ƏlaqəLİ suyu olmayan təBİ! MƏSaməLƏRDƏn və onun modeliNDƏn neftin diSTİLƏ



Yüklə 477,68 Kb.
səhifə3/3
tarix28.12.2021
ölçüsü477,68 Kb.
#17158
1   2   3
Neftin konsentrasiyası, %

0 0,0145 0,3625 0725 1,087 1,45



Üzvi turşulannkonsentrasiyası, C




  1. cü şəkil. Neftin tərkibindəki üzvi maddələrin miqdarı ilə əlaqəli su,
    sıxışdırmanın qazsız dövrü və verim əmsalının əlaqəsi

Neftin qazla sıxışdırılmasında neft vermə əmsalına təsir edən amillərdən biri də neftin aktivliyidir. Neft yataqlarında elə neftlər vardır ki, onların tərkibində yüksək aktivliyə malik olan polyar maddələr olur. Bu polyar maddələr neftin süxurdan alınmasını çox çətinləşdirir.

Neftlərdə əsas polyar maddə üzvi turşular sayılır. Polyar neftlər bərk səthlə təmasda olduğu zaman onun tərkibində olan səthi aktiv maddələr bərk səth üzərində adsorbsiya olunur. Beləliklə, bərk səth üzərində bir və



101-ci şəkil. Qazsız və ümumi sıxışdırma müddətlərinin neftin tərkibindəki üzvi maddələrin konsentrasiyasından asılılığı



ya bir neçə molekul qalınlığında neft təbəqəsi yaranır ki, bunun da özünün səciyyəvi xüsusiyyətləri olur. Sovet alimlərinin apardığı təcrübələrə görə bu təbəqə sıxışdırmada başlanğıc sürüşmə təzyiqini artırır. Təbəqənin özlülüyü və eləcə də yapışqanlığı artır. Təbəqənin yapışqanlığının artması adgeziyanın artması deməkdir, yəni neft təbəqəsini səthdən qoparmaq üçün çox enerji tələb olunur. Polyar neftin laboratoriya şəraitində hava ilə sıxışdırılması nəticəsində alınan bəzi asılılıqlar 100 və 101-ci şəkillərdə verilmişdir. 100-cü şəkildən görünur ki, neftin tərkibində üzvi turşuların miqdarı artdıqca əlaqəli suyun miqdarı (p) qazsız müddətdə (nqd) və eləcə də ümumi sıxışdırma müddətində neft vermə əmsalı (qm) azalır, havanın orta xüsusi sərfi (G) isə artır. Sıxışdırılan neftin polyarlığı artdıqca əlaqəli suyun miqdarı 18,1%-dən 13,6%-ə enir. Bu halı aşağıdakı kimi izah etmək olar: neftin tərkibində səthi aktiv maddələrin miqdarı artdıqca neft daha yaxşı islatma xassəsinə malik olur, səthdə olan su təbəqəsini parçalayır və bir hissəsini sıxışdırıb çıxarır.

Şəkildən göründüyü kimi, qazsız müddətdə verim əmsalı (nqd) neftin tərkibində səthi aktiv maddələrin artması ilə 4,63%-dən 2,54 %-ə enir. Belə halın olması neft fazasının bərk səthlə daha möhkəm əlaqəsi ilə izah edilə bilər. Görünür ki, qazsız sıxışdırma müddətində sıxışdırılan neft bərk səthlə zəif əlaqəli olan neftdir. Neftin tərkibində səthi aktiv maddələrin miqdarı artdıqca ümumi sıxışdırma müddətindəki verim əmsalı (hm) 72,2 %-dən 61,15 %-ə qədər azalır. Səthi aktiv maddələrin miqdarı artdıqca səthdə adsorbsiya artır və bunun nəticəsində neftin bərk səthlə əlaqəsi möhkəmlənir. Sıxışdırma zamanı orta xüsusi sərfin (G-nin) artmasına səbəb neftin səthi aktivliyinin artması və bərk səthi daha yaxşı islatmasıdır. Neft isladan olduqda, onun damcıları bərk səthlə daha möhkəm yapışır və bunun səthdən qoparılması çoxlu enerji tələb edir.



Neftin tərkibində olan üzvi turşuların miqdarı ilə qazsız sıxışdırma müddətinin (Tqd), ümumi sıxışdırma müddətinin (Tq) və eləcə də bunların nisbətinin asılılığı 101 -ci şəkildə verilmişdir. Qazsız müddətin azalmasına səbəb neftin səthi aktivliyinin artması ilə onun dispersləşməsinin şiddətlənməsidir.

Neftin səthi aktivliyinin artması ilə ikifazalı hərəkət müddətinin (Tq) artması neft təbəqəsinin bərk səthə möhkəm yapışması ilə izah edilə bilər. Neft nə qədər səthə möhkəm yapışarsa, onun səthdən qoparılmasına sərf edilən vaxt da bir o qədər artir.
Yüklə 477,68 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin