki, elmi-tədqiqat 



istiqamətləri və konkret elmi sahələr qarışdırılmama-

lıdır.  Məsələn,  Rusiyanın  təsnifat  sistemində  fizika-

riyaziyyat elmləri ümumi bir istiqamət kimi göstəri-

lir.  Onun  nəzdində  əvvəlcə  riyaziyyat,  mexanika  və 

fizika, daha sonra isə hər bir elmin öz daxili sahələri 

sadalanır.

2

   


Bütün  dünyada  müxtəlif  sahələr  üzrə  çoxlu 

sayda nəşr olunan kitabları, jurnalları, dissertasiyala-

rı  və  bir  çox  digər  informasiya  daşıyıcılarını  (CD, 

DVD,  musiqi,  rəsm  albomları,  xəritələr  və  s.)  qrup-

laşdırmaq, təsnifat etmək üçün müxtəlif vasitələrdən 

istifadə  edilir.  Adətən  bunun  üçün  əsasən  rəqəmlər-

dən,  hərflərdən  və  bəzi  simvollardan  ibarət  kodlar-

dan,    məsələn,  ISBN  (International  Standard 



Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin