ƏlaqəLİ suyu olmayan təBİ! MƏSaməLƏRDƏn və onun modeliNDƏn neftin diSTİLƏ



Yüklə 477,68 Kb.
səhifə2/3
tarix28.12.2021
ölçüsü477,68 Kb.
#17158
1   2   3
keçiricilik K=321md;

  • K=404md; Ap=0+10mm c.süt

  • K=359md; Ap=40mm c.süt

  • K=347md; Ap=60mm c.süt

  • K=358md; Ap=80mm c.süt

    keçiricilikli mühitdən çox və əlaqəli suyu olmayan məsaməli mühitin neft verimindən isə az olur.

    Əlaqəli suyu olan məsamələrdən neftin sıxışdırılmasının xüsusiyyəti məsamələrdə su olduqda süxur dənəcikləri səthlərinin yüksək hidrofilliyi və eləcə də əlaqəli su-neft sərhədində (əgər əlaqəli su məsamələrdə kapilyar təzyiq nəticəsində saxlanılıbsa) yaranan kapilyar təzyiqin sıxışdırılmaya təsiri ilə izah oluna bilir. Əlaqəli suyu olan və nisbətən yüksək hidrofil xüsusiyyətə malik olan məsaməli mühitdə sıxışdırma sürəti və kapilyar sıxışdırma zamanı neft verimi, həmin hidrofil xüsusiyyətli, lakin əlaqəli suyu olmayan məsaməli mühitinkinə nisbətən böyük olur. Eyni zamanda yüksək keçiricilikli mühitdə sıxışdırma təzyiqini artırdıqda neft verimi artır. Yüksək keçiricilikli məsaməli mühitdə neft ilə əlaqəli suyun görüş sərhədində meniskin əmələ gəlməsi nəticəsində yaranan kapilyar qüvvə nisbətən kiçik olur, çünki bu meniskin əyrilik radiusu böyük olur. Bu halda sıxışdırma təzyiqi həm nefti və həm də əlaqəli suyun hərəkətə gələ biləcək hissəsini məsaməli mühitdən sıxışdırır. Beləliklə, hidrofil səthlərə malik olan süzülmə kanallarının əlaqəli su ilə tutulmuş sahələrinin bir hissəsinin boşalması, neftin sıxışdırılması üçün şərait yaranır.

    94-cü şəkil. Hidrofoblaşdmlmış və hidrofil məsaməli mühitdən

    tam neft veriminin ölçüsüz kəmiyyətindən asılılığı:

    1- hidrofoblaşdmlmış mühit üçün;

    2- hidrofil məsaməli

    Kiçik keçiricilikli məsamələrdə əlaqəli su ilə neft sərhədində əmələ gələn menisk hesabına yaranan kapilyar təzyiq böyük və ya sıxışdırma təzyiqinə nisbətən yaxın olduğundan sıxışdırma təzyiqi onu dəf edə bilmir. Ona görə də bu halda kapilyar təzyiq mayenin məsamələrdə hərəkətinə mane olur.

    Bu halda kapilyar təzyiq neftin sıxışdırılmasına maneçilik törədən bir amildir. 

    Qeyd etmək lazımdır ki, əlaqəli su məsaməli mühitdə nəinki kapilyar qüvvəsi nəticəsində saxlanılır, hətta pərdə şəklində də ola bilər. Bu halda məsaməli mühit hidrofilləşdirilmiş hesab olunur. 94-cü şəkildə hidro- foblaşmış məsamələrdə (əlaqəli suyun iştirakı ilə və onsuz) yekun neft

    keçən əyri ilə ifadə olunur. Bu əyri göstərir ki, hidrofoblaşmış məsaməli mühitdən nefti sıxışdıran zaman maksimum neft vermə almaq üçün elə

    su-neft kontaktı sürəti yaradılmalıdır ki, ölçüsüz ^r- parametri 2-10-6 ^ 2-10-5 intervalında olsun.

    NEFTİN LAYDAN QAZLA SIXIŞDIRILMASI

    Neft laylarında təbii olaraq mayelər öz xüsusi çəkilərinə görə ayrılır. Qaz yüngül xüsusi çəkiyə malik olduğu üçün məsaməli layın yuxarı hissəsində, neft qazdan ağır olduğu üçün aşağı, su isə neftdən ağır olduğu üçün layın qanad hissəsində yerləşir. Bunu 95-ci şəkildən aydın görmək olar. Qanadlardakı suyun hərəkəti aktiv olmadıqda neft, qaz papağında olan qazın genişlənməsi enerjisi hesabına quyudibinə hərəkət edir.

    95-ci şəkil. Neft, su və qazın layda yerləşmə sxemi

    Neftin laydan qazla sıxışdırılmasında sıxışdırmaya təsir edən əsas amillər aşağıdakılardır: 1) layın məsaməliliyi, 2) layın neftlə doyma dərəcəsi, 3) layın keçiriciliyi, 4) layı təşkil edən süxur dənəciklərinin qranulometrik tərkibi, 5) layda olan neftin və suyun özlülüyü, səthi gərilməsi və xüsusi çəkisi, 6) neftin aktiv olub-olmaması və i.a.

    Layın effektiv məsaməliliyi nə qədər çox olarsa, neft ehtiyatının olması nöqteyi- nəzərindən bir o qədər əlverişli olar.

    Məlumdur ki, neft layında süxur dənələrinin hidrofil və hidrofob olması üzündən layda həm su, həm də neft yerləşir.

    Uzun müddət aparılan laboratoriya təcrübələri və mədən tədqiqatı nəticəsində alimlər belə fikrə gəlmişlər ki, neftin laydan qazla sıxışdınlmasında bütün təsir edən amillər içərisində ən əsas amil layın neftlə doymasıdır. Təcrübə nəticəsində aydın edilmişdir ki, layda iki və ya üçfazalı hərəkət və bu fazalardan birinin layda olan faizi az olduqda, bir faza öz hərəkəti zamanı digər fazanın hərəkətini ötərək onun hərəkətinə maneçilik törədir və nəticədə ikinci fazanın hərəkəti tamamilə dayana bilər. Məsələn, neftli layda yalnız 35% neft varsa, belə laya qazın və yaxud havanın vurulması məsləhət görülmür, çünki, bu halda layda məsaməli mühitin 65%-ni qaz tutacaq və hərəkət edən ancaq qaz fazası olacaq. Əgər layda 35% neftdən əlavə su da varsa, bu laya qaz vurmaq olar.

    Layın keçiriciliyi də təsir edən amillərdən biridir. Qeyd etmək lazımdır ki, bu əsas həlledici amil deyildir. Ölkəmizdə və ABŞ-da aparılan mədən tədqiqatı göstərir ki, layın keçiriciliyi neftin laydan qazla



    96-cı şəkil. Neftin layda sıxışdınlmasında keçiriciliyin prosesin əsas göstəricilərinə təsiri

    sıxışdırılması prosesinin əsas göstəricilərinə təsir edir.

    Laboratoriya şəraitində aparılan təcrübə nəticəsində, layda məsaməli mühitin keçiriciliyi ilə prosesin əsas göstəriciləri arasında asılılıq

    alınmışdır. Bu asılılıqlar 96 və 97-ci şəkillərdə verilmişdir. 96-cı şəkildən görünur ki, məsaməli mühitin keçiriciliyinin azalması ilə sıxışdırmanın qazsız nqd və eləcə də ümumi sıxışdırma müddətindəki neft vermə əmsalı nm azalır, əlaqəli suyun miqdarı və vurulan qazın orta xüsusi sərfi (G) artır.

    Məsaməli mühitin keçiriciliyinin sıxışdırma müddətlərinə təsiri 97-ci şəkildə verilmişdir.






    1. ci şəkil. Məsaməli mühitin keçiriciliyinin sıxışdırma
      müddətinə təsiri


    G h, %





    1. ci şəkil. Neftin layda sıxışdırılmasında bəzi parametrlərin
      özlülükdən asılılığı


    8

    Neft laylarında olan neftlər müxtəlif özlülüyə malikdir. Neftin laydan sıxışdınlmasında prosesin əsas göstəricilərinə özlulüyün təsiri təcrübi yolla öyrənilmişdir. Bu asılılıqlar 98 və 99-cu şəkillərdə verilmişdir. 98-ci şəkildən görünur ki, neftin özlülüyünün artması ilə prosesin qazsız keçdiyi müddətdə neft vermə əmsalı (nqd) azalır. Özlulüyün artmasına baxmayaraq ümumi sıxışdırma müddətindəki neft vermə əmsalı (nm) sabit qalır. Məsələn, 2,07 sp özlülükdə alınan 80% neft vermə əmsalı 13,25 sp özlülükdə nefti sıxışdıranda da alınır. Belə halın olması məsaməli mühitdə əlaqəli suyun olması şəraitində neftin qeyri-

    Özlülüyün artması ilə laya vurulan qazın (havanın) orta xüsusi sərfinin (G-nin) artması, demək olar ki, xətti qanun ilə dəyişir. Özlülüyün 2,07 sp- dən 13,25 sp-ə qədər artması qazın orta xüsusi sərfini 2301-dən 18630 sm3/sm3 qədər artırır. Belə bir halın olmasına səbəb, bütün digər amillərin sabit olması şərti ilə, neftin özlülüyü artdıqca bərk səthdə nefttəbəqəsinin parçalanmasına və əmələ gələn damcıların sıxışdınlmasına sərf edilən vaxtın və enerjinin artmasıdır. Səthdə neft təbəqəsinin parçalanması müddəti artdıqca qazın səthdən aralanma sürəti neftinkinə nisbətən artır. Özlüluyün sıxışdırma müddətinə təsiri 99-cu şəkildə verilmişdir. Göründüyü kimi qazsız sıxışdırma müddəti (Tqd) və eləcə də iki fazanın birgə axma müddəti (Tq) artır. Buna səbəb neftin özlülüyünün artması ilə əlaqədar olaraq, qaz qabarcıqlarının birləşmə müddətinin artması və qazın dispers haldan dispers mühitə keçməsinin pisləşməsi və eləcə də bərk səthdən neft damcılarının qoparılmasına sərf olunan vaxtın artmasıdır.






    Yüklə 477,68 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin